Mənim saytım
Saytın menyusu
Bölmələr
Siyasət [19]
Sosial [24]
Hadisə [43]
İqtisadiyyat [9]
Dünya [17]
Avto [0]
Mədəniyyət [4]
Maqazin [3]
İdman [2]
Texnologiya [9]
Hərbi [0]
Foto [1]
Video [1]
Cəmiyyət [0]
Şou-biznes [1]
Maraqlı [8]
Ədəbiyyat [0]
Hücrə [0]
Proje [0]
Media [0]
Kinoteatr [0]
Qeyri adi [0]
Tarix [0]
Füzuli [1]
Bakı [0]
Digər [4]
Qazax [0]
Sağlamlıq [0]
Gündəm [1]
Ölkə futbolu [13]
Xarici futbol [1]
Digər idman növləri [6]
Bizim kuponlar [0]
Komanda [2]
Akademiya [0]
Kommersiya [0]
Klub [0]
İctimaiyyət [0]
Digər növlər [0]
Ramiz Quliyev [1]
Per Laqerkvist [1]
Lev Tolstoy [0]
İnanclar [1]
Ailə [1]
Sevgi [1]
Sağlıq [1]
Dəb [0]
Evim [0]
Mətbəx [0]
Həyata tərzi [0]
Əyləncə [0]
Mütəxəssislər [0]
Cinayət [0]
Din [0]
Ordu [1]
Mini Çat
200
Statistika

On line: 1
Qonaq: 1
İstifadəçi: 0
Главная » 2015 » yanvar » 02

Azərbaycanı və "Qəbələ" İdman Klubunu peşəkar rinqdə təmsil edən Fariz Məmmədovun növbəti rəqibi müəyyənləşib. Futbolxeber.az-ın məlumatına görə, boksçumuz dekabrın 13-də növbəti reytinq döyüşünə çıxacaq. İdmançımızın rəqibi Belarus təmsilçisi Xavadji Xatsiqov olacaq. Bu döyüş Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək. 8 raundluq qarşılaşma reytinq xarakteri daşıyacaq.Çeçenistan Respublikasından olan idmançı 1999-cu ilədək Rusiyanın şərəfini qoruyub. Yığmanın tərkibinə düşmək uğrunda rəqabətin böyük olması üzündən Xatsiqov Qroznıdan Belarusa köçməyə qərar verib. Həvəskar rinqdə bir sıra uğurlar qazanan boksçu 2004 və 2008-ci illərdə Olimpiya Oyunlarının iştirakçısı olub. 54 kq çəki dərəcəsində çıxış edən idmançının ən böyük nailiyyəti isə 2002-ci ilə təsadüf edib. Həmin vaxt Belarusu təmsil edən Xatsiqov qitə çempionu titulunu qazanıb. 2004 və 2006-cı illərdə də bu yarışa qatılan çeçen boksçu ilk döyüşlərdə mübarizəni dayandırıb.gabalafc.az

Kateqoriya: Digər idman növləri | Baxış: 447 | Əlavə etdi: mozalax | Tarix: 02.01.2015 | Şərhlər (0)

