Mənim saytım
Saytın menyusu
Bölmələr
Siyasət [19]
Sosial [24]
Hadisə [43]
İqtisadiyyat [9]
Dünya [17]
Avto [0]
Mədəniyyət [4]
Maqazin [3]
İdman [2]
Texnologiya [9]
Hərbi [0]
Foto [1]
Video [1]
Cəmiyyət [0]
Şou-biznes [1]
Maraqlı [8]
Ədəbiyyat [0]
Hücrə [0]
Proje [0]
Media [0]
Kinoteatr [0]
Qeyri adi [0]
Tarix [0]
Füzuli [1]
Bakı [0]
Digər [4]
Qazax [0]
Sağlamlıq [0]
Gündəm [1]
Ölkə futbolu [13]
Xarici futbol [1]
Digər idman növləri [6]
Bizim kuponlar [0]
Komanda [2]
Akademiya [0]
Kommersiya [0]
Klub [0]
İctimaiyyət [0]
Digər növlər [0]
Ramiz Quliyev [1]
Per Laqerkvist [1]
Lev Tolstoy [0]
İnanclar [1]
Ailə [1]
Sevgi [1]
Sağlıq [1]
Dəb [0]
Evim [0]
Mətbəx [0]
Həyata tərzi [0]
Əyləncə [0]
Mütəxəssislər [0]
Cinayət [0]
Din [0]
Ordu [1]
Mini Çat
200
Statistika

On line: 1
Qonaq: 1
İstifadəçi: 0
Главная » 2015 » fevral » 15 » Azərbaycan
09:57
Azərbaycan
Azərbaycan Respublikası AzərbaycanBayrağıGerbi Paytaxt BakıBöyük şəhərlərBakıRəsmi dilAzərbaycan diliEtnik qruplarazərbaycanlılar - , ləzgilər - , ruslar - , talışlar - , ermənilər -  (*)[1], digərləri -  (2009 sa.)[2]Prezidentİlham ƏliyevBaş nazirArtur RəsizadəYaranmasıƏrazi • Ümumi • Su sahəsi (%-lə) 86 600[3] km² (113-cü) 1,7[3]Əhali • Təxmini sayı (2014 • Siyahıyaalma (2009 • Əhali sıxlığı 9 552 500[4] nəfər (92[7]-ci) 8 922 447[5][6] nəfər 110[4] (2014) nəfər/km²  (104-cü)ÜDM (AQP)   • Cəmi (2012   • Adam başına $97.172 mlrd.[8]  (71-ci yer) $10,568[8]ÜDM (nominal)   • Cəmi (2012   • Adam başına $72.182 mlrd.[8] $7,850[8]İnsan inkişafı indeksi(2012)▲ 0.713  (yüksək) (67-ci)Pul vahidiAzərbaycan manatı (AZN)Saat qurşağıAZV (UKV+4)Yay vaxtıAZYV (UKV+5)İnternet domeni.azTelefon kodu+994  və ya rəsmi  — Cənubi Qafqazda dövlət,Xəzər dənizi hövzəsində yerləşir. ŞimaldanRusiya (Dağıstan)[9], Gürcüstan, qərbdənErmənistan, Türkiyə və cənubdan İran ilə həmsərhəddir.[10] Azərbaycanın ekslavı olan Naxçıvan Muxtar Respublikası şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Paytaxtı Bakı şəhəridir. Azərbaycan ərazisinin bir hissəsi (Dağlıq Qarabağ və ona bitişik 7 rayon)Ermənistan Respublikası tərəfindən işğal edilib, bu da ölkə ərazisinin 20 faizini təşkil edir.[11] Dövlət sərhədləri cənubdan İranla 765 km və Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 392 km, şimali-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir.Su serhedi 825 kilometirdir. Xəzər dənizinin Azərbaycan sektorunda ən enli sahəsinin uzunluğu 456 kilometrdir[12]. 1918-ci ilin 28 may günü müsəlman şərqində ilk parlamentli respublika olanAzərbaycan Xalq Cümhuriyyətininyarandığı gündür. 30 avqust 1991-ci ildə SSRİ tərkibində "müttəfiq respublika" statusunda olan Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" deklarasiya, 18 oktyabr 1991-ci il tarixində isə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul etdi. Bu tarix müasir Azərbaycan dövlətinin müstəqilliyinin bərpası günü sayılır. Hazırda Azərbaycan qədim tarix və mədəniyyət irsinə malik dünyəvi və unitar dövlət olub, etnik Azərbaycan çoxluğuna sahib ölkədir. Azərbaycan altı müstəqil türk dövlətindən biridir. Respublikanın 158 ölkə ilə diplomatik münasibəti vardır, 38 beynəlxalq təşkilatın üzvüdür. Azərbaycan GUAM və Kimyəvi silahdan istifadə qadağası təşkilatlarının təsisçilərindən biridir. 1993-cü ilin sentyabrından Müstəqil Dövlətlər Birliyininüzvüdür. 9 may 2006-cı ildə AzərbaycanBMT-nin yeni yaradılan insan haqları komitəsinə üzv seçilib. Səlahiyyətli nümayəndəlik 19 iyul 2006-cı ildən başlayıb. Azərbaycan həmçinin BMT,ATƏT, Avropa Şurası və NATO-nun sülh naminə tərəfdaşlıq proqramının üzvüdür. Bundan əlavə ölkə Birləşməyənlər Hərəkatı, Beynəlxalq Ticarət Təşkilatı və Beynəlxalq Elektrorabitə İttifaqında müşahidəçi statusuna malikdir. BMT Baş Assambleyasında 24 oktyabr 2011-ci il seçkiləri zamanı Azərbaycan 155 səs toplayaraq 2012-2014-cü illər üçün BMT Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvündən biri seçilib.[13] EtimologiyaEdit Azərbaycan sözünün mənşəyi mövzusunda çox dəyişik görüş var. Bunların arasında qabaqda gələn görüşlər bunlardır: Qədim asların adından qaynaqlanır və "Asər yurdu" deməkdir.[14]Azər, qədim türkcədə "yüksək", "zənginlərin yeri" olaraq keçər.Əhəmənilər İmperiyasındaqubernatorluq etmiş və Böyük İskəndər tərəfindən fəthindən sonra vəzifəsinə davam etmiş Atropatın adından[15]. qaynaqlanır. Atropatın adına istinadən bu bölgəyə Atropatena adı verilmişdir və Azərbaycanın adı buradan qaynaqlanmışdır.Digər bir görüşə görə isə o bölgədə böyük bir dövlət qurmuş olan və Xəzər Gölünə də adını verən Xəzərlərin (Kazar, Kuzar, Xazar) adından qaynaqlanır.[16] TarixEdit Əsas məqalə: Azərbaycan tarixi Qobustan qayası Daş dövrü Azərbaycanda 2 milyon 700 min il bundan öncə başlayaraq eramızdan əvvəl 4 minilliyə qədər davam etmişdir. Daş dövrü dörd mərhələdən – paleolit dövrü (qədim), mezolit dövrü (orta), neolit dövrü (yeni daş dövrü) ve enolit (mis-daş dövrü) ibarət olmuşdur. Təxminən 700 min il əvvəl insanlar od əldə etməyi öyrənərək, özlərini soyuqdan qorunmağa, yemək bişirmək, əmək alətlərini düzəltməyə başladılar. 400-300 min il öncə Azərbaycanda məskunlaşmış ibtidai insanların təkamülündə yeni mərhələ başlanır. 30-10 min il öncə Azərbaycanda son paleolit dövrü mövcud idi. İnsanlar artıq yalnız mağara və zağalarda deyil, həmçinin müxtəlif çay vadilərində tikdirdikləri yaşayış məskənlərində məskunlaşmağa başlayırlar. Məhz bu dövrə qəbilələrin formalaşması, ilkinincəsənət və etiqadların (sitayiş, ibadət) yaranması təsadüf edir. Əmək alətləri bu zaman yalnız daşdan deyil, həmçinin müxtəlif heyvan sümüyündən də istehsal edilirdi. Mezolit Azərbaycanda e.ə. 11–8 minillikləri əhatə edir. Artıq bu dövrdə əkinçilik və heyvandarlığın ilkin formaları yaranır. Bu dövr başlıca olaraqQobustandakı qaya üstü rəsmlər və arxeoloji tapıntılar əsasında tədqiq edilib. Yer üzündə ibtidai insanın ən zəngin "muzeylərindən" biri sayılan bu ərazidə altı minəcən qayaüstü rəsm və ona yaxın qədim insan düşərgəsi aşkar edilmişdir. Bu rəsmlərdə o dövrkü adamların məşğuliyyəti, əmək fəaliyyəti, ov və balıqçılıq səhnələri, ayin və etiqadları öz əksini tapmışdır. Arxeoloji materiallar və rəsmlər sübüt edir ki, artıq bu dövrdə insanlar ox və kamandan istifadə etməyi bilirdilər. Tunc dövrü Azərbaycanda e.