Mənim saytım
Saytın menyusu
Bölmələr
Siyasət [19]
Sosial [24]
Hadisə [43]
İqtisadiyyat [9]
Dünya [17]
Avto [0]
Mədəniyyət [4]
Maqazin [3]
İdman [2]
Texnologiya [9]
Hərbi [0]
Foto [1]
Video [1]
Cəmiyyət [0]
Şou-biznes [1]
Maraqlı [8]
Ədəbiyyat [0]
Hücrə [0]
Proje [0]
Media [0]
Kinoteatr [0]
Qeyri adi [0]
Tarix [0]
Füzuli [1]
Bakı [0]
Digər [4]
Qazax [0]
Sağlamlıq [0]
Gündəm [1]
Ölkə futbolu [13]
Xarici futbol [1]
Digər idman növləri [6]
Bizim kuponlar [0]
Komanda [2]
Akademiya [0]
Kommersiya [0]
Klub [0]
İctimaiyyət [0]
Digər növlər [0]
Ramiz Quliyev [1]
Per Laqerkvist [1]
Lev Tolstoy [0]
İnanclar [1]
Ailə [1]
Sevgi [1]
Sağlıq [1]
Dəb [0]
Evim [0]
Mətbəx [0]
Həyata tərzi [0]
Əyləncə [0]
Mütəxəssislər [0]
Cinayət [0]
Din [0]
Ordu [1]
Mini Çat
200
Statistika

On line: 1
Qonaq: 1
İstifadəçi: 0
Главная » 2014 » noyabr » 21 » “Köçəryanı apardım “Cəfərxana”ya...” - SÖHBƏT
21:38
“Köçəryanı apardım “Cəfərxana”ya...” - SÖHBƏT
Vasif Quliyev:   O, indiyə kimi bir akademiyanın işini görüb. “Günəş” uşaq jurnalının (keçmiş “Pioner” jurnalı-F.M) baş redaktoru, “Şuşa” qəzetinin redaktoru Vasif Quliyevi deyirəm. 1954-cü il yanvarın 17-də Şuşanın Malıbəyli kəndində anadan olan Vasif Quliyev Qarabağ, habelə öz doğma yurdu Şuşa haqda 15-ə yaxın kitabın müəllifidir. Hamı onu Qarabağ və Şuşanın yorulmaz tədqiqatçısı kimi tanısa da, Vasif Quliyevin gördüyü işlər yalnız Qarabağ və Şuşa ilə məhdudlaşmır. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almış Vasif müəllim eyni zamanda, “Difai” təşkilatı, Azərbaycanın görkəmli ziyalıları Haşım bəy Vəzirov, Nağı bəy Şeyxzamanlı və başqa ziyalılarımız haqda qiymətli tədqiqat işlərini ərsəyə gətirib. V.Veliçkonun “Qafqaz”, S.Qlinkanın “Ermənilərin Azərbaycana köçürülməsi”, İ.Çavçavadzenin “Erməni alimləri və fəryad edən daşlar” əsərlərini də Vasif Quliyev Azərbaycan dilinə tərcümə edib. Tiflisdə, Moskvada, Bakıda müntəzəm olaraq arxivlərdə araşdırmalar aparıb, dayanmadan çalışıb. Hazırda repressiya qurbanları haqda tarixi məqalə yazdığını deyir. Və 43 ildir ki, üzərində işlədiyi Şuşa ensiklopediyasını da tamamlamaq ərəfəsindədir:   - İndi gördüyün kimi Şamxal bəy Vəzirov haqda yazının üzərində işləyirəm. Bir də görürsən bir yazını yarımçıq qoyub, başqasına başladım. 1971-ci il sentyabrın 1-dən bu yana Şuşanın ensiklopediyasını hazırlayıram. Artıq 43 ildir, 44-ə keçib. Bir-iki il vaxt lazımdır ki, onu başa çatdırım. İki işi – həm namizədliyi, həm də doktorluğu eyni vaxtda yazırdım. Çünki o vaxt Tiflisdə, Moskvada arxivlərdə işləyirdim. Qabağıma çoxlu faktlar, məlumatlar çıxırdı. Ona görə də iki işi birdən götürmüşdüm. Namizədlik üçün Şuşanın etnoqrafiyasını, doktorluq üçün isə Qarabağın etnoqrafiyasını araşdırırdım. Mən ancaq etnoqrafiyanı araşdırmırdım. Şuşanı hər tərəfli tədqiq edirdim. Elmi rəhbərim Teymur Bünyadov idi, amma ondan əvvəl qeyri-rəsmi elmi rəhbərim Əbülfəz Elçibəy olub. 70-ci illərdə Filarmoniyadan bir az aşağıda “Xoşbəxt” adlı çayxana vardı. Əbülfəz Elçibəylə də orda tanış olmuşdum. Elmi işim Bəhmən Mirzə Qacarın həyat və yaradıcılığı idi. İki ay Əbülfəz Elçibəyin yanına gedib gəldim. Mən nə ərəb, nə də fars dilini bilirdim. Bilmədiyim üçün də o işi yarımçıq saxladım. İki aydan sonra tanımaza-bilməzə Teymur müəllimin yanına getdim. Bu haqda ətraflı danışmaq istəmirəm, 1985-ci ildə elmin daşını birdəfəlik atdım, elmi işin başını buraxdım. Aradan illər keçəndən sonra maraqlandım, dedilər üstündən xətt çəkilib. İndi iş götürmək tamam başqa cürdür.   