Azərbaycanı və “Qəbələ” İdman Klubunu peşəkar rinqdə təmsil edən Fariz Məmmədovun dekabrın 13-də Belarus təmsilçisi Xavadji Xatsiqova qarşı keçirəcəyi döyüş haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, Fariz Məmmədov Sportpress.az saytına verdiyi açıqlamada döyüşə yalnız qələbə üçün çıxacağını bildirib: “Bərpa dövrünü geridə qoymuşam. Artıq özümü daha yaxşı hiss edirəm. Döyüşə hazıram. Məqsədim yalnız və yalnlız qələbə qazanmaqdı. Rinqdə zəif rəqib olmur. Bununla belə, döyüşə ancaq qələbə üçün çıxacağam. İli qələbə ilə başa vurmaq istəyirəm”.Təcrübəli boksçu AİBA Pro Boxing (APB) turnirində yenidən mübarizə aparacağını da bildirib: “İlk döyüşüm uğursuz alındı. Amma ümidimi tam üzmüməmişəm. Düzdür, mənim çəkimdə Tamerlan Abdullayev inamlı təsir bağışlayır. Amma martda yenidən lisenziya döyüşlərində iştirak edəcəyəm. Tamerlan lisenziya qazana sevinaram. İstənilən halda bu turnirdə də qalib olmaq istədim”.AİBA Pro Boxing turnirində Rusiya təmsilçisi Andrey Zamkovoya uduzan Məmmədov, revanş barədə düşündüyünü də gizlətməyib: “Həmin döyüşdən bir müddət vaxt keçsə də, yenilgini hələ də unutmamışam. Zamkovoy güclü idmançı olsa da, ona qalib gələrdim. Həmin vaxt yenilgi haqda kifayət qədər danışmşıq. İndi yenidən təkrarçılıq etmək istəmirəm. Sadəcə, onu deyim ki, bir gün mütləq onunla yenidən görüşəcəyəm. Hansı yarışda üz-üzə gələcəyimizi bilmirəm, amma mütləq Zamkovoydan həmin məğlubiyyətin əvəzini çıxacağam”. ... ardı »

Kateqoriya: Digər idman növləri | Baxış: 461 | Əlavə etdi: mozalax | Tarix: 02.01.2015 | Şərhlər (0)

Azərbaycanı və “Qəbələ” İdman Klubunu peşəkar rinqdə təmsil edən Fariz Məmmədovun rəqibi dəyişib. Futbolxeber.az-ın məlumatına görə, boksçumuz dekabrın 13-də Belarus təmsilçisi Xavadji Xatsiqovla döyüşməliydi. Amma Fariz Məmmədov belaruslu deyil, ukraynalı boksçu ilə üz-üzə gələcək. İdmançımızın rəqibi Valentin Kuts olacaq.Qeyd edək ki, 34 yaşlı ukraynalı boksçu peşəkar rinqdə keçirdiyi 25 döyüşdən 22-sini qələbə ilə başa vurub. 

Kateqoriya: Digər idman növləri | Baxış: 474 | Əlavə etdi: mozalax | Tarix: 02.01.2015 | Şərhlər (0)

Azərbaycanı və “Qəbələ” İdman Klubunu peşəkar rinqdə təmsil edən Fariz Məmmədov ukraynalı boksçu Valentin Kutsa qarşı keçirəcəyi döyüş haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, təcrübəli idmançı Sportpress.az saytına verdiyi açıqlamada deyib: “Çox çətin döyüş olacaq. Amma buna baxmayaraq, risq edəcəyəm. Geriya yol yoxdu, vuruşmaq lazımdı. Görüş sabahdı. Ukraynada ukraynalı idmançı ilə vuruşmaq asan deyil. Amma mən qələbə qazanmaq üçün əlimdən gələni edəcəyəm”.

Kateqoriya: Digər idman növləri | Baxış: 474 | Əlavə etdi: mozalax | Tarix: 02.01.2015 | Şərhlər (0)

Azərbaycanı və “Qəbələ” İdman Klubunu peşəkar rinqdə təmsil edən Fariz Məmmədov bu gün növbəti döyüşünü keçirib. Futbolxeber.az-ın məlumatına görə, boksçumuz Kiyevdə  ukraynalı boksçu Valentin Kutsla üz-üzə gəlib. Döyüş cəmi 2 raund davam edib. Fariz Məmmədov rəqibi üzərində qələbə qazanıb. 

Kateqoriya: Digər idman növləri | Baxış: 435 | Əlavə etdi: mozalax | Tarix: 02.01.2015 | Şərhlər (0)

Peşəkar boksçu Fariz Məmmədov Kiyevdə ukraynalı Valentin Kuts üzərində qələbə qazanıb. Futbolxeber.az döyüşdən hazırlanan videosujeti təqdim edir: 

Kateqoriya: Digər idman növləri | Baxış: 448 | Əlavə etdi: mozalax | Tarix: 02.01.2015 | Şərhlər (0)