ə. 4-1 minillikləri əhatə edir. Tayfa və qəbilə ittifaqlarının yaranması elə bu ərəfədə başlanır. İnsan məskənlərinin və ümumi əhalinin sayı durmadan artır. Kiçik və Orta Asiya, Mesopotamiya və Şimali Qafqazla ticarət və digər əlaqələr yüksələn xətlə inkişaf edir. Azərbaycanda tunc dövrü Kür-Araz arxeoloji mədəniyyətinə aid tapıntılar əsasında dərindən öyrənilmişdir. Bu mədəniyyət təkcə Azərbaycanı deyil, həmçinin Cənubi və Şimal-Şərqi Qafqazı və Kiçik Asiyanın şərq ərazilərini də əhatə edirdi. Bu dövrdə insanlar yumşaq misixüsusi sobalarda əridib onu qalaylaqatışdıraraq tunc əldə etməyi öyrənirdilər. Tunc misdən daha bərk olduğuna görə tezliklə əmək alətləri, silah və bəzək əşyaları məhz bu materialdan hazırlanmağa başlanır. Bu dövrə həmçinin əkinçilikldə süni suvarma sisteminin formalaşması, bağçılıq təsərrüfatının təkamülü, heyvadarlıqda həm iri, həm də xırda buynuzlu heyvanların saxlanması, atçılıq sürətlə inkişaf edir. Sənətkarlıqda metal işləmə, zərgərlik, müxtəlif növ parça istehsalı və toxuculuq kimi yeni sahələr formalaşaraq yayılmağa başlayır. Orta tunc dövründə (e.ə. 3-2 minilliyin 1-ci yarısı) möhkəm müdafiə istehkamlı iri yaşayış məntəqələri əmələ gəlir. Bu məntəqələrdəki yaşayış evləri, bir qayda olaraq düzbucaq formasında olub bir neçə otaqdan ibarət idi. Məhz bu dövrə müxtəlif tayfa ittifaqarının yaranması və onlar arasında savaş və hərbi münaqişələrin geniş vüsət alması təsadüf edir. Feodal dövrü Qız qalası Eramızın 3-18-ci əsrləri Azərbaycan tarixində orta əsr və ya feodalizm dövrü kimi məlumdur. Tədqiqatçılar bir qayda olaraq bu dövrü üç əsas mərhələyə bölürlər. 3-10 yüzilliklər erkən orta əsrlər, 11-15-ci əsrlər klassik feodalizm və 16-18-ci əsrlər son feodalizmdir. Bu dövrdə təsərrüfatın əsas formaları əkinçilik, heyvandarlıq və sənətkarlıq olmuşdur. Həmin müddət orta əsr şəhərlərinin yüksəlişi və çiçəklənməsi dövrüdür. Onlar həm siyasi və inzibati mərkəzlər olmaqla yanaşı, həm də iqtisadiyyat və ticarətdə, mədəni, elmi və dini həyatda mühüm rol oynayırdılar. III-VII əsrlərdəki Azərbaycan tarixi bilavasitə İran Sasani imperiyası (224-65) ilə bağlı idi. Sasanilərin sonuncu şahinşşaha III Yezdəgird (632-651) ərəblərin yürüşlərinin qarşısını almaq üçün Varaz-Qriqora hərbi yardım məqsədilə müraciət edir. Alban ordusu başında Varaz-Qriqorun oğlu Cavanşir durur. 630-642-ci illərdə o ərəblərə qarşı müharibələrdə iştirak etmiş, 637-ci ildə Kadisiyadakı döyüşdə göstərdiyi şücaətə görə III Yezdəgird tərəfindən müxtəlif mükafat və hədiyyələrlə təltif edilmişdir. XV əsrin ikinci yarısında Ərdəbil və onun ətraf əyalətlərinin yüksəlişi başlanır. Bu ərazidəki torpaqlar Şeyx Səfinin) varisləri tərəfindən idarə edilirdi. Onlar və tərəfdarları islamın şiə məzhəbini qəbul etmiş və on iki şiə imamına ibadət edirdilər. Bu səbəbdən onlar başlarına on iki zolaqlı çalma taxırdılar. Məhz buna görə də onlaraSəfəvilərlə yanaşı, həm də Qızılbaşlar da deyirdilər. Yeni dövr 1801-ci ildə Rus imperiyası Şərqi Gürcüstan ərazilərini özünə birləşdirərək Qafqaz canişinliyini yaradır. Bunun ardınca1802-ci ildə rus generalı P.D.SisianovAzərbaycanı Rusiyaya qatmaq məqsədi ilə hərbi əməliyyatlara başlayır. XIX əsrin II yarısında Şimali Azərbaycanın iqtisadi həyatı Rusiyada kapitalist münasibətlərinin inkişafı ilə sıx əlaqəli idi. Bu baxımdan ölkədə ən iti surətlə neft hasilatı və sənayesi inkişaf edirdi. Artıq 1872-ci ildə neft hasilatında icarə üsulu tətbiq edilməyə başlayır ki, bu da həmin sahədə kapitalist münasibətlərinin inkişafına güclü təkan verir. XX əsrin əvvəllərində Şimali Azərbaycan neft sahəsində dünyada birinci yerdə idi. 1901-ci ildə o dünya neft hasilatının 50%, Rusiya neftinin isə 95% təmin edirdi. Ölkədə kapitalist münasibətlərinin inkişafı ilə paralel kustar sənətkarlıq da mövcud idi. XX əsrin əvvəlində Cənubi Azərbaycanda yaşayan əhalinin vəziyyəti ağır olaraq qalırdı. Bu da cəmiyyətin demək olar ki, bütün təbəqələrində getdikcə artan narazılığa səbəb olurdu. 1908-ci il dekabrın 12-də İranın paytaxtı Tehrandabir qrup tacir döyülərək həbs edilmişdir. Bu fakt kütləvi çıxışların başlanmasına səbəb oldu. Həmin gün 1905-1911-ci illər İran inqilabının başlanması hesab olunur. Azərbaycan Demokratik Respublikası Əsas məqalə: Azərbaycan Demokratik Respublikası Məhəmməd Əmin Rəsulzadə 1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilmişdir.1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olundu. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şürası yarandı. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şüranın sədri seçildi. 1918-ci il mayın 28-də bütün ölkələrin radiostansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəlixan Xoyskininbaşçılığı ilə ADR hökuməti təşkil olundu. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin, bütün islam şərqi aləmində ilk dəfə olaraq respublika qurdu. Sovet İttifaqının tərkibində Əsas məqalə: Azərbaycan Sovet Sosialist Respublikası AzSSR SSRİ tərkibində 1920-ci ilin aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti qurulandan bir müddət sonra da ölkə öz müsətqilliyini saxlaya bilmişdir. Aprelin 30-da Rusiya ilə Azərbaycan arasında hərbi-iqtisadi müqavilə imzalanmışdır. 1921-ci ildə tərkibinə Gürcüstan, Ermənistan və Azərbaycan respublikaları daxil olmuş Zaqafqaziya Federasiyası təşkil edildi. 1922-ci il dekabrın 30-da Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) yaranması və Zaqafqaziya Federasiyasının bu quruma daxil olması ilə Şimali Azərbaycanın müstəqilliyinə son qoyuldu. İkinci dünya müharibəsi (1939-1945) XX əsrdə ən ağır və dəhşətli bir dövr olmuşdur. Azərbaycan xalqı bu müharibədə əsl şücaət və əzmkarlıq nümayiş etdirmişdir və təxminən 300 minə yaxın itki vermişdir. Üçüncü Respublika dövrü Azərbaycan Respublkasının müstəqillik əldə etdiyi və suveren dövlət quruculuğuna başladığı ərəfədə yəni 1991 və 1992-ci illər ərzində Dağlıq Qarabağda vəziyyət gündən-günə gərginləşirdi. SSRİdağıldıqdan sonra Ermənistan geniş miqyaslı hərbi əməliyyatlara başladı.1992-ci ilin fevralında Dağlıq Qarabağın azərbaycanlılar məskunlaşdığı Xocalışəhərində qocalar, qadınlar və uşaqlar da daxil olmaqla min nəfərə yaxın dinc sakin rus hərbçilərinin köməyi ilə ermənilər tərəfindən xüsusi qəddarlıqla qətlə yetirildi. Bundan sonra 8 mayda ermənilər Azərbaycan mədəniyyətinin çeşməsi Dağlıq Qarabağda azərbaycanlıların dayağı olan Şuşadan qovuldu. Şuşanın süqutu ilə Dağlıq Qarabağ Muxtar Vilayətində etnik təmizləmə əməliyyatı başa çatdı. Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyev-ci il) 1992-ci ilin mayın 18-19-da Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın hüdudlarından olan Laçın rayonunu işğal etdilər. Nəticədə 63341 Laçın sakinləri daimi yaşayış yerlərindən qovuldu. Eyni zamanda Ermənistan silahlı qüvvələri Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda Azərbaycan -Türkiyə sərhədinin strateji əhəmiyyətə malik sahəsinə hücum etdi. Bu müddət ərzində Respublikanın siyasi həyatında da mühüm hadisələr cərəyan etməkdə idi. Xocalı faciəsindən sonra 1992-ci ilin martın 6-da Azərbaycan prezidenti Ayaz Mütəllibov istefaya getməyə məcbur oldu. Həmin ilin mayın 14-də Mütəllibov yenidən hakimiyyətə qayıtdı, mayın 15-də isə Xalq Cəbhəsi parlamentin binasına hücum təşkil etdi. Mayın 18-də parlament dörd gün əvvəl qəbul etdiyi öz qərarını qanunsuz olduğunu elan etdi və beləliklə, Mütəllibovun bir daha hakimiyyətə qayıtmaq cəhdləri puç oldu. Beləliklə, bu təcavüz nəticəsində Azərbaycan Respublikasının 17 min kvadrat kilometrindən çox torpağı işğal olunmuşdur ki, bu da ölkə ərazisinin 20 faizini təşkil edir. Bu münaqişədə 18000 nəfərdən çox ölkə vətəndaşı həlak olmuş, 50 mindən çox adam yaralanmış və ya əlil olmuşdur. 1994-cü ilin sentyabrında Bakıda "Əsrin Müqaviləsi" adı almış neft müqaviləsi bağlandı. Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsinə yönəldilmiş bu və digər müqavilələr Azərbaycana yaxın illərdə qoyulacaq xarici sərmayənin 60 milyard dollardan çox olmağını nəzərdə tutur. Bu müqavilələr dəyərli siyasi məna kəsb edir və Azərbaycanın beynəlxalq siyasətində rolunu gücləndirən amil funksiyasını daşıyır. Azərbaycan neftinin dünya bazarına nəqli sahəsində də uğurlu addımlar atılmış, "Bakı-Supsa" boru kəməri tikilib istifadəyə verilmişdir. Strateji əhəmiyyət kəsb edən "Bakı-Tbilisi-Ceyhan" əsas neft ixrac boru kəmərinin tikintisi uğurla həyata keçirilməkdədir. 1996-cı ilin iyunundan Azərbaycan Avropa Şurasına "xüsusi qonaq" statusu almış, 2001-ci il yanvarın 25-də isə onun tam hüquqlu üzvü olmuşdur. 2001-ci ilin noyabrın 9-10-da dünya azərbaycanlılarının Bakıda keçirilən I qurultayı Azərbaycan diasporunun fəaliyyətinin yaxşılaşdırılması və gücləndirilməsi sahəsində çox dəyərli qərarlar qəbul etmişdir. CoğrafiyaEdit Əsas məqalə: Azərbaycan coğrafiyası Azərbaycan ərazisi düzənlik və dağlıq relyefə malik olub, mütləq yüksəkliyi 28 m-dən (Xəzərsahili düzənlik) 4466 m-əBazardüzü dağına qədərdir. Azərbaycan Respublikasının ovalıq və düzənlik relyefi Gəncə, Qazax, Qarabağ, Mil, Muğan, Şirvan, Salyan, Lənkəran, Samur-Şabran, Arazyanı və Şərurdan ibarətdir. Azərbaycan Respublikasının ərazisi beş coğrafi vilayətə bölünür: onlardan dördü (Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan MR, Lənkəran) dağlıq, biri isə (Kür-Araz və ya Mərkəzi Aran) ovalıqdır. Böyük Qafqazın Azərbaycan hissəsi hüdudunda iki əsas dağ silsiləsi – Baş Qafqaz (Bazardüzü dağı – 4466 m) və Yan silsilə (Şahdağ – 4243 m) uzanır. Dağlıq Şirvan, Qobustan vəAbşeron yarımadası Cənub-şərqi Qafqazda yerləşir. Baş Qafqaz dağ silsiləsinin cənub yamacı ətəyi boyunca Qanıx-Əyriçay dağarası çökəkliyi, ondan cənuba isə geniş Ceyrançöl və Acınohur öndağlığı uzanır. Baş Qafqaz silsiləsi Bazardüzü dağından şərqə Azərbaycan ərazisi daxilində şimal-qərbdən (Tinovroso dağı) cənub-şərqə doğru uzanmaqla 4000 metrdən 1026 metrə qədər Kəmçi dağıalçalır. Azərbaycan və Dağıstan xalqları arasında tarixən gediş-gəliş, o cümlədən də ticarət əlaqələri Baş Qafqaz silsiləsininTinovroso (2800 m), Maçxalroso (2900 m),Malarasa (2865 m), Qudurdağ (2500 m),Dindidağ (2992 m), Attaqay (2657 m),Ağbulaq (3200 m), Qərbi Salavat (2832 m),Nohurlar (3250 m), Qdım (2906 m), Fiy(3104 m) və bir çox başqa aşırımlar vasitəsilə saxlanılmışdır. Kiçik Qafqazın Azərbaycan hissəsində Şahdağ (Qara-arxac -2901 m, Hinaldağ – 3367 m),Murovdağ Gamışdağ – 3724 m, Qarabağ (Böyük Kirs – 2725 m) sıra dağları vəQarabağ vulkanik yaylası (Böyük İşıqlı – 3552 m, Dəlidağ – 3616 m) relyefdə üstünlük təşkil edir. Naxçıvan MR ərazisində Dərələyəz (Küküdağ – 3120 m) və Zəngəzur sıra dağları (Qapıcıq dağı – 3904 m) uzanır. Hər iki sıra dağların qovuşağında Biçənək aşırımı (2346 m) yerləşir. Lənkəran ovalığı cənub-qərbdə Talış sıra dağları ilə (Gömürgöy – 2493 m) sərhədlənir. Bu dağların ön hissəsi boyuBurovar silsiləsi (914 m), mərkəz hissəsi boyu isə Peştəsər (2200 m) sıra dağları uzanır. Landşaft Əsas məqalələr: Azərbaycan təbiəti,Azərbaycanın iqlimi, və Azərbaycanın daxili suları Azərbaycanda ortalama illik yağış Azərbaycanda ortalama illiktemperatur Ölkənin relyefi kimi iqlim şəraiti də çox müxtəlifdir. Bu müxtəliflik ilk növbədə Azərbaycan ərazisinin mülayim və subtropik iqlim qurşaqlarının qovuşduğu sahədə yerləşməsi ilə əlaqədardır. İqlim əmələ gətirən amillərə günəş radiasiyası və atmosfer sirkulyasiyası daxildir. Bunlarla bərabər, coğrafi enlik, relyef xüsusiyyətləri, dəniz və okean cərəyanları və s. amillər də iqlim əmələ gəlməsinə böyük təsir göstərir. Bu amillər birlikdə iqlimin əsas ünsürlərinin – temperatur, rütubət, külək və s.