Mənim saytım
Saytın menyusu
Bölmələr
Siyasət [19]
Sosial [24]
Hadisə [43]
İqtisadiyyat [9]
Dünya [17]
Avto [0]
Mədəniyyət [4]
Maqazin [3]
İdman [2]
Texnologiya [9]
Hərbi [0]
Foto [1]
Video [1]
Cəmiyyət [0]
Şou-biznes [1]
Maraqlı [8]
Ədəbiyyat [0]
Hücrə [0]
Proje [0]
Media [0]
Kinoteatr [0]
Qeyri adi [0]
Tarix [0]
Füzuli [1]
Bakı [0]
Digər [4]
Qazax [0]
Sağlamlıq [0]
Gündəm [1]
Ölkə futbolu [13]
Xarici futbol [1]
Digər idman növləri [6]
Bizim kuponlar [0]
Komanda [2]
Akademiya [0]
Kommersiya [0]
Klub [0]
İctimaiyyət [0]
Digər növlər [0]
Ramiz Quliyev [1]
Per Laqerkvist [1]
Lev Tolstoy [0]
İnanclar [1]
Ailə [1]
Sevgi [1]
Sağlıq [1]
Dəb [0]
Evim [0]
Mətbəx [0]
Həyata tərzi [0]
Əyləncə [0]
Mütəxəssislər [0]
Cinayət [0]
Din [0]
Ordu [1]
Mini Çat
200
Statistika

On line: 1
Qonaq: 1
İstifadəçi: 0
Главная » 2015 » mart » 10
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Rusiya Federasiyası Prezidentinin köməkçisi, Rusiya Federasiyası Olimpiya Komitəsinin vitse-prezidenti İqor Levitini qəbul edib. İqor Levitin Soçi Qış Olimpiya Oyunlarına həsr olunmuş xatirə albomunu dövlətimizin başçısına təqdim etdi. Rusiya idmançılarının Bakıda keçiriləcək birinci Avropa Oyunlarına ciddi hazırlaşdıqlarını vurğulayan İqor Levitin Rusiyanın bu tədbirdə 300-ə yaxın idmançı ilə təmsil olunacağını dedi. O, Azərbaycanda birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil ediləcəyinə ümidvar olduğunu bildirdi və bu işdə ölkəmizə uğurlar arzuladı. Dövlətimizin başçısı Soçi Qış Olimpiya Oyunlarında Rusiyanın əldə etdiyi nailiyyətlər münasibətilə təbriklərini çatdırdı. Prezident İlham Əliyev birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsindən qısa vaxt keçməsinə baxmayaraq, bu istiqamətdə böyük işlərin görüldüyünü vurğuladı və Oyunların yüksək səviyyədə təşkil olunması üçün Azərbaycanın bütün səylərini əsirgəmədiyini bildirdi. Dövlətimizin başçısı bu idman yarışının təkcə ölkəmiz üçün deyil, ümumilikdə idman sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi önəmini qeyd etdi. Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.
Kateqoriya: Siyasət | Baxış: 445 | Əlavə etdi: mozalax | Tarix: 10.03.2015 | Şərhlər (0)

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın martın 9-da Rusiya Federasiyası Prezidentinin köməkçisi, Rusiya Federasiyası Olimpiya Komitəsinin vitse-prezidenti İqor Levitin ilə görüşü olub. Görüşdə bu ilin iyununda Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq məsələləri müzakirə edilib. Qonaq Azərbaycanın belə bir möhtəşəm tədbirə yüksək səviyyədə ev sahibliyi edəcəyinə əminliyini bildirib. Rusiya idmançılarının birinci Avropa Oyunlarına ciddi hazırlaşdıqlarını qeyd edən İqor Levitin ölkəsinin bu tədbirdə 300-ə yaxın idmançı ilə təmsil olunacağını deyib. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva birinci Avropa Oyunlarına hazırlıq istiqamətində qısa müddət ərzində böyük işlər görüldüyünü, paytaxtımızın belə möhtəşəm idman bayramına ev sahibliyi etməsindən məmnunluğunu bildirib. Son illər Azərbaycanda idmanın inkişafı sahəsində görülən işlərdən, idmançılarımızın Avropa və dünya çempionatlarında qazandıqları nailiyyətlərdən söz açan Mehriban Əliyeva qarşıdakı birinci Avropa Oyunlarında iştirak edəcək hər bir kəsə uğurlar arzulayıb. Bu ərəfədə Avropanın bir sıra şəhərlərində “Bakı-2015”in təqdimatlarının keçirildiyini bildirən Heydər Əliyev Fondunun prezidenti hamının Bakıda təşkil olunacaq yarışlardan böyük zövq alacağına əminliyini ifadə edib.
Kateqoriya: İdman | Baxış: 440 | Əlavə etdi: mozalax | Tarix: 10.03.2015 | Şərhlər (0)