Ermənilərin əsgər və zabitləri xidmətdən boyun qaçırırlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə müdafiə naziri, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrdə olublar. APA-nın Müdafiə Nazirliyinin (MN) saytına istinadən verdiyi məlumata görə, MN rəhbərliyi ön xətdə yerləşən hərbi hissələrdə düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşüb, onların sosial məişət şəraiti ilə maraqlanıb, hərbi qulluqçuları bayramlar münasibətilə təbrik edərək onlara hədiyyələr təqdim ediblər. Səfər zamanı Ali Baş Komandan İlham Əliyevin göstərişinə əsasən yeni tikilmiş və müasir avadanlıqlarla tam təchiz edilmiş hərbi hissələrin açılış mərasimləri keçirilib. MN rəhbərliyi yeni istifadəyə verilmiş hərbi hissələrin qərargahı, əsgər yataqxanaları, tədris kompleksləri, döyüş texnikaları üçün saxlanclar, qarovul şəhərciyi, sıra meydanı, yeməkxanalar, tibb məntəqəsi, qazanxana-camaşırxana-hamamxana kompleksi və digər obyektlər ilə tanış olublar. Müdafiə naziri şəxsi heyət qarşısında çıxış edərək Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqət və qayğının nəticəsi olaraq son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da güclənd ... ardı »

Kateqoriya: Siyasət | Baxış: 387 | Əlavə etdi: mozalax | Tarix: 02.01.2015 | Şərhlər (0)

Müstəqillik bizim üçün ən böyük xoşbəxtlikdir, ən böyük sərvətdir Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib. APA-nın məlumatına görə, təbrik nitqində deyilir: “Hörmətli xanımlar və cənablar! Əziz həmvətənlər! 2014-cü il arxada qalır. 2014-cü il ölkəmiz üçün uğurlu il olmuşdur. Ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilmişdir. Ölkəmizin dinamik inkişafı təmin edilmişdir. Bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənmişdir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və bizim təsir imkanlarımız da genişlənir. Bildiyiniz kimi, 2012-2013-cü illərdə Azərbaycan dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasında təmsil olunurdu. 155 ölkənin dəstəyi ilə biz bu haqqı qazanmışdıq. Bu il isə Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edirdi, Avropada demokratiyanın inkişafına, insan haqlarının qorunmasına öz dəyərli töhfəsini vermişdir. Biz bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmuşuq. Qonşu dövlətlərlə və bütün digər dövlətlərlə səmərəli əməkdaşlıq edirik. İkitərəfli əlaqələrimiz inkişaf edir. Eyni zamanda, Azərbaycan çoxtərəfli formatda öz müsbət rolunu oynayır. Xüsusilə regional inkişaf məsələlərində Azərbaycanın rolu danılmazdır. Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə - siyasi, iqtisadi, enerji və digər layihələr icra edilə bilməz. 2014-cü ildə iqtisadi inkişaf təmin edilm ... ardı »

Kateqoriya: Siyasət | Baxış: 446 | Əlavə etdi: mozalax | Tarix: 02.01.2015 | Şərhlər (0)

Qəzada bir nəfər xəsarət aldı Salyan rayonunda 3 nəfərin ölümü, 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, dəhşətli yol qəzası dekabrın 31-də axşam saatlarında Ələt-Astara magistral yolunun 25-ci km-də - Salyan rayonunun Xıdırlı kəndi ərazisində qeydə alınıb. Salyan şəhər sakini, 25 yaşlı Orxan Nəzərov idarə etdiyi "Mercedes" markalı minik maşını ilə Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Yoldan kənara aşan avtomobil bir neçə dəfə yuvarlanıb. Nəticədə Sürücü O. Nəzərov və həmyerlisi, 29 yaşlı Ramin Sadıqov hadisə yerində ölüb. Maşındakı digər sərnişinlər – Salyan rayon sakinləri, 28 yaşlı Ülvi Sadıqov və İlkin İmanov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Meyitlər və xəsarət alanlar Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə gələn xilasediciləri tərəfindən avtomobildən çıxarılaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, İlkin İmanovu xilas etmək mümkün olmayıb. O bu gün səhər saatlarında xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib. Faktla bağlı BDYPİ-nin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Kateqoriya: Hadisə | Baxış: 351 | Əlavə etdi: mozalax | Tarix: 02.01.2015 | Şərhlər (0)

Son iki gündə yol qəzalarında 37 nəfər yaralanıb  Son iki gündə Azərbaycanda baş verən yol qəzalarında 10 nəfər ölüb. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, dekabrın 31-i və yanvarın 1-də ölkə ərazisində 29 yol qəzası baş verib. Nəticədə 10 nəfər ölüb, 37 nəfər yaralanıb.