-in paylanmasını müəyyən edir. Azərbaycan Respublikasının əksər ərazisi subtropik iqlim qurşağında, yalnız Böyük Qafqaz dağlarının şimal-şərqi mülayim iqlim qurşağında yerləşir. Böyük Qafqaz dağları şimaldan gələn soyuq hava kütlələrinin, Kiçik Qafqaz dağları isə cənubdan gələn isti quru tropik hava axınlarının qarşısını kəsir, onların təsirini zəiflədir. Xəzər dənizirespublikamızın iqliminin mülayimləşməsinə təsir göstərir. Biomüxtəliflik Əsas məqalələr: Azərbaycan florası vəAzərbaycan faunası XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olmuşdur. Hal-hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 1021 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,8%-ni təşkil edir. Ölkəmizin meşə ehtiyatının 49%-i Böyük Qafqaz regionunun, 34%-i Kiçik Qafqaz regionunun, 15%-i Talış zonasının və 2%-i Aran zonasının (Naxçıvan MR ilə birlikdə) payına düşür. Azərbaycanda adambaşına 0,12 ha meşə sahəsi düşür. Hazırda 261 min hektar meşə fondu sahəsi Ermənistan tərəfindən işğal edilmişdir. Azərbaycan öz füsunkar gözəlliyi, zəngin təbii sərvətləri, al-əlvan florası və faunası ilə bütün dünyada şöhrət qazanmışdır. Burada 125 fəsiləyə və 930 cinsə daxil olan ali bitkilərin 4500 növü yayılmışdır. Bunlardan 48 fəsiləyə, 135 cinsə mənsub olan 450 növ ağac və kollar Respublikamızın meşələrində bitir. Bu isə Resublika florasındakı bitki növlərinin 11-ni təşkil edir. Azərbaycan dendroflorasının tərkibində 70 regional endem növə təsadüf edilir. Bu da ümumi ağac və kol bitki növlərinin 16%-i deməkdir. Bitki aləmi Ardıc Palıd Fıstıq Şabalıd Dəmirağac Eldar şamı Ermənistan tərəfindən Azərbaycana qarşı edilən təcavüz nəticəsində xeyli ərazilər işğala məruz qalmışdır. Burada yerləşən meşələrə xüsusilə də dağ meşələrə ciddi ziyan vurulmuşdur. Ermənistanın təcavüzü nəticəsində işğal altında qalmış 246 min hektar meşə sahəsi vəhşicəsinə qırılıb talan edilir. Bu ərazilərdə bitən qiymətli ağac cinslərinin kəsilib aparılması biomüxtəlifliyin qorunmasını kritik həddə çatdırmışdır. Azərbaycanın mədəni bitkiləri Nar Ərik Limon Naringi Şaftalı çay Zəfəran Heyvanat aləmi Bəbir Vaşaq Zolaqlı kaftar Ceyran Muflon Xəzər suitisi [17]:  Ermənistan işğalı altında olan və faunası məhv edilmiş ərazilər[18][19][20][21][22] Ağ balıq Kütüm Qızılqaz Cüllüt Gürzə Çəhrayı qutan Dovdaq Fısıldayan qu quşu Qırmızıdöş qaz Tülkü Dağ keçisi Maral Bəbir Ayı Çöl donuzu Zolaqlı kaftar Quşlar aləmi Çöl qartalı Şahin Toğlugötürən Dovdaq Çəhrayı qutan Qızılqaz Azərbaycanın fauna və florası çox zəngin olsa da bəzi növlərin təbiətdən silinmə təhlükəsi var. Beləki bəbirlərin sayı Azərbaycanda sürətlə azalmış və yox olmaq təhlükəsindədir. Son tədqiqatlar göstərmişdir ki, Azərbaycanda onların yalnız 10-13 fərdi qalmışdır. Bunun əsas səbəbi vəhşi cütdırnaqlı heyvanların sayının azalması olmuşdur. Bəbirləri gözəl qiymətli dərilərinə görə də ovlayırlar. Vəhşi Təbiəti Ümumdünya Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi xəbər verir ki, ilk dəfə olaraq Azərbaycan ərazisində təbii şəraitdə bəbirin fotoşəkilini çəkmək mümkün olub. Vaşaqa Azərbaycanda əsasən Naxçıvan,Dağlıq Qarabağ, Quba-Xaçmaz, Şəki-Zaqatala və Lənkəran-Astara zonalarında rast gəlinir. Azərbaycanda çox nadir hallarda Zolaqlı kaftara Bozdağın ətəklərində, Göyçay, Ağdaş, Ağdam, Yevlax, Naxçıvan Muxtar Respublikası ərazilərində təsadüf olunur. XIX əsrin ortalarında Azərbaycanda ceyransəhralarda, düzənliklərdə geniş yayılmış növ hesab edilirdi. Zaqafqaziya dəmir yolu çəkilən dövrədək Tbilisidən Bakıya qədər yayılmışdır. Daha çox ceyrana Qarabağ və Muğan düzlərində təsadüf edilirdi. Bizim əsrin 50-ci illərində ceyranın arealı və sayı faciəli surətdə azalmışdır. Hazırda qorunmayan yerlərdə onlara təsadüf edilmir. Hazırda əsas yayıldığı ərazilər Şirvan və Abşeron Milli Parkı, Bəndovan və Korçay Dövlət Təbiət Yasaqlıqlarında (8000 fərddən çox) hesab olunur. Xəzər suitisi (Phoca caspica) Xəzər dənizində məskunlaşan yeganə dəniz məməlisidir. O, Xəzər dənizinin endemik növü olmaqla, dünyada suitilərin ən xırda növü sayılır (yaşama müddəti – 50 il). 1987-ci ildə aparılan hesablamara görə Xəzər suitisinin populyasiyalarının ümumi sayı 360-400 min baş təşkil edir (Krılov, 1989), Xəzər dənizi su bioresursları üzrə Komissiyanın 2005-ci ildə apardığı hesablamara görə isə onların sayı 375 min başdır. 1996-cı ildə Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi (IUCN) Xəzər suitilərinin vəziyyəti barədə müzakirə aparmış və Xəzər dənizinin getdikcə çirklənməsini və suitilərin məskəni olan sahil zolağının daralmasını nəzərə alaraq, bu növün statusunu “zəif” növ kimi IUCN qırmızı kitabına daxil etmişdir. Azərbaycanda məskunlaşmış quş növlərindən 20-yə qədərinin adı (qıvrımlələk qutan, çəhrayı qutan, qara leylək, mərmər cürə, dəniz qartalı, məzar qartalı, berkut, turac, dovdaq, bəzgək, sultan toyuğu, ərsindimdik, qızılqaz, qırmızıdöş qaz, fısıldayan qu, kiçik qu, çöçükburun cüllüt, ağquyruq çökükburun, çöl haçaquyruq cüllütü) Azərbaycan Respublikasının «Qırmızı Kitab»ına daxil edilmişdir. Çöl qartalı Azərbaycanda sayı azalan nadir, köçəri növdür. Köçmə zamanı Xəzərin sahilində və respublikanın başqa aran rayonlarında təsadüf edilir.Toğlugötürən nəsli kəsilmək üzrə olan, oturaq növdür. Azərbaycanın Böyük və Kiçik Qafqaz və Talış dağları ərazilərində areallaşmışdır. Dovdaq nadir, qışlayan quş növüdür. Əvvəllər Qızılağac qoruğunda, Acınohur, Muğan və Şirvan çöllərində rast gəlinirdi. Hazırda Kür-Araz ovalığının çöl rayonlarında müşahidə edilir. Çəhrayı qutannadir, sayı azalmaqda olan qışlayan növdür. Keçmişdə Azərbaycan ovalıqlarının su hövzələrində geniş yayılmışdır. Ancaq görünür ki, indi olduğu kimi keçmişdə də yuvalamırdılar. Qış mövsümündə Xəzərdə və böyük su hövzələrində, o cümlədən iri su anbarlarında (Mingəçevir, Naxçıvan və s.) rast gəlinir. 1993-1996-cı illərdə Dövlət Ekologiya Komitəsinin apardığı inventarizasiyanın nəticələrinə əsasən 500-550 fərd qeydə alınmışdır. Qızılqaznadir, sayı azalmaqda olan, qışlayan və köçəri növdür. Xəzər dənizində və bütün iri daxili su hövzələrində qışlayır. Ən stabil qışlama yerləri – Böyük Qızılağac körfəzi, Abşeron yarımadasının Şıx sahilləri, Dəvəçi limanı,Şirvan qoruğu, Kürün deltasından cənubda, Ağgöl, Sarısu və Kür-Araz düzənliyinin digər iri gölləri. Nadir hallar istisna olmaqla Azərbaycanda yuvalamır.1955-ci ildə 13 cüt Salyan rayonunda Ağ-çala gölündə yuvalayıb. 1982-ci ildə Qızılağac körfəzində kütləvi yuvalaması müşahidə edilmişdir. Nərə, ağ balıq, çəki, siyənək, kütüm, ziyad,forel, Azərbaycanın su hövzələrində rast gəlinən əsas balıq nəvlərinə aidirlər. Balıqlar aləmi Nərə Ağ balıq Siyənək Kütüm 2010-ci ildə 439,47 milyon ədəd balıq körpələri süni və təbii yolla artırılıb təbii su hövzələrinə buraxılmışdır. O cümlədən:nərə cinsli-1,522 milyon ədəd, qızılbalıq-173,61 min ədəd, çəkikimilər-432,08 milyon ədəd, ağ amur-5,75 milyon ədəd. Keçmiş Sovetlər məkanında nərə cinsli balıqların süni artırılması üzrə ilk zavod Neftçala rayonunun Bankə qəsəbəsi yaxınlığında tikilib istifadəyə verilmişdir. Nərə cinsli balıqların süni yolla artırılmasının biotexnologiyası və biotexniki normativləri alimlər tərəfindən məhz bu zavodda hazırlanmış və sonralar digər Xəzəryanı ölkələrdə (Rusiya, Qazaxıstan, İran) inşa edilmiş analojı zavodlarda tətbiq edilmişdir. Ekologiyaİşğal olunmuş Azərbaycan ərazilərində ekoloji vəziyyət 1988-93-cü illər ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 1,7 milyon hektar ərazisi işğal olunmuşdur. İşğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir.[23] Bunlardan 70-i endemik növ olub, dünyanın heç bir yerində təbii halda bitmir. Qaracöhrə, ayıfındığı, Araz palıdı, yalanqoz, şərq çinarı, adi nar, meşə üzümü, pirkal, şümşəd, eldar şamı, adi xurma, söyüdyarpaq armud və s. növ ağaclar işğal olunmuş ərazidə məhv edilərək dünya florasının xəzinəsindən silinmək üzrədir. Eyni zamanda, bu ərazilərdə “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş məməlilərin 4, quşların 8, balıqların 1, amfibiya və reptililərin 3, həşəratların 8, bitkilərin isə 27 növü qorunurdu. SiyasətEdit Əsas məqalələr: Azərbaycanın dövlət quruluşu, Azərbaycan Respublikasının Məhkəmə sistemi, Azərbaycan Respublikasının Prezidenti, vəAzərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının siyasi sistemi milli və tarixi şəraitin xüsusiyyətlərini əks etdirməsi ilə səciyyəvidir. Onun meydana gəlməsində və fəaliyyətində çox müxtəlif amillər rol oynamış və oynamaqdadır. Siyasi sistemin fəaliyyətinin formalaşmasına əhalinin siyasi mədəniyyətinin xüsusiyyətləri mühüm təsir göstərir. Azərbaycan Respublikasının siyasi sisteminin struktur formalaşması əsasən 1995-ci il noyabrın 12-də ölkənin yeni Konstitusiyasının qəbul edilməsi ilə başa çatmış oldu. Konstitusiyaya uyğun olaraq Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublika kimi müəyyənləşmişdir. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır. Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. Azərbaycan siyasi sistemində dövlət hakimiyyətinin həyata keçirilməsi formasına görə prezident üsul-idarəsinə əsaslanan respublika parametrlərinə uyğundur. Hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq Azərbaycan Respublikasında müstəqil şəkildə formalaşan və fəaliyyət göstərən üç hakimiyyət qolu qərarlaşmışdır: qanunvericilik, icra və məhkəmə hakimiyyəti. Bu hakimiyyət orqanlarından hər birinin fəaliyyəti Konstitusiya və qanunvericilik aktları ilə tənzimlənir. Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən orqan Milli Məclis, icra hakimiyyətini həyata keçirən Prezident, Məhkəmə hakimiyyətini həyata keçirən orqan Azərbaycan Respublikasının məhkəmələridir. Azərbaycan Respublikasının Konstitusiya ilə müəyyən edilmiş unitarlığı spesifikliyə malikdir. Bu da onun tərkibində Naxçıvan Muxtar Respublikasının dövlət hakimiyyəti statusuna malik olmasıdır. Konstitusiyaya görə Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Orada qanunverici hakimiyyəti Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir. Naxçıvan Muxtar Respublikasında ali vəzifəli şəxs Ali Məclisin sədridir. Azərbaycanın siyasi sistemində yerli özünü idarətmə orqanları olan bələdiyyələr də mühüm yer tutur. Bu institut yeni yaranmasına baxmayaraq böyük perspektivə malikdir. Azərbaycanın siyasi sisteminə də çoxpartiyalılıq, plyuralizm xasdır. Siyasi partiyalar qanunverici və yerli özünü idarəetmə orqanlarında təmsil olunmaq vasitəsi ilə dövlət hakimiyyətinin həyata keçirilməsində iştirak etmək imkanına malikdirlər. Xarici siyasət Əsas məqalə: Azərbaycanın xarici siyasəti Əsas məqalələr: Azərbaycanın inzibati bölgüsü, Azərbaycan rayonlarının siyahısı, Azərbaycan şəhərlərinin siyahısı, Bakı, və Dağlıq Qarabağ Bakı Gəncə Qax Zaqatala Naxçıvan Lənkəran Astara Şamaxı Bərdə Culfa Şəki Sumqayıt Balakən Qazax Ordubad Horadiz Yardımlı Sabirabad Şahbuz Ucar Göyçay Oğuz Saatlı Qəbələ Ağcabədi Tərtər Şərur Mingəçevir İsmayıllı Babək Beyləqan İmişli Biləsuvar Salyan Kürdəmir Ağdaş Yevlax Zərdab Qobustan Mərəzə Daşkəsən Şirvan Neftçala Xudat Xaçmaz Ağsu Xızı Siyəzən Xırdalan Şabran Şəmkir Naftalan Tovuz Masallı Cəlilabad Ağstafa Hacıqabul Goranboy Lerik Quba Qusar Sədərk Kəngərli rayonu Yuxarı Əskipara Barxudarlı Kərki Xankəndi Şuşa rayonu Ağdam Ağdərə Xocalı Xocavənd Füzuli Laçın Zəngilan Cəbrayıl Qubadlı ƏsgəranAzərbaycanın işğal altında olan yaşayış məntəqələri[24][25][26][27] Azərbaycan Respublikasının ərazisi – 86,6 min km² (11,5% meşələr, 1,6% su hövzələri, 50,0% becərilən torpaqlar, o cümlədən 27,0% otlaqlar, 36,9% sair torpaqlar) təşkil edir. Ölkə 39° 24', 41° 54' şimal en dairələri arasında və 44° 46', 50° 45' şərq uzunluğunda, paytaxt Bakı 40° paralel üzərində yerləşir. Sərhədlərinin ümumi uzunluğu 3489 kilometrdir. Bunun 825 kilometri su sərhəddidir. Cənubdan İran-la 765 km,Türkiyə ilə 13 km (bəzi məlumatlarda 13 və ya 11 km.), şimaldan Rusiya ilə 391 km, şimali-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1027 km həmsərhəddir. Sahil xəttinin uzunluğu – 713 km, Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 km, ekvatora qədər olan məsafə isə 4440 km-dir. Azərbaycan Respublikası Cənubi Qafqazın şərq hissəsində, Xəzər dənizinin qərbi sahilində yerləşir. Dəniz səviyyəsindən ən ucqar nöqtəBazardüzü (4466 m.), ən aşağı nöqtə isə (-28 m.) Neftçala rayonu ərazisindədir. Orta yüksəklik 657 m-dir. OrduEdit Əsas məqalə: Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Hərbi Dəniz QüvvələriBakıda hərbi parad zamanı Azərbaycan Respublikası Daxili Qoşunları Bakıda hərbi parad zamanı Azərbaycan Silahlı Qüvvələri — Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrindən ibarətdir. Cənubi Qafqazda ən güclü və hazırlıqlı ordu hesab edilir. 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon ABŞ dolları olduğu halda, 2010-cu ildə 2,7 milyard ABŞ dolları, 2011-ci ildə 3,413 milyard ABŞ dolları, 2012-ci ildə 3,474 milyard ABŞ dolları, 2013-ci ildə 3,7 milyard ABŞ dolları təşkil edir. Azərbaycan Silahlı Qüvvələri 1994-cü ildənNATO ilə Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq edir, bundan başqa Azərbaycan Silahlı Qüvvələrinin bir sıra xarici dövlətlərlə də əlaqələri var. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi kiçik silah, artilleriya sistemləri, tanklar, aviasiya bombaları, pilotsuz nəqliyyat vasitələri, müxtəlif hərbi nəqliyyat vasitələri, hərbi təyyarələr və vertolyotlar istehsal edir. İqtisadiyyatEdit Əsas məqalələr: Azərbaycan iqtisadiyyatı və Azərbaycanın iqtisadi rayonları 10 iqtisadiyyat bölmələri Azərbaycan Respublikasının milli pul vahidi olan manat 1992-ci il avqustun 15-də Prezident Əbülfəz Elçibəy tərəfindən dövriyyəyə buraxılmışdır. 