Mənim saytım
Saytın menyusu
Bölmələr
Siyasət [19]
Sosial [24]
Hadisə [43]
İqtisadiyyat [9]
Dünya [17]
Avto [0]
Mədəniyyət [4]
Maqazin [3]
İdman [2]
Texnologiya [9]
Hərbi [0]
Foto [1]
Video [1]
Cəmiyyət [0]
Şou-biznes [1]
Maraqlı [8]
Ədəbiyyat [0]
Hücrə [0]
Proje [0]
Media [0]
Kinoteatr [0]
Qeyri adi [0]
Tarix [0]
Füzuli [1]
Bakı [0]
Digər [4]
Qazax [0]
Sağlamlıq [0]
Gündəm [1]
Ölkə futbolu [13]
Xarici futbol [1]
Digər idman növləri [6]
Bizim kuponlar [0]
Komanda [2]
Akademiya [0]
Kommersiya [0]
Klub [0]
İctimaiyyət [0]
Digər növlər [0]
Ramiz Quliyev [1]
Per Laqerkvist [1]
Lev Tolstoy [0]
İnanclar [1]
Ailə [1]
Sevgi [1]
Sağlıq [1]
Dəb [0]
Evim [0]
Mətbəx [0]
Həyata tərzi [0]
Əyləncə [0]
Mütəxəssislər [0]
Cinayət [0]
Din [0]
Ordu [1]
Mini Çat
200
Statistika

On line: 1
Qonaq: 1
İstifadəçi: 0
Главная » 2014 » noyabr » 21
Prezident bununla bağlı sərəncam imzalayıb  Lent.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan рrezidenti  İlham Əliyev Ağasəlim Səmədağa oğlu Şükürovun ölkənin Liviyadakı  fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.   Dövlət başçısının digər sərəncamına əsasən, Mahir Məmməd oğlu Əliyev Azərbaycanın Suriya və Livandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Baxış: 420 | Əlavə etdi: mozalax | Tarix: 21.11.2014 | Şərhlər (0)

Azərbaycan üzərində aktivlik müşahidə olunub  Son zamanlar Azərbaycan üzərində bir sıra spam və yoluxmuş faylların tranzaksiyasında aktivlik müşahidə olunub. Lent.az-ın mincom.gov.az-a istinadən verdiyi məlumata görə, müşahidə olunan aktivlik müxtəlif ölkələr üzərindən, müxtəlif ip ünvanlarla, o cümlədən müxtəlif mail hosting və mail istifadəçiləri tərəfindən ölkəmizdəki e-mail istifadəçilərinə “my new photo ;)” mövzusunda olan və “my_photo.zip”, “iphone_photo.zip” , “photo.zip”, “transact_store.zip” və digər bu kimi əlavələrlə (attachment) viruslu məktublar göndərilir.   Aktivliklə əlaqədar olaraq Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi e-mail istifadəçilərini diqqətli olmağa çağırır. Bundan əlavə e- mail istifadəçilərinə bu kimi mailləri açmamaq və dərhal silməklə bağlı xəbərdarlıq edir.   “Bu kimi maillərin alınması və əlavədəki faylların açılması sizin kompüterinizi və məlumatlarınızı, o cümlədən, qurumunuzun, təşkilatınızın, şirkətinizin şəbəkəsindəki digər kompüter və ya hər hansı informasiya daşıyıcı və vasitələrini təhdid qarşısında qoyur”, - deyə mərkəzin xəbərdarlığında qeyd olunub.
Baxış: 347 | Əlavə etdi: mozalax | Tarix: 21.11.2014 | Şərhlər (0)

