Mənim saytım
Saytın menyusu
Bölmələr
Siyasət [19]
Sosial [24]
Hadisə [43]
İqtisadiyyat [9]
Dünya [17]
Avto [0]
Mədəniyyət [4]
Maqazin [3]
İdman [2]
Texnologiya [9]
Hərbi [0]
Foto [1]
Video [1]
Cəmiyyət [0]
Şou-biznes [1]
Maraqlı [8]
Ədəbiyyat [0]
Hücrə [0]
Proje [0]
Media [0]
Kinoteatr [0]
Qeyri adi [0]
Tarix [0]
Füzuli [1]
Bakı [0]
Digər [4]
Qazax [0]
Sağlamlıq [0]
Gündəm [1]
Ölkə futbolu [13]
Xarici futbol [1]
Digər idman növləri [6]
Bizim kuponlar [0]
Komanda [2]
Akademiya [0]
Kommersiya [0]
Klub [0]
İctimaiyyət [0]
Digər növlər [0]
Ramiz Quliyev [1]
Per Laqerkvist [1]
Lev Tolstoy [0]
İnanclar [1]
Ailə [1]
Sevgi [1]
Sağlıq [1]
Dəb [0]
Evim [0]
Mətbəx [0]
Həyata tərzi [0]
Əyləncə [0]
Mütəxəssislər [0]
Cinayət [0]
Din [0]
Ordu [1]
Mini Çat
200
Statistika

On line: 1
Qonaq: 1
İstifadəçi: 0
Главная » İqtisadiyyat
Məktəb direktorları, məmurlar cəzalandırıldı Azərbaycan Hesablama Palatası Şirvan şəhəri, Şəmkir, Zərdab, Gədəbəy, Goranboy, Ağstafa, Hacıqabul, Neftçala, Masallı, Ağsu, Göygöl, Göyçay və Balakən rayonlarına ayrılan dövlət vəsaitlərinin istifadəsi ilə bağlı ciddi maliyyə nöqsanları, qanunsuz əməliyyatlar aşkarlayıb, 20-dən yuxarı məktəb direktoru və məmur cəzalandırılıb. APA-nın məlumatına görə, Hesablama Palatasının 2014-cü ildəki fəaliyyətinə dair hesabatında bildirilir ki, qeyd olunan şəhər və rayon icra hakimiyyətləri tərəfindən bir sıra hallarda dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi aktların tələblərinə əməl edilməyərək layihə - smeta sənədlərinin hazırlanmasına satınalma prosedurları keçirilmədən və müvafiq dövlət orqanının razılıq məktubu alınmadan vəsait xərclənib. Tikinti işləri üzrə satınalmalar keçirilərkən bəzi hallarda podratçıların ixtisas göstəriciləri tam araşdırılmayıb, ixtisas göstəricilərinə malik olduqlarını təsdiq edən sənədlər və qanunvericilikdə nəzərdə tutulan digər məlumatlar alınmayıb, iddiaçının müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, ödəmə qabiliyyətinin olması müəyyənləşdirilməyib, bir sıra hallarda isə eyni təşkilatlar qalib elan olunub və podratçı təşkilatlarla müqavilə bağlanıldığı tarixdən sonra satınalma prosedurları keçirilib. Qeyd olunan şəhər və rayonlarda obyektlər üzrə aparılan tikinti və bərpa gücləndirmə işləri başa çatdırıldıqdan sonra su, ... ardı »
Kateqoriya: İqtisadiyyat | Baxış: 605 | Əlavə etdi: mozalax | Tarix: 08.04.2015 | Şərhlər (0)

Mərkəzi Bank bu günə olan valyuta məzənnələrini açıqlayıb Bu gün aprelin 7-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi möhkəmlənib. "APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) aprelin 8-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0021 manat və ya 0,2% bahalaşaraq 1,0517 manat səviyyəsində qərarlaşıb. Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0083 manat və ya 0,72% ucuzlaşaraq 1,1399 manat olub.
Kateqoriya: İqtisadiyyat | Baxış: 463 | Əlavə etdi: mozalax | Tarix: 08.04.2015 | Şərhlər (0)