ABŞ konqresmeni Stiv Kohen Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar Konqresdə bəyanatla çıxış edib. O, Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalıda 1992-ci il fevralın 26-da 600-dən çox mülki şəxsin qətlə yetirildiyini bildirib. S.Kohen atəşkəsin əldə edilməsindən 20 ildən artıq vaxt keçməsinə baxmayaraq, Dağlıq Qarabağ regionu və ətraf 7 rayon daxil olmaqla Azərbaycan ərazisinin 20 faizinin hələ də işğal altında qaldığını və bir milyondan çox azərbaycanlının öz evindən didərgin düşdüyünü qeyd edib. Stiv Kohen Azərbaycanın çox çətin qonşuluqda təhlükəsizlik və enerji məsələlərində ABŞ-ın və müttəfiqlərinin güclü tərəfdaşı olduğunu vurğulayıb. Eyni zamanda, konqresmen Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlara, xüsusilə NATO-nun Əfqanıstandakı əməliyyatına mühüm töhfəsini xüsusi vurğulayıb. Konqresmen bəyanatında Azərbaycanın aparıcı rol oynadığı “Cənub” qaz dəhlizinin inşasının Avropa üçün önəmli alternativ təşkil edəcəyini bildirib. Habelə ölkəmizin İsrailin neft istehlakının təxminən 40 faizini təmin etdiyini vurğulayıb. ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupun həmsədri olan Stiv Kohen dünya azərbaycanlılarının Xocalı faciəsi qurbanlarının xatirəsini yad etdiyi bir vaxtda Birləşmiş Ştatların Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməsinin vacibliyini vurğulayıb.
Kateqoriya: Siyasət | Baxış: 435 | Əlavə etdi: mozalax | Tarix: 10.03.2015 | Şərhlər (0)

Martın 17-də Trans-Anadolu qaz boru kəmərinin (TANAP) Türkiyənin ərazisindən keçən hissəsinin tikintisinə başlanılacaq. AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Taner Yıldız məlumat verib. Nazir bildirib ki, TANAP həm Türkiyə, həm Azərbaycan üçün əhəmiyyətli və strateji layihədir. Qeyd edək ki, TANAP ilə Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan təbii qazının nəqli nəzərdə tutulur. Boru kəmərinin 2018-ci ildə istismara verilməsi planlaşdırılır.
Kateqoriya: İqtisadiyyat | Baxış: 354 | Əlavə etdi: mozalax | Tarix: 10.03.2015 | Şərhlər (0)

Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov və Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif ediliblər. RF Prezidentinin fərmanında qeyd edilir ki, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov və Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Rusiya Federasiyası ilə dostluq və əməkdaşlığın möhkəmlənməsinə verdikləri böyük töhfəyə görə “Dostluq” ordeni ilə təltif olunublar.
Baxış: 392 | Əlavə etdi: mozalax | Tarix: 10.03.2015 | Şərhlər (0)

Daxil ol
səbət
Ваша корзина пуста
Axtarış
Təqvim
«  mart 2015  »
b.eç.açc.ac.şb
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Аrxiv
Dost Saytlar
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • musa.sb MyCorp © 2024