Mənim saytım
Saytın menyusu
Bölmələr
Siyasət [19]
Sosial [24]
Hadisə [43]
İqtisadiyyat [9]
Dünya [17]
Avto [0]
Mədəniyyət [4]
Maqazin [3]
İdman [2]
Texnologiya [9]
Hərbi [0]
Foto [1]
Video [1]
Cəmiyyət [0]
Şou-biznes [1]
Maraqlı [8]
Ədəbiyyat [0]
Hücrə [0]
Proje [0]
Media [0]
Kinoteatr [0]
Qeyri adi [0]
Tarix [0]
Füzuli [1]
Bakı [0]
Digər [4]
Qazax [0]
Sağlamlıq [0]
Gündəm [1]
Ölkə futbolu [13]
Xarici futbol [1]
Digər idman növləri [6]
Bizim kuponlar [0]
Komanda [2]
Akademiya [0]
Kommersiya [0]
Klub [0]
İctimaiyyət [0]
Digər növlər [0]
Ramiz Quliyev [1]
Per Laqerkvist [1]
Lev Tolstoy [0]
İnanclar [1]
Ailə [1]
Sevgi [1]
Sağlıq [1]
Dəb [0]
Evim [0]
Mətbəx [0]
Həyata tərzi [0]
Əyləncə [0]
Mütəxəssislər [0]
Cinayət [0]
Din [0]
Ordu [1]
Mini Çat
200
Statistika

On line: 1
Qonaq: 1
İstifadəçi: 0
Главная » 2015 » yanvar » 9 » İnam və etiqadlar → İnanclar
23:33
İnam və etiqadlar → İnanclar
Əsrlərlə xalqımızın yaddaşından süzülüb gələn, dildən-dilə keçən inancalar həmişə marağımıza səbəb olmuşdur. Nə qədər "İnanmıram", «Yalandır» desək də, az da olsa bu inam və etiqadlara qulaq vermişik. Xalqımızın gözəl bayramlarından biri olan «Novruz»da tonqal üstündən tullanmaq, qulaq falına çıxmaq, subay qızların fal baxmaları və yaxud uzaq yola çıxanın arxasınca su atmaq kimi inanclar həyatımızda özünə yer tutub. Hər bir xalqın özünəxas mədəniyyəti, adət-ənənələri, mərasim və inancları var. Bizim xalqımızın da bəzi özünəməxsus olan bu inanclardan bir neçəsini qeyd edək. Axır çərşənbə gecəsində pis danışmaq, kefsiz olmaq, nalayiq hərəkətlər etmək olmaz. Deyərlər ki, insanın bu çərşənbə axşamı hər əməli, istəyi, fikri, davranışı təzələnir. Ayağının altı qaşınan təzə başmaq geyəcək, ya da uzun yol gedəcək – deyərlər. Ayağının baş barmağı böyük olanın bəxti açıq olar – deyərlər. Ayağın özgə dabanına toxunsa, aranızda dava düşər – deyərlər.   Başqasının ayaqları üstündən adlayan adamın boyu qısa olar – deyərlər. Başı daz olanın ağlı da çox olar – deyərlər. Barmağında xalı olan qadın yaxşı xörək bişirər – deyərlər. Barmaqları arxaya qatlanan adam nəcib, bacarıqlı sayılar. Bazar günü dırnaq tutularsa, sovqat gələr – deyərlər. Başından hörümçək sallansa, deyərlər səfərdən adamın gəlir. Bir-birinin gözündən öpənlərə: — Bir-birinizdən aralı düşərsiniz – deyərlər. Bara göz dәyməsin deyә, bostanın ortasında basdırılmış ağaçın başına quru һeyvan kәllәsi qoyar — deyərlәr ki, qoy barı bol olsun. Burnu böyük olanlar nankor sayılır. Burun qaşınanda xiffәt olacaqdır — deyәrlər. Qaşı düz olan adamın ağlı da çox olar — deyәrlәr. Qaşı qaşınan adama: — Mütlәq bir tanışınla qarşılaşacaqsan — deyәrlər. Qoyunu saymaq nәsdir — deyәrlәr. Quraqlıq vaxtı yağış yağsın deyə, tısbağanı ayağından asarmışlar. Qulaq cingildәyəndә «kimsә sözümü danışır» — deyәrlәr. Qulaq qaşınanda «yağış yağar» — deyərlәr. Qulağı uzun olanın ömrü dә uzun olar — deyәrlәr. Qulağı böyük olanın baxtı da açıq olar — deyәrlәr. Qulağı kiçik olan kişinin arvadı da gözәl olar — deyәrlәr.   Dağdağan, cәviz, zoğal, çinar, әncir ağacı müqәddәs sayılar — deyәrlәr. Onları kәsәn, yandıran sağ can görmәz. Dar vaxtı evi süpürmәk, evdən şey çıxarmaq ziyanlıq gәtirәr — deyәrlәr. Dar vaxtı, ya gecә vaxtı başqa evә əlәk versәn, çuvalın bәrәkәtsiz olar — deyәrlәr. Dilin ucuna pay çıxıbsa, «artıq pay yemisәn» — deyәrlәr. Deyәrlәr nar, alma, armud һәr bir kəsin dilәk ağacıdır. Onları becərən xeyir tapar. Deyәrlәr ki, süpürgә, ilğın ağacı ilә һər kәsi vursan, şәrә düşәrsәn. Deyәrlәr odun üstünә su tökmәzlәr. Od sönsә, ocaq sönәr.  