Vasif Quliyev 2007-ci ildə Heydər Əliyev fondunun sifarişi ilə redaktoru olduğu Çingiz Qacarın “Staraya Şuşa” kitabının da tərcüməsini yeni bitirib. “Köhnə Şuşa” yanvarın 1-ə qədər çap olunmalıdır:   - Qalır ancaq gözləmək. Mənim işim tərcümə və redaktə etmək idi. Onu da etmişəm.   - Malıbəylidə anadan olsanız da, orta təhsilinizi Xankəndində almısınız... (sözümü kəsir)   - O vaxtlar Dağlıq Qarabağda heç bir Azərbaycan kəndində onillik məktəb yox idi. Dağlıq Qarabağın bütün erməni kəndlərində isə, orta məktəb vardı. Təsəvvür edin, Malıbəylidə 4 min adam yaşasa da, bizim orta məktəbimiz yox idi. Çünki ermənilər istədiklərini edirdilər, nə isə. Mən 9 və 10-cu sinfi Xankəndində 4 nömrəli orta məktəbdə oxumuşam. Bizim kəndlə, Malıbəyli ilə Xankəndinin arası 500 metr idi. Bax, elə bu dəqiqə 4 nömrəli məktəb haqda yazılmış kitabı redaktə edirəm. Daxili işlər naziri Ramil Usubov, Milli qəhrəman Şirin Mirzəyev, Şirinin həyat yoldaşı, deputat Flora Qasımova və başqaları bizim məktəbin məzunlarıdır. Bir də sizə maraqlı fakt deyim. Bu faktı indiyə kimi heç kim araşdırmayıb. İnqilabdan qabaq ancaq Xankəndində bir ailədə 5 qız uşağı ali təhsil alıb. 1920-ci ildən əvvəl Azərbaycanın heç bir yerində belə bir fakt yoxdur. Çox güman bu mövzunu işləyəcəm.   - Xankəndi elektrotexnika zavodunda yığıcı-çilingər işləmisiniz. Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan da Xankəndində çilingər işləyib. Ümumiyyətlə, Sarkisyan və yaxud da keçmiş prezident Robert Köçəryanla hər hansı bir münasibətiniz olub?     - Universitetin jurnalistika fakültəsinə sənəd versəm də, balım çatmadığı üçün qəbul ola bilmədim. İşləmək lazım idi. O vaxt da işləmək məcburi idi axı. Bizim zavodda iş ağır idi. Üç il orda işlədim. Orda işləyə-işləyə hər il Bakıya gəlib sənəd verirdim. 1974-cü ildə Bakıya gəldim. Bakı soyuducular zavodunda işlədim. Keçmiş prezident Ayaz Mütəllibov mənim direktorum olub. Ordan da əsgərliyə getdim. Nə başını ağrıdım, Sarkisyanı yox, o birini, Köçəryanı tanıyırdım. Biz Robertlə eyni ildə böyür-böyürə məktəblər var, orda oxumuşuq. Biz həm də onunla yaşıdıq. Mən Roberti elə-belə tanımışam. Aqil Abbas da yazmışdı ki, guya mən Roberti döymüşəm. Köçəryan ipək fabrikində işləyirdi. Zavodda mənim briqadirim Artuş adlı Gəncə ermənisi idi. O vaxt fəhləni də partiya məktəbində oxumağa göndərirdilər. Zaqafqaziyada da partiya məktəbi Bakıda idi. Partiya məktəbinin bir yataqxanası da “Elmlər”də yerləşirdi. Səhv etmirəmsə, ya 1983, ya da ki, 1984-cü il idi. Mən də onda Yasamalda yaşayırdım. “Elmlər”də briqadirim Artuş və Köçəryanla qabaqlaşdıq. Sən demə, bunlar Bakıda partiya məktəbində oxumağa gəliblər. “Elmlər”də “Cəfərxana” deyilən bir kababxana var idi, indi də qalır. Onları ora apardım. Araq içdik, kabab yedik. Amma nə biləydim ki...   - Bəs, görüş zamanı hansı dildə danışırdınız?   - Əsasən azərbaycanca danışırdıq. Erməni dilində mükəmməl bilməsəm də, çulumu sudan çıxarırdım. Artuş da Azərbaycan dilində yaxşı danışırdı. Köçəryan azərbaycanca təmiz bilmirdi, amma danışırdı. Birdə gördün ruscaya keçirdi. Köçəryanla cəmi bir dəfə oturmuşuq. Bir də həmişə Şuşaya gedəndə Xankəndində köhnə tanışlarla görüşürdüm. Oxuduğum məktəbə baş çəkirdim. Onda hərdən bir Köçəryanla qabaqlaşırdım. İndi rastlaşsaq, o heç məni tanımaz. Mən də onu prezident oldu deyə tanıyıram. Aqil də yazıb ki, guya bir sinifdə oxumuşuq. Deyirəm, niyə belə yazmısan, mən sənə belə bir söz deməmişəm axı? Köçəryan erməni-rus məktəbində, mən Azərbaycan məktəbində oxumuşam.   Sizə maraqlı bir fakt deyim. Erməni dilini bilməyim hətta məni bir dəfə ölümdən qurtarıb. 1972-ci ildə ermənilər yenə baş qaldırmışdılar. Səslərini kəsdilər bunların. O vaxt mən Bakıya gedirdim. Payız vaxtı idi, hava tez qaralırdı. Xankəndinə gedən yolun kənarına çıxdım. Avtobusa orda minəcəkdim. Gördüm ki, Xankəndi tərəfdən bir Ermənistan seriyalı “QAZ-24” mənə sarı gəlir. “Kruq” verib düz qabağımda dayandı. Maşındakılardan biri Yerevan ləhcəsində soruşdu ki, “Hara gedirsən?” Qarabağ və İrəvan ermənilərin danışıqlarında böyük fərq hiss olunur. Erməni dilində cavab verdim ki, şəhərə gedirəm. Məcbur olub oturdum maşına, 3 nəfər idilər. Özü də vurmuşdular. Biri qayıtdı ki, Razmik, bir türk olsa öldürərdim. Bunu deyəndə düşündüm ki, sən öl, bunlar məni tanıyıblar, qəsdən maşına mindiriblər. Xankəndi yolunda da meşəlik var idi. Sürüb ora başımı kəsəcəklər. Açığı, sarımı udmuşdum. Qorxurdum ki, çox dərinə gedərlər. Çünki erməni dilini dərindən bilmirdim. Haradan olduğumu, hara getməyimi soruşdular. Düz maşını avtovağzalın qabağına sürdülər. Tez maşından düşüb əlimi cibimə atıb beşliyi onlara uzatdım. Amma götürmədilər.     - 1987-ci ildə ermənilərin gizli “Krunk” (erməni dilində durna deməkdir-F.M) adlı təşkilatı yaradıldı. Bu təşkilat birdən-birə necə yarandı?   - “Krunk” çoxdan fəaliyyət göstərirdi. 1967-ci ilin iyulun 3-də ermənilər Xankəndində 3 azərbaycanlını yandırmışdılar. Mənim onda 14 yaşım var idi. O hadisənin bəzi epizodları mənim gözümün qabağında olub. Üstəgəl, onları yandırandan sonra da çox pis hala salmışdılar. Mən 10 il bundan qabaq, çox çətinliklə “KQB”-nin (Milli Təhlükəsizlik Nazirliyi-F.M) arxivindən həmin hadisə üzrə aparılmış məhkəmə materiallarını tapıb çıxartdım. Bu hadisə haqda “Şuşa” qəzetində iki səhifəlik yazı da hazırladım. 1967-ci ildəki hadisəyə görə, 70-dən çox erməni tutulmuşdu. Onlardan neçəsi buraxılıb, neçəsi güllələnib, hansına nə qədər iş veriblər, hamısını yazmışam. Yəni, “Krunk” gizli şəkildə, özü də çoxdan işləyirdi. 1967-ci ildəki hadisə məhz 1905-ci il ssenarisi idi.   - Mir Möhsün Nəvvabın “1905—1906-cı illərdə erməni-müsəlman davası” kitabının çapını siz etmisiniz...   - O kitab əlyazma halında idi. Həmin əlyazma da Mir Möhsün Nəvvabla tarzən Sadıqcanın Lənkəranda yaşayıb orda müəllim işləmiş Şamil adlı nəvəsində idi. Kitabı Mir Möhsün Nəvvabın qız nəvəsi Simuzər xanım vasitəsilə əldə elədim. Əlyazmanı öz vəsaitim hesabına kitab halında 50 min tirajla çap etdik. O vaxt imkanım var idi. Həmin kitab çox sürətlə yayıldı. Ümumiyyətlə mən Nəvvabın 8 əsərini çap etmişəm. Mənim nəzərimdə isə onun ən yaxşı əsəri budur.   