Azərbaycanı və “Qəbələ” İdman Klubunu peşəkar rinqdə təmsil edən Fariz Məmmədovun rəqibi dəyişib. Futbolxeber.az-ın məlumatına görə, boksçumuz dekabrın 13-də Belarus təmsilçisi Xavadji Xatsiqovla döyüşməliydi. Amma Fariz Məmmədov belaruslu deyil, ukraynalı boksçu ilə üz-üzə gələcək. İdmançımızın rəqibi Valentin Kuts olacaq.Qeyd edək ki, 34 yaşlı ukraynalı boksçu peşəkar rinqdə keçirdiyi 25 döyüşdən 22-sini qələbə ilə başa vurub. |