| Statistika |
 |
On line: 1 Qonaq: 1 İstifadəçi: 0 |  |
 |
|
 | |  |
| Главная » 2014 » noyabr » 06
|
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam bazarında aparılmış araşdırmalar zamanı "Oral-B Pro-flex" diş fırçasının, "Duracell" batareyasının, "Ariel" yuyucu tozunun və "Blend-a-med Pro-expert" diş məcununun reklamlarında istehlakçıların çaşdırılmasına səbəb olan haqsız və qeyri-dəqiq reklam əlamətləri aşkar edilib. Lent.az-ın məlumatına görə, bununla əlaqədar həmin reklamların sifarişçisi olan "Prokter & Gembl Azərbaycan Servisləri" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
İstehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə "Prokter & Gembl Azərbaycan Servisləri" MMC-yə 2 milyon 163 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklam bazarında araşdırmalarını davam etdirir.
Baxış: 511 |
Əlavə etdi: mozalax |
Tarix: 06.11.2014
|
|
|
Oğrular evə pəncərədən daxil olublar
Gəncə şəhərində oğurluq hadisəsi baş verib.
Kəpəz rayon Polis İdarəsindən APA-nın qərb bürosunun verilən məlumata görə, şəhərin “Avtozavod” qəsəbəsində yaşayan, Gəncə Musiqi Kollecinin müəlliməsi, 1978-ci il təvəllüdlü Raminə İsmayılova Kəpəz rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, noyabrın 4-də, günorta saatlarında evdə olmadığı müddətdə naməlum şəxs və ya şəxslər evinin pəncərəsini sındıraraq içəriyə daxil olublar. Oğrular evdən 8 min manat dəyərində qızıl-zinət əşyaları və 100 min manata kimi pulu oğurlayıblar.
Cinayəti törədən şəxslərin tapılması istiqamətində Gəncə şəhər Baş Polis İdarəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Baxış: 391 |
Əlavə etdi: mozalax |
Tarix: 06.11.2014
|
|
|
| |
 | |  |
|
|