Mənim saytım
Saytın menyusu
Bölmələr
Siyasət [19]
Sosial [24]
Hadisə [43]
İqtisadiyyat [9]
Dünya [17]
Avto [0]
Mədəniyyət [4]
Maqazin [3]
İdman [2]
Texnologiya [9]
Hərbi [0]
Foto [1]
Video [1]
Cəmiyyət [0]
Şou-biznes [1]
Maraqlı [8]
Ədəbiyyat [0]
Hücrə [0]
Proje [0]
Media [0]
Kinoteatr [0]
Qeyri adi [0]
Tarix [0]
Füzuli [1]
Bakı [0]
Digər [4]
Qazax [0]
Sağlamlıq [0]
Gündəm [1]
Ölkə futbolu [13]
Xarici futbol [1]
Digər idman növləri [6]
Bizim kuponlar [0]
Komanda [2]
Akademiya [0]
Kommersiya [0]
Klub [0]
İctimaiyyət [0]
Digər növlər [0]
Ramiz Quliyev [1]
Per Laqerkvist [1]
Lev Tolstoy [0]
İnanclar [1]
Ailə [1]
Sevgi [1]
Sağlıq [1]
Dəb [0]
Evim [0]
Mətbəx [0]
Həyata tərzi [0]
Əyləncə [0]
Mütəxəssislər [0]
Cinayət [0]
Din [0]
Ordu [1]
Mini Çat
200
Statistika

On line: 1
Qonaq: 1
İstifadəçi: 0
Главная » 2014 » noyabr » 01
Oktyabrın 31-də saat 11.37 radələrində Bakıda yerləşən “Sazz” internet şirkətinə partlayıcı qoyulması barədə məlumat daxil olub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, şirkətdən DİN-in "102  Zəng Mərkəzi"nə Nəsimi rayonu ərazisində yerləşən Baş Ofisə zəng etmiş naməlum şəxsin “İdarəyə bomba qoyulub, qaçın” deyərək dəstəyi asması barədə müraciət edilib. Dərhal müvafiq tədbirlər görülüb və məlumat təsdiqini tapmayıb. Araşdırma zamanı yalan məlumatın Neftçala rayon sakini, 13 yaşlı B.A tərəfindən verilməsi müəyyən edilib.
Baxış: 442 | Əlavə etdi: mozalax | Tarix: 01.11.2014 | Şərhlər (0)

Sürücü hadisə yerində keçinib  Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Aeroport şosesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində 1960-cı il təvəllüdlü Məhərrəmov Vahid Xəlfəli oğlunun idarə etdiyi "Renault Sandero" markalı, 90 AF 704 nömrə nişanlı minik avtomobili "Ford" markalı yük maşınına çırpılıb. Nəticədə sürücü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində keçinib.   Faktla bağlı Suraxanı RPİ-də cinayət işi açılıb, araşdırmalar aparılır.
Baxış: 288 | Əlavə etdi: mozalax | Tarix: 01.11.2014 | Şərhlər (0)

Onlardan biri mühasirəni yararaq sağ qalıb  Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu tərəfindən 2013-cü il ərzində keçirilmiş axtarış-araşdırma tədbirləri nəticəsində Komissiyada itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərdən 25 nəfərin taleyinə aydınlıq gətirilib. Komissiyadan APA-ya verilən məlumata görə, taleyinə aydınlıq gətirilən 25 nəfərin adları itkinlərin siyahısından çıxarılıb. Həmin şəxslərdən 1 nəfərin döyüşlərdən və mühasirələrdən sağ çıxdığı, 5 nəfərin döyüşlərdə həlak olduğu, meyitlərinin tanınaraq dəfn edildiyi, 19 nəfərin isə siyahılardan təkrar keçdiyi müəyyən edilib. Beləliklə, 1 noyabr 2014-cü il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4016 nəfər təşkil edib. Onlardan 3256 nəfər hərbçi, 758 nəfər mülki şəxslərdir. 2 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil. Mülki şəxslərdən 59 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (17 nəfər azyaşlı qız), 254 nəfər qadın, 351 nəfər yaşlı şəxsdir (154 nəfər qadın). Əsir, itkin düşmüş 4016 nəfərdən 877 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olub, şahid ifadələri alınıb. Münaqişə müddətində 1419 nəfər əsir və girovluqdan azad edilib. Onlardan 347 nəfər qadın, 1072 nəfər kişidir. Eyni zamanda 207 nəfər uşaq (73 nəfər azyaşlı qız), 287 nəfər yaşlı şəxsdir (110 nəfər yaşlı qadın). Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 554 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif s ... ardı »
Baxış: 297 | Əlavə etdi: mozalax | Tarix: 01.11.2014 | Şərhlər (0)

Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi İsmət Əliyev nazir müavini təyin olunub  Azərbaycanın daxili işlər naziri Ramil Usubovun müavini vəzifəsindən azad olunub. Lent.az-ın məlumatına görə, hüquq-mühafizə orqanlarından Trend-ə bildiriblər ki, daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov təqaüdə göndərilib. Onun yerinə Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi İsmət Əliyev təyin olunub. Qeyd edək ki, Ə.Ələkbərov 2001-ci ildən R.Usubovun müavini idi.
Baxış: 314 | Əlavə etdi: mozalax | Tarix: 01.11.2014 | Şərhlər (0)

Polislər gözdən əlil şəxsi xilas edib  Bakı metrosunda həyəcanlı anlar yaşanıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, oktyabrın 31-də metronun Əhmədli stansiyasında Bakı şəhər sakini, I qrup gözdən əlil Ramiz İsmayılov ehtiyatsızlığı nəticəsində qatar xəttinə yıxılıb.     O, polis əməkdaşları tərəfindən xilas edilib.
Baxış: 406 | Əlavə etdi: mozalax | Tarix: 01.11.2014 | Şərhlər (0)

Yaralının həyatını xilas etmək mümkün olmayıb  Abşeron rayonunda qətl hadisəsi törədilib. Lent.az-ın məlumatına görə, noyabrın 1-nə keçən gecə Abşeron rayonunun Hökməli kəndində Fəqani Şükürov evinin yaxınlığında aralarında baş vermiş münaqişə zəminində ov tüfəngindən atəş açaraq 25-30 yaşlı kişiyə xəsarət yetirib. F.Şükürov daha sonra həmin şəxsi yaralı vəziyyətdə idarə etdiyi “VAZ-2121” markalı avtomobildə Kliniki Tibbi Mərkəzə aparıb. Həkimlərin səyinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb. F.Şükürov könüllü olaraq Abşeron RPŞ-yə gələrək təslim olub. O, hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olan “Etro” markalı ov tüfəngini təhvil verib.
Baxış: 367 | Əlavə etdi: mozalax | Tarix: 01.11.2014 | Şərhlər (0)

Rəsmi Moskva İlqar İmanovun narkotik vasitələrin dövriyyəsinə aidiyyatının olmadığını bildirib Moskva vilayətinin Kolçevo kəndində keçirilən əməliyyat zamanı 174 kq heroin aşkarlanan evin sahibi İmanov İlqar Nazim oğludur. Bu barədə APA-nın Moskva müxbirinə Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidmətinin (NDNFX) mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, İmanov İlqar Nazim oğluna məxsus evdə NDNFX-nin əməkdaşları 500 mln. dollar dəyərində 174 kiloqram heroin konsentratı aşkarlayıblar. Əməliyyat zamanı mütəşəkkil dəstənin üzvü olan 6 nəfər saxlanılıb. Rusiya mətbuatında 174 kq heroinin aşkarlandığı evin sahibi ilə bağlı ziddiyyətli məlumatlar yayılıb. Onun “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun (ŞHK) keçmiş üzvü olduğu bildirilib. APA-nın Moskva müxbirinin apardığı araşdırma nəticəsində məlum olub ki, Moskva vilayətinin Kolçevo kəndində yerləşən malikanədə əməliyyatı Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidmətinin Moskva vilayəti üzrə bölməsi həyata keçirib. Bölmənin mətbuat xidmətinin əməkdaşı Yekaterina Kosova APA-nın Moskva müxbirinə bildirib ki, İlqar Nazim oğlu İmanovun narkotiklərin qanunsuz ticarət və dövriyyəsinə heç bir aidiyyəti yoxdur: “Məsələ ondadır ki, adıçəkilən şəxs özünə işləmək üçün dürüst olmayan insanlar tutub. Onun evində qalan həmin şəxslər isə bu cinayətdə təqsirli bilinərək saxlanılıblar. İlqar Nazim oğlu İmanovun bu cinayətə heç bir aidiyyəti yoxdur. O, ... ardı »

Baxış: 324 | Əlavə etdi: mozalax | Tarix: 01.11.2014 | Şərhlər (0)

Daxil ol
səbət
Ваша корзина пуста
Axtarış
Təqvim
«  noyabr 2014  »
b.eç.açc.ac.şb
     12
3456789
10111213141516
17181920212223
24252627282930
Аrxiv
Dost Saytlar
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • musa.sb MyCorp © 2024