Mənim saytım
Saytın menyusu
Bölmələr
Siyasət [19]
Sosial [24]
Hadisə [43]
İqtisadiyyat [9]
Dünya [17]
Avto [0]
Mədəniyyət [4]
Maqazin [3]
İdman [2]
Texnologiya [9]
Hərbi [0]
Foto [1]
Video [1]
Cəmiyyət [0]
Şou-biznes [1]
Maraqlı [8]
Ədəbiyyat [0]
Hücrə [0]
Proje [0]
Media [0]
Kinoteatr [0]
Qeyri adi [0]
Tarix [0]
Füzuli [1]
Bakı [0]
Digər [4]
Qazax [0]
Sağlamlıq [0]
Gündəm [1]
Ölkə futbolu [13]
Xarici futbol [1]
Digər idman növləri [6]
Bizim kuponlar [0]
Komanda [2]
Akademiya [0]
Kommersiya [0]
Klub [0]
İctimaiyyət [0]
Digər növlər [0]
Ramiz Quliyev [1]
Per Laqerkvist [1]
Lev Tolstoy [0]
İnanclar [1]
Ailə [1]
Sevgi [1]
Sağlıq [1]
Dəb [0]
Evim [0]
Mətbəx [0]
Həyata tərzi [0]
Əyləncə [0]
Mütəxəssislər [0]
Cinayət [0]
Din [0]
Ordu [1]
Mini Çat
200
Statistika

On line: 1
Qonaq: 1
İstifadəçi: 0
Главная » 2015 » fevral » 12 » XİN: Emin Hüseynov İsveçrə səfirliyində gizlənib
22:43
XİN: Emin Hüseynov İsveçrə səfirliyində gizlənib

 

 

 Azərbaycan Respublikasının vətəndaşı Emin Hüseynov barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.2-ci maddələrində nəzərdə tutulan ittiham elan olunmaqla, 19 avqust 2014-cü il tarixdə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarış elan edilib.

 

 

 

APA-nın məlumatına görə, bunu barəsində cinayət işi açılmış Emin Hüseynovun İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı səfirliyində gizlənməsi məsələsi ilə əlaqədar Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

 

 

 

H. Hacıyev deyib ki, məhkəmə qərarı əsasında aparılmış araşdırmalar nəticəsində Emin Hüseynovun “Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu” ictimai birliyinin sədri kimi qeydiyyata alınmayan qrant müqavilələri üzrə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirərək 1 575 956 manat məbləğində külli miqdarda gəlir əldə etdiyi və dövlət büdcəsinə ödənilməli olan 247 551 manat məbləğində xeyli miqdarda vergiləri ödəməkdən yayınmaqda əsaslı şübhələr müəyyən edilib.

 

 

 

“7 iyul 2014-cü il tarixindən etibarən Emin Hüseynov dəfələrlə ünvanına çağırış vərəqələri göndərilməklə istintaqa dəvət edilsə də, qaçaraq İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı səfirliyində gizlənib. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər bir vətəndaşın təqsirsizlik prezumpsiyası hüququ var.

 

 

 

Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir”, - deyə H. Hacıyev bildirib.

 

 

 

İsveçrə Konfederasiyasının Xarici İşlər Nazirliyindən isə APA-ya bildirilib ki, Emin Hüseynovun maraqları ilə bağlı həll yolu tapmaq üçün Azərbaycan hökuməti ilə danışıqlar aparılır.

 

 

 

“Hazırda bir Azərbaycan vətəndaşı İsveçrənin Azərbaycandakı səfirliyindədir. O, 2014-cü ilin avqustun 18-də səfirliyə müraciət edib və İsveçrə ona humanitar əsaslarla sığınacaq verib. Həmin vaxtdan etibarən, həmin şəxsin maraqları ilə bağlı Azərbaycan hökuməti ilə danışıqlar aparırıq”, - deyə İsveçrə XİN-dən APA-nın sorğusuna cavab olaraq bildiriblər.

 

 

 

Emin Hüseynova İsveçrədə siyasi sığınacaq verilib-verilməməsi, onun sonrakı taleyi və danışıqların nəticəsi ilə bağlı sualları isə İsveçrə XİN nümayəndəsi cavablandırmaqdan imtina edib: “Biz bundan artıq məlumatı sizinlə bölüşə bilmərik”.

 

 

 

İsveçrənin Azərbaycandakı səfirliyi isə keçən ilin avqustundan məsələni şərh etməkdən və məlumat verməkdən imtina edir.

 

 

 

 

 

Категория: Hadisə | Просмотров: 379 | Добавил: mozalax | Теги: XİN: Emin Hüseynov İsveçrə səfirliy | Рейтинг: 0.0/0
Всего комментариев: 0
omForm">
avatar
Daxil ol
səbət
Ваша корзина пуста
Axtarış
Təqvim
«  fevral 2015  »
b.eç.açc.ac.şb
      1
2345678
9101112131415
16171819202122
232425262728
Аrxiv
Dost Saytlar
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • musa.sb MyCorp © 2024