Martın 17-də Trans-Anadolu qaz boru kəmərinin (TANAP) Türkiyənin ərazisindən keçən hissəsinin tikintisinə başlanılacaq. AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Taner Yıldız məlumat verib. Nazir bildirib ki, TANAP həm Türkiyə, həm Azərbaycan üçün əhəmiyyətli və strateji layihədir. Qeyd edək ki, TANAP ilə Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan təbii qazının nəqli nəzərdə tutulur. Boru kəmərinin 2018-ci ildə istismara verilməsi planlaşdırılır.
Kateqoriya: İqtisadiyyat | Baxış: 353 | Əlavə etdi: mozalax | Tarix: 10.03.2015 | Şərhlər (0)

Fevralın 28-də Dövlət Gömrük Komitəsində (DGK) iş adamları ilə görüş keçirilib. Lent.az-ın DGK-nin saytına istinadən məlumatına görə, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iş adamları ilə görüşlərin ümumi işə faydasını, eləcə də gömrük xidməti və özəl sektor arasında işgüzar münasibətlərin dərinləşməsində yardımçı olduğunu qeyd edərək, bu ənənənin təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb. DGK sədri Aydın Əliyev vurğulayıb ki, bu gün Azərbaycan iqtisadiyyatı prezident İlham Əliyevin rəhbərliyi altında özünün davamlı inkişafını təmin edib və respublikamız regionda və bütün dünyada əhəmiyyəti artan ölkəyə çevrilib. Təbii ki, ölkə iqtisadiyyatının sürətli inkişafında onun təməl sütunlarından biri olan özəl sektorun da böyük rolu vardır.   Komitə sədri sahibkarlar və dövlət orqanları arasında qarşılıqlı əməkdaşlığın müxtəlif sahələr üzrə hər hansı problemin birgə həllində mühüm rol oynadığını qeyd edərək, eyni zamanda, sahibkarların təşkilatlanmasını və aidiyyəti məsələlərin həllində onların konstruktiv mövqedən çıxış etmələrini yüksək qiymətləndirib.       DGK sədri Aydın Əliyev qeyd edib ki, iş adamları ilə bu günkü görüşün dünyada baş verən maliyyə böhranı dövründə keçirilməsi təsadüfi deyil. O cümlədən, dünya bazarında neftin kəskin ucuzlaşması, eyni zamanda Azərbaycanda milli valyutanın devalivasiyası ərəfəsində sahibkarlarla bu görüşün gerçəkləşməsi mühüm əhəmiyyət kəsb edir.   Mövcud şə ... ardı »
Kateqoriya: İqtisadiyyat | Baxış: 564 | Əlavə etdi: mozalax | Tarix: 01.03.2015 | Şərhlər (6)

Bəzi iri ticarət mərkəzləri fəaliyyətlərini müvəqqəti dayandırıb  İqtisadiyyat və Sənaye Nazirliyi Mərkəzi Bankın İdarə Heyətinin bu gün valyuta məzənnələrində dəyişikliklərlə bağlı qərarı ilə əlaqədar məlumat yayıb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirləri daha da gücləndirilib və nəticələrindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcək.   Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edilib.   Lent.az-ın əldə etdiyi məlumata görə isə, bəzi iri ticarət mərkəzləri fəaliyyətlərini müvəqqəti dayandıraraq, satdıqları məhsulların qiymətini dəyişirlər.
Kateqoriya: İqtisadiyyat | Baxış: 317 | Əlavə etdi: mozalax | Tarix: 21.02.2015 | Şərhlər (0)

Azərbaycan Prezidenti İlham Əliyev Tarif Şurasının qərarını ləğv edib.

Bu barədə Trend məlumat verir.

Tarif Şurasından isə Trend-ə bildiriblər ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, 14 yanvar 2015-ci il tarixində Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbədənkənar iclası keçirilib. İclasda neft məhsullarının qiymətlərinə yenidən baxılmış və tariflərin tənzimlənməsi barədə yeni qərar qəbul edilib. Qərara əsasən, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 12 yanvar 2015-ci il tarixli 1 nömrəli Qərarı ləğv edilib. Ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litri üzrə 2 qəpik yol vergisi şirkətdaxili tariflərin azaldılması hesabına tətbiq edilməklə, əvvəl olduğu kimi “Aİ-92&r ... ardı »

Kateqoriya: İqtisadiyyat | Baxış: 504 | Əlavə etdi: mozalax | Tarix: 14.01.2015 | Şərhlər (0)

