Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın martın 9-da Rusiya Federasiyası Prezidentinin köməkçisi, Rusiya Federasiyası Olimpiya Komitəsinin vitse-prezidenti İqor Levitin ilə görüşü olub.
Görüşdə bu ilin iyununda Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq məsələləri müzakirə edilib. Qonaq Azərbaycanın belə bir möhtəşəm tədbirə yüksək səviyyədə ev sahibliyi edəcəyinə əminliyini bildirib. Rusiya idmançılarının birinci Avropa Oyunlarına ciddi hazırlaşdıqlarını qeyd edən İqor Levitin ölkəsinin bu tədbirdə 300-ə yaxın idmançı ilə təmsil olunacağını deyib.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva birinci Avropa Oyunlarına hazırlıq istiqamətində qısa müddət ərzində böyük işlər görüldüyünü, paytaxtımızın belə möhtəşəm idman bayramına ev sahibliyi etməsindən məmnunluğunu bildirib.
Son illər Azərbaycanda idmanın inkişafı sahəsində görülən işlərdən, idmançılarımızın Avropa və dünya çempionatlarında qazandıqları nailiyyətlərdən söz açan Mehriban Əliyeva qarşıdakı birinci Avropa Oyunlarında iştirak edəcək hər bir kəsə uğurlar arzulayıb. Bu ərəfədə Avropanın bir sıra şəhərlərində “Bakı-2015”in təqdimatlarının keçirildiyini bildirən Heydər Əliyev Fondunun prezidenti hamının Bakıda təşkil olunacaq yarışlardan böyük zövq alacağına əminliyini ifadə edib.
Son saatlarını yaşadığımız 2014-cü il bir çox idmançının həyatına son qoydu. Daha çox bədbəxt hadisələrlə yadda qalan “at ili”nin “qurbanları” yetərincə tanınmış simalar oldu. Eysebio – “At ili” yaxşı başlamadı. 2014-cü ilin ilk günlərində, daha dəqiq desək, yanvarın 5-də əfsanəvi futbolçu Eysebio dünyasını dəyişdi. DÇ-1966-nın bürünc mükafatçısı, 11 qat Portuqaliya çempionu və bir çox turnirlərin qalibinin ölümü sürpriz oldu. 72 yaşında gözlərini əbədi yuman Eysebio təkcə Portuqaliyanın deyil, dünya futbolunun tarixində həmişəlik qalacaq. Vüqar Həşimov – Bu ilin yanvarın 11-i Azərbaycan idmanı üçün kədərli gün oldu. Belə ki, şahmatçı, qrossmeyster Vüqar Həşimov beyin xərçəngindən dünyasını dəyişdi. O, müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında gözlərini yumdu. Luis Araqones – 2014-cü ilin növbəti “qurbanı” AÇ-2008-də İspaniya yığmasını çempion etmiş Araqones oldu. Futbolçu kimi daha çox “Atletiko”dakı çıxışı ilə yadda qalan ispan məşqçi 76 yaşında dünyasını dəyişdi. Maykon Pereyra – “Şaxtyor”da tam məşhurlaşmağa imkan tapmayan braziliyalı futbolçunun ölümü daha çox təəssüf doğurdu. 26 yaşlı Pereyra avtoqəza nəticəsində dünyasını dəyişdi. Raisa Mixaylova – SSRİ-nin keçmiş qadın basketbolçusu
... ardı »