Mənim saytım
Saytın menyusu
Bölmələr
Siyasət [19]
Sosial [24]
Hadisə [43]
İqtisadiyyat [9]
Dünya [17]
Avto [0]
Mədəniyyət [4]
Maqazin [3]
İdman [2]
Texnologiya [9]
Hərbi [0]
Foto [1]
Video [1]
Cəmiyyət [0]
Şou-biznes [1]
Maraqlı [8]
Ədəbiyyat [0]
Hücrə [0]
Proje [0]
Media [0]
Kinoteatr [0]
Qeyri adi [0]
Tarix [0]
Füzuli [1]
Bakı [0]
Digər [4]
Qazax [0]
Sağlamlıq [0]
Gündəm [1]
Ölkə futbolu [13]
Xarici futbol [1]
Digər idman növləri [6]
Bizim kuponlar [0]
Komanda [2]
Akademiya [0]
Kommersiya [0]
Klub [0]
İctimaiyyət [0]
Digər növlər [0]
Ramiz Quliyev [1]
Per Laqerkvist [1]
Lev Tolstoy [0]
İnanclar [1]
Ailə [1]
Sevgi [1]
Sağlıq [1]
Dəb [0]
Evim [0]
Mətbəx [0]
Həyata tərzi [0]
Əyləncə [0]
Mütəxəssislər [0]
Cinayət [0]
Din [0]
Ordu [1]
Mini Çat
200
Statistika

On line: 1
Qonaq: 1
İstifadəçi: 0
Главная » 2014 » noyabr » 19
Hindistanda 4 əli, 4 ayağı olan oğlan doğulub. Yerli sakinlər onu Brahma tanrısının Yerdəki reinkarnasiyalarından biri sayırlar.   Milli.Az AsiaOne-a istinadən bildirir ki, olay Qərbi Benqaliyadakı Bariypur şəhərində yaşanıb.   Hazırda uşağın doğulduğu evin qarşısında minlərlə, on minlərlə yerli sakin var. Onlar ağlayır, qışqırır, dualar edir, yalvarırlar.   Polisdən verilən məlumata görə, onlar kütlənin qarşısını güclə alırlar.   "Onu ilk görəndə heyrətə düşdük. Sanki Brahma öz nurunu bizə əta etmişdi. 4 əl, 4 ayaq... Buna inana bilmirdik", - uşağın qohumlarından biri deyib.
Baxış: 388 | Əlavə etdi: mozalax | Tarix: 19.11.2014 | Şərhlər (0)

Uğur qazanmaq üçün hələ yaşınızın az olduğunu düşünürsünüz, amma dünyada 28 yaşında uğur qazanmış və dünya tarixinə adını yazdırmış insanlar var.   Kulis.az 28 yaşında uğur qazanmışların siyahısını təqdim edir.     1. “Bitlz”dan ayrılan Pol MakKartinin ilk solo albomu yayımlananda 28 yaşının tamam olmasına bir həftə var idi.
Baxış: 523 | Əlavə etdi: mozalax | Tarix: 19.11.2014 | Şərhlər (0)

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Bəhmən İmanov Zərdab, Ağcabədi, Beyləqan, Horadiz, İmişli, Saatlı, Sabirabad rayon polis şöbələrinin müvəqqəti saxlanma yerində monitorinq keçiriblər. E. Behbudovun Lent.az-a verdiyi məlumata görə, monitorinq zamanı ciddi nöqsanla qarşılaşmayıblar: “Monitorinq zamanı qeyri-insani rəftar, işgəncə, saxlanma şəraiti ilə bağlı bizə müraciət edən olmadı. Bütün polis şöbələrində saxlanma yerləri televizor və şəhər telefonları ilə təmin olunub. Füzulidə olarkən icra başçısı Alı Alıyev də bizi qəbul etdi. Şəhərdə aparılan abadlıq, quruculuq işlərindən, insan hüquq və azadlıqlarından söhbət etdik. Orada olan bir neçə hərbi hissəyə baş çəkdik. Hərbi hissələrdə şərait yüksək səviyyədədir. Mən müdafiə naziri Zakir Həsənovla görüşəndə bildirmişdim ki, bəzən hərbçilər adi bir məsələyə görə həbs olunurlar. Bu cür xətalar yaxşı olar ki, başqa cəza növü ilə cəzalandırılsın. O da mənə söz vermişdi ki, bunun qarşısı alınacaq. Bu gün keçirilən monitorinq zamanı bu məsələ ilə də maraqlandıq. Məlum oldu ki, hərbiçilərin həbslə cəzalandırılması, hər yüngül cəzaya görə həbsə göndərilməsi kimi hallar artıq baş vermir ” .   E.Behbudov Ağcabədi Polis Şöbəsində olarkən bir nəfər təqsirləndirilən şəxslə görüşdüklərini də bildirib: “1968-ci il təvəllüdlü Gülmalıyev Əli Gülmalı oğlu ilə görüşdük. Həmin şəxs Cinayət Məcəlləsinin 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətlər etmə) maddəsinə əsasən təqsirləndir ... ardı »
Baxış: 331 | Əlavə etdi: mozalax | Tarix: 19.11.2014 | Şərhlər (0)

