Mənim saytım
Saytın menyusu
Bölmələr
Siyasət [19]
Sosial [24]
Hadisə [43]
İqtisadiyyat [9]
Dünya [17]
Avto [0]
Mədəniyyət [4]
Maqazin [3]
İdman [2]
Texnologiya [9]
Hərbi [0]
Foto [1]
Video [1]
Cəmiyyət [0]
Şou-biznes [1]
Maraqlı [8]
Ədəbiyyat [0]
Hücrə [0]
Proje [0]
Media [0]
Kinoteatr [0]
Qeyri adi [0]
Tarix [0]
Füzuli [1]
Bakı [0]
Digər [4]
Qazax [0]
Sağlamlıq [0]
Gündəm [1]
Ölkə futbolu [13]
Xarici futbol [1]
Digər idman növləri [6]
Bizim kuponlar [0]
Komanda [2]
Akademiya [0]
Kommersiya [0]
Klub [0]
İctimaiyyət [0]
Digər növlər [0]
Ramiz Quliyev [1]
Per Laqerkvist [1]
Lev Tolstoy [0]
İnanclar [1]
Ailə [1]
Sevgi [1]
Sağlıq [1]
Dəb [0]
Evim [0]
Mətbəx [0]
Həyata tərzi [0]
Əyləncə [0]
Mütəxəssislər [0]
Cinayət [0]
Din [0]
Ordu [1]
Mini Çat
200
Statistika

On line: 1
Qonaq: 1
İstifadəçi: 0
Главная » 2015 » yanvar » 12

Qutu.moy.su

Kateqoriya: Sosial | Baxış: 370 | Əlavə etdi: mozalax | Tarix: 12.01.2015 | Şərhlər (0)

Hadisənin təfərrüatları açıqlanıb 

 

Ermənistanda rus hərbçisi tərəfindən güllələnən bir ailənin altı üzvünün və qətldə şübhəli bilinən şəxsin adları bəlli olub.

 

 

 

APA-nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, bu barədə Ermənistan İstintaq Komitəsi rəhbərinin müşaviri Sona Truzyan açıqlama verib.

 

 

 

Onun sözlərinə görə, hadisə yerindən Gümrüdə dislokasiya olunmuş 102 saylı Rusiya hərbi bazasının qulluqçusu Valeri Permyakova aid çəkmələr tapılıb.

 

 

 

Qətlə yetirilənlərə gəlincə, bunlar ailə başçısı Seryoja Avetisyan, onun həyat yoldaşı Asmik, qızı Aida, oğlu Armen, onun həyat yoldaşı Araks və sonuncuların 1 yaş 8 aylıq övladı Asmik Avetisyanlardır. Sağ qalan altı aylıq Seryoja Armenoviç Avetisyan kəsilmiş-deşilmiş yaralarla xəstəxanaya yerləşdirilib. Əməliyyat olunan körpənin vəziyyəti ağır qiymətləndirilir.

 

 

 

Mərhumların qonşusu bildirib ki, səhər saat 6:20-də partlayış və ya atəş səsi eşidib. Onların meyitlərini isə ev sahibəsinin bacısı aşkarlayıb.

 

 

 

Hadisə yerinə Rusiya hərbi bazasının komandiri Andrey Ruzinski gəlib.

 

 

 

... ardı »
Kateqoriya: Dünya | Baxış: 314 | Əlavə etdi: mozalax | Tarix: 12.01.2015 | Şərhlər (0)