2006-cı il yanvarın 1-dən ölkədə köhnə manatla (AZM) bərabər yeni manat (AZN) da dövriyyəyə buraxılıb (1 AZN = 5000 AZM). Xırda pul qəpik adlanır və 1 manat 100 qəpiyə bərabərdir. Hazırda köhnə manat əskinasları tamamilə dövriyyədən çıxarılıb. Azərbaycan Respublikasına aid son (2013-cü ilin sonuna olan məlumata əsasən) göstəricilər:[28] Əhalinin sayı (1 yanvar, 2014-cü il) : 9.477.100 nəfər.Ümumi daxili məhsul : 57.708.200.000 manat və ya 73,561,150,000 ABŞ dolları.Adambaşına ümumi daxili məhsul : 6207.3 manat və ya 7912.5 ABŞ dolları.Enerji Əsas məqalə: Azərbaycanda neft sənayesi Əsas məqalə: Azərbaycanda kənd təsərrüfatı Əsas məqalə: Azərbaycanda turizm Əsas məqalələr: Azərbaycanda nəqliyyatvə Azərbaycanda dəmiryolu Elm və texnologiya Əsas məqalələr: Azərbaycanda telekommunikasiya və Azərbaycan Milli Aerokosmik Agentliyi ƏhaliEdit Əsas məqalə: Azərbaycan əhalisi Əsas məqalə: Azərbaycanlılar -ci il yanvar ayına olan rəsmi məlumata əsasən Azərbaycan Respublikasının əhalisinin sayı 9,235,000 nəfər olmuşdur. Əhalinin 53,1 %-ni şəhər, 46,9 %-ni isə kənd sakinləri təşkil edir. O cümlədən, əhalinin 51 %-ni (4,674,150 nəfər) qadınlar, 49 %-ni (4,490,850 nəfər) kişilər təşkil edir. 2010-cu ildə əhalinin artım göstəricisi 1,3 % olmuşdur. Əhalinin yaş strukturu aşağıdakı kimi səciyyələnmişdi: əhalinin ümumi sayından 23 % 0-14 yaşda, 69 % 15-64 yaşda, 8 % isə 65 və yuxarı yaşda olanlardır. Əhalinin 29 % 18-34 yaşda olan gənclərdir, onların yarıdan bir qədər çoxu şəhərlərdə yaşayır. Əhalinin orta yaşı 31 yaş təşkil edir. 2009-cu il siyahıyaalınması məlumatlarına əsasən Azərbaycan əhalisinin 91,6 %-niazərbaycanlılar, 2,0 %-ni ləzgilər, 1,3 %-ni talışlar, 1,3 %-ni ermənilər, 2,5 %-ni isə digər etnik qruplar təşkil edir.[2] Azərbaycanda ermənilərin az qala hamısı, Ermənistan tərəfindən işğal edilən Azərbaycan ərazilərində (Dağlıq Qarabağvə ona bitişik rayonlar) məskunlaşmışdır. Dil Əsas məqalə: Azərbaycan dili ın I bölmə, II fəsil, XXI maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir.[29] 13-22 aprel 2009-cu il siyahıyaalınmasına əsasən siyahıyaalınma tarixində Azərbaycan Respublikası əhalisinin 8.253.196[30] nəfərinin, yəni 8.922.447 nəfər olan de-yuri əhalinin 92.50%-inin ana dili Azərbaycan dilidir, həmçinin etnik mənsubiyyətindən asılı olmayaraq bütün əhalinin 98.60%-i Azərbaycan dilində sərbəst danışa bilir. Azərbaycan dili İran İslam Respublikasında Cənubi Azərbaycandayaşayan 40 milyon Azərbaycanlının da ana dilidir. Rusiya-da, Amerika Birləşmiş Ştatları-nda, Türkiyə-də və Qərbi Avropaölkələrində bir neçə milyon azərbaycanlı yaşayır. Bir neçə yüzilliklər ərzində müxtəlif ölkələrin sakinləri olmalarına baxmayaraq, bu gün də hansı ölkədə yaşamalarından asılı olmayaraq, Azərbaycanlılar bir-birlərini sərbəst anlayırlar. Beləliklə, yer üzündə hazırda Azərbaycan dilində danışan 60 milyondan çox adam yaşayır. Azərbaycan dilinin fonem tərkibində 9 saitvə 25 samit vardır.[31] Bu 34 fonemAzərbaycan əlifbasında 32 hərflə işarə edilir. Hazırda Azərbaycanda latın qrafikası əsasında yaradılmış Azərbaycan əlifbasından istifadə edilir. Din Əsas məqalə: Azərbaycanda din Əsas məqalə: Azərbaycanda İslam Azərbaycanın dinləri ölkənin indiki ərazisində yaşayan xalqlar və etnik qruplar arasında yayılmış dini cərəyanların məcmusundan ibarətdir. Azərbaycan Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Ən geniş yayılmış din islamdır. Azərbaycanlıların 96%-i müsəlmandır, ondan 85%-i şiə, 15%-i sünni məzhəbinə məxsusdur.[32] Digər dinlər bunlardır: xristianlıq və iudaizm. Xristianların əksəriyyəti rus pravoslav vəgürcü pravoslav kilsəsinə məxsusdur. Yəhudilərin çoxu dağ yəhudiləri vəəşkinazi yəhudiləridir. "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu (1992) hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməsinə təminat yaradır. Təhsil Əsas məqalə: Azərbaycanda təhsil MədəniyyətEdit Əsas məqalə: Azərbaycan mədəniyyəti Əsas məqalə: Azərbaycan musiqisi  bir qolu olub, Azərbaycan milli folklorunu təmsil edən, xalq və ya ayrı-ayrı azərbaycanlı bəstəkarlar tərəfindən yaradılmış müxtəlif janrlı musiqi. Azərbaycan musiqisi çox əsrlik inkişaf yolu keçmişdir. Onun kökləri əsrlərin dərinliklərinə gedib çıxır. Çox qədim zamanlardan – Qobustandaqayaüstü rəsmlərdən (yallı-rəqs) – başlayaraq Azərbaycanda melodiya və ritm zənginliyi ilə fərqlənən çoxlu sayda mahnılar, müxtəlif rəqslər, çobanların tütəkdə çaldığı havalar səslənir. Üzeyir Hacıbəyov Azərbaycanın musiqi yaradıcılığı nəsildən-nəslə ötürülərək inkişaf etmiş, təkmilləşmiş, həyat dairəsi genişlənmiş, yeni-yeni janrları mənimsəmiş və zənginləşmişdir. Keçmişin klassik musiqi sərvəti olan muğamlar milli musiqi mədəniyyətimizin əhəmiyyətli bir hissəsini təşkil edir. Xanəndələr və sazəndələrin yaradıcılığında zəngin klassik irsimiz olan muğamlar inkişaf edərək bu gün yüksək nümunələri ilə yaşayır. Azərbaycan musiqi sənəti tarixinə çoxlu görkəmli muğam ustaları – ifaçılar daxildir. Onlar XIX əsrin görkəmli incəsənət ustalarından Səttar, Hacı Hüsü – şöhrət qazanmış, muğam məktəbi yaratmışlar. XIX əsrin görkəmli incəsənət ustalarından Səttarın, Hacı Hüsünün, tarzən Sadıqcanın və b.-nın, əsrimizin əvvəllərində isə Cabbar Qaryağdıoğlunun,Məşədi Cəmil Əmirovun, Seyid Şuşinskinin, Keçəçi oğlu Məhəmməd,Məşədi Məmməd Fərzəliyev, İslam Abdullayev və b. adların xüsusi qeyd olunmalıdır. Xan Şuşinski, Zülfü Adıgözəlov, Haşım Kələntərli, Hüseynqulu Sarabski, Həqiqət Rzayeva, Fatma Muxtarova və başqaları XX əsrin əvvəllərində yaranmış məşhur müğənnilərdir. Bu dövrdə muğam üzrə instrumental ifaçılardan Qurban Pirimov, Əhməd Bakıxanov,Bəhram Mənsurov və b.