Mənim saytım
Saytın menyusu
Bölmələr
Siyasət [19]
Sosial [24]
Hadisə [43]
İqtisadiyyat [9]
Dünya [17]
Avto [0]
Mədəniyyət [4]
Maqazin [3]
İdman [2]
Texnologiya [9]
Hərbi [0]
Foto [1]
Video [1]
Cəmiyyət [0]
Şou-biznes [1]
Maraqlı [8]
Ədəbiyyat [0]
Hücrə [0]
Proje [0]
Media [0]
Kinoteatr [0]
Qeyri adi [0]
Tarix [0]
Füzuli [1]
Bakı [0]
Digər [4]
Qazax [0]
Sağlamlıq [0]
Gündəm [1]
Ölkə futbolu [13]
Xarici futbol [1]
Digər idman növləri [6]
Bizim kuponlar [0]
Komanda [2]
Akademiya [0]
Kommersiya [0]
Klub [0]
İctimaiyyət [0]
Digər növlər [0]
Ramiz Quliyev [1]
Per Laqerkvist [1]
Lev Tolstoy [0]
İnanclar [1]
Ailə [1]
Sevgi [1]
Sağlıq [1]
Dəb [0]
Evim [0]
Mətbəx [0]
Həyata tərzi [0]
Əyləncə [0]
Mütəxəssislər [0]
Cinayət [0]
Din [0]
Ordu [1]
Mini Çat
200
Statistika

On line: 1
Qonaq: 1
İstifadəçi: 0
Главная » 2014 » noyabr » 04
İrandan Aşura mərasimində iştirak etmək üçün rövzəxanlar gəlib      Bakının Nardaran qəsəbəsində Aşura mərasimi keçirilir. Lent.az-ın Nardaranda olan əməkdaşının verdiyi məlumata görə, bu gün səhərdən ziyarətgaha rayonlardan, Bakının ətraf kəndlərindən, mərkəzindən insan axını başlayıb.     Qəsəbənin giriş hissəsində post patrul maşınları dayanıb, polislər gücləndirilmiş iş rejimində çalışır. Ziyarətgaha təxminən 100-150 metr qalmış insanlar piyada hərəkət edir. Avtomobillərin giriş-çıxışı məhdudlaşdırılıb. Bu il də hər il olduğu kimi İrandan Aşura mərasimində iştirak etmək üçün rövzəxanlar gəlib. Mərasimdə İŞİD, İsrail, vəhabilər, nurçular əleyhinə şüarlar səsləndirilir.     Hazırda ərazidə yağış şiddətlənib. Artıq İmam Hüseyn meydanı insanlarla doludur.
Baxış: 421 | Əlavə etdi: mozalax | Tarix: 04.11.2014 | Şərhlər (0)

Dekabrın 31-i, yanvarın 1-2-3-4-ü qeyri-iş günü olacaq  31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni illə əlaqədar Azərbaycanda 5 gün iş olmayacaq.   APA-nın məlumatına görə, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü, 1-2 yanvar Yeni illə bağlı bayram günləri elan edilib.   Müvafiq olaraq 2015-ci il 3 və 4 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Yeni ildə 5 gün qeyri-iş günü olacaq.
Baxış: 354 | Əlavə etdi: mozalax | Tarix: 04.11.2014 | Şərhlər (0)

Qanvermə aksiyası davam edir  Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Aşura günü ilə bağlı Təzəpir məscidində keçirilən qanvermə aksiyasında iştirak edib. Lent.az-ın müxbirinin verdiyi məlumata görə, Allahşükür Paşazadə ilə yanaşı QMİ rəhbərliyi və əməkdaşları da qan verib. Şeyxülislam Hacı Allahşükür Paşazadə Aşura günü bütün müsəlmanlara başsağlığı verib.   Təzəpir məscidində keçirilən qanvermə aksiyasında Dini Qurumlarla İş üzə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Yeni Azərbaycan Partiyasının funksioneri Siyavuş Novruzov da iştirak edib.   Hazırda qanvermə aksiyası davam edir.
Baxış: 367 | Əlavə etdi: mozalax | Tarix: 04.11.2014 | Şərhlər (0)

