Mənim saytım
Saytın menyusu
Bölmələr
Siyasət [19]
Sosial [24]
Hadisə [43]
İqtisadiyyat [9]
Dünya [17]
Avto [0]
Mədəniyyət [4]
Maqazin [3]
İdman [2]
Texnologiya [9]
Hərbi [0]
Foto [1]
Video [1]
Cəmiyyət [0]
Şou-biznes [1]
Maraqlı [8]
Ədəbiyyat [0]
Hücrə [0]
Proje [0]
Media [0]
Kinoteatr [0]
Qeyri adi [0]
Tarix [0]
Füzuli [1]
Bakı [0]
Digər [4]
Qazax [0]
Sağlamlıq [0]
Gündəm [1]
Ölkə futbolu [13]
Xarici futbol [1]
Digər idman növləri [6]
Bizim kuponlar [0]
Komanda [2]
Akademiya [0]
Kommersiya [0]
Klub [0]
İctimaiyyət [0]
Digər növlər [0]
Ramiz Quliyev [1]
Per Laqerkvist [1]
Lev Tolstoy [0]
İnanclar [1]
Ailə [1]
Sevgi [1]
Sağlıq [1]
Dəb [0]
Evim [0]
Mətbəx [0]
Həyata tərzi [0]
Əyləncə [0]
Mütəxəssislər [0]
Cinayət [0]
Din [0]
Ordu [1]
Mini Çat
200
Statistika

On line: 1
Qonaq: 1
İstifadəçi: 0
Главная » 2014 » noyabr » 22 » Müdafiə Nazirliyi: "Azərbaycan Ordusu heç bir itki verməyib" - RƏSMİ - YENİLƏNİB
21:09
Müdafiə Nazirliyi: "Azərbaycan Ordusu heç bir itki verməyib" - RƏSMİ - YENİLƏNİB
"Həmin istiqamətdə Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib və ərazi tam nəzarət altındadır"  “Noyabrın 12-də Ermənistan silahlı qüvvələrinə məxsus helikopterin düşdüyü ərazidən meyitlərin qalıqlarının çıxarılması ilə əlaqədar guya xüsusi əməliyyat keçirilməsi və Azərbaycan Silahlı Qüvvələri bölmələrinin bu istiqamətdə itki verməsi barədə erməni tərəfinin yaydığı məlumatların heç bir əsası yoxdur, bu məqsədyönlü surətdə yayılan növbəti təxribatdır və yalandır”.   Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumatda qeyd olunub ki,  düşmən tərəfinin vurulmuş helikopterdəki meyitlərin adı altında hər hansı bir qalıqları nümayiş etdirə biləcəyi ehtimalını əvvəlcədən təxmin edərək bildiririk ki, bu ancaq erməni xalqını aldatmaq niyyətilə əvvəllər verdikləri itkilərin nümayişi ola bilər: “Erməni tərəfindən tam fərqli olaraq Azərbaycan Müdafiə Nazirliyi cəbhədə baş verən hər bir itki barədə rəsmi surətdə dərhal ictimaiyyətə məlumat verir və şəhidlərin dəfn mərasimlərini təntənəli şəkildə təşkil edir”.   Müdafiə Nazirliyi bildirir ki, ermənilər helikopterin düşdüyü ərazidə daim vəziyyəti gərginləşdirir və beynəlxalq qurumları da bu məsələyə cəlb etməyə cəhd göstərirlər.   Həmin istiqamətdə Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib və ərazi tam nəzarət altındadır.   Qeyd edək ki, bu gün Dağlıq Qarabağdakı separatçı rejimin “Müdafiə Nazirliyi” noyabrın 12-də vurulmuş “Mi-24” hərbi helikopterinin pilotlarının cəsədlərinin hadisə yerindən çıxarıldığı barədə açıqlama yayıb. Açıqlamada qeyd olunub ki, xüsusi əməliyyat keçirərək, ekipaj üzlərindən birinin meyiti, iki pilotun qalıqları və helikopterin bəzi vacib detalları hadisə yerindən götürülüb.   Separatçı rejim iki Azərbaycan hərbçisinin öldürüldüyü barədə də məlumat yayıb.  *** 12:11 Ermənistan KİV-i bu ölkənin Müdafiə Nazirliyindəki mənbəyə istinadən noyabrın 21-də gecə Ermənistana məxsus hərbi helikopterin vurulduğu istiqamətdə Azərbaycanın iki hərbçisinin öldürülməsi, helikopterin qalıqlarının götürülməsi barədə məlumat yayıb.     Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Dərgahlı modern.az-a açıqlamasında bildirib ki, bu, növbəti erməni təxribatıdır:     “Bu cür məlumatlar erməni tərəfinin növbəti təxribatıdır. Ermənilər bu ərazidə vəziyyəti özləri gərginləşdirir və beynəlxalq qurumları da bu məsələyə cəlb etməyə cəhd göstərirlər. Həmin istiqamətdə Azərbaycan ordusu heç bir itki verməyib. Atəşkəslə bağlı bütün məlumatlar isə mütəmadi olaraq kütləvi informasiya vasitələrinə çatdırılır və sutka ərzində baş verən atəşkəs pozulması barədə məlumat Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində də yerləşdirilir”.    Qeyd edək ki, bu il noyabrın 12-də Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus helikopter Azərbaycanın mövqelərinə hücum edərkən hərbçilərimiz tərəfindən zərərsizləşdirilib.
Просмотров: 325 | Добавил: mozalax | Рейтинг: 0.0/0
Всего комментариев: 0
omForm">
avatar
Daxil ol
səbət
Ваша корзина пуста
Axtarış
Təqvim
«  noyabr 2014  »
b.eç.açc.ac.şb
     12
3456789
10111213141516
17181920212223
24252627282930
Аrxiv
Dost Saytlar
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • musa.sb MyCorp © 2024