-nın adları da şöhrət qazanmışdır. XX əsr Azərbaycan musiqisinin tarixində mühüm, əlamətdar bir mərhələdir. Məhz bu dövrdə ölkəmizdə yüksək peşəkarlığı ilə, orijinal musiqi üslubu ilə seçilən bəstəkarlıq məktəbi yaranmışdır. Azərbaycan musiqisi dünya professional musiqi mədəniyyətinin ümumi sisteminə qovuşur, Azərbaycan bəstəkarları və ifaçıları dünya musisinin səviyyəsinə qalxmışlar. Yeni təmayüllərlə yanaşı, milli musiqimizin çoxəsrlik tarixi ilə bağlı püxtələşmiş janr və formaları, eləcə də xalq çalğı alətlərimiz xüsusi qayğı ilə qorunub saxlanılır. Bizə mirsa qalmış bu zəngin xəzinə XX əsr Azərbaycan musiqisinin bünövrəsi, onun müxtəlif sahələrini qidalandıran bir örnəkdir. Dahi bəstəkarımız, professional klassik musiqimizin banisi Üzeyir Hacıbəyovun1908-ci ildə yanvarın 8(25)-də tamaşaya qoyulmuş "Leyli və Məcnun" muğam operası milli opera sənətinin və Azərbaycanın bütün professional bəstəkarlıq yaradıcılığının inkişafının əsasını qoydu. "Leyli və Məcnun" operası təkcə Azərbaycanda deyil, ümumən bütün müsəlman Şərqində ilk opera idi. Üzeyir Hacıbəyov isə (1885) tariximizə Azərbaycan musiqi mədəniyyətinin klassiki, onun yeni mərhələsinə təkan vermiş, milli musiqi ənənələrini Avropamusiqisinin qanunauyğunluqları ilə ilk dəfə üzvi surətdə birləşdirmiş dahi sənətkar kimi daxil olmuşdur. Azərbaycan professional musiqi yaradıcılığının təşəkkülü və inkişafı – bir çox janrların meydana gəlməsi və təkamülü, bir sıra professional kollektivlərin yaranması Üzeyir Hacıbəyovun adı ilə bağlıdır. Azərbaycan musiqisində ifaçılıq məktəbi də xüsusi yer tutur. Milli musiqimizdə klassik opera ifaçılıq məktəbinin baniləriŞövkət Məmmədova və Bülbüldür. Şövkət Məmmədova (1897-1981) milli opera səhnəmizdə çıxış edən ilk qadın müğənni olmuşdur. Bülbül (1897-1961) sənətinin möcüzəsi onun milli vokal üslubunun italyan vokal ənənələri ilə üzvi surətdə birləşməsidir. Azərbaycan vokal məktəbinin şanlı yetirmələri sırasındaFirəngiz Əhmədova, Fatma Muxtarova,Lütfiyar İmanov, Şövkət Ələkbərova, Rəşid Behbudovun adları vokal sənəti tarixində,Həqiqət Rzayeva, Rübabə Muradova,Məmmədağa Muradov, Zeynəb Xanlarovamuğam ifaçılığında layiqli yer tuturlar. Müasir Azərbaycan opera sənətinin ən parlaq nümayəndələri Fidan Qasımova vəXuraman Qasımova bacılarıdır. Ədəbiyyat Əsas məqalə: Azərbaycan ədəbiyyatı Nizami Gəncəvi Azərbaycan yazılı ədəbiyyatının ən qədim nümunəsi e.ə. VI əsrdə Midiya dövləti (e.ə. VII-VI əsrlər) ərazisində meydana çıxmış və müəllifliyi Zərdüşt peyğəmbərə aid edilən "Avesta"dır. Burada Azərbaycan xalqının dualist dünyagörüşü, ibtidai insanın xeyirlə şərin mübarizəsi haqqındakı təsəvvürləri öz bədii əksini tapmışdır. Kökləri mifoloji dünyagörüşünə gedib çıxan Dədə Qorqud dastanları b.e. XI əsrdə "Kitabi-Dədəm Qorqud" adı altında yazıya alınmış, əlimizdə olan nüsxələr isə XVI əsrdə üzü köçürülmüş əlyazmalarıdır. Bədii abidəni ilk dəfə tədqiqata cəlb etmiş alman şərqşünası Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər, məsələn, Təpəgöz süjeti Qədim Yunanıstanda yaranmış analoji süjetlərin yaranmasına (Siklop) təkan vermişdir. XII əsr Azərbaycan poeziya məktəbinin nümayəndələrinə yüksək şair professionallığı, sözün poetik imkanlarından maksimum istifadə bacarığı, poetik vahidlərdə özünə möhkəm yer tutmuş fikir çoxmənalılığı xas idi. Bununla yanaşı, xalq sənətinə, folklor obrazlarına, canlı xalq dilindən gələn söz və ifadələrə, aforizmlərə meyl də güclü idi. Dövrün ən böyük şairlərindən biri kimi tanınan Əfzələddin Xaqani (1126) yaradıcılığında diqqəti ən çox çəkən cəhət, hər beytdə, hər misrada özünü göstərən dərin obrazlılıq və elmilikdir. XIII əsrdən etibarən, obyektiv tarixi gerçəkliyin təsiri altında Azərbaycan torpaqlarında əsasən ərəb və fars dillərində yaradılan Azərbaycan ədəbiyyatında doğma dildə yazan şair və sənətkarların sayının get-gedə artdığını görürük. Bu zamandan Azərbaycan ədəbiyyatının qədim dövrü bitir və orta əsrlər dövrü başlayır. İzzəddin Həsənoğluvə Şeyx Səfiəddin Ərdəbili kimi lirik şairlər qonşu xalqlarda olduğu kimi, sufi-mistik ideyaları içinə alan lirik və epik parçalardan daha çox, canlı həyatla bağlı olan dünyəvi poeziya nümunələri yaratmağa üstünlük verirlər. Fars dilində yazıb-yaratmış görkəmli Azərbaycan şair və mütəfəkkirləri –Nəsirəddin Tusi (1201), Marağalı Övhədi (1274), Arif Ərdəbili (1311-) daha çox Nizami ənənələrinə söykənərək onların çapında əsərlər yaratmağa çalışırdılar. "Əxlaqi-Nasiri" kimi fundametal əxlaqi-didaktik əsərin müəllifiNəsirəddin Tusinin elmi-fəlsəfi irsi ilə yanaşı, ədəbi-bədii əsərləri də var idi. XIV əsrin şair və hökmdarı Qazi Bürhanəddinin yaradıcılığını (1314) ingilis şərqşünası Eduard Braun türk ədəbiyyatlarında dünyəvi poeziyanın ilk örnəyi elan edərək yüksək qiymətləndirmişdir. Qazi Bürhanəddinin "Divan"ında Həsənoğlu və Şeyx Səfiyaradıcılığında formalaşmağa başlayan Azərbaycan bədii dili yüksək səviyyəyə çatır, bir çox yeni, təravətli poetik obrazlar və ifadələr sabitləşir, gələcək sənətkar nəsillərinin istifadəsinə verilir. Qazi Bürhanəddinin yaradıcılığında ilk dəfə sırf türk poetik janrlarından olan tuyuqlardan istifadə olunur. XII-XVI əsrlər Azərbaycan ədəbiyyatında Renessans ideyalarının Nizamidən sonrakı zirvəsi – Qərb şərqşünaslığında "qəlb şairi" kimi məşhur olan Məhəmməd Füzulidir. Lakin Füzuli sənəti boş yerdə yaranmamış, onun formalaşmasına və bütün gözəlliyi ilə gözlər qarşısında canlanmasına bütöv bir zaman kəsiyi ərzində görkəmli sənətkarlarımız yardım etmişlər. Bunların arasında Füzulinin böyük müasiri və müəyyən dərəcədə mesenatı – böyük Azərbaycan dövlət xadimi və şairi Şah İsmayıl Xətainin) xüsusi yeri vardır. Molla Vəli Vidadi (1707), xüsusənMolla Pənah Vaqif (1717) kimi sənətkarlar sadə, canlı dildə yazdıqları əsərlərlə poeziyanı xalqa daha da yaxınlaşdırmışlar. Vaqif öz dövrünün görkəmli siyasi xadimi olmuş, Qarabağ xanlığının xarici siyasətini uzun müddət müəyyənləşdirmişdir. XVIII əsr – Azərbaycan ədəbiyyatında orta əsrlərin son, yeni dövrün isə başlanğıc mərhələsi kimi keçid xarakteri daşıyır. Xalq sənəti Əsas məqalə: Azərbaycan incəsənəti Əsas məqalə: Azərbaycan mətbəxi Əsas məqalə: Azərbaycan memarlığı Əsas məqalə: Azərbaycan incəsənəti Əsas məqalə: Azərbaycan kinematoqrafı Əsas məqalə: Azərbaycanda idman Azərbaycan komandası Bosniya-Hersoqovinaya qarşı reqbi yarışında Hələ eramızdan iki min il əvvəl Azərbaycanda bürünc alətlərin işləndiyi vaxtlarda (bürünc dövrü) insanların müxtəlif fiziki hərəkətlərini əks etdirən yazılara, rəqslərə rast gəlirik. Qobustan qədim qayaüstü yazıları buna parlaq misaldır. Qayalar üstündə həkk olunmuş çoxlu rəsmlər, cizgilər ov səhnələrini, heyvan fiqurlarını, insanların rəqs və digər fiziki hərəkətlərini təsvir edir. 12-ci əsrdə yaşamış dahi Azərbaycan şairiNizami Gəncəvi hələ 800 il bundan əvvəl yazmış olduğu məşhur poemalarında Azərbaycan xalqının qəhrəman oğullarının şücaətini, xüsusən pəhləvanların məharətini təsvir etmişdir. Qədim Şərqin yazılı və şifahi xalq yaradıcılığı ilə bağlı olan mədəniyyət abidələrində fiziki hərəkətlər haqqında xeyli məlumatlar verilir. 