Mənim saytım
Saytın menyusu
Bölmələr
Siyasət [19]
Sosial [24]
Hadisə [43]
İqtisadiyyat [9]
Dünya [17]
Avto [0]
Mədəniyyət [4]
Maqazin [3]
İdman [2]
Texnologiya [9]
Hərbi [0]
Foto [1]
Video [1]
Cəmiyyət [0]
Şou-biznes [1]
Maraqlı [8]
Ədəbiyyat [0]
Hücrə [0]
Proje [0]
Media [0]
Kinoteatr [0]
Qeyri adi [0]
Tarix [0]
Füzuli [1]
Bakı [0]
Digər [4]
Qazax [0]
Sağlamlıq [0]
Gündəm [1]
Ölkə futbolu [13]
Xarici futbol [1]
Digər idman növləri [6]
Bizim kuponlar [0]
Komanda [2]
Akademiya [0]
Kommersiya [0]
Klub [0]
İctimaiyyət [0]
Digər növlər [0]
Ramiz Quliyev [1]
Per Laqerkvist [1]
Lev Tolstoy [0]
İnanclar [1]
Ailə [1]
Sevgi [1]
Sağlıq [1]
Dəb [0]
Evim [0]
Mətbəx [0]
Həyata tərzi [0]
Əyləncə [0]
Mütəxəssislər [0]
Cinayət [0]
Din [0]
Ordu [1]
Mini Çat
200
Statistika

On line: 1
Qonaq: 1
İstifadəçi: 0
Главная » Hadisə
Kateqoriya: Hadisə | Baxış: 453 | Əlavə etdi: mozalax | Tarix: 17.02.2015 | Şərhlər (0)

Kateqoriya: Hadisə | Baxış: 404 | Əlavə etdi: mozalax | Tarix: 12.02.2015 | Şərhlər (0)

 

 

 Azərbaycan Respublikasının vətəndaşı Emin Hüseynov barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.2-ci maddələrində nəzərdə tutulan ittiham elan olunmaqla, 19 avqust 2014-cü il tarixdə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarış elan edilib.

 

 

 

APA-nın məlumatına görə, bunu barəsində cinayət işi açılmış Emin Hüseynovun İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı səfirliyində gizlənməsi məsələsi ilə əlaqədar Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

 

 

 

H. Hacıyev deyib ki, məhkəmə qərarı əsasında aparılmış araşdırmalar nəticəsində Emin Hüseynovun “Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu” ictimai birliyinin sədri kimi qeydiyyata alınmayan qrant müqavilələri üzrə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirərək 1 575 956 manat məbləğində külli miqdarda gəlir əldə etdiyi və dövlət büdcəsinə ödənilməli olan 247 551 manat məbləğində xeyli miqdarda vergiləri ödəməkdən yayınmaqda əsaslı şübhələr müəyyən edilib.

 

 

 

“7 iyul 2014-cü il tarixindən etibarən Emin Hüseynov dəfələrlə ünvanına çağırış vərəqələri göndərilməklə istintaqa dəvət edilsə də, qaçaraq İsveçrə Konfederasiyasının Azərbaycan ... ardı »

Kateqoriya: Hadisə | Baxış: 379 | Əlavə etdi: mozalax | Tarix: 12.02.2015 | Şərhlər (0)

Vətəndaşları aldadaraq külli miqdarda pul ələ keçirən daha bir şirkət rəhbərliyinə cinayət işi açıldı 

 

Vətəndaşları aldadan şirkət təsisçilərinə dələduzluq maddəsi ilə cinayət işi başlanıb. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, «Tağıyev LTD» Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçiləri Pərvanə Tağıyeva və Ülkər Sanılı vətəndaşların etibarından sui-istifadə edərək, işə düzəltmək adı ilə onlara qarşı dələduzluq edib və müxtəlif məbləğdə pullarını sonuncunun «Access» bankdakı hesabına köçürtdürməklə həmin vəsaitləri ələ keçiriblər.

 

Onların hər ikisi şübhəli şəxs qismində cəlb edilməklə barələrində həbs qətimkan tədbiri seçilib.

 

İstintaq-əməliyyat tədbirləri ilə Ülkər Sanılının cari ilin ötən dövründə 22 nəfər Ağcabədi rayon sakininin etimadını qazanaraq onların 20.000 manata yaxın pullarını mənimsəməsi də sübuta yetirilib.