Kateqoriya: Hadisə | Baxış: 316 | Əlavə etdi: mozalax | Tarix: 02.01.2015 | Şərhlər (0)

Hadisəni törədən saxlanılıb Kürdəmir rayonunda qətl hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Pirili kəndində yanvarın 2-nə keçən gecə 1985-ci il təvəllüdlü Elnur Zeynalov ağır bıçaq xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlərin səyinə baxmayaraq, E. Zeynalovun həyatını xilas etmək mümkün olmayıb. Qətl hadisəsini törədən 1995-ci il təvəllüdlü Ruhani Məlikov polis tərəfindən saxlanılıb.Qeyd edək ki, hadisə qız üstündə baş verib. Qızın qohumu R. Məlikovla E. Zeynalov arasında mübahisə düşüb.  Faktla bağlı araşdırma aparılır.

Kateqoriya: Hadisə | Baxış: 326 | Əlavə etdi: mozalax | Tarix: 02.01.2015 | Şərhlər (0)

Siyavuş Qarayev bu gecə dünyasını dəyişib Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Siyavuş Qarayev vəfat edib.Lent.az-ın məlumatına görə, bu barədə Təzə Pir məscidindən məlumat verilib. Bu gün saat 12-də mərhumun cənazə namazı Təzə Pir Məscidində qılınıb. S.F.Qarayev 30 aprel 1942-ci ildə Azərbaycanın Samux rayonunda anadan olub. O, 1959-cu ildə Gəncə şəhərində orta məktəbi bitirmiş və həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə daxil olub. 1964-cü ildə «kimyaçı» ixtisası alaraq universiteti bitirmiş, təyinat üzrə Ümumittifaq Elmitədqiqat Olefinlər İnstitutunda mühəndis, sonra isə Azərbaycan Elmlər Akademiyasının Y.Məmmədəliyev adına Neft-kimya Prosesləri İnstitutunun Sumqayıt filialında kiçik elmi işçi işləyib. 1967-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki ADNA) aspiranturasına daxil olub, 1970-ci ildə namizədlik, 1981-ci ildə isə M.Lomonosov adına Moskva Zərif Kimya Texnologiyası İnstitutunda doktorluq dissertasiyasını müdafiə edib. 1970–1982-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda kiçik, sonra böyük elmi işçi, elmi-tədqiqat şöbəsinin kimya bölməsinin rəhbəri, «Üzvi kimya» kafedrasının dosenti və elmi işlər üzrə prorektorun müavini vəzifələrində çalışıb. 1982-ci ildən indiyədək «Üzvi kimya» kafedrasının müdiri, 1988 – 1997-ci illərdə kimya-texnologiya fakültəsinin dekanı, 1997-ci ildən Azərbaycan Dövlət Neft ... ardı »

Kateqoriya: Hadisə | Baxış: 360 | Əlavə etdi: mozalax | Tarix: 02.01.2015 | Şərhlər (0)

Türkiyə kubokunda qrup mərhələsinin dördüncü turunun oyunları keçirilir. Futbolxeber.az-ın məlumatına görə, Vaqif Cavadovun formasını geydiyi “Qaziantep BB” öz meydanında “Sivasspor”u qəbul edib. Meydana ilk 11-likdə çıxan Cavadov, matçı əvəzolunmadan keçirib. Amma matç həmyerlimizin komandası üçün uğursuz alınıb. Belə ki, “Qaziantep BB” rəqibinə 1:2 hesabı ilə uduzub. Qeyd edək ki, 4 turdan sonra aktivində 1 xal olan “Qaziantep BB” qrup sonuncusudur.
Kateqoriya: Xarici futbol | Baxış: 418 | Əlavə etdi: mozalax | Tarix: 02.01.2015 | Şərhlər (0)