Yeni qanun qüvvəyə minənədək tikilmiş evlərin üzərində hüquqların əldə edilməsini sübut edən sənədlərin siyahısı təsdiq edilib 
 

Prezident İlham Əliyev “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu q ... ardı »

Kateqoriya: İqtisadiyyat | Baxış: 673 | Əlavə etdi: mozalax | Tarix: 14.01.2015 | Şərhlər (0)

10-a yaxın bankın kapitalı 100 milyonu keçib  Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclasda Mərkəzi Bankın sədri Elman Rüstəmov çıxış edib.   Lent.az-ın məlumatına görə, E.Rüstəmov bildirib ki, 2014-cü ildə qlobal iqtisadiyyatda qeydə alınan mürəkkəb proseslərin fonunda iqtisadiyyatımız daha da inkişaf edib. İqtisadi islahatların, neft strategiyasının və yaradılmış potensialın qlobal iqtisadi çağırışlara adekvat cavab verməyə imkan yaratdığını deyən Elman Rüstəmov qeyd edib ki, prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ötən ildə də sosial-iqtisadi tərəqqi davam edib. Mərkəzi Bankın sədri 2008-ci ildən bəri davam edən maliyyə böhranının bütövlükdə qlobal iqtisadiyyata sirayət etdiyini vurğulayaraq deyib: “Bu böhranın ən mühüm xarakteristikası qlobal iqtisadi artımın zəif bərpasıdır. 2014-cü ildə bu artım cəmi 3,3 faiz təşkil etmişdir ki, bu da böhrandan əvvəlki 2002-2007-ci illərdəki orta artım tempindən təxminən 5 faiz aşağıdır. Xarakterik haldır ki, il ərzində Beynəlxalq Valyuta Fondu qlobal artım proqnozunu azalmağa doğru iki dəfə dəyişib. Qloballaşma şəraitində iqtisadi artımın bərpasında problemlər həm inkişaf etmiş ölkələr, həm də inkişaf etməkdə olan ölkələr üçün xarakterikdir. Biz zəifləyən qlobal iqtisadi aktivliyin dünya ticarətinə və əmtəə bazarlarına da əhəmiyyətli təsirinin şahidi oluruq. Nəticədə bir sıra əmtəə qiymətlərinin aşağı düşməsini görürük. 201 ... ardı »
Kateqoriya: İqtisadiyyat | Baxış: 498 | Əlavə etdi: mozalax | Tarix: 11.01.2015 | Şərhlər (0)

Vergi Məcəlləsində edilmiş dəyişikliklərin tam siyahısı  Prezident İlham Əliyev Vergi Məcəlləsinə edilmiş dəyişiklikləri təsdiqləyib. Beləliklə Məcəllənin 102.1.21-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilir və aşağıdakı məzmunda maddələr əlavə edilir. Lent.az Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin tam siyahısını təqdim edir. “102.1.22. yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin 500 manatadək olan hissəsi.”; 1.2. 123.1-ci maddədə “əldə edilmişdirsə,” sözlərindən sonra “bu Məcəllənin 102.1.22-ci maddəsində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla” sözləri əlavə edilsin; 1.3. 161.1-ci maddədə “hər hansı rüsumlar, vergilər” sözləri “yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar” sözləri ilə əvəz edilsin; 1.4.  162.1-ci maddəyə “ƏDV” sözündən sonra “və yol vergisi” sözləri əlavə edilsin; 1.5. 185-ci maddə üzrə: 1.5.1. 185.1-ci maddənin birinci cümləsindən “və tütün məmulatları” sözləri çıxarılsın, həmin cümlədə “aksiz” sözündən sonra “, yol vergisi” sözləri əlavə edilsin; 1.5.2. 185.2-ci maddənin birinci bəndində “üzən vasitələr” sözlərindən sonra “, habelə platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz” sözləri, “aksiz” sözündən sonra “, yol vergisi” sözləri əlavə edilsin; 1.5.3. 185.2-ci maddəyə aşağıdakı məzmunda üçüncü bənd əlavə edilsin: ... ardı »
Kateqoriya: İqtisadiyyat | Baxış: 598 | Əlavə etdi: mozalax | Tarix: 11.01.2015 | Şərhlər (0)

Daxil ol
Axtarış
Təqvim
«  mart 2024  »
b.eç.açc.ac.şb
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Аrxiv
Dost Saytlar
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • musa.sb MyCorp © 2024