 

Vətəndaşların nəzərinə çatdırırıq ki, cinayət işi üzrə ibtidai araşdırma Nazirlikdə davam etdiriləcək və bununla bağlı zərərçəkmiş şəxslərdən Baş İstintaq və Təhqiqat İdarəsinə müraciət etmələri xahiş olunur. 

 

 

Kateqoriya: Hadisə | Baxış: 416 | Əlavə etdi: mozalax | Tarix: 12.02.2015 | Şərhlər (0)

Hadisə Masallı-Yardımlı yolunda baş verib 

 
 
Masallı-Yardımlı yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

 
APA-nın cənub bürosunun xəbərinə görə, hadisə bu gün saat 15.30 radələrində qeydə alınıb.
 
“Toyota Prado” markalı avtomobilin dərəyə aşması nəticəsində maşında olan 1971-ci il təvəllüdlü Könül Yolçu qızı Rüstəmxanlı hadisə yerində dünyasını dəyişib. 
 
Avtomobildə olan digər sərnişin Əliyeva İlahə Xudu qızı isə xəsarət alaraq Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
 
Qeyd edək ki, yol qəzasında dünyasını dəyişən Könül Rüstəmxanlı “Qanun” Nəşrlər Evinin sahibi, jurnalist Şahbaz Xuduoğluun həyat yoldaşı, yaralanan İlahə Əliyeva isə bacısıdır. 

Kateqoriya: Hadisə | Baxış: 570 | Əlavə etdi: mozalax | Tarix: 11.02.2015 | Şərhlər (0)

6 erməni hərbçisi öldürüldü  Ermənistan silahlı qüvvələrinin təxribat qrupu məhv edilib. Bu barədə Lent.az-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə Nazirliyindən bildirilib ki, Ermənistanın Müdafiə Nazirliyinə istinadən düşmən tərəfinin kütləvi informasiya vasitələrinin guya yanvarın 31-də Silahlı Qüvvələrimizin mövqelərinin və minik avtomobilinin məhv edilməsi barədə verilən məlumatlar yalandır və dezinformasiya xarakteri daşıyır. Düşmən tərəfi son vaxtlar cəbhədə canlı qüvvə və texnika baxımından verdiyi ağır itkilərin, o cümlədən yanvarın 29-da məhv edilən pilotsuz uçan aparatın əvəzini çıxmaq məqsədilə heç bir uğurlu cavab tədbiri görə bilməməsi səbəbindən əsası olmayan, uydurma məlumatlar yaymaqla məyus erməni xalqını və əsgərini növbəti dəfə aldatmaqla məşğuldur. Tam fərqli olaraq, bu gün saat 15.00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhəddinin Qazax rayonu sahəsində düşmən tərəfinin təxribatının qarşısı uğurla alınıb.  Təxribat törətmək məqsədilə minalanmış sahədən keçid açmağa cəhd göstərən düşmənin 6 nəfərdən ibarət hərbi qulluqçusu Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı və görülən qabaqlayıcı tədbirlər nəticəsində tam məhv edilib. Təəssüflər olsun ki, yanvarın 31-də saat 12.55 radələrində cəbhənin digər istiqamətində, Xocavənd rayonu ərazisində, erməni silahlı bölmələrinin atəşkəs rejimini növbəti dəfə pozması və düşmən tərəfindən atılan gülənin rikoşet etməsi nəticəsində Silahlı Qüvvəl ... ardı »
Kateqoriya: Hadisə | Baxış: 985 | Əlavə etdi: mozalax | Tarix: 01.02.2015 | Şərhlər (0)

Bakıda iki həftə əvvəl məktəbliyə hücüm edən manyak saxlanılıb. Xətai Rayon Polis İdarəsindən “Report”a verilən məlumata görə, Bakının Xətai rayonu, Zığ şossesi məhəllələrindən birində X sinif şagirdinə hücum edən 1979-cu il təvəllüdlü Rəşad Firdovsi oğlu Məmmədov tutulub. Onun barəsində həbs-qətimkan tədbiri seçilib. Zərərçəkən yetkinlik yaşına çatmadığından onun ad və soyadı açıqlanmır. Qeyd edək ki, bu il yanvarın 15-də şübhəli şəxs əvvəlcə qızı izləyib. Şagird binadan içəri daxil olduqdan sonra həmin şəxs də onun ardınca bloka girib. R.Məmmədov qızı döyərək ona xəsarət yetirib. Sonra isə binanı tərk edərək qaçıb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam edir. Tutulan şəxsin digər analoji cinayətlər törədib-törətmədiyi də araşdırılır. - See more at: http://qizilpero.az/news/view/1766#sthash.lmPpVWVc.dpuf