“Xəzər Lənkəran”da hansı futbolçuların komandadan gedəcəyinə, hansıların isə qalacağına hələ tam aydınlıq gəlməyib. Bu haqda Futbolxeber.az saytına Lənkəran klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib. Klub rəsmisi qeyd edib ki, mətbuatda bir çox adlar çəkilsə də, hələlik gedənlərin və qalanların adları tam dəqiqləşməyib. H. Cəbrayıloğlunun sözlərinə görə, bütün suallara yanvarn 4-ünə qədər aydınlıq gələcək. Qeyd edək ki, “Xəzər Lənkəran” təlim-məşq toplanışı üçün yanvarın 6-da Antalyaya yollanacaq.
Kateqoriya: Ölkə futbolu | Baxış: 304 | Əlavə etdi: mozalax | Tarix: 02.01.2015 | Şərhlər (0)

“Barselona”nın və Xorvatiya millisinin üzvü İvan Rakitiç həmyerlisi Robert Prosineçkinin Azərbaycan milli komandasının baş məşqçisi təyin olunmasına münasibət bildirib. Xorvat futbolçu Futbolxeber.az saytına verdiyi eksklüziv açıqlamada bunları deyib: “Prosineçki çox yaxşı məşqçidir. Azərbaycan millisinin onunla uğur qazanacağına inanıram. Yeni işində Prosineçkiyə uğurlar arzu edirəm. O, çox bacarıqlı, işini bilən adamdı. Prosineçki həm insan, həm də məşqçi kimi özünü Azərbaycanda yaxşı tərəfdən göstərəcək”.
Kateqoriya: Ölkə futbolu | Baxış: 399 | Əlavə etdi: mozalax | Tarix: 02.01.2015 | Şərhlər (0)

- Artıq əksər klublarımızın qış hazırlıq planı bəllidir. “Bakı” təlim-məşq toplanışı üçün ölkə xaricinə yollanacaqmı? - Gələn il yanvar ayının 5-də komanda məşqlərə başlayacaq. Tibbi müayinədən keçdikdən sonra Türkiyədə təlim-məşq toplanışında olmağımız nəzərdə tutulub. Bununla bağlı baş məşqçimiz İbrahim Uzunca Türkiyədə danışıqlar aparır. Yoldaşlıq oyunu keçirəcəyimiz rəqiblərin axtarışındadır. Hələ ki, öz təlim-məşq bazamızda hazırlıq keçəcəyik. Təxminən yanvarın 8-i, yaxud da 9-da Türkiyəyə getmək fikrindəyik. - Komandanız qış fasiləsinə sonuncu pillədə yollandı. Fasildən sonra fərqli “Bakı” görə bilərik? - Tam səmimi dey bilərəm ki, gələn il “Bakı” klubunda işlər yaxşılığa doğru dəyişəcək. Bütün futbol ictimaiyyəti bilməlidir ki, biz öz akademiyamızın yetişdirdiyi futbolçularla mübarizə aparırıq. “Bakı”nın ən yaxşı dövrlərində belə mən Hafiz Məmmədova klubun gəncləşdirmə siyasətini dəyişməməyi ilə bağlı müraciət etmişəm. Sözsüz ki, gənclərin yanında təcrübəli futbolçular da olmalıdır. Hazırkı gənc futbolçularımız “Bakı”nın gələcəyi olacaqlar və biz onlarla uğurlar qazanacağıq. Sözsüz ki, onların təcrübəsi azdır və bütün bunlar oyunlarına təsir edir. Ancaq növbəti mövsümdə bu futbolçuların sayəsində “Bakı” möhtəşəm bir komanda olacaq. - Bildiyimizə görə, bu günlərdə klub prezidenti Hafiz Məmmədovla görüşünüz olub. Görüşdə hansı məsələlər müzakirə olundu? Klub prezidenti hansı təlimatları verdi? - İlk növbədə təlim-məşq toplanışı ilə bağlı müzakirələr apardıq. Onun əm ... ardı »
Kateqoriya: Ölkə futbolu | Baxış: 337 | Əlavə etdi: mozalax | Tarix: 02.01.2015 | Şərhlər (0)