"Rusiyanın patriarxı Kiril ilə görüşümüz olub və girovların qaytarılmasını onunla da müzakirə etmişik"  Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülüslam Hacıallahşükür Paşazadə Kəlbəcərdə ermənilər tərəfində girov götürülmüş azərbaycanlılarla bağlı məsələyə münasibət bildirib. Lent.az-ın məlumatına görə, Şeyx bildirib ki, məsələyə ən düzgün qiyməti hüquq-mühafizə orqanları verə bilər: “Mənim işim, kimdənsə xahiş etmək və ya kiminsə xahişini qəbul etmək ola bilər. Rusiyanın patriarxı Kiril ilə görüşümüz olub və girovların qaytarılmasını onunla da müzakirə etmişik. Ola bilsin ki, Ermənistanın dini lideri İkinci Qaragenlə görüşümüz təşkil olunsun və orada müzakirə olunacaq birinci məsələ girovlularla bağlı olacaq. İmkan daxilində biz də əlimizdən gələni edəcəyik. Hüquqi baxımdan isə dövlət öz vətəndaşını qorumalıdır və əlbəttə ki, qoruyacaq. Biz də bu məsələdə dövlətin yanındayıq. Dövlət nəyi məsləhət bilsə, imkan daxilində kömək edəcəyik”.
Baxış: 332 | Əlavə etdi: mozalax | Tarix: 04.11.2014 | Şərhlər (0)

Fəhlə bədbəxt hadisə ilə üzləşib  Noyabrın 3-də Bakının Yasamal rayonunda faciəvi hadisə baş verib.Lent.az-ın məlumatına görə, Xırdalan şəhər sakini Şahin Hacıyev Yasamal rayonu N.Nərimanov prospekti ev 5-in zirzəmisində təmir işləri apararkən divar daşının altında qalıb. Ş.Hacıyev aldığı xəsarətlərdən hadisə yerində keçinib.   Faktla bağlı araşdırmalar aparılır.
Baxış: 411 | Əlavə etdi: mozalax | Tarix: 04.11.2014 | Şərhlər (0)

Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifədən azad edilib  Daxili işlər orqanlarında kadr dəyişikliyi həyata keçirilib.   APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov tutduğu vəzifədən azad edilərək Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.   Bundan başqa, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov tutduğu vəzifədən azad edilərək Bakı Şəhər Baş Polis İdarəsinin rəisi təyin edilib.   Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev isə tutduğu vəzifədən azad edilərək, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi təyin olunub.   Quba Rayon Polis Şöbəsinin rəisi Seyfulla Əzimov isə Nəsimi rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.   Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin rəisi Lətif Cahangirov isə tutduğu vəzifədən çıxarılaraq Qaradağ Rayon Polis İdarəsinin 11-ci polis bölməsinə rəis göndərilib.   Məlumatı DİN-in mətbuat xidməti ilə dəqiqləşdirmək mümkün olmayıb.   Qeyd edək ki, təyinat barədə ilk xəbəri “Qafqazinfo” yayıb.     ******   13:55   Daxili işlər naziri Ramil Usubovun əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin rəisi general–mayor Rafiq Abbasov vəzifəsindən azad edilib.   Lent.az-ın məlumatına görə, bu barədə qafqazinfo-ya DİN-dən informasiya daxil olub. Məlumata ... ardı »
Baxış: 351 | Əlavə etdi: mozalax | Tarix: 04.11.2014 | Şərhlər (0)