Bakıda iki obyekt sökülüb.   Xətai Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, rayonun Yusif Səfərov küçəsi 16/20 ünvanında yerləşən “Royal Bank”ın və “Vestel” mağazalarının söküntüsü Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 542 nömrəli sərəncamına əsasən həyata keçirilib.   "Sökülən ərazidə müasir yeni park kompleksi salınacaq, obyekt sahiblərinə isə kompensasiya ödəniləcək”, - deyə RİH-dən bildirilib.
Baxış: 428 | Əlavə etdi: mozalax | Tarix: 19.11.2014 | Şərhlər (0)

Büdcəyə olan vergi borcuna görə ölkədən getmək hüququ məhdudlaşdırılmış vergi ödəyicilərinin siyahısı açıqlanıb  Dövlət büdcəsinə olan vergi borcuna görə ölkədən getmək hüququ məhdudlaşdırılmış vergi ödəyicilərinin siyahısı açıqlanıb. Lent.az-ın Vergilər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dövlət büdcəsinə vergi borcunun məcburi qaydada ödətdirilməsinin təsirli vasitələrindən biri də vergi borcu olan fiziki şəxslərin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasıdır. Vergi Məcəlləsinin 23.1.16-cı maddəsində əsasən, dövlət büdcəsinə borcu olan fiziki şəxslərin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədi ilə vergi orqanları tərəfindən icra məmurlarına müraciət edilir. “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə əsasən isə dövlət büdcəsinə borcu olan fiziki şəxslərin ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırılır. 2014-cü il ərzində 39 fiziki şəxsin ölkədən getmək hüququ vergi orqanlarının təşəbbüsü ilə qanuna müvafiq qaydada məhdudlaşdırılıb. Onlardan 6 nəfəri dövlət büdcəsinə olan vergi borclarını tam həcmdə ödədikləri üçün həmin fiziki şəxslərin üzərindən bu məhdudiyyət götürülmüşdür.   SN Vergi ödəyicisinin adı 1 Əzizli Əziz Fəqani oğlu 2 İsgəndərova Yeganə Məhəmməd qızı 3 Allahverdiyev İlham Çingiz oğlu 4 Bağırov Altair Eldar oğlu 5 Məstanlı Elşən Vilayət oğlu 6 Əbdürəhmanov Anar Fərman oğlu 7 Adıgözəlov Rövşən Vaqif oğlu 8 Mustafayev Tar ... ardı »
Baxış: 271 | Əlavə etdi: mozalax | Tarix: 19.11.2014 | Şərhlər (0)

Borca görə qadını qəbiristanlıqda öldürüb  Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində borc üstündə qəbristanlıqda qadını öldürməkdə təqsirli bilinən 1970-ci il təvəllüdlü Zeynal Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə Z. Sadıqov 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Qeyd edək ki, qətl hadisəsi bu il sentyabr 6-da Bülbülə qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yerləşən qəbiristanlıqda 35-40 yaşlın qadına məxsus meyit tapılıb və onun üzərində zorakılıq əlamətləri aşkarlanıb. Həyata keçirilən araşdırmalar nəticəsində qətlə yetirilən qadının 1968-ci il təvəllüdlü Nazilə Nüsrət qızı Əmrahova olması müəyyənləşib. Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində N. Əmrahovanı tanışı, 1970-ci il təvəllüdlü Zeynal Sadıqov tərəfindən bıçaqlanaraq öldürüldüyü məlum olub. Z. Sadıqov tutulub. Z.Sadıqov polisə verdiyi ilkin ifadəsində N. Əmrahovanı borc üstündə öldürdüyünü etiraf edib. Polisdən həmçinin bildirilib ki, qətli törədən Z. Sadıqov əvvəllər Dövlət Yol Polisində çalışıb.
Baxış: 385 | Əlavə etdi: mozalax | Tarix: 19.11.2014 | Şərhlər (0)