9-6 əsr əvvəl yaradılmış "Avesta" kitabında insan bədəninin təmizlik və gözəlliyi xüsusi olaraq qeyd olunur. Həmçinin baxEdit Güney AzərbaycanAzərbaycan Silahlı QüvvələriAzərbaycan idarəçiləri İstinadlarEdit Azərbaycanda ermənilərin az qala hamısı, Ermənistan tərəfindən işğal edilən Azərbaycan ərazilərində (Dağlıq Qarabağ və ona bitişik rayonlar) məskunlaşmışdır.Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi:Population by ethnic groups – by population census (Etnik qrupların əhalisi – əhalinin siyahıyaalınması üzrə). (ing.)Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi: Statistik nəşrlər: Azərbaycan rəqəmlərdə: Ümumi məlumat: Coğrafi məlumatlar — yoxlanılıb: 8.11.2014Azərbaycan Dövlət Statistika Komitəsi: Mətbu məlumat:Аzərbаycаndа dеmоqrаfik vəziyyət — xəbərin yayınlanma tarixi: 16.10.2014 Orijinal mətn(azərb.)   İlin əvvəlindən ölkə əhalisinin sayı 75,4 min nəfər və ya 0,8 faiz artaraq 2014-cü il sentyabr ayının 1-i vəziyyətinə 9552,5 min nəfərə çatmışdır. Əhalinin sıxlığı bir kvadrat kilometrə 110 nəfər olmuşdur. Ümumi əhali arasında şəhər əhalisinin xüsusi çəkisi 53,2 faiz, kənd əhalisinin xüsusi çəkisi isə 46,8 faiz təşkil edir, 49,7 faiz kişilərdən, 50,3 faiz qadınlardan ibarətdir. Əhalinin 22,4 faizi 0-14 yaşda, 71,8 faizi 15-64 yaşda, 5,8 faizi isə 65 və yuxarı yaşda olanlardır. Hazırda hər 1000 kişiyə 1011 nəfər qadın düşür. Cari ilin ilk 8 ayı ərzində ölkədə 112,0 min, yaxud hər gün orta hesabla 461 körpə dünyaya göz açmış və ötən ilin müvafiq dövrünə nisbətən bu göstərici əhalinin hər 1000 nəfərinə hesabı ilə dəyişməyərək eyni səviyyədə (17,8) qalmışdır. Doğulan körpələrin 53,6 faizi oğlan, 46,4 faizi isə qız uşaqlarından ibarət olmaqla 1986-sı əkiz, 45-i isə üçəm doğulmuşdur. Doğulan körpələr üçün 74,2 yaş, o cümlədən oğlanlar üçün 71,6 yaş, qızlar üçün 76,8 yaş ömür uzunluğu gözlənilir. Ölkə üzrə əhalinin təkrar istehsalı təmin olunaraq uşaq doğmaq qabiliyyətinə malik olan qadınların hər birinə bütün ömür boyu orta hesabla 2,2 doğulmuş uşaq düşür. Cari ilin yanvar-avqust ayları ərzində ölkədə 37,3 min ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə hesabı ilə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə ölüm əmsalı da dəyişməyərək eyni səviyyədə (5,9) qalmışdır. Rəsmi orqanlar tərəfindən ölkə üzrə 53,4 min nikah və 8,0 min boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici müvafiq olaraq 8,5 və 1,3 təşkil etmişdir. 2014-cü ilin yanvar-avqust aylarında Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1299 nəfər gələn və 575 nəfər ölkədən gedən qeydə alınmışdır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi: 6.1 Ev təsərrüfatlarının sayı və ölçüsü (əhalinin 2009-cu il siyahıyaalınması əsasında)---1 və ya 2Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi:1.1. Əhalinin sayının dəyişilməsiCentral Intelligence Agency - CİA - The World Factbook: Country comparison: Population(Azerbaijan population number: 9,686,210 by July 2014 estimation)World Economic Outlook Database, April 2012,Beynəlxalq Valyuta Fondu, yoxlanılıb: 5 may, 2014-cü il.Эксперты: Российско-азербайджанская граница закрепит статус разделенных народовИран — Общие сведения о странеСША и Россия разыграют новый "кавказский гамбит". Теперь — в Азербайджанеhttp://www.azerbaijan.az/portal/General/Square/square_a.htmlhttp://news.day.az/politics/295243.htmlMahmud İsmayılov. Azerbaycan tarihi. Bakü, Azerneşr, 1992. s.3.Chaumont, M.L. (1989). "Atropates", Encyclopedia Iranica. Routledge & Kegan Paul. (ing.)Azerbaycan Demokratik Cumhuriyeti'nin Kuruluşu, Dilara Mehmetoğlu. (türk.)http://www.eco.gov.az/milliparklar.phpMilli parklarhttp://www.azerbaijan.az/portal/maps/zoogeographic_a.html Zoocoğrafi xəritəРезолюция СБ ООН № 822 от 30 апреля 1993 годаРезолюция СБ ООН № 853 от 29 июля 1993 годaРезолюция СБ ООН № 874 от от 14 октября 1993 годaРезолюция СБ ООН № 884 от 12 ноября 1993 годahttp://www.eco.gov.az/ekoloji-terror.phpİşğal olunmuş Azərbaycan ərazilərində ekoloji vəziyyəРезолюция СБ ООН № 822 от 30 апреля 1993 годаРезолюция СБ ООН № 853 от 29 июля 1993 годaРезолюция СБ ООН № 874 от от 14 октября 1993 годaРезолюция СБ ООН № 884 от 12 ноября 1993 годaAzərbaycan Respublikası Dövlət Statistika Komitəsi:2013-cü ildə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləriKonstitusiya – — yoxlanılıb: 27.11.2014United Nations Statistics Division: Demographic and Social Topics: Population: Statistics: Demographic Yearbook: Introduction: United Nations Demographic Yearbook: Statistics: Population Censuses' Datasets (1995 - Present): Ethnocultural characteristics:Population by language, sex and urban/rural residence. Select filters: Country or Area—>Azerbaijan, Year—>2009, Area—>Total+Urban+Rural, Sex—>Both Sexes+Male+Female, Apply Filters.Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiya:Azərbaycan diliAzərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi. Prezident Kitabxanası:Administrative Department of the President of the Republic of Azerbaijan – Presidential Library – Religion (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi – Prezident Kitabxanası – Din). (ing.) Xarici keçidlərEdit     da Azərbaycan ilə əlaqəli mediafayllar var. Azerbaijan.comAzərbaycan PortalıAzerigenocideQarabağAzərbaycan ArxeologiyasıAzərbaycan şəxsləri Bu məqalənin azərbaycan dili əlifbasının ərəb qrafikası ilə qarşılığı vardır. Bax: آذربایجان جومهوریسی Başqa dillərdə oxuyun
Категория: Dünya | Просмотров: 595 | Добавил: mozalax | Рейтинг: 0.0/0
Всего комментариев: 1
avatar
0
1 mozalax • 16:30, 16.02.2015
Əla biggrin
omForm">
avatar
Daxil ol
səbət
Ваша корзина пуста
Axtarış
Təqvim
«  fevral 2015  »
b.eç.açc.ac.şb
      1
2345678
9101112131415
16171819202122
232425262728
Аrxiv
Dost Saytlar
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • musa.sb MyCorp © 2024