Главная » 2014 » noyabr » 27 » Bakıda 27 yaşlı oğlan özündən 11 yaş böyük arvadını doğradı
22:05
Bakıda 27 yaşlı oğlan özündən 11 yaş böyük arvadını doğradı
Hadisənin səbəbi araşdırılır
Bakıda bıçaqlanma hadisəsi baş verib.Lent.az-ın əldə etdiyi məlumata görə, Zahid Xəlilov küçəsi ev 50, mənzil 35-də yaşayan 1976-cı il təvəllüdlü Məcidova Kəmalə Sevilxan qızı ağır bıçaq xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, reanimasiya şöbəsinə yerləşdirilib və əməliyyat olunub.
K.Məcidovanın yaxınları bildiriblər ki, onu həyat yoldaşı, 1987-ci il təvəllüdlü Məcidov Allahyar Ramiz oğlu bıçaqlayıb.
Allahyar Məcidovun özündən 11 yaş böyük xanımını hansı səbəbdən bıçaqlaması məlum deyil.
Faktla bağlı araşdırmalr aparılır.