“Neftçi”nin və millimizin üzvü Araz Abdullayev Kərbəla ziyarətinə gedəcəyi haqda yayılan xəbərləri təkzib edib. Futbolxeber.az-ın məlumatına görə, Abdullayev feysbuk vasitəsi ilə yeni ili Bakıda keçirəcəyini  qeyd edib: “Mətbuatda ziyarətə gedəcəyim haqda xəbərlər yer alıb. Sözsüz ki, Kərbəla torpağına ayaq basmaq gözəldi. Amma mən belə bir söz deməmişəm. Bu, yalan məlumatdır. Yeni ili ailəmnən Bakıda keçirəcəyəm. Sadəcə, məsələyə münasibət bildirdim ki, bunu oxuyanlar Bakıda məni görəndə başqa cür fikirləşməsinlər”.
Kateqoriya: Ölkə futbolu | Baxış: 473 | Əlavə etdi: mozalax | Tarix: 02.01.2015 | Şərhlər (0)

2014-cü ilin bitməsinə sayılı günlər qalıb. Bir neçə gündən sonra “at”ı “qoç” əvəz edəcək. Başa çatmaqda olan ili Azərbaycan futbolu üçün tam olmasa da, uğurlu hesab etmək olar. Çünki tarixdə ikinci dəfə təmsilçimiz Avroliqanın qrup mərhələsinə vəsiqə qazandı. Üstəlik, bu il Azərbaycan Avro-2020-yə ev sahibliyi etmək hüququna sahib çıxdı. Başa çatmaqda olan 2014-cü ilə nəzər salmağın vaxtıdır. İLİN KOMANDASI  “QARABAĞ” 2014-ü Ağdam klubunun tarixində ən uğurlu il hesab etmək olar. Komanda ilk öncə uzun illərdən sonra yenidən Azərbaycan çempionu adını qazandı. Daha sonra isə son illər üzləşdiyi pley-off sindromuna son qoyan “Qarabağ” nəhayət, Avroliqanın qrup mərhələsinə vəsiqə qazandı. “Qarabağ”a qədər “Neftçi” də bu mərhələdə iştirak etmişdi. Amma etiraf edək ki, Ağdam təmsilçisi “flaqman”dan fərqli olaraq, daha inamlı təsir bağışladı. Püşkatmadan sonra çoxları “Qarabağ”ın qrupda heç üçüncü yer uğrunda mübarizə apara bilməyəcəyini proqnozlaşdırsalar da, komanda sona kimi qrupdan çıxmaq şansını özündə saxladı. Hətta layiq olduğu halda, Avroliqanın 1/16 finalına da yüksəldi. Amma... Sonrasını hamımız bilirik. “Qarabağ” həm də Avroliqanın qrup mərhələsində qələbə qazanan ilk Azərbaycan klubu kimi tarixə düşdü. İLİN MƏŞQÇİSİ - QURBAN QURBANOV İlin komandasının “Qarabağ” olması necə şübhə doğurmursa, məşqçi məsələsində də vəziyyət eynidir. Hər kəsə bəllidir ki, “Qarabağ”ın qazandığı uğurlarda ən böyük pay sahibi məhz Qurban Qurbanovdur. Təcrübəli mütəxəssis Ağdam klubunu çemp ... ardı »
Kateqoriya: Ölkə futbolu | Baxış: 453 | Əlavə etdi: mozalax | Tarix: 02.01.2015 | Şərhlər (0)