"Çalışıram ki, helikopterə tezliklə baxış keçirə bilək”    Rəsmi Bakı ATƏT missiyasına noyabrın 12-də Ağdam rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərinə hücum zamanı vurulmuş ermənilərə məxsus Mi-24 hərbi helikopterinin düşdüyü yerə getmək icazəsi verməyib.   APA-nın “Armenia Today”ə istinadən xəbərinə görə, bunu ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Xankəndi televiziyasına açıqlamasında bildirib.   Onun sözlərinə görə, Azərbaycan tərəfi bu ərazidə ATƏT nümayəndə heyətinin təhlükəsizliyini təmin edə bilməyəcəyini nəzərə çatdırıb: “İstənilən monitorinq əvvəlcədən planlaşdırılır. Bu səbəbdən monitorinqlər öncəsi hazırlıq işləri aparılır. Növbəti monitorinqin keçirilməsi üçün müraciətimiz helikopterin vurulmasından öncə olub. Təbii ki, biz helikopterin düşdüyü yerdə monitorinq keçirmək istədik. Amma mənim Azərbaycandakı həmkarım bildirdi ki, bu ərazidə vəziyyət çox gərgindir, fəaliyyət göstərməyimiz üçün təhlükəsizliyimizə təminat yoxdur. Ona görə də monitorinqi plan üzrə keçirmək qərarına gəldik. Çalışıram ki, helikopterə tezliklə baxış keçirə bilək”.   Qeyd edək ki, bu gün A.Kaspşik İrəvanda Ermənistanın müdafiə naziri Seyran Ohanyanla görüşüb.   Xatırladaq ki, "RİA Novosti" agentliyi ATƏT-in kommunikasiya və media ilə əlaqələr şöbəsinin əməkdaşı Mersiya Çauşeviç-Podziçə istinadən A.Kaspşikin helikopterin düşdüyü əraziyə baş çəkməsi ilə bağlı xəbər yayıb. Lakin həm Mersiya Çauşeviç-Podziç, həm də Azərbaycan Müdafiə Nazirliyi mətbuat ... ardı »
Baxış: 396 | Əlavə etdi: mozalax | Tarix: 19.11.2014 | Şərhlər (0)

"He­li­kop­ter­lər­ sən­gər­lə­rimi­zin ­üzə­ri­nə ­sü­rət­lə ya­xınla­şaraq ­pos­t­la­rı­mı­za ­zərbə­ en­dir­di"      “Bilirdik ki, erməni birləşmələri qarşıdakı təpələrin arxasında hərbi təlim keçirlər. Onların uçuş istiqamətini öyrənmişdik. Həmin istiqaməti daim nəzarətdə saxlayırdıq”.   APA-nın məlumatına görə, bunu Müdafiə Nazirliyinin rəsmi orqanı olan “Azərbaycan Ordusu” qəzetinə müsahibəsində noyabrın 12-də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum etmiş Ermənistan Ordusuna məxsus Mi-24 döyüş helikopterini məhv etmiş çavuş İlkin Muradov deyib.   İ. Muradov bildirib ki, hadisədən üç gün əvvəl düşmənin bir helikopteri uzaqdan müşahidə edilib. Helikopter qar­şı­dakı­ da­ğın­ ətə­yin­dən ­ermənilərin­ tə­lim mər­kə­zi­nə­ ge­dib­ və­ son­ra qa­yı­dıb.­ No­yab­rın ­12-də ­isə he­li­kop­ter­lər­ Azərbaycan Ordusunun səngərlərinə yönəlib.   “Mən­ start­ möv­qe­yin­də ha­zır ­və­ziy­yət­də ­dayan­mışdım. Uzaq­dan­ əv­vəl­cə­ düş­mən he­li­kop­ter­lə­ri­nin ­sə­si­ni ­eşitdik.­ Son­ra­ hə­dəf­lərin­ qa­raltı­la­rı­nı­ nöq­tə­ ki­mi­ bi­nok­l­da mü­şa­hi­də­ et­dik.­ Gör­dük­ ki, iki Mİ-24­ tip­li­ he­li­kop­ter­ düz üs­tü­mü­zə­ gə­lir.­ Dər­hal­ bu ba­rə­də ­ko­man­da ­mən­tə­qəsi­nə ­mə­lu­mat­ ver­dik. ­­Göstə­riş­ al­dıq­ ki,­ əgər­ bi­zim hər­bi­ his­sə­nin­ mü­da­fiə­ rayo­nu­na­ da­xil­ ol­sa­lar,­ ha­va mə­ka­nı­nı­ poz­sa­lar,­­ hə­dəflə­ri ­məhv­ edək. He­li­kop­ter­lər­ sən­gər­lə­rimi­zin ­üzə­ri­nə sü­rət­lə ya­xınla­şaraq mövqelərimizi ­atəşə tu ... ardı »
Baxış: 412 | Əlavə etdi: mozalax | Tarix: 19.11.2014 | Şərhlər (0)

Daxil ol
səbət
Ваша корзина пуста
Axtarış
Təqvim
«  noyabr 2014  »
b.eç.açc.ac.şb
     12
3456789
10111213141516
17181920212223
24252627282930
Аrxiv
Dost Saytlar
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • musa.sb MyCorp © 2024