Avropanın digər ölkələrində olduğu kimi, Azərbaycanda da transfer çalışmaları davam edir. Heyətində ciddi “təmizləmə” işləri aparan “Xəzər Lənkəran” hələ ki, daha çox diqqət mərkəzindədi. Həmçinin AZAL və “Sumqayıt”da da ciddi dəyişikliklər edilir. Apasport.az saytı qış fasiləsi boyunca Premyer Liqa klublarının transferlərini, eləcə də yola saldıqları oyunçuların adlarını sizə təqdim etməkdə davam edəcək.
“Qarabağ”
Gələn: Yoxdu
Gedən: İnnosent Emeqara
Müqaviləsinin müddətini artıranlar: Çumbinyo, İbrahim Şehiç
“İnter”
Gələnlər: Əfran İsmayılov ("Xəzər Lənkəran"), Yussef Fenniç (“Zvolle”, Hollandiya)
Gedən: Yoxdu
“Neftçi”
Gələnlər: Aqil Məmmədov (“Bakı”), Rauf Əliyev (“Xəzər Lənkəran”)
Gedənlər: Emil Balayev (“Ayntraxt” Frankfurt, Almaniya), Elnur Allahverdiyev
“Simurq”
Gələn: Elnur Abdullayev ("Xəzər Lənkəran"), Xuan Alvarado ("Erqotelis", Yunanıstan)
Gedən: Lukas Tresnak
Müqaviləsinin müddətini artıran: Benjamin Lambot
“Xəzər Lənkəran”
Gələn: Elbrus Məmmədov (baş məşqçi)
Gedənlər: Oğuz Çətin (baş məşqçi), Deyan Blajevski ("Vardar", Makedoniya), Rəşad Sadiqov ("Qəbələ), Elnur Abdullayev (“Simurq”), Əfran İsmayılov (“İnter”), Aleksandr Şemonayev (AZAL), Rauf Əliyev (“Neftçi”), Uğur Pamuk ("Sumqayıt"), Tieqo de Xesus, Fernando Qabriel, Manuel Skarlatake, Qalin İvanov, Cahangir Həsənzadə, Vanderson Skarduelli
“Qəbələ”
Gələnlər: Roman Qriqorçuk (baş məşqçi); Rəşad Sadiqov ("Xəzər Lənkəran"), Aleksey Qay (“Çernomorets”, Ukrayna)
Gedənlər: D
... ardı »
“Yaxşı oyun keçdi. Güclü komandaya qarşı mübarizə apardıq. Bizim futbolçular həvəskardı, bu səbəbdən yaxşı klub yaratmağa çalışırıq. “Xəzər Lənkəran” isə Azərbaycanın tanınmış komandalarından biridi. Düzdü, rəqibin indiki heyəti gəncdi. Buna baxmayaraq, bu qarşılaşma bizim üçün yaxşı təcrübə oldu. Görüş “Fair Play” qaydaları çərçivəsində keçdi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın Antalyada keçirdiyi ilk yoxlama matçındakı rəqibi olan “Tekirdağspor” klubunun baş məşqçisi Tevfik Sayğılı deyib.
2:2 hesabı ilə başa çatan oyunda “Tekirdağspor” qələbəni son anda əldən verdi. 89-cu dəqiqədə qapılarına təyin olunan penalti zərbəsini gülüşlə qarşılayan Sayğılı nəticəyə görə narahat olmadığını söyləyib: “Yoldaşlıq matçında qol da olar, penalti də. Əsas olan isə qol epizodları yaratmaqdı. Hakimlərin qərarını müzakirə etmək istəməzdim. Ötən il çalışdırdığım komanda ilə qış fasiləsində heç bir yoldaşlıq görüşündə qalib gələ bilmədik. Buna baxmayaraq, III dəstədə çempion olduq. Burada boşluqlarımızı aradan qaldırmağa çalışırıq. Hakimlər də səhvlərə yol verə bilər. Elə Superliqada da siz də bunun şahidi olursuz. Buna isə etiraz etməmək lazımdı”.
Sayğılı bildirib ki, Azərbaycanda çalışdığından “Xəzər Lənkəran” haqda məlumatlı imiş: “2006-cı ildə 6 ay “Qarabağ”da çalışmışam. Səfərdə “Xəzər Lənkəran”la oyun yadımdadı. Düzdü, həmin görüşün nəticəsini dəqiq xatırlamıram, səhv etmirəmsə, uduzmuşduq. O vaxtkı komanda indiki ilə müqayisədə çox güclü idi. “Qarab
... ardı »