Mənim saytım
Saytın menyusu
Bölmələr
Siyasət [19]
Sosial [24]
Hadisə [43]
İqtisadiyyat [9]
Dünya [17]
Avto [0]
Mədəniyyət [4]
Maqazin [3]
İdman [2]
Texnologiya [9]
Hərbi [0]
Foto [1]
Video [1]
Cəmiyyət [0]
Şou-biznes [1]
Maraqlı [8]
Ədəbiyyat [0]
Hücrə [0]
Proje [0]
Media [0]
Kinoteatr [0]
Qeyri adi [0]
Tarix [0]
Füzuli [1]
Bakı [0]
Digər [4]
Qazax [0]
Sağlamlıq [0]
Gündəm [1]
Ölkə futbolu [13]
Xarici futbol [1]
Digər idman növləri [6]
Bizim kuponlar [0]
Komanda [2]
Akademiya [0]
Kommersiya [0]
Klub [0]
İctimaiyyət [0]
Digər növlər [0]
Ramiz Quliyev [1]
Per Laqerkvist [1]
Lev Tolstoy [0]
İnanclar [1]
Ailə [1]
Sevgi [1]
Sağlıq [1]
Dəb [0]
Evim [0]
Mətbəx [0]
Həyata tərzi [0]
Əyləncə [0]
Mütəxəssislər [0]
Cinayət [0]
Din [0]
Ordu [1]
Mini Çat
200
Statistika

On line: 1
Qonaq: 1
İstifadəçi: 0
Главная » 2014 » noyabr » 16
Noyabrın 14-də Azərbaycan prezidenti İlham Əliyev Gəncə şəhəri ərazisində 600 məcburi köçkün ailəsi üçün salınan yeni qəsəbənin açılışında iştirak edib.  APA-nın məlumatına görə, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov prezident İlham Əliyevə yeni qəsəbə barədə məlumat verib. Bu qəsəbə prezidentin 2004-cü ildə imzaladığı Sərəncamla təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2007-ci ildə imzaladığı Sərəncamla təsdiq edilmiş Əlavələrə əsasən inşa olunub.   Qəsəbə Gəncə şəhərinin Kəpəz rayonu ərazisində yerləşir. 60 hektar sahəni əhatə edən qəsəbədə 600 ev, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib. Bu qəsəbədə Kəlbəcər rayonundan və Xocalıdan ölkənin müxtəlif ərazilərində, o cümlədən Gəncə şəhərində və Hacıkənd qəsəbəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlər yaşayacaq. Prezident İlham Əliyev 50 yerlik uşaq bağçasında yaradılan şəraitlə tanış olub. Bildirilib ki, bağçada uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün bütün imkanlar yaradılıb. Dövlət başçısı Xocalı rayon Kosalar kənd tam orta məktəbində də olub. Məktəbdə şagirdlərin ən yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait var.   Qəsəbənin elektrik enerjisi, içməli su və qaz təchizatı ilə bağlı da hərtərəfli iş aparılıb. Burada yarımstansiyalar genişləndirilib, komplektləşdirilmiş transformator yarımstansiyaları q ... ardı »
Baxış: 319 | Əlavə etdi: mozalax | Tarix: 16.11.2014 | Şərhlər (0)

19 yaşlı oğlan xəstəxanada vəfat edib  Noyabrın 14-də saat 19:00 radələrində Sabunçu rayonunda ağır yol qəzası baş verib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, Sabunçu qəsəbəsi, B.Bünyadzadə küçəsində Bakı şəhər sakinləri 1974-cü il təvəllüdlü Mansur Surxayevin idarə etdiyi “Mercedes” markalı avtomobillə 1993-cü il təvəllüdlü Meysən Əlizadənin idarə etdiyi “Zontes” markalı motosikl toqquşub. Nəticədə M.Əlizadə və sərnişini - qardaşı 1995-ci təvəllüdlü Ülvi Əlizadə xəsarətlə xəstəxanaya daxil olub. Motosikletin sürücüsü M.Əlizadə isə xəstəxanada vəfat edib.
Baxış: 394 | Əlavə etdi: mozalax | Tarix: 16.11.2014 | Şərhlər (0)

Azərbaycan əvvəlki illərdə olduğu kimi, daxili və xarici siyasətdə uğurlarını davam etdirir. Prezidentin son səfərləri də bunu sübut edir”.   APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.   N. Məmmədov qeyd edib ki, prezident il ərzində 15-ə qədər rəsmi səfər edib, 10 dəfə beynəlxalq tədbirlərə qatılıb. Onun sözlərinə görə, bu səfərlər inkişafın yeni mərhələsinin əsasını qoyub: “Azərbaycan postsovet məkanında uğurla inkişaf edən yeganə dövlətdir. Siyasi, iqtisadi, mədəni, hərbi sahələrdə əməkdaşlıqla bərabər, Azərbaycan beynəlxalq aləmdə də mövqeyini inkişaf etdirib. Digər tərəfdən, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu layihələrin həyata keçirilməsindən sonra TANAP, TAP kimi layihələrin həyata keçirilməsi yeni mərhələdir. Azərbaycan bu il beynəlxalq aləmdə də reytinqini gücləndirdi”.   N. Məmmədov qeyd edib ki, bu il Azərbaycan 10-a yaxın Avropa ölkəsi ilə strateji tərəfdaşlığa dair bəyanat və digər sənədlər imzalanıb: “Macarıstana səfər zamanı, bir gün sonra isə İran prezidentinin Azərbaycana səfəri zamanı bəyannamə imzalandı. Hər iki bəyannamədə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin dəstəklənməsi, münaqişənin zor işlədilmədən həlli aydın göstərilir. Macarıstan və İranla elə bir sahə olmadı ki, müzakirə aparılmasın, yeni addım atılmasın”.   N. Məmmədov bildirib ki, İtaliya səfəri zamanı Azərbaycan prezidenti ilə İtaliya baş naziri arasında strateji tərəfdaşlıq ... ardı »
Baxış: 372 | Əlavə etdi: mozalax | Tarix: 16.11.2014 | Şərhlər (0)