Vasif Quliyev söhbət əsnasında tez-tez azərbaycanlı tarixçi-alimlərdən şikayətlənirdi:   - Azərbaycan arxivlərində o qədər maraqlı məlumatlar var ki, hələ də tədqiq olunmayıb. İşləmirlər də bizim tarixçilər... İnanın, Azərbaycanda olan sənədlər heç yerdə yoxdur. Arxivdə o gözə görünməyən zəhərli tozlar min dənə xəstəlik əmələ gətirir. “Farinqit” yaranıb məndə. Bunun dərdindən, canlarına cəfa verməmək üçün işləmirlər. Bir Ələkbər Əliyev vardı. 1919-cu ildə Müsavat hökumətinin xaricə oxumağa göndərdiyi 100 nəfər tələbənin arasında o da olub. Mən Ələkbər Əliyevlə azı 100 dəfə söhbət etmişəm. Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun baş redaktorluğu ilə iki cildlik Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası nəşr olunub. Həmin ensiklopediyada yazılır ki, 1925-ci ildən sonra Ələkbər Əliyevdən xəbər yoxdur. Ələkbər bəy Almaniyada təhsil almışdı, alman dilini yaxşı bilirdi. Ona “Nemes Ələkbər” deyirdilər, Üzeyir bəyin də yaxın qohumu idi. Onunla 1972-ci ilin payızında tanış olmuşdum. Bir də Fuad Musayevin əmisi (AFFA-nın birinci prezidenti-F.M) Cəmil Musayev də Müsavat hökumətinin xətti ilə xaricə oxumağa getmişdi. Mən məktəbdə oxuyanda Cəmil Musayevi Şuşada görmüşdüm. Onun haqqında da yazırlar ki, Cəmil Musayev barədə heç bir məlumat yoxdur. Axtarış aparmayıblar, durub ensiklopediya hazırlayırlar. 20 il bundan əvvəl Müsavatın xaricə göndərdiyi tələbələrin 10-u haqda, elə Ələkbər bəy haqda da oçerk yazmışam. Bax, bizim tarixçilər belə işləyir.   - Məsuliyyətli bir işlə məşğulsunuz. İllərdir arxivlərdə çalışırsınız. İstər lehimizə, istər də əleyhimizə olan faktlarla rastlaşırsınız. Belə faktları açıqlamaq çətinlik yaratmır?   - Mən birinci vicdanımı qoyuram qabağıma. Ondan sonra yazıram. Baxmayaraq ki, bizə ziyandı, ya xeyirdi. Məsələn, bir misal çəkim. Azərbaycanda ilk məktəb 1830-cu ildə Şuşada açılıb. 2010-cu ildə həmin məktəbin 180 illiyini qeyd edirdilər. Şuşa məktəbi haqda kitab yazdım. Kitabda 1861-ci ildə Şuşa qəza məktəbində oxuyan 40-a yaxın azərbaycanlı şagirdin siyahısını vermişdim.   - Müvafiq qurumlardan apardığınız tədqiqat işləri ilə bağlı iş təklifləri alırsınız?   - Təxminən yeddi il bundan qabaq idi. MTN-nin mətbuat xidmətindən bir oğlan zəng vurmuşdu. Dedi ki, sizinlə görüşmək istəyirəm. Görüşəndə də dedi ki, mənim tərcümə etdiyim Vasil Veliçkonun “Qafqaz” əsəri nazir Eldar Mahmudovun əlinə keçib, mənimlə maraqlanıb. Eldar müəllimə deyiblər ki, 15 il bizim arxivlərdə işləyib. Oğlan dedi ki, Eldar müəllim “Qafqaz”ı yenidən çap etdirib Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə və xarici ölkələrin ölkəmizdəki səfirliklərinə paylamaq istəyir. Onlar məndən sadəcə tərcüməçi kimi icazə almaq istəyirdilər. Mən də öz növbəmdə təşəkkürümü bildirdim. Onlardan istədiyim ancaq bu oldu ki, yeni nəşrdən mənə 15 dənə kitab versinlər. Sağ olsunlar, kitabları verdilər. Sualınıza ancaq bu faktla cavab verə bilərəm.
Просмотров: 355 | Добавил: mozalax | Рейтинг: 0.0/0
Всего комментариев: 0
omForm">
avatar
Daxil ol
səbət
Ваша корзина пуста
Axtarış
Təqvim
«  noyabr 2014  »
b.eç.açc.ac.şb
     12
3456789
10111213141516
17181920212223
24252627282930
Аrxiv
Dost Saytlar
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • musa.sb MyCorp © 2024