Mənim saytım
Saytın menyusu
Bölmələr
Siyasət [19]
Sosial [24]
Hadisə [43]
İqtisadiyyat [9]
Dünya [17]
Avto [0]
Mədəniyyət [4]
Maqazin [3]
İdman [2]
Texnologiya [9]
Hərbi [0]
Foto [1]
Video [1]
Cəmiyyət [0]
Şou-biznes [1]
Maraqlı [8]
Ədəbiyyat [0]
Hücrə [0]
Proje [0]
Media [0]
Kinoteatr [0]
Qeyri adi [0]
Tarix [0]
Füzuli [1]
Bakı [0]
Digər [4]
Qazax [0]
Sağlamlıq [0]
Gündəm [1]
Ölkə futbolu [13]
Xarici futbol [1]
Digər idman növləri [6]
Bizim kuponlar [0]
Komanda [2]
Akademiya [0]
Kommersiya [0]
Klub [0]
İctimaiyyət [0]
Digər növlər [0]
Ramiz Quliyev [1]
Per Laqerkvist [1]
Lev Tolstoy [0]
İnanclar [1]
Ailə [1]
Sevgi [1]
Sağlıq [1]
Dəb [0]
Evim [0]
Mətbəx [0]
Həyata tərzi [0]
Əyləncə [0]
Mütəxəssislər [0]
Cinayət [0]
Din [0]
Ordu [1]
Mini Çat
200
Statistika

On line: 1
Qonaq: 1
İstifadəçi: 0
Главная » 2015 » yanvar » 17

20 yaşlı tələbə Heather Rooney-i çoxları yeni fəaliyyətə başlayan rəssam, gözəllik və incəsənəti sevən  şəxs kimi tanıyırlar. Rəsmləri reallığı özündə əks etdirir - yekun nəticəni isə fotoshop-dan ayırmaq mümkün deyil.

Kateqoriya: Maraqlı | Baxış: 458 | Əlavə etdi: mozalax | Tarix: 17.01.2015 | Şərhlər (0)

Həbsdə olan sektor müdiri özünü təqsirli bilmir 

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafayevlə görüşüblər.
 
Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, E. Mustafayev ötən il dekabrın 16-da Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulub: “O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir. Saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti yoxdur. Lakin özünü təqsirli bilmir”.   

Kateqoriya: Hadisə | Baxış: 346 | Əlavə etdi: mozalax | Tarix: 17.01.2015 | Şərhlər (0)


Prezident İlham Əliyev sərəncam imzalayıb 

Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.  
 
Lent.az-ın məlumatına görə, sərəncam ümumi təhsil müəssisələrində çalışan müəllimlərin həftəlik dərs yükünün optimallaşdırılması yolu ilə əməkhaqqının artırılmasını təmin etmək və bununla maddi rifahını yaxşılaşdırmaq məqsədi ilə verilib.


Sərəncama əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb.

Nazirlər Kabinetinə tapşırılıb:

Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. ... ardı »

Kateqoriya: Sosial | Baxış: 1973 | Əlavə etdi: mozalax | Tarix: 17.01.2015 | Şərhlər (0)

Təhsil Nazirliyi ölkə prezidentinin sərəncamını şərh etdi 

 
“Ölkə prezidenti İlham Əliyev neftin qiymətinin kəskin aşağı düşməsinə baxmayaraq, sosial sahəni prioritet elan etdiyini bir daha sübut etdi. Prezidentin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” sərəncamı bunun bariz nümunəsidir”. Bunu Lent.az-a açıqlamasında Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KIV-lə iş sektorunun müdiri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, sərəncam müəllimlərin dərs yükü normasının 12 saatdan 18 saata artırılmasını nəzərdə tutaraq müəllimlərin əməkhaqlarının artırılmasına səbəb olacaq. Bu, həm də Azərbaycan Respublikasında “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda qeyd olunan müddəaya uyğun olaraq həyata keçirilir.
 
“Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq ötən ilin yayında müəllimlərin biliyinin və bacarıqlarının diaqnostik qiymətləndirilməsi həyata keçirilib. Prezidentin bu sərəncamı nəticəsində dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları isə orta hesabla 2 dəfə artırılacaq”
 
TN rəsmisi qeyd edib ki, sərəncamın birinci hissəsi ... ardı »

Kateqoriya: Sosial | Baxış: 403 | Əlavə etdi: mozalax | Tarix: 17.01.2015 | Şərhlər (0)

Reyddə 100-ə yaxın yol polisi iştirak etdi, 45 sərxoş sürücü yaxalandı 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtda kütləvi reydlərə başlayıblar. APA TV-nin məlumatına görə, təşkil olunan reyddə 100-ə yol patrul xidmətinin əməkdaşı iştirak edib. Reyd Bakının bütün rayonlarını əhatə edib. 
 
Məqsəd isə, avtomobillərdə edilən qanunsuz dəyişikliklər və sərxoş sürücülərin aşkarlanması olub. Reyd zamanı yol polisi tərəfindən çox ciddi qanun pozuntuları aşkarlanıb. 
 
Paytaxtda icazəsinə verilən müddətin bitməsinə baxmayaraq qanunsuz olaraq, pərdə, jalüz və plyonkadan istifadə edən sürücülərə rast gəlinib. Həmin sürücülər saxlanılıb, maşında olan pərdə, jalüz və plyonkalar söküldükdən sonra cərimələniblər. 
 