Azərbaycan millisinin Sankt-Peterburqdakı yeddinci cəhdi Yanvarın 3-də Sankt-Peterburqda FİFA-nın ilk vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş ənənəvi turnir keçiriləcək. Son illər olduğu kimi yarışda Azərbaycanın U-19 millisi də çıxış edəcək. Bu turniri 2015-ci ildə Azərbaycan futbolunun ilk sınağı kimi də qələmə vermək olar. Futbolxeber.az saytı bununla bağlı turnirin tarixi, əvvəlki qaliblər, eləcə də yığmamızın əvvəlki illərdəki çıxışı ilə bağlı yazı hazırlayıb. TURNİRİN TARİXİ FİFA-nın birinci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş ilk turnir 1981-ci ildə Moskvada keçirilib. Yarışın ideyası FİFA-nın o zamankı prezidenti Joao Avelanja məxsus idi. Yarış futbol azarkeşləri və mütəxəssislər arasında böyük marağa səbəb olub. Turnirin oyunlarını izləyənlər arasında BOK-un prezidenti Xuan Antonio Samaranç da olub. Qalibə mükafatı isə Valentin Qranatkinin qızı Marina təqdim edib. 1983-cü ildə yarış indiki Sankt-Peterburq şəhərinə keçirilib. 1992-ci ilə kimi 12 turnir baş tutub. Qranatkinin xatirəsinə həsr olunmuş turnir 2001-ci ildə yenidən bərpa olunub. İlk illərdə yarışda 8 komanda mübarizə aparırdı. Müxtəlif vaxtlarda turnirdə gələcəyin ulduzları oynayıblar. Onlar arasında Andreas Möller, Oliver Birhoff, Kirsten Yanker, Marsel Desayi, İqor Kolıvanov, Aleksandr Mostovoy və başqalarının adını çəkmək olar. TURNİRİN BÜTÜN MÜKAFATÇILARI İL            I YER                     II YER                    III YER 1981        AFR     ... ardı »
Kateqoriya: Ölkə futbolu | Baxış: 390 | Əlavə etdi: mozalax | Tarix: 02.01.2015 | Şərhlər (0)

Azərbaycan millisinin Sankt-Peterburqdakı yeddinci cəhdi Yanvarın 3-də Sankt-Peterburqda FİFA-nın ilk vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş ənənəvi turnir keçiriləcək. Son illər olduğu kimi yarışda Azərbaycanın U-19 millisi də çıxış edəcək. Bu turniri 2015-ci ildə Azərbaycan futbolunun ilk sınağı kimi də qələmə vermək olar. Futbolxeber.az saytı bununla bağlı turnirin tarixi, əvvəlki qaliblər, eləcə də yığmamızın əvvəlki illərdəki çıxışı ilə bağlı yazı hazırlayıb. TURNİRİN TARİXİ FİFA-nın birinci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş ilk turnir 1981-ci ildə Moskvada keçirilib. Yarışın ideyası FİFA-nın o zamankı prezidenti Joao Avelanja məxsus idi. Yarış futbol azarkeşləri və mütəxəssislər arasında böyük marağa səbəb olub. Turnirin oyunlarını izləyənlər arasında BOK-un prezidenti Xuan Antonio Samaranç da olub. Qalibə mükafatı isə Valentin Qranatkinin qızı Marina təqdim edib. 1983-cü ildə yarış indiki Sankt-Peterburq şəhərinə keçirilib. 1992-ci ilə kimi 12 turnir baş tutub. Qranatkinin xatirəsinə həsr olunmuş turnir 2001-ci ildə yenidən bərpa olunub. İlk illərdə yarışda 8 komanda mübarizə aparırdı. Müxtəlif vaxtlarda turnirdə gələcəyin ulduzları oynayıblar. Onlar arasında Andreas Möller, Oliver Birhoff, Kirsten Yanker, Marsel Desayi, İqor Kolıvanov, Aleksandr Mostovoy və başqalarının adını çəkmək olar. TURNİRİN BÜTÜN MÜKAFATÇILARI İL            I YER                     II YER                    III YER 1981        AFR     ... ardı »
Kateqoriya: Ölkə futbolu | Baxış: 474 | Əlavə etdi: mozalax | Tarix: 02.01.2015 | Şərhlər (0)

Daxil ol
səbət
Ваша корзина пуста
Axtarış
Təqvim
«  yanvar 2015  »
b.eç.açc.ac.şb
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Аrxiv
Dost Saytlar
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • musa.sb MyCorp © 2024