Mənim saytım
Saytın menyusu
Bölmələr
Siyasət [19]
Sosial [24]
Hadisə [43]
İqtisadiyyat [9]
Dünya [17]
Avto [0]
Mədəniyyət [4]
Maqazin [3]
İdman [2]
Texnologiya [9]
Hərbi [0]
Foto [1]
Video [1]
Cəmiyyət [0]
Şou-biznes [1]
Maraqlı [8]
Ədəbiyyat [0]
Hücrə [0]
Proje [0]
Media [0]
Kinoteatr [0]
Qeyri adi [0]
Tarix [0]
Füzuli [1]
Bakı [0]
Digər [4]
Qazax [0]
Sağlamlıq [0]
Gündəm [1]
Ölkə futbolu [13]
Xarici futbol [1]
Digər idman növləri [6]
Bizim kuponlar [0]
Komanda [2]
Akademiya [0]
Kommersiya [0]
Klub [0]
İctimaiyyət [0]
Digər növlər [0]
Ramiz Quliyev [1]
Per Laqerkvist [1]
Lev Tolstoy [0]
İnanclar [1]
Ailə [1]
Sevgi [1]
Sağlıq [1]
Dəb [0]
Evim [0]
Mətbəx [0]
Həyata tərzi [0]
Əyləncə [0]
Mütəxəssislər [0]
Cinayət [0]
Din [0]
Ordu [1]
Mini Çat
200
Statistika

On line: 1
Qonaq: 1
İstifadəçi: 0
Главная » Hadisə

İntihar edən qadının ruhi xəstə olduğu məlum olub Bir neçə gün əvvəl Bakı bulvarında özünü dənizə ataraq intihar edən qadının kimliyi məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, araşdırmalardan sonra özünü öldürən qadının paytaxt sakini, 1970-ci il təvəllüdlü Hüseynova Yeganə Fərhad qızı olması müəyyən edilib. Məlum olub ki, 45 yaşlı Y.Hüseynova ruhi xəstədir. Qeyd edək ki, meyitə ilkin baxış zamanı onun boyu 1 metr 62 sm olduğu məlum olub və əynində qara rəngli xəz, qara palıd rəngli kişi ayaqqabısı, qara uzunqol köynək və boğazından boyunbağıya taxılmış Quran aşkar edilib.  İntiharın səbəbi araşdırılır.

Kateqoriya: Hadisə | Baxış: 416 | Əlavə etdi: mozalax | Tarix: 05.01.2015 | Şərhlər (0)

Hadisəni törədən şəxs yaxalanıb Rusiyanın Nijni Novqorod şəhərində Azərbaycan diasporasının fəallarından olan Rasim Quliyevin həyat yoldaşı öldürülüb. Lent.az-ın vesti.az-a istinadən məlumatına görə, bu barədə "Azerros"un yerli şöbəsinin rəhbəri Vidadi Abbasov bildirib. Onun sözlərinə əsasən, hadisə yanvarın 3-də, Kanavin rayonunda baş verib: “Quliyevlərin yaşadığı binanın birinci mərtəbəsində qalan qonşusu yuxarıda yaşayanla uşaqların səs-küy etməsindən xoşu gəlməyib. Rasimin. hamilə olan həyat yoldaşı ilə mübahisə edən sərxoş və işsiz qonşu evindəki seyfdə saxladığı ov tüfəngini götürüb təkrar yuxarı qalxıb və Quliyevlərin yaşadığı mənzilin qapısına atəş açıb. Həmin vaxt qapının arxasında olan hamilə qadın aldığı güllə yarasından hadisə yerindəcə keçinib". V. Abbasov qadının hamiləliyinin sonuncu ayında olduğunu deyib. O, bu ay körpəsinin dünyaya gətirəcəkmiş.  Polis hazırda 49 yaşlı kişini saxlayıb. Hamilə qadını amansızlıqla qətlə yetirdiyinə görə, onu ömürlük həbs gözləyir. ... ardı »

Kateqoriya: Hadisə | Baxış: 376 | Əlavə etdi: mozalax | Tarix: 05.01.2015 | Şərhlər (0)

Evdən külli miqdarda pul və qızıl aparılıb Göygöl rayonunda maskalı şəxslər evə hücum edib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Üç bulaq adlanan otlaq sahəsində yerləşən evdə baş verib. 3 nəfər maskalı şəxs 43 yaşlı Alışanov İsa Sovet oğluna məxsus evə daxil olaraq ev sahibini, onun anası Əsli Alışanovanı və bacıları Matat, Könül və Gülnisənı döyərək bədən xəsarətləri yetirdikdən sonra evdə olan 60 min manata kimi nağd pulu və 15 min manat dəyərində olan qızıl-zinət əşyalarını aparıblar. Yaralılar Göygöl Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan İsa Alışanovun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı Göygöl rayon Polis İdarəsində araşdırma aparılır.