Иранский политолог: «По мере сближения отношений Баку и Тель-Авива, Иран будет сближаться с Арменией» Эксклюзивное интервью Vesti.Az с авторитетным иранским политологом, специалистом по Ирану и странам Ближнего Востока Масъудом Альфаком.  - В Азербайджане с большим вниманием наблюдают за террористической деятельностью «Исламского государства». Какую угрозу для Южного Кавказа, в частности для Азербайджана, несет это вооруженная до зубов группировка, держащая в страхе весь мир?  - «Исламское государство» намеревается вернуть все завоеванные когда-либо мусульманами земли. У меня нет никаких сомнений, что Азербайджан – часть их плана. Азербайджан – часть большого кавказского плана «Исламского государства»,  куда должны войти также и Чечня, Ингушетия, Грузия, часть юга России, Украины и полуостров Крым. - Примечательно, что в рядах «Исламского государства», а также в Сирии воюют азербайджанцы. Некоторые эксперты отмечают, что по возвращении оттуда у них будет свое видение, свои принципы, выработанные во время нахождения в рядах «ИГ». Какую угрозу для Азербайджана носят эти азербайджанцы?  - Хороший вопрос. Давайте вспомним афганскую войну. Были арабы из других стран, которые в те годы поехали воевать с русскими в условиях «холодной войны» между Востоком и Западом. А знаете, что сделали эти люди при возвращении? Они стали участниками и даже организаторами террористических актов против Запада и своих правительств. Лучший пример – возникновение «Аль-Каиды» и «Талибана». Азерб ... ardı »
Baxış: 436 | Əlavə etdi: mozalax | Tarix: 04.11.2014 | Şərhlər (0)

Bir küçə düşünün. Heç vaxt keçmədiyiniz küçə... Anidən qarşınıza çoxdan arzuladığınız biri çıxır. O küçəni sevməyə başlayırsınız. Və bir gün o adam yox olur... Və ömürlük sevməyə sizə yalnız o küçə qalar...   Kimi vardı, kimi yoxdu... Doğma və yad adamlar vardı. Küçəmiz gəlişli gedişli idi. Bir gün tabutla çiyinlərdə gedənlərin yerini doğulanlar doldururdu. Elə belə... Əvəz etmirdilər, sadəcə doldururdular...   Bəzən insanlar çox asanlıqla imtina edirlər. Daha anlamırlar ki, gələn əvəz etməyəcək, sadəcə gedənin yerini dolduracaq. Bu, düşən süd dişinin yerinə təzəsinin gəlməsidir. Amma bədənin təmiz uşaqlıq qoxusu elə o dişlə itib gedir...   Əslində hər şey nənəmin sandığından başladı... Axırıncı süd dişimi əmim sapla qapıya bağlamışdı. Mənə demişdi gözlə, indi Şaxta baba qapını açacaq, heç ağrımayacaqsan. Mən də guya inanmışdım. Onu danışdığı yalanın qabağında üzüqara eləmək istəməmişdim...   Bu, ilk ağrım deyildi əslində. Hamısını özüm dartıb çıxarmışdım bircə-bircə. Hamısında da ağlamışdım. Bu ağrının adını tapa bilmədiyim üçün onu inandırmağa çalışmadım. Əmimin gözləri çox kədərli idi. Hiss edirdim ki, onun ağrısı daha yüklüdür...   Yaxşı ki, qapını nənəm açdı. Və sonucu süd dişimlə bərabər süd qoxum da getdi. Şaxta baba gəlmədi nə yaxşı ki. Yoxsa mən əmimə inanacaqdım. Və bəlkə də ona inanan yeganə adam olacaqdım...   Çox yalan danışırdı əmim. Bütün yalanlarını nənəmin sandığında gizlətmişdi. Mən ona həsəd aparırdım. Ona görə yox ki, əmimin yalanlarına inanan ... ardı »
Baxış: 407 | Əlavə etdi: mozalax | Tarix: 04.11.2014 | Şərhlər (0)

Daxil ol
səbət
Ваша корзина пуста
Axtarış
Təqvim
«  noyabr 2014  »
b.eç.açc.ac.şb
     12
3456789
10111213141516
17181920212223
24252627282930
Аrxiv
Dost Saytlar
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • musa.sb MyCorp © 2024