Rafail Albabayev: “Bunlar uydurma söhbətlərdir”  Bu gün mətbuatda Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisi, polis general-mayoru Mirqafar Seyidovun Nizami rayon Polis İdarəsi, 25-ci Polis Bölməsində yoxlama aparması barədə məlumatlar yayılıb. Lent.az-ın məlumatına görə, xəbərdə M.Seyidovun 25-ci PB əməkdaşlarını kütləvi şəkildə avtobuslarla Respublika Narkoloji Dispanserinə apardığı qeyd olunub. Bildirilir ki, burada bölmə əməkdaşlarından qan analizi götürülüb.   Lent.az məsələ ilə bağlı 25-ci Polis Bölməsinin rəisi, polis polkovniki Rafail Albabayevlə əlaqə saxlayıb. R.Albabayev bildirib ki, “Qoraddel” rəisinin bölmədə yoxlama aparması və əməkdaşları avtobuslarla aparması xəbəri həqiqəti əks etdirmir: “Bu necə ola bilər axı? Heç Mirqafar müəllim bizim bölmədə olmayıb, yoxlama aparmayıb. Bütün bunlar uydurma söhbətlərdir”.   R.Albabayev onu da bildirib ki, polis bölməsinin əməkdaşları hamılıqla hər il iki dəfə Daxili İşlər Nazirliyinin klinikasında müvafiq analizləri verirlər.   Qeyd edək ki, M.Seyidovun 25-ci Polis Bölməsində yoxlama keçirməsi və heyəti avtobuslarla dispanserə aparması xəbərini ilk olaraq publika.az saytı yayıb.
Baxış: 347 | Əlavə etdi: mozalax | Tarix: 21.11.2014 | Şərhlər (0)

"Azərsun Holdinq” məsələyə aydınlıq gətirdi    “Azərsun Holdinq” “Azərçay” məhsulunun Ermənistan bazarında satılmasına münasibət bildirib.     “Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr və Biznesin İnkişafına Dəstək departamentinin müdiri Afiq Səfərov “APA-Economics”ə bildirib ki, holdinqin istehsal etdiyi qida və ərzaq məhsulları nə Ermənistana, nə də ki ermənistanlı iş adamlarına satılıb.   Ermənistan iqtisadiyyatının iflic, bərbad vəziyyətdə olduğunu deyən A. Səfərov əlavə edib ki, ermənilər “Azərsun Holdinq”in istehsal etdiyi qida və ərzaq məhsullarını Gürcüstandan alıb, daxili bazarda satırlar: “Ermənistanın apardığı işğalçılıq siyasəti bu ölkənin iqtisadiyyatını məhvə məhkum edib. Ermənistan iqtisadiyyatı və sənayesi tam təcrid olunmuş vəziyyətdədir. Faciəvi və bərbad durumda olan ermənilər istehlak ehtiyaclarını Gürcüstan bazarından təmin etmək məcburiyyətində qalıblar. Nəzərə alsaq ki, Gürcüstanın qida məhsullarının əsas təminatçılarından olan Azərbaycanı bu ölkədə təmsil edən “Azərsun Holdinq”dir, yaranmış vəziyyət anlaşılandır. Erməni mağazalarında satılan “Azərçay” Gürcüstan bazarından pərakəndə satışla məşğul olan gürcülərdən alınır. Artıq 5 ilə yaxındır ki, biz bu mənzərə ilə rastlaşırıq”.        Qeyd edək ki, erməni mətbuatının yazdığına görə, bu ölkənin mağazalarında “Azərçay” məhsulu satılır.   Ermənistanın kənd təsərrüfatı nazirliyinin rəsmi nümayəndəsi Armine Sukiasyan Tert.am saytına bildirib ki, Azərbaycandan Ermənistana heç bir məhsul idxal olu ... ardı »
Baxış: 415 | Əlavə etdi: mozalax | Tarix: 21.11.2014 | Şərhlər (0)