Kateqoriya: Hadisə | Baxış: 359 | Əlavə etdi: mozalax | Tarix: 05.01.2015 | Şərhlər (0)

Azərbaycan Televiziyasının Gürcüstandakı müxbiri Şahismayıl Şəmmədoğlunun oğlu intihar edib Azərbaycan Dövlət Televiziyasının Gürcüstan üzrə xüsusi müxbiri Şahismayıl Şəmmədoğlunun oğlu Azər Məmmədov intihar edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, 19 yaşlı Azər Şahismayıl oğlu Məmmədov yanvarın 3-də özünü güllələyib. Yanvarın əvvəlində İstanbuldan qayıdan Azər dostları ilə Dmanisinin Dunus kəndində yeyib-içdikdən sonra Qardabaniyə gəlib. Tələbə dostlarını Bakıya yola saldıqdan sonra Azər evə qayıdıb və otağa girib qapıları bağlayaraq özünü öldürüb. Mərhumun atası Şahismayıl Məmmədov APA-ya açıqlamasında bildirib ki, oğlu 12 səhifəlik məktub yazaraq bildirib ki, bu dünyada yaşamaq istəmir: "O, belə bir cəmiyyətdə və zəmanədə yaşamaq istəmədiyini və narazılığını bildirib". Ş.Şəmmədoğlu deyib ki, oğlu Azər Məmmədov İstanbul Universitetinin sənaye idarəetməsi fakültəsində oxuyurdu. Ş.Şəmmədoğlunun bir oğlu və iki qızı var. Bu gün Azər Məmmədov Qardabaninin Kosalı kəndində torpağa tapşırılıb.  ***** 12:18 Azərbaycan Televiziyasının Gürcüstandakı müxbiri Şahismayıl Şəmmədoğlunun oğlu intihar edib. APA-nın Gürcüstan müxbiri Nizami Məmmədzadənin Lent.az-a verdiyi məlumata görə, hadisə yanvarın 4-də Qardabanidə baş verib. Mərhum bu gün saat 12-də dəfn edilib. Hadisə ilə bağlı araşdırma aparılır.Hadisənin nə səbəbdən, hansı şəraitdə baş verdiyi hələlik məlum deyil. Qeyd edək ki, hadisə ilə bağ ... ardı »

Kateqoriya: Hadisə | Baxış: 370 | Əlavə etdi: mozalax | Tarix: 05.01.2015 | Şərhlər (0)

Qəzada bir nəfər xəsarət aldı Salyan rayonunda 3 nəfərin ölümü, 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, dəhşətli yol qəzası dekabrın 31-də axşam saatlarında Ələt-Astara magistral yolunun 25-ci km-də - Salyan rayonunun Xıdırlı kəndi ərazisində qeydə alınıb. Salyan şəhər sakini, 25 yaşlı Orxan Nəzərov idarə etdiyi "Mercedes" markalı minik maşını ilə Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Yoldan kənara aşan avtomobil bir neçə dəfə yuvarlanıb. Nəticədə Sürücü O. Nəzərov və həmyerlisi, 29 yaşlı Ramin Sadıqov hadisə yerində ölüb. Maşındakı digər sərnişinlər – Salyan rayon sakinləri, 28 yaşlı Ülvi Sadıqov və İlkin İmanov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Meyitlər və xəsarət alanlar Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə gələn xilasediciləri tərəfindən avtomobildən çıxarılaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, İlkin İmanovu xilas etmək mümkün olmayıb. O bu gün səhər saatlarında xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib. Faktla bağlı BDYPİ-nin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Kateqoriya: Hadisə | Baxış: 353 | Əlavə etdi: mozalax | Tarix: 02.01.2015 | Şərhlər (0)

Son iki gündə yol qəzalarında 37 nəfər yaralanıb  Son iki gündə Azərbaycanda baş verən yol qəzalarında 10 nəfər ölüb. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, dekabrın 31-i və yanvarın 1-də ölkə ərazisində 29 yol qəzası baş verib. Nəticədə 10 nəfər ölüb, 37 nəfər yaralanıb.

Kateqoriya: Hadisə | Baxış: 319 | Əlavə etdi: mozalax | Tarix: 02.01.2015 | Şərhlər (0)

Hadisəni törədən saxlanılıb Kürdəmir rayonunda qətl hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Pirili kəndində yanvarın 2-nə keçən gecə 1985-ci il təvəllüdlü Elnur Zeynalov ağır bıçaq xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlərin səyinə baxmayaraq, E. Zeynalovun həyatını xilas etmək mümkün olmayıb. Qətl hadisəsini törədən 1995-ci il təvəllüdlü Ruhani Məlikov polis tərəfindən saxlanılıb.Qeyd edək ki, hadisə qız üstündə baş verib. Qızın qohumu R. Məlikovla E. Zeynalov arasında mübahisə düşüb.  Faktla bağlı araşdırma aparılır.

