Mənim saytım
Saytın menyusu
Bölmələr
