Mənim saytım
Saytın menyusu
Bölmələr
Siyasət [19]
Sosial [24]
Hadisə [43]
İqtisadiyyat [9]
Dünya [17]
Avto [0]
Mədəniyyət [4]
Maqazin [3]
İdman [2]
Texnologiya [9]
Hərbi [0]
Foto [1]
Video [1]
Cəmiyyət [0]
Şou-biznes [1]
Maraqlı [8]
Ədəbiyyat [0]
Hücrə [0]
Proje [0]
Media [0]
Kinoteatr [0]
Qeyri adi [0]
Tarix [0]
Füzuli [1]
Bakı [0]
Digər [4]
Qazax [0]
Sağlamlıq [0]
Gündəm [1]
Ölkə futbolu [13]
Xarici futbol [1]
Digər idman növləri [6]
Bizim kuponlar [0]
Komanda [2]
Akademiya [0]
Kommersiya [0]
Klub [0]
İctimaiyyət [0]
Digər növlər [0]
Ramiz Quliyev [1]
Per Laqerkvist [1]
Lev Tolstoy [0]
İnanclar [1]
Ailə [1]
Sevgi [1]
Sağlıq [1]
Dəb [0]
Evim [0]
Mətbəx [0]
Həyata tərzi [0]
Əyləncə [0]
Mütəxəssislər [0]
Cinayət [0]
Din [0]
Ordu [1]
Mini Çat
200
Statistika

On line: 1
Qonaq: 1
İstifadəçi: 0
Главная » Digər idman növləri

Azərbaycanı və "Qəbələ" İdman Klubunu peşəkar rinqdə təmsil edən Fariz Məmmədovun növbəti rəqibi müəyyənləşib. Futbolxeber.az-ın məlumatına görə, boksçumuz dekabrın 13-də növbəti reytinq döyüşünə çıxacaq. İdmançımızın rəqibi Belarus təmsilçisi Xavadji Xatsiqov olacaq. Bu döyüş Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək. 8 raundluq qarşılaşma reytinq xarakteri daşıyacaq.Çeçenistan Respublikasından olan idmançı 1999-cu ilədək Rusiyanın şərəfini qoruyub. Yığmanın tərkibinə düşmək uğrunda rəqabətin böyük olması üzündən Xatsiqov Qroznıdan Belarusa köçməyə qərar verib. Həvəskar rinqdə bir sıra uğurlar qazanan boksçu 2004 və 2008-ci illərdə Olimpiya Oyunlarının iştirakçısı olub. 54 kq çəki dərəcəsində çıxış edən idmançının ən böyük nailiyyəti isə 2002-ci ilə təsadüf edib. Həmin vaxt Belarusu təmsil edən Xatsiqov qitə çempionu titulunu qazanıb. 2004 və 2006-cı illərdə də bu yarışa qatılan çeçen boksçu ilk döyüşlərdə mübarizəni dayandırıb.gabalafc.az

Kateqoriya: Digər idman növləri | Baxış: 448 | Əlavə etdi: mozalax | Tarix: 02.01.2015 | Şərhlər (0)

Azərbaycanı və “Qəbələ” İdman Klubunu peşəkar rinqdə təmsil edən Fariz Məmmədovun dekabrın 13-də Belarus təmsilçisi Xavadji Xatsiqova qarşı keçirəcəyi döyüş haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, Fariz Məmmədov Sportpress.az saytına verdiyi açıqlamada döyüşə yalnız qələbə üçün çıxacağını bildirib: “Bərpa dövrünü geridə qoymuşam. Artıq özümü daha yaxşı hiss edirəm. Döyüşə hazıram. Məqsədim yalnız və yalnlız qələbə qazanmaqdı. Rinqdə zəif rəqib olmur. Bununla belə, döyüşə ancaq qələbə üçün çıxacağam. İli qələbə ilə başa vurmaq istəyirəm”.Təcrübəli boksçu AİBA Pro Boxing (APB) turnirində yenidən mübarizə aparacağını da bildirib: “İlk döyüşüm uğursuz alındı. Amma ümidimi tam üzmüməmişəm. Düzdür, mənim çəkimdə Tamerlan Abdullayev inamlı təsir bağışlayır. Amma martda yenidən lisenziya döyüşlərində iştirak edəcəyəm. Tamerlan lisenziya qazana sevinaram. İstənilən halda bu turnirdə də qalib olmaq istədim”.AİBA Pro Boxing turnirində Rusiya təmsilçisi Andrey Zamkovoya uduzan Məmmədov, revanş barədə düşündüyünü də gizlətməyib: “Həmin döyüşdən bir müddət vaxt keçsə də, yenilgini hələ də unutmamışam. Zamkovoy güclü idmançı olsa da, ona qalib gələrdim. Həmin vaxt yenilgi haqda kifayət qədər danışmşıq. İndi yenidən təkrarçılıq etmək istəmirəm. Sadəcə, onu deyim ki, bir gün mütləq onunla yenidən görüşəcəyəm. Hansı yarışda üz-üzə gələcəyimizi bilmirəm, amma mütləq Zamkovoydan həmin məğlubiyyətin əvəzini çıxacağam”. ... ardı »

