Məktəb direktorları, məmurlar cəzalandırıldı
Azərbaycan Hesablama Palatası Şirvan şəhəri, Şəmkir, Zərdab, Gədəbəy, Goranboy, Ağstafa, Hacıqabul, Neftçala, Masallı, Ağsu, Göygöl, Göyçay və Balakən rayonlarına ayrılan dövlət vəsaitlərinin istifadəsi ilə bağlı ciddi maliyyə nöqsanları, qanunsuz əməliyyatlar aşkarlayıb, 20-dən yuxarı məktəb direktoru və məmur cəzalandırılıb.
APA-nın məlumatına görə, Hesablama Palatasının 2014-cü ildəki fəaliyyətinə dair hesabatında bildirilir ki, qeyd olunan şəhər və rayon icra hakimiyyətləri tərəfindən bir sıra hallarda dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi aktların tələblərinə əməl edilməyərək layihə - smeta sənədlərinin hazırlanmasına satınalma prosedurları keçirilmədən və müvafiq dövlət orqanının razılıq məktubu alınmadan vəsait xərclənib. Tikinti işləri üzrə satınalmalar keçirilərkən bəzi hallarda podratçıların ixtisas göstəriciləri tam araşdırılmayıb, ixtisas göstəricilərinə malik olduqlarını təsdiq edən sənədlər və qanunvericilikdə nəzərdə tutulan digər məlumatlar alınmayıb, iddiaçının müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, ödəmə qabiliyyətinin olması müəyyənləşdirilməyib, bir sıra hallarda isə eyni təşkilatlar qalib elan olunub və podratçı təşkilatlarla müqavilə bağlanıldığı tarixdən sonra satınalma prosedurları keçirilib. Qeyd olunan şəhər və rayonlarda obyektlər üzrə aparılan tikinti və bərpa gücləndirmə işləri başa çatdırıldıqdan sonra su,
... ardı »
23 il əvvəlin dəhşətlərini Elbrus danışır
Lent.az-ın rezonans yaratmış “Əsir düşərgəsi” layihəsi davam edir. Layihənin bu dönəmində də Vüsalə Məmmədovanın təqdimatında əsirlikdən qayıdan insanların hekayələrini yayımlayacağıq. O insanların ki, səhərlər avtobusda, metroda yanaşı əyləşib işə gedirik, mağazada onlardan nə isə alırıq, küçədə yanaşı addımlayırıq. Onları özümüz kimi sıradan vətəndaş sayırıq. Amma onlar bu ölkənin tarixinin canlı səhifələridir. Onları bir-bir çevirib oxumaq, dinləmək lazımdır. Lazımdır ki, gördükləri, bildikləri, yaşadıqları özləri ilə o dünyaya köçüb getməsin. Lazımdır ki, biz müharibəni unutmayaq! Çünki əgər müharibəni unutsaq, o geri qayıdacaq...
Yenə 23 il əvvəl, yenə o dəhşətli günlər... “Əsir düşərgəsinə” boylanmağa davam edirik.
...Axşam saat 9-a yaxınlaşırdı. Bizi də elə həyətdə qarşıladı. İşdən təzə qayıtmışdı:
- Bu haqda danışmaq asan deyil, bircə dəfə danışmışam, rəhmətlik Ceyhun Mirzəyevə...
- O adam sizsiz?
- Demirəm “Fəryad” filmi ancaq mənim başıma gələn hadisələr əsasında çəkilib. Amma bir çox kadrlar var ki, rəhmətlik olduğu kimi saxlayıb... Mən o filmə baxanda heç nə danışa bilmirəm. Ancaq ağlayıram...
İkinci mərtəbəyə qalxa-qalxa Ceyhun Mirzəyevlə görüşlərini xatırladı...
O danışdıqca yanında əyləşən anası gözünü silir, “Anan ölsün, ay bala, bunu heç bilmirdim” deyirdi. Anasını sakitləşdirmək üçün tez-tez zarafatla “Mama, çoxdan olub e...” və ya “Belə edirsən deyə sənə deməmişəm də” deyib, gülürdü...
Bütün yaşad
... ardı »
Mərkəzi Bank bu günə olan valyuta məzənnələrini açıqlayıb
Bu gün aprelin 7-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi möhkəmlənib.
"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) aprelin 8-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0021 manat və ya 0,2% bahalaşaraq 1,0517 manat səviyyəsində qərarlaşıb.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0083 manat və ya 0,72% ucuzlaşaraq 1,1399 manat olub.