Kateqoriya: Hadisə | Baxış: 329 | Əlavə etdi: mozalax | Tarix: 02.01.2015 | Şərhlər (0)

Siyavuş Qarayev bu gecə dünyasını dəyişib Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Siyavuş Qarayev vəfat edib.Lent.az-ın məlumatına görə, bu barədə Təzə Pir məscidindən məlumat verilib. Bu gün saat 12-də mərhumun cənazə namazı Təzə Pir Məscidində qılınıb. S.F.Qarayev 30 aprel 1942-ci ildə Azərbaycanın Samux rayonunda anadan olub. O, 1959-cu ildə Gəncə şəhərində orta məktəbi bitirmiş və həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə daxil olub. 1964-cü ildə «kimyaçı» ixtisası alaraq universiteti bitirmiş, təyinat üzrə Ümumittifaq Elmitədqiqat Olefinlər İnstitutunda mühəndis, sonra isə Azərbaycan Elmlər Akademiyasının Y.Məmmədəliyev adına Neft-kimya Prosesləri İnstitutunun Sumqayıt filialında kiçik elmi işçi işləyib. 1967-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki ADNA) aspiranturasına daxil olub, 1970-ci ildə namizədlik, 1981-ci ildə isə M.Lomonosov adına Moskva Zərif Kimya Texnologiyası İnstitutunda doktorluq dissertasiyasını müdafiə edib. 1970–1982-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda kiçik, sonra böyük elmi işçi, elmi-tədqiqat şöbəsinin kimya bölməsinin rəhbəri, «Üzvi kimya» kafedrasının dosenti və elmi işlər üzrə prorektorun müavini vəzifələrində çalışıb. 1982-ci ildən indiyədək «Üzvi kimya» kafedrasının müdiri, 1988 – 1997-ci illərdə kimya-texnologiya fakültəsinin dekanı, 1997-ci ildən Azərbaycan Dövlət Neft ... ardı »

Kateqoriya: Hadisə | Baxış: 363 | Əlavə etdi: mozalax | Tarix: 02.01.2015 | Şərhlər (0)

Bu gün səhər saatlarında paytaxtın bir sıra hissələrində tıxac yaranıb  Nəqliyyat Nazirliyi sürücülərə müraciət edib. Lent.az-ın Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə istinadən məlumatına görə, bayram günləri ilə əlaqədar olaraq bölgələrə səfər edənlərin çox olması səbəbindən axşam saatlarında Bakı-Sumqayıt şosesində yarana biləcək sıxlığı nəzərə alaraq səfərlərin daha erkən saatlara planlaşdırılması tövsiyə olunur.     Qeyd edək ki, bu gün səhər saatlarından etibarən Sumqayıt-Bakı yolunun Avtovağzaldan mərkəzədək olan hissəsində, Binəqədidən mərkəzə gələn yolda və Heydər Əliyev prospektinin mərkəzə doğru gələn hissəsində tıxac yaranıb. Axşam saatlarında paytaxtın əksər hissələrində tıxacların yaranacağı gözlənilir.
Kateqoriya: Hadisə | Baxış: 339 | Əlavə etdi: mozalax | Tarix: 31.12.2014 | Şərhlər (0)

Elçin Xəlilov ev dustaqlığına buraxıldı  Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi Elçin Xəlilovun cinayət işi üzrə məhkəmə prosesinə start verilib.Lent.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən şəxs və vəkilləri ittiham olunan şəxsin barəsində seçilmiş həbs-qətimkan tədbiriin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsadət ilə çıxış ediblər.   Bundan sonra hakimlər kolegiyası müşavirəyə gedib. Müşavirədən geri qayıdan hakimlər vəsadəti təmin ediblər. Elçin Xəlilov məhkəmə baxışı dövründə ev dustaqlığında qalması qərara alınıb. Məhkəməyə baxışı yanvarın 8-ə təyin olunub.                    Qeyd edək ki, bu il aprelin 26-da Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi Elçin Xəlilov həbs edilib. Bakı Hərbi Məhkəməsindən APA-ya verilən məlumata görə, E. Xəlilov Cinayət Məcəlləsinin 308.2. və 179.3.2. maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, Respublika Hərbi Prokurorluğu tərəfindən aparılan yoxlama nəticəsində Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi Elçin Xəlilovun işlədiyi müddətdə ciddi qanun pozuntularına yo ... ardı »
Kateqoriya: Hadisə | Baxış: 360 | Əlavə etdi: mozalax | Tarix: 31.12.2014 | Şərhlər (0)

« 1 2 3 4 5 »
Daxil ol
səbət
Ваша корзина пуста
Axtarış
Təqvim
«  may 2024  »
b.eç.açc.ac.şb
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Аrxiv
Dost Saytlar
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • musa.sb MyCorp © 2024