Hadisənin təfərrüatları açıqlanıb  Ermənistanda rus hərbçisi tərəfindən güllələnən bir ailənin altı üzvünün və qətldə şübhəli bilinən şəxsin adları bəlli olub.   APA-nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, bu barədə Ermənistan İstintaq Komitəsi rəhbərinin müşaviri Sona Truzyan açıqlama verib.   Onun sözlərinə görə, hadisə yerindən Gümrüdə dislokasiya olunmuş 102 saylı Rusiya hərbi bazasının qulluqçusu Valeri Permyakova aid çəkmələr tapılıb.   Qətlə yetirilənlərə gəlincə, bunlar ailə başçısı Seryoja Avetisyan, onun həyat yoldaşı Asmik, qızı Aida, oğlu Armen, onun həyat yoldaşı Araks və sonuncuların 1 yaş 8 aylıq övladı Asmik Avetisyanlardır. Sağ qalan altı aylıq Seryoja Armenoviç Avetisyan kəsilmiş-deşilmiş yaralarla xəstəxanaya yerləşdirilib. Əməliyyat olunan körpənin vəziyyəti ağır qiymətləndirilir.   Mərhumların qonşusu bildirib ki, səhər saat 6:20-də partlayış və ya atəş səsi eşidib. Onların meyitlərini isə ev sahibəsinin bacısı aşkarlayıb.   Hadisə yerinə Rusiya hərbi bazasının komandiri Andrey Ruzinski gəlib.       *****     15:07   Ermənistanda bir ailənin altı üzvünü güllələyən şəxsin hərbçi olduğu məlum olub.   APA-nın “Armtoday”ə istinadən xəbərinə görə, bu barədə Ermənistan İstintaq Komitəsi rəhbərinin müşaviri Sonna Truzyan açıqlama verib.   Onun sözlərinə görə, Myasnikyan küçəsindəki evlərin birində qatil bir ailənin altı üzvünü güllələyib, altı aylıq körpə isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib: “Bizə hərbi qulluqçunun hə ... ardı »
Kateqoriya: Dünya | Baxış: 334 | Əlavə etdi: mozalax | Tarix: 12.01.2015 | Şərhlər (0)

Sony-nin oyun streaming servisi olan Playstation Now üçün xidmət tarixi və ödənişi açıqlanıb.

 

Verilən məlumata görə, yüzdən çox Playstation 3 oyununu Playstation 4 ilə online olaraq Streaming texnologiyasıyla oynaya biləcəksiniz. Playstation Now xidmətinin Şimali Amerikada 13 yanvar  tarixində istifadəyə veriləcəyi də bildirilib.

 

Aralarında Uncharted: Drake s Fortune, Batman: Arkham City, The Last of Us və God of War: Ascension kimi klassikləşmiş oyunların da olduğu onlarla oyunu internetdən yükləməyə ehtiyac qalmadan PS4 oyun konsolları ilə oynamaq mümkün olacaq.

 

Xidmətin aylıq ödənişi isə 19.99 dollar olaraq müəyyən edilib. Hələlik yalnız Şimali Amerikada istifadəyə veriləcək xidmət sonradan bütün bölgələrə də təqdim  olunacaq. Həmçinin, xidmətə üç aylıq üzv olunduğu zaman 44.99 dollar ödəyərək kiçik bir endirimdən yararlanmaq mümkündür.  

 

                                                                                                            

 

 

 

          ... ardı »

Kateqoriya: Texnologiya | Baxış: 374 | Əlavə etdi: mozalax | Tarix: 12.01.2015 | Şərhlər (0)

 

Foxconn Apple Watch üçün ekranlar istehsal etmək üçün yeni fabrik açmağı planlayır. 

 

Apple-ın Foxconn-dan OLED texnalogiyasını öyrənməyi tələb etdiyi deyilir.

 

Bu o deməkdir ki, Kurpertino-nun planlarında var ki, LG və Samsung-un təqdim etdiyi LCD ekranlardan imtina edib, Foxconn-un istehsal edəcəyi OLED ekranlardan yayarlansın hansı ki, Apple smarftfonlarının böyük hissəsi burada yığılır.

 

Fabrik bu ilin sonunadək tikilib təchiz olunaq və Apple LCD ekranları iPhone 7-nin istehsalına qədər istifadə edəcək.

 

 

 

 

Kateqoriya: Texnologiya | Baxış: 412 | Əlavə etdi: mozalax | Tarix: 12.01.2015 | Şərhlər (0)

 

12 il əvvəl böyük alqışlar ilə  Steve Jobs Macworld konfransı zamanı bütün dünyaya İE-nin qatilini təqdim edib. İlk veb bələdçi Apple yeraltında yaranmışdı və o dövrdə ən sürətli idi. 

 

2003-cü ilin yanvar səhərində Safarinin beta versiyası işıq üzü gördü, 23 iyul 2003-də isə satbil versiya işıq üzü gördü.

 

Sonra 4 il keçdi və 9 yanvar 2007-ci ildə Jobs dünyaya iPhone-u təqdim etdi amma Safarinin mobil versiyasını təqdim etməyi unutdu.

 

Bir neçə aydan sonra WorldWide Developers Conference-də o dünyaya Safari 3-ü təqdim etdi hansı ki, Mac OS 10.5 və Windows OS ilə işləyirdi. Həmin an üçün öz kateqoriyasında pəncərələr ilə işləməyi bacaran ən yaxşısı idi.