Kateqoriya: Digər idman növləri | Baxış: 461 | Əlavə etdi: mozalax | Tarix: 02.01.2015 | Şərhlər (0)

Azərbaycanı və “Qəbələ” İdman Klubunu peşəkar rinqdə təmsil edən Fariz Məmmədovun rəqibi dəyişib. Futbolxeber.az-ın məlumatına görə, boksçumuz dekabrın 13-də Belarus təmsilçisi Xavadji Xatsiqovla döyüşməliydi. Amma Fariz Məmmədov belaruslu deyil, ukraynalı boksçu ilə üz-üzə gələcək. İdmançımızın rəqibi Valentin Kuts olacaq.Qeyd edək ki, 34 yaşlı ukraynalı boksçu peşəkar rinqdə keçirdiyi 25 döyüşdən 22-sini qələbə ilə başa vurub. 

Kateqoriya: Digər idman növləri | Baxış: 475 | Əlavə etdi: mozalax | Tarix: 02.01.2015 | Şərhlər (0)

Azərbaycanı və “Qəbələ” İdman Klubunu peşəkar rinqdə təmsil edən Fariz Məmmədov ukraynalı boksçu Valentin Kutsa qarşı keçirəcəyi döyüş haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, təcrübəli idmançı Sportpress.az saytına verdiyi açıqlamada deyib: “Çox çətin döyüş olacaq. Amma buna baxmayaraq, risq edəcəyəm. Geriya yol yoxdu, vuruşmaq lazımdı. Görüş sabahdı. Ukraynada ukraynalı idmançı ilə vuruşmaq asan deyil. Amma mən qələbə qazanmaq üçün əlimdən gələni edəcəyəm”.

Kateqoriya: Digər idman növləri | Baxış: 474 | Əlavə etdi: mozalax | Tarix: 02.01.2015 | Şərhlər (0)

Azərbaycanı və “Qəbələ” İdman Klubunu peşəkar rinqdə təmsil edən Fariz Məmmədov bu gün növbəti döyüşünü keçirib. Futbolxeber.az-ın məlumatına görə, boksçumuz Kiyevdə  ukraynalı boksçu Valentin Kutsla üz-üzə gəlib. Döyüş cəmi 2 raund davam edib. Fariz Məmmədov rəqibi üzərində qələbə qazanıb. 

Kateqoriya: Digər idman növləri | Baxış: 436 | Əlavə etdi: mozalax | Tarix: 02.01.2015 | Şərhlər (0)

Peşəkar boksçu Fariz Məmmədov Kiyevdə ukraynalı Valentin Kuts üzərində qələbə qazanıb. Futbolxeber.az döyüşdən hazırlanan videosujeti təqdim edir: 

Kateqoriya: Digər idman növləri | Baxış: 448 | Əlavə etdi: mozalax | Tarix: 02.01.2015 | Şərhlər (0)

Daxil ol
səbət
Ваша корзина пуста
Axtarış
Təqvim
«  aprel 2024  »
b.eç.açc.ac.şb
1234567
891011121314
15161718192021
22232425262728
2930
Аrxiv
Dost Saytlar
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • musa.sb MyCorp © 2024