GundemXeber.az Publika.az-ın fahişələrlə bağlı hazırladığı reportajı təqdim edir. "Kiminsə pul müqabilində başqasının qarşısında soyunması, yaxud öz bədənini göstərməsinin necə ləyaqətsiz hərəkət olması haqqında ilk dəfə İsmayıl Şıxlının “Cəbhə yolları” romanında oxumuşdum. Ona isti yemək verməsindən razı qalan faşist əsgəri azərbaycanlı yazıçının bu humanistliyi müqabilində çəkməsini, sonra isə cibindəki albomu sovet əsgərinə hədiyyə olaraq vermək istəyir. Yazıçı albomu açaraq onun səhifələrindəki çılpaq qadınların fotolarına baxır. Özünün də dediyi kimi başqasını qarşısında soyunmaqla öz ləyaqətini alçaldan bu şəxslərin şəkilləri onda ikrah hissi doğurur. Bu mənada, yazıçının fikirləri ilə razılaşmamaq olmur. Təəssüf ki, hər gün belə xoşagəlməz mənzərələrlə qarşılaşırıq. Paytaxtın bəzi yerlərində günün axşam saatlarında qarşımıza çıxıb söz atan fahişələrin təklifləri də bu qəbildəndir. Publika.az şəhərimizin bir sıra yerlərində əxlaqsızlıqla məşğul olan qadınlarla bağlı reportajı sizə təqdim edir. “...30 manat özümə, 10 manat evə...” Paytaxtda əxlaqsızlıqla məşğul olan qadınların özlərinə daimi yer seçdikləri məkanlardan olan Səməd Vurğun bağında günün gecə saatlarında qısa müşahidələr aparmaq kifayətdir ki, burada nələrin baş verdiyini gözlərinlə görəsən. Parkın sol hissəsindəki oturacaqlarda əyləşmiş iki qadının həm geyimi,
... ardı »