Vasif Quliyev:   O, indiyə kimi bir akademiyanın işini görüb. “Günəş” uşaq jurnalının (keçmiş “Pioner” jurnalı-F.M) baş redaktoru, “Şuşa” qəzetinin redaktoru Vasif Quliyevi deyirəm. 1954-cü il yanvarın 17-də Şuşanın Malıbəyli kəndində anadan olan Vasif Quliyev Qarabağ, habelə öz doğma yurdu Şuşa haqda 15-ə yaxın kitabın müəllifidir. Hamı onu Qarabağ və Şuşanın yorulmaz tədqiqatçısı kimi tanısa da, Vasif Quliyevin gördüyü işlər yalnız Qarabağ və Şuşa ilə məhdudlaşmır. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almış Vasif müəllim eyni zamanda, “Difai” təşkilatı, Azərbaycanın görkəmli ziyalıları Haşım bəy Vəzirov, Nağı bəy Şeyxzamanlı və başqa ziyalılarımız haqda qiymətli tədqiqat işlərini ərsəyə gətirib. V.Veliçkonun “Qafqaz”, S.Qlinkanın “Ermənilərin Azərbaycana köçürülməsi”, İ.Çavçavadzenin “Erməni alimləri və fəryad edən daşlar” əsərlərini də Vasif Quliyev Azərbaycan dilinə tərcümə edib. Tiflisdə, Moskvada, Bakıda müntəzəm olaraq arxivlərdə araşdırmalar aparıb, dayanmadan çalışıb. Hazırda repressiya qurbanları haqda tarixi məqalə yazdığını deyir. Və 43 ildir ki, üzərində işlədiyi Şuşa ensiklopediyasını da tamamlamaq ərəfəsindədir:   - İndi gördüyün kimi Şamxal bəy Vəzirov haqda yazının üzərində işləyirəm. Bir də görürsən bir yazını yarımçıq qoyub, başqasına başladım. 1971-ci il sentyabrın 1-dən bu yana Şuşanın ensiklopediyasını hazırlayıram. Artıq 43 ildir, 44-ə keçib. Bir-iki il vaxt lazımdır ki, onu başa çatdırım. İki işi – həm namizədliyi, həm ... ardı »
Baxış: 355 | Əlavə etdi: mozalax | Tarix: 21.11.2014 | Şərhlər (0)

Baxış: 483 | Əlavə etdi: mozalax | Tarix: 21.11.2014 | Şərhlər (0)

Dələduzluq əməlləri barədə məlumatlar daxil olur  Fövqəladə Hallar Nazirliyi və Respublika Baş Prokurorluğu son zamanlar özlərini Fövqəladə Hallar Nazirliyinin əməkdaşları kimi təqdim edən bəzi dələduzlar tərəfindən yoxlama adı altında aldadılaraq ayrı-ayrı sahibkarlara təzyiqlərin edilməsi, fəaliyyətlərinə qanunsuz müdaxilələrə yol verilərək normal iş prosesinə maneçilik törədilməsi, hətta müəssisənin fəaliyyətini dayandırmaq hədə-qorxusu ilə onlardan pul tələb edilməsi halları barədə məlumat yayıb. FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, belə halların vaxtında aşkar olunaraq həmin şəxslər barəsində qanunvericiliyə uyğun ölçü götürülməsi istiqamətində müvafiq tədbirlər görülür.     Qeyd edilənləri nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi və Respublika Baş Prokurorluğu bütün fiziki və hüquqi şəxslərə müraciət edərək xahiş edir ki, yoxlamaya gəlmiş şəxslərdən xidməti vəsiqə və həmin yoxlamaya səlahiyyət (icazə) verən müvafiq sənədi təqdim etmələrini tələb etsinlər, eyni zamanda, həmin şəxslərin nazirliyin əməkdaşı olduğuna və ya yoxlamanın əsaslılığına şübhə yarandıqda isə aidiyyəti üzrə aşağıda göstərilən telefon nömrələri vasitəsilə dəqiqləşdirmə aparsınlar:   - FHN Dövlət Yanğın Nəzarəti Xidməti – (12) 512-26-02; (50) 240-90-37;   - FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi – (12) 512-21-83;   - FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi – (12) 512-15-02; (55) 512-12-01;   - FHN Nüvə və Radi ... ardı »
Baxış: 412 | Əlavə etdi: mozalax | Tarix: 21.11.2014 | Şərhlər (0)

Daxil ol
səbət
Ваша корзина пуста
Axtarış
Təqvim
«  noyabr 2014  »
b.eç.açc.ac.şb
     12
3456789
10111213141516
17181920212223
24252627282930
Аrxiv
Dost Saytlar
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • musa.sb MyCorp © 2024