Главная » 2014 » noyabr » 1 » Ramil Usubovun müavini vəzifədən azad olundu
21:18
Ramil Usubovun müavini vəzifədən azad olundu
Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi İsmət Əliyev nazir müavini təyin olunub
Azərbaycanın daxili işlər naziri Ramil Usubovun müavini vəzifəsindən azad olunub.
Lent.az-ın məlumatına görə, hüquq-mühafizə orqanlarından Trend-ə bildiriblər ki, daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov təqaüdə göndərilib.
Onun yerinə Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi İsmət Əliyev təyin olunub.
Qeyd edək ki, Ə.Ələkbərov 2001-ci ildən R.Usubovun müavini idi.