Reyd zamanı avtomobilin konstruksiyasını dəyişərək qanunsuz səsboğuculardan və işıqlardan istifadə edən sürücülər saxlanılaraq cərimələnib, maşınları isə müvafiq qaydada cərimə meydançasına aparılıb.
YPX əməkdaşı Səxavət Əliyev bildirib ki, yol nişanlarının tələbini kobudcasını pozaraq, qəza şəraiti yaradan sürücülər də məsuliyyətə cəlb olunublar. Polis əməkdaşları həmin sürücüləri müəyyən edərək onlar barəsində inzibati protokol tərtib ediblər.
 
Reyd zamanı yol polisinin qanuni "Dur!" əmrinə tabe olunmadan qaçan və yolda qəza vəziyyəti yaradan avtoxuliqanlar da saxlanılıb. 
 
Paytaxtın Yasamal rayonu ərazisində yol polisin ... ardı »

Kateqoriya: Hadisə | Baxış: 408 | Əlavə etdi: mozalax | Tarix: 17.01.2015 | Şərhlər (0)

"Yüksək nəticə göstərən müəllimlə zəif nəticə göstərənin əməkhaqlarında fərq olmalıdır" 

“Bakıda sınaq qiymətləndirilməsində iştirak etmiş müəllimlərin orta dərs yükünü 18 saata qaldırmağa nail olmuşuq”. Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov bildirib.

Nazirin sözlərinə görə, yüksək nəticə göstərən müəllimlə zəif nəticə göstərmiş müəllimin əməkhaqlarında fərq olmalıdır.

“Dövlət ümumi təhsil müəssisələrində bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında sərəncamının icrası barədə mexanizmin hansı şəkildə icra olunması Nazirlər Kabineti tərəfindən müəyyən olunacaq".

M. Cabbarov bildirib ki, bu məsələ ilə bağlı Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib.
 
***
 
14:02
 
“Azərbaycanda təhsil sisteminin gücü bu sistemdə çalışan müəllimlərin gücündən asılıdır”. Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov bildirib.

Nazir vurğulayıb ki, diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükü normasının 1,5 dəfə, əməkhaqqının 2 dəfə artırılması barədə imzalanan sərəncam ölkədə müəllim peşəsinə diqqətin ən bariz nümunəsidir.

M. Cabbarovun sözlərinə görə, k ... ardı »

Kateqoriya: Sosial | Baxış: 375 | Əlavə etdi: mozalax | Tarix: 17.01.2015 | Şərhlər (0)

Gəncədə iki nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən APA TV-nin qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin “Dəyirman dairəsi” adlanan ərazisində qeydə alınıb. Gəncə şəhər sakini, 26 yaşlı Ayxan Məsimovun idarə etdiyi “Touareg” markalı avtomobillə şəhər sakini, 32 yaşlı Bəxtiyar Orucovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil toqquşub. Qəza nəticəsində “VAZ 2107”də olan sərnişinlər Tural Oruclu və Nemət İsgəndərov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.
 
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. 

Kateqoriya: Hadisə | Baxış: 360 | Əlavə etdi: mozalax | Tarix: 17.01.2015 | Şərhlər (0)

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu yeni rəqəmlər açıqlayıb 

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu yeni rəqəmlər açıqlayıb. Lent.az-ın məlumatına görə, İnstitutun elmi katibi Leyla Məmmədova tibb.az-a bildirib ki, 20 yaşa qədər qadınların hamiləliklərinin 13 faizi, 20-24 yaşlı qadınların hamiləliklərinin 28 faizi, 25-34 yaşlı qadınların hamiləliklərinin 58 faizi, 35-44 yaşlı qadınların hamiləliklərinin 75 faizi süni abortla başa çatır.
2011-ci ildə Azərbaycan üzrə yeniyetmə qadınlar arasında edilən abortların sayı 1204 olub. Onlardan 15-17 yaş arası 135 nəfər, 18-19 yaş arası isə 1069  nəfərdir.
Hər 1000 yeniyetməyə abort göstəricisi isə 15-19 yaş 2,9 faiz, 15-17 yaş 0,6 faiz, 18-19 yaş 6,1 faizdir. Ümumiyyətlə, hamiləlik zamanı itkilərin əksəriyyəti süni abortlar - 40.9 faiz, daha sonra uşaqsalma 6 faiz və ölü  doğuş 0.4 faiz nəticəsində baş verir.
Leyla Məmmədova əlavə edib ki, 2000-ci ildə Azərbaycanda ümumi abortların sayı 17 min 500 idisə, 2012-ci ildə artıq bu göstərici 31 min olub.
Statistikada əsas diqqəti çəkən məqam yetkinlik yaşına çatmayan 15-17 yaş arası 135 nəfərin abort olunmasıdır.
 
“Bu, elə böyük rəqəm deyil, amma...”
 
“Təmiz Dünya” İctimai Birliyinin sə ... ardı »

Kateqoriya: Sosial | Baxış: 472 | Əlavə etdi: mozalax | Tarix: 17.01.2015 | Şərhlər (0)

Daxil ol
səbət
Ваша корзина пуста
Axtarış
Təqvim
«  yanvar 2015  »
b.eç.açc.ac.şb
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Аrxiv
Dost Saytlar
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • musa.sb MyCorp © 2024