 

 

Kateqoriya: Gündəm | Baxış: 480 | Əlavə etdi: mozalax | Tarix: 12.01.2015 | Şərhlər (0)

Nokia N1 dünən Çin-də satışa çıxarıldı. Şirkət 4 dəqiqə 2 saniyə ərzində 20.000 ədəd Nokia N1 planşeti satdı. Nokia bəlkə də N1 ilə Xiaomi-nin müvəffəqiyyətindən ilhamlanaraq flaş satış yolunda irəliyə getdi. Nəticə nə olursa olsun qısa vaxt ərzində rekord satış əldə olundu. 

 

Nokia N1 performansdada çox gözəl bir planşetdir.

 

GFXBench tətbiqində iPad mini 3-ü geridə qoyur. 

 

Manhattan testində N1-in xalı 589, iPad mini 3 isə 553 toplayır. 1080p T-Rex Offscreen-də isə N1 1691, iPad mini 3 isə 1598 toplayır. Son test T-Rex-də Nokia N1 1437 frame ile, 1271 xal toplayan iPad mini 3-ü keçdi.

 

Nokia N1-də 7.9 düymlük 2048x1536 ölçüdə ekran, 5MP ön kamera, 8MP isə əsas kamera, 2.3 GHZ 4 nüvəli İntel Atom Z3580 prosessor, 2 GB RAM, 32 GB daxili yaddaş, 5300 mAH batareya və Android 5 Lolipop əməliyyat sistemi vardır.

 

Cihazın qiymətinin 197 AZN olması gözlənilir. 

 

 

Kateqoriya: Texnologiya | Baxış: 398 | Əlavə etdi: mozalax | Tarix: 12.01.2015 | Şərhlər (0)

 

Əgər texnologiyanın daha da geniş inkişafı haqqında bir fikriniz yoxdursa, bu maraqlı miniatür kompüter layihəsi sizə bir fikir verə bilər.

 

Edidoom adını daşıyan bu kiçik kompüter öz evinizdə edə biləcəyiniz və üzərində DOOM kimi əfsanə oyunları oynaya biləcəyiniz bir kompüterdir. Bu kompüter İntelin Intel Edison adını daşıyan System On Chip (SOC) yəni vahid sistem çipini istifadə edir. Bu çip üzərində 500 MHZ cüt nüvəli prosessor, 1 GB RAM və 4 GB yaddaş diski yer alır. Bu əməliyyat gücü DOOM tərzli köhnə oyunları oynatmaq üçün kifayət qədər normaldır. Intel Edisonun sahib olmadığı şey isə bir ekran, dinamik və nəzarət cihazıdır. Edidoom layihəsi Edison çipiylə bu əlavə təchizatları birləşdirir və qarşınıza öz imkanlarınızla yarada biləcəyiniz bir kiçik kompüter çıxır.

 

 

Kateqoriya: Texnologiya | Baxış: 414 | Əlavə etdi: mozalax | Tarix: 12.01.2015 | Şərhlər (0)

Çizgi filmlərdə dava etmələri ilə hamımızın tanıdığı Tom və Jerry internet oyununda artıq yarışacaq.

 

İnternet vasitəsilə oynanan “Velosipedli Tom və Jerry” oyununda Tom və Jerry Spike və Butchu ilə birlikdə velosiped yarışı edir.

 

Pendirləri yığaraq irəliləyin.

 

“Velosipedli Tom və Jerry” oyununda seçdiyiniz qəhrəmanın velosipedinin idarəsinə klaviaturadan istiqamət düymələri ilə nəzarət edirsiniz. Yarışda finish xəttini keçmək üçün pendirləri yığaraq irəliləmək lazımdır.

 

Kələ-kötür bir yolda irəliləyən yarışda mərhələlər bir-biriniz əvəz etdikcə maneələr artır və velosipedi aşırmaq riskiniz də çoxalır. İstiqamət düymələri ilə hərəkət etdiyiniz oyunda rəqiblərinizə öz fərqinizi bildirmək üçün “Z” düyməsi ilə nitrodan istifadə edirsiniz.