Deyәrlәr ki, yuxuda at görsәn, murada çatarsan. Deyәrlәr ki, sağ gözün səyirməsi xeyrәdir, solunku şәrә. Deyәrlәr ki, yağış yağana yaxın qaranquşlar alçaqdan uçar. Әli böyuk olan xoşbәxt, әli uzun olan oğru olar — deyәrlәr. Әli soyuq olanın ürәyi isti olar — deyәrlәr. Әrə verilәn qızı ocağın başına dolandırarlar. Deyәrlәr ki, «qoy odlu-ocaqlı olsun».   İki nәfәr baş-başa verәrsә, deyәrlәr evә qonaq gәlәcәk. İlğın, söyüd sonsuz sayılar. İlğın ağacı ilә һeyvanı vursan azarlar — deyәrlәr. İlk övlad yağan doludan birini götürüb dişlәsә, deyәrlәr dolu kәsәr. İlin payız fәsli, yazın әvvәlki ayları yağmurlu keçәrsә — deyәrlәr mәһsul bol olacaq. Yaşılgöz xain, insafsız olar — deyәrlәr. Yerә isti su tökmәzlər. Guya yerdә cin olur, amma gözә görünmür. Guya isti su atsan, cinin üstünә tökülüb onu yandırar. Kitabı açıq qoyub yatsan, guya һuşsuz olarsan.   Gecә dırnaq kəsənin ömrü qısalar — deyәrlәr. Gecә vaxtı evdən başqa yerә od verməzlər. Deyәrlər ki, onda ev ziyanlıq çəkər. Gecə tövlәdə olan at bәrk tәrlәsә, quyruğu düyülsә, deyәrlәr guya onu ya cin, ya һal minib çapıb. Göz ağı çox olan paxıldır — deyәrlər. Göz qapaqları incә olan adamın aqlı çox olar – deyərlәr. Göz gilәsnidә xal olan adamı ağıllı hesab edәrlәr. Göz qapaqlarını üst-üstә yeddi dәfә qapayana: — Cinlәri qәzәblәndirir — deyәrlər. Gözlәri yol çәkәn adamın evinә qonaq gələr — deyәrlәr. Görsələr payızda yarpaqlar tez töküldü — deyәrlәr bu qış sərt keçәcәk. Guya başından bir tük ayrılıb üzünә düşsә, deyәrlәr qonağın gəlir. Mavi gözlü adamın baxdığı hər şeydә gözü qalar — deyәrlәr. Ov sәnә baxarsa onu vurma, gözü yolda qalanı var — deyәrlәr. Od (atәş) һisli olarsa, uzaqdan bir yolçu gәlәcәkdir — deyәrlәr. Odun gecә һis elәmәsi yaxşı nişan deyil — deyәrlәr, guya onda şeytan gәlәr. Sağ gözü səyriyən adama sevinәcәk, sol gözü sәyriyən adama kәdәrlәnәcәk — deyәrlәr. Sağ qulağı qızaran adamın arxasınca yaxşılığa, sol qulağı qızaran adamın arxasınca pisliyә danışıldığını deyәrlər. Sağ ovuc qaşınarsa, pul gәlәcәyi, sol ovuc qaşınarsa, pul gedәcәyi güman edilir. Sәpilən toxum oğurluq olsa bitmәz — deyәrlәr. Sәfәrə gedәnin dalınca su atarlar. Deyәrlәr qoy aydınlıq olsun. Səhәr ev adamları çörәk yemәzdәn әvvәl başqa evә, başqa adama çörək versә, ev bәrәkәtsiz olar – deyərlәr. Saçında vaxtsız ağ tük olan adama xoşbәxt olacaq – deyərlәr.   Taxıl çuvalının üstündә otursan bәrəkətsiz olar — deyәrlәr. Tәndirdә bişәn ilk çorәyi yesәn arvadın ölәr — deyәrlәr. Uşağın dişi çıxanda һәdik bişirərlər. Deyərlәr, dişi bәrkisin. Üzәrlik muqәddәs bitki sayılar. Deyәrlәr ki, üstündә üzәrlik gəzdirәnә göz dәymәz. Xalq arasında çәrşәnbəni nəhs gün һesab edәrlәr. Deyәrlәr, nə sən gәl, nə də ilin axır çərşənbəsi. Hәr iki göz birdən səyrisә, onda qovğa edilәcək – deyərlər. Cümə axşamı dırnaq kəsәn dövlәtli olar — deyәrlәr. Cümә ertәsi qulağı cingildәyәn adamın muradı һasil olar — deyәrlәr.  Çörək әldәn yerә düşsә, öpüb göz üstә qoyarlar — deyәrlәr, bәrәkәt qaçmasın.
Категория: İnanclar | Просмотров: 569 | Добавил: mozalax | Рейтинг: 0.0/0
Всего комментариев: 0
omForm">
avatar
Daxil ol
səbət
Ваша корзина пуста
Axtarış
Təqvim
«  yanvar 2015  »
b.eç.açc.ac.şb
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Аrxiv
Dost Saytlar
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • musa.sb MyCorp © 2024