Mənim saytım
Saytın menyusu
Bölmələr
Siyasət [19]
Sosial [24]
Hadisə [43]
İqtisadiyyat [9]
Dünya [17]
Avto [0]
Mədəniyyət [4]
Maqazin [3]
İdman [2]
Texnologiya [9]
Hərbi [0]
Foto [1]
Video [1]
Cəmiyyət [0]
Şou-biznes [1]
Maraqlı [8]
Ədəbiyyat [0]
Hücrə [0]
Proje [0]
Media [0]
Kinoteatr [0]
Qeyri adi [0]
Tarix [0]
Füzuli [1]
Bakı [0]
Digər [4]
Qazax [0]
Sağlamlıq [0]
Gündəm [1]
Ölkə futbolu [13]
Xarici futbol [1]
Digər idman növləri [6]
Bizim kuponlar [0]
Komanda [2]
Akademiya [0]
Kommersiya [0]
Klub [0]
İctimaiyyət [0]
Digər növlər [0]
Ramiz Quliyev [1]
Per Laqerkvist [1]
Lev Tolstoy [0]
İnanclar [1]
Ailə [1]
Sevgi [1]
Sağlıq [1]
Dəb [0]
Evim [0]
Mətbəx [0]
Həyata tərzi [0]
Əyləncə [0]
Mütəxəssislər [0]
Cinayət [0]
Din [0]
Ordu [1]
Mini Çat
200
Statistika

On line: 1
Qonaq: 1
İstifadəçi: 0
Главная » Siyasət
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Rusiya Federasiyası Prezidentinin köməkçisi, Rusiya Federasiyası Olimpiya Komitəsinin vitse-prezidenti İqor Levitini qəbul edib. İqor Levitin Soçi Qış Olimpiya Oyunlarına həsr olunmuş xatirə albomunu dövlətimizin başçısına təqdim etdi. Rusiya idmançılarının Bakıda keçiriləcək birinci Avropa Oyunlarına ciddi hazırlaşdıqlarını vurğulayan İqor Levitin Rusiyanın bu tədbirdə 300-ə yaxın idmançı ilə təmsil olunacağını dedi. O, Azərbaycanda birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil ediləcəyinə ümidvar olduğunu bildirdi və bu işdə ölkəmizə uğurlar arzuladı. Dövlətimizin başçısı Soçi Qış Olimpiya Oyunlarında Rusiyanın əldə etdiyi nailiyyətlər münasibətilə təbriklərini çatdırdı. Prezident İlham Əliyev birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsindən qısa vaxt keçməsinə baxmayaraq, bu istiqamətdə böyük işlərin görüldüyünü vurğuladı və Oyunların yüksək səviyyədə təşkil olunması üçün Azərbaycanın bütün səylərini əsirgəmədiyini bildirdi. Dövlətimizin başçısı bu idman yarışının təkcə ölkəmiz üçün deyil, ümumilikdə idman sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi önəmini qeyd etdi. Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.
Kateqoriya: Siyasət | Baxış: 445 | Əlavə etdi: mozalax | Tarix: 10.03.2015 | Şərhlər (0)

ABŞ konqresmeni Stiv Kohen Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar Konqresdə bəyanatla çıxış edib. O, Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalıda 1992-ci il fevralın 26-da 600-dən çox mülki şəxsin qətlə yetirildiyini bildirib. S.Kohen atəşkəsin əldə edilməsindən 20 ildən artıq vaxt keçməsinə baxmayaraq, Dağlıq Qarabağ regionu və ətraf 7 rayon daxil olmaqla Azərbaycan ərazisinin 20 faizinin hələ də işğal altında qaldığını və bir milyondan çox azərbaycanlının öz evindən didərgin düşdüyünü qeyd edib. Stiv Kohen Azərbaycanın çox çətin qonşuluqda təhlükəsizlik və enerji məsələlərində ABŞ-ın və müttəfiqlərinin güclü tərəfdaşı olduğunu vurğulayıb. Eyni zamanda, konqresmen Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlara, xüsusilə NATO-nun Əfqanıstandakı əməliyyatına mühüm töhfəsini xüsusi vurğulayıb. Konqresmen bəyanatında Azərbaycanın aparıcı rol oynadığı “Cənub” qaz dəhlizinin inşasının Avropa üçün önəmli alternativ təşkil edəcəyini bildirib. Habelə ölkəmizin İsrailin neft istehlakının təxminən 40 faizini təmin etdiyini vurğulayıb. ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupun həmsədri olan Stiv Kohen dünya azərbaycanlılarının Xocalı faciəsi qurbanlarının xatirəsini yad etdiyi bir vaxtda Birləşmiş Ştatların Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməsinin vacibliyini vurğulayıb.
Kateqoriya: Siyasət | Baxış: 435 | Əlavə etdi: mozalax | Tarix: 10.03.2015 | Şərhlər (0)