 

 

 

 

Kateqoriya: Digər | Baxış: 423 | Əlavə etdi: mozalax | Tarix: 12.01.2015 | Şərhlər (0)

Pərəstişkarlarının maraqla gözlədiyi Apple Watch saatının mart ayı ərzində satışda olacağı bildirilib. Apple Watch-un proqramı, batareya ömrü və adapter tutumu üzərində çalışan şirkətinin məqsədi saatı bir an əvvəl tam hazır edib söylənilən tarixə kimi çatdırmaqdır. Mart ayında işlər Apple-ın istədiyi kimi getməzsə, məhsul sonrakı aylarda da bazara çıxa bilər.

 

3 fərqli korpus vəsaiti (polad, alüminium, 18K qızıl) və iki ölçüdə (38mm, 42mm) olacaq Apple Watch dəri, plastik və hörgü metal kimi bir çox variantları da təqdim edir. Əməliyyat sistemi Watch OS, DigitalCrown və toxunma xaricində basmağa da həssas ekran kimi fərqli interfeyslərlə nəzarət edilməsi diqqət çəkir.

 

İstifadəçilər arasında kommunikasiya yollarının inkişafını təmin edən saat ilə iki istifadəçi bir-birinə müxtəlif çəkib göndərə bilər, ürək atışlarını paylaşa, ya da "tık" şəklində titrəmələr göndərə bilərlər. 

 

 

 

 

 

 

Kateqoriya: Texnologiya | Baxış: 375 | Əlavə etdi: mozalax | Tarix: 12.01.2015 | Şərhlər (0)

 

2014-cü ildə populyarlığı artan sosial şəbəkələrin önündə İnstagram gəlir. Araşdırmalara görə, İnstagramda bütün yaş təbəqəsindən olan insanlar var.

 

Facebook, Twitter ilə başlayan sosial şəbəkə marağı artıq İnstagram, Pinterest, Tumblr kimi spesifik sosial şəbəkələri ilə artdı. 

 

İnstagram-a olan böyük maraq

 

Pew Internet şirkətini araşdırmasına görə, ötən il İnstagram ABŞ ərazisində məşhur şəbəkə kimi tarixə öz damğasını vurdu. ABŞ-da hər 4 nəfərdən biri İnstagramdan istifadə edir. İstifadəçilərin sayı 2013-ü ildə 17 %, 2014 isə 26% artıb. 

 

Araşdırmaların sonunda ortaya çıxan nəticəyə görə, orta yaş qrupunda olan insanların İnstagrama marağı daha çoxdur. 2013-cü ildə 30-40 yaş qrupunda olan internet istifadəçisi olan insanların 18 %-i İnstagramdan istifadə edirdi. 2014-cü ildə isə bu rəqəm 25%-ə çatdı. 18-29 yaş qrupları arasında isə istifadəçilərin sayı 37%-dən 53%-ə qədər artıb. Bugün ABŞ-da gənc yaş qrupundakı hər internet istifadəçisinin 1 İnstagramı var. 

 

 

 

 

Kateqoriya: Texnologiya | Baxış: 384 | Əlavə etdi: mozalax | Tarix: 12.01.2015 | Şərhlər (0)

Maktechblog yazısına əsasən demək olar ki, WhatsApp yeni funksiya olan video zəngi işə salmaq fikrindədir. Bu haqda WhatsApp son yenilənməsində gələn kodlara nəzər salsaq görərik ki, «Call via Skype» kodlara əlavə olunub.  WhatsApp-a rəqib messsenger olan Telegram-ın yaradıcısı olan Pavel Durov, WhatsApp-ı onun tətbiqini kopyalamaqda günahlandırıb. Onun sözlərinə əsasən, "WhatsApp əvvəl video göndərilməsində maksimum ölçünü, qruplarda yazışmanı maksimum ölçü etdi. İndi isə hansısa şifrələmə üsulu tətbiq edir və birazdan yazışmaların avtomatik silinməsini də tətbiq edəcək". Son zamanlarda daha da populyar olmağa başlayan WhatsApp, avqust ayında istifadəçilərinin sayını 600 milyona çatdırıb. Buna baxmayaraq, yeni statistikaya əsas demək olar ki, yanvar ayında istifadəçılərin sayı 700 milyona çatıb.
Kateqoriya: Texnologiya | Baxış: 319 | Əlavə etdi: mozalax | Tarix: 12.01.2015 | Şərhlər (0)

Daxil ol
səbət
Ваша корзина пуста
Axtarış
Təqvim
«  yanvar 2015  »
b.eç.açc.ac.şb
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Аrxiv
Dost Saytlar
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • musa.sb MyCorp © 2024