Ermənilər Ağdamda keçirdikləri təlimdə yenidən hərbi helikopterlərdən istifadə ediblər  Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində keçirilən hərbi təlimlərdə ötən gün yenidən hərbi helikopterlər havaya qaldırılıb.   APA-nın məlumatına görə, Ermənistan mediası Ağdam rayonunun işğal olunmuş ərazilərində prezident Serj Sərkisyanın da izlədiyi təlimdə Mi-24 döyüş helikopterlərinin uçuşu və raket atışlarının foto və videolarını nümayiş etdirib.   Təlimdən yayımlanan fotolarda erməni əsgərlərinin «İqla» portativ zenit-raket sistemindən də atışlar həyata keçirdiyi nümayiş olunub.   Qeyd edək ki, ermənilərin açıqladığı rəsmi məlumata görə, Qarabağda keçirilən «Birlik-2014» adlı təlimə 2100 artilleriya sistemi, 850 zirehli texnika, 450 ədəd hava hücumundan müdafiə vasitəsi, 1600 tank əleyhinə vasitə, 260 xüsusi texnika və 4200 avtomobil texnikası cəlb olunub. Təlimlər noyabrın 15-də başa çatacaq.   Noyabrın 12-də Ağdam ərazisində keçirilən təlim zamanı Azərbaycan Ordusunun mövqelərinə hücum edən Ermənistan HHQ-nin bir ədəd Mi-24 döyüş helikopteri Azərbaycan hərbçiləri tərəfindən məhv edilib.
Baxış: 412 | Əlavə etdi: mozalax | Tarix: 16.11.2014 | Şərhlər (0)

Ali Baş Komandan operativ müşavirə keçirib  Bu gün Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şəmkir rayonuna səfəri çərçivəsində Şəmkir hərbi birliyinin hərbi şəhərciyi ərazisində yeni inşa edilmiş qərargah binasının açılışında iştirak edib.   APA-nın məlumatına görə, müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanına raport verib.   Dövlət başçısı hərbi hissənin ərazisində yeni inşa edilən qərargah binasında yaradılan şəraitlə tanış olub.   Daha sonra İlham Əliyev operativ müşavirə keçirib. Müşavirədə Z. Həsənov Azərbaycan-Ermənistan sərhədi boyu və cəbhənin təmas xəttindəki vəziyyət barədə məruzə edib.   Prezident bu yaxınlarda Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttini pozması ilə bağlı təxribatı pisləyib və Azərbaycan Silahlı Qüvvələri tərəfindən bu təxribatın qarşısının uğurla alınmasını yüksək qiymətləndirib. Dövlət başçısı güclü döyüş qabiliyyətinə malik olan silahlı qüvvələrimizin bundan sonra da düşmənin hər hansı bir təxribatına layiqli cavab verəcəyinə əmin olduğunu bildirib. Prezident vəziyyətlə bağlı müvafiq göstərişlərini verib.   Daha sonra dövlət başçısına hərbi qulluqçuların yay-qış geyim formalarına baxıb.   Onu da deyək ki, hərbi hissədə hərbi qulluqçular üçün nəzərdə tutulan 50 xidməti mənzildən ibarət, tam təmirli 5 mərtəbəli yaşayış binası da inşa olunub.
Baxış: 399 | Əlavə etdi: mozalax | Tarix: 16.11.2014 | Şərhlər (0)

Jalüz və ya görüntünü məhdudlaşdıran digər avadanlıqlardan istifadə edənləri 150 manat cərimə gözləyir  Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS 122-2004 “Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər” dövlət standartına edilmiş dəyişikliklərlə bağlı nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70 faizdən az olmaması müəyyənləşdirilib, həmçinin iqlim şəraitini nəzərə alaraq hər il mayın 1-dən noyabrın 15-dək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib. Lent.az-ın məlumatına görə, bununla əlaqədar sürücülərin nəzərinə çatdırılır ki, noyabrın 15-də qeyd olunan jalüzlərin icazə verilmiş istifadə müddəti başa çatır. Göstərilən tarixdən etibarən avtomobillərin arxadakı yan şüşələrində jalüz və ya görüntünü məhdudlaşdıran digər avadanlıqlardan istifadə edilməsinə görə sürücülər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 155.2.4-cü maddəsinin tələbinə əsasən yüz əlli manat miqdarında cərimə olunacaqlar.
Baxış: 381 | Əlavə etdi: mozalax | Tarix: 16.11.2014 | Şərhlər (0)

Daxil ol
səbət
Ваша корзина пуста
Axtarış
Təqvim
«  noyabr 2014  »
b.eç.açc.ac.şb
     12
3456789
10111213141516
17181920212223
24252627282930
Аrxiv
Dost Saytlar
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • musa.sb MyCorp © 2024