"Biz neft qiymətləri təzyiqindən getdikcə daha çox uzaqlaşırıq"    Azərbaycan prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində təşkil olunmuş “Transformasiya prosesində regionlar: Avrasiya” panelində iştirak edib.   APA-nın məlumatına görə, paneldə çıxış edən prezident İlham Əliyev   bildirib ki, transformasiya Azərbaycanda 1991-ci ildə - müstəqilliyin ilk vaxtlarında başlayıb: “Bu, region üçün ən böyük transformasiya idi. Eyni zamanda bizim üçün böyük çətinliklər yaradırdı. İlk növbədə biz yeni dövlət yaratmalı idik, eyni zamanda bazar iqtisadiyyatı prinsiplərinə söykənən müasir iqtisadiyyat qurmalı idik. Bizim üçün transformasiya eyni zamanda siyasi sistem dəyişikliyi idi. Biz plan iqtisadiyyatından bazar iqtisadiyyatına keçid etdik. Bu gün Azərbaycan iqtisadiyyatının 85 faizi özəl sektorun payına düşür. İqtisadiyyatın diversifikasiyası siyasəti uğurla həyata keçirilir. Biz bu gün neft qiymətləri təzyiqindən getdikcə daha çox uzaqlaşırıq. Çünki bizim iqtisadiyyatımızın böyük bir hissəsi qeyr-neft sektorunda formalaşıb. Avropa Yenidənqurma və İnkişaf Bankının və digər təşkilatların köməyi ilə böyük infrastruktur layihələri həyata keçirilir. Hazırda Azərbaycan donor ölkəyə çevrilib”.   Dövlət başçısı qeyd edib ki, hazırda bir sıra layihəl ... ardı »
Kateqoriya: Siyasət | Baxış: 441 | Əlavə etdi: mozalax | Tarix: 23.01.2015 | Şərhlər (0)

 

Sosial şəbəkələrdə Vəfa Quluzadənin maraqlı bir səs yazısı yayılıb.

Avropa.info xəbər verir ki, audioda Qərb dünyasına müsbət mövqeyi ilə tanınan politoloq Vəfa Quluzadə ABŞ-ı sərt şəkildə tənqid edərək, ermənilərə dəstək verməkdə ittiham edir. "Azadlıq" radiosunda hazırda həbsdə olan Xədicə İsmayılın verlişinə qatılan Vəfa Quluzadə adı çəkilən radionu erməniləri dəstəkləməkdə suçlayır. Verliş zamanı ABŞ-ın əleyhinə danışan və müsəlman, türk olduğumuz üçün Azərbaycanın təzyiqlərə məruz qaldığını deyən Vəfa Quluzadənin sözləri Xədicə İsmayıl tərəfindən kəsilir. Bundan sonra Vəfa Quluzadə "Azadlıq" radiosunun ABŞ-dan aslı olduğunu və bu dövlətin tapşırıqlarını icra etdiyini deyir.

Xatırladaq ki, bu lent yazısı 2012-ci ildə çəkilib.

... ardı »

Kateqoriya: Siyasət | Baxış: 436 | Əlavə etdi: mozalax | Tarix: 22.01.2015 | Şərhlər (0)

Prezident İlham Əliyev: "Azərbaycanda son illər demokratiyanın inkişafı istiqamətində böyük addımlar atılıb"
 



     
  •  
... ardı »
Kateqoriya: Siyasət | Baxış: 378 | Əlavə etdi: mozalax | Tarix: 22.01.2015 | Şərhlər (0)

Azərbaycan prezidenti İsveçrəyə işgüzar səfərə gedib
 
Kateqoriya: Siyasət | Baxış: 469 | Əlavə etdi: mozalax | Tarix: 22.01.2015 | Şərhlər (0)

 

"Bu, son illər ərzində Azərbaycanda aparılan islahatlarla bağlıdır"   "Mənim reytinqimdə heç bir problem yoxdur. Azərbaycanda keçirilən sorğulara görə, reytinqim 90 faizə yaxındır. Bu da son illər ərzində Azərbaycanda aparılan islahatlarla bağlıdır". -APAnın Berlinə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, bunu Azərbaycan prezidenti  İlham ƏliyevAlmaniya kansleri Marken Angelagörüşdən sonrakı mətbuat konfransında alman jurnalistinin sualına cavab olaraq bildirib. Prezident deyib ki, Azərbaycan son 11 ildə iqtisadi cəhətdən dünyanın ən sürətlə inkişaf edən ölkəsi olub: "İqtisadiyyat 3 dəfədən çox artıb, işsizlik və yoxsulluq 5 faiz səviyyəsindədir. Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanı iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görüb. Belə nəticələrlə, əlbəttə ki, hər bir rəhbərin reytinqi yüksək olmalıdır". Prezident qeyd edib ki, Azərbaycanda bütün azadlıqlar, o cümlədən söz və sərbəst toplaşma azadlıqları təmin edilib: "Azərbaycanda yüzlərlə mətbu orqan var, senzura yoxdur, internetə çıxış sərbəstdir.  İnternet istifadəçilərinin sayı 72 faizə yaxındır. Eyni mənzərə sərbəst toplaşma azadlığına da şamil edilə bilər. Müxtəlif siyasi partiyalar mütəmadi olaraq aksiyalar keçirirlər. Bü ... ardı »

Kateqoriya: Siyasət | Baxış: 420 | Əlavə etdi: mozalax | Tarix: 22.01.2015 | Şərhlər (0)

Kateqoriya: Siyasət | Baxış: 379 | Əlavə etdi: mozalax | Tarix: 16.01.2015 | Şərhlər (0)

Kateqoriya: Siyasət | Baxış: 444 | Əlavə etdi: mozalax | Tarix: 16.01.2015 | Şərhlər (0)

Prezident İlham Əliyev Türkiyə Respublikasına dövlət səfərinə gəlib.

Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Ankaranın “Esenboğa” hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi qardaş ölkənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

 

prezident.az

Kateqoriya: Siyasət | Baxış: 348 | Əlavə etdi: mozalax | Tarix: 14.01.2015 | Şərhlər (0)

1 2 »
Daxil ol
səbət
Ваша корзина пуста
Axtarış
Təqvim
«  aprel 2024  »
b.eç.açc.ac.şb
1234567
891011121314
15161718192021
22232425262728
2930
Аrxiv
Dost Saytlar
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • musa.sb MyCorp © 2024