Faktla bağlı araşdırma aparılır
Qaradağ rayonunda minik avtomobillərinin sərnişin avtobusu ilə toqquşması nıəticəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə,ölənlərin və xəsarət alanlarının adları hələlik müəyyən olunmayıb.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova isə APA-ya açıqlamasında deyib ki, hadisə barədə bu gün saat 07:37-də məlumat daxil olub. Hadisə nəticəsində 3 nəfər ağır vəziyyətdə-kəllə-beyin travması ilə Klinik Tibbi Mərkəzə çatdırılıb. Onun sözlərinə görə, 2 nəfər isə təcili yardım briqadaları hadisə yerinə gələnə kimi ətrafdakı insanlar tərəfindən Klinik Tibbi mərkəzə aparılıb.