Kateqoriya: Hadisə | Baxış: 466 | Əlavə etdi: mozalax | Tarix: 30.01.2015 | Şərhlər (0)

Misirdə daha bir qadın vurularaq öldürülüb. Hüsnü Mübarəkin devrilməsi ilə nəticələnən mitinqlərin 4-cü ildönümü münasibəti ilə Qahirədə təşkil edilən yürüşdə, Şeyma adlı qadın küçənin ortasında silahdan açılmış atəşlə vurularaq öldürülüb. Bizimyol.info həmin görüntüləri təqdim edir:

Kateqoriya: Hadisə | Baxış: 405 | Əlavə etdi: mozalax | Tarix: 29.01.2015 | Şərhlər (0)

Dünyanın ən böyük telefon istehsalçılarından biri olan Apple şirkəti öz yeni məhsulunun davamlılığını sübut etmək üçün maraqlı bir təcrübə keçirib. Telefon həvəskarlarının böyük maraq göstərdiri ayfon 6 telefonunu göyə qaldıran şirkət, həmin telefonu kilometrlərlə yüksəklikdən yerə çırpmaqla mobil aparatın nə dərəcədə etibarlı olduğunu ortaya çıxarıb. ATVxəbər.az bildirir ki, telefonla yanaşı hava balonuna kamera da bərkidilib. Bu kamera ayfon 6-ının bütün səyahətini görüntüləyib. Teledon 3 saat 45 dəqiqədən sonar kifayət qədər yüksək hündürlükdən yerə çırpılsa da, sıradan çıxmayıb. Doğrudur, mobil telefona kiçik paraşüt bərkidilmişdi. Amma enişdə həmin paraşütdə də texniki nasazlıq baş verib. Yerə çırpılan həssas telefon eyni zamanda mənfi 61 dərəcə şaxtaya, eləcə də sürəti saatda 100 km-i keçən küləyə davam gətirə bilib. Qeyd edək ki, Ayfon istehsalçıları son məhsullara görə dünya miqyasında tənqid hədəfinə çevrilmişdi. Həmin telefonların xüsusilə cins şalvarların cibində əyilməsinin üzə çıxması telefon istehsalçıları tərəfindən heç də xoş qarşılanmamışdı.

Kateqoriya: Hadisə | Baxış: 451 | Əlavə etdi: mozalax | Tarix: 28.01.2015 | Şərhlər (0)

Türkiyədə 1963-cü ildə, evini təmir edən bir nəfər, evinin divarının arxasından gizli otaq aşkarlayıb. Gizli otağa daxil olarkən o, inanılmaz memarlıq abidəsi ilə qarşılaşıb. Belə ki, o, evinin altında yeraltı şəhər olduğunu kəşf edib. Şəhər çoxlu tunellərdən ibarətdir və dərinliyi 60 metrə çatır.Tarixçilərin fikrincə, “Derinkuyu” adlı şəhər eramızdan əvvəl I-II minillikdə inşa edilib. Əsasən, düşmən ordularının hücumlarından qorunmaq üçün, sığınacaq kimi istifadə edilib. Şəhərdə yerləşdirilən əşyalar və təchizata görə, orada təxminən 20 000 nəfər yaşaya bilər. Buranın heyrətamiz cəhəti ordadır ki, yeraltı şəhərdə yaşayış otaqları, mətbəxlər, su quyuları, çörək bişirilmə yerləri, tövlə, hətta qəbirstanlıq da olub. Beləliklə, bu şəhərin inşasının nə qədər çətin proses olduğunu anlamaq elə də çətin deyil. Hava ventilyasiya sistemi vasitəsilə şəhərdə rahat nəfəs almaq olur. Hazırda həmin yer turistlər üçün açıqdır və hər kəs ziyarət edə bilər. Nərgiz Gundemxeber.az Qutu.moy.su

Kateqoriya: Hadisə | Baxış: 430 | Əlavə etdi: mozalax | Tarix: 28.01.2015 | Şərhlər (0)

1 2 3 4 5 »
Daxil ol
səbət
Ваша корзина пуста
Axtarış
Təqvim
«  aprel 2024  »
b.eç.açc.ac.şb
1234567
891011121314
15161718192021
22232425262728
2930
Аrxiv
Dost Saytlar
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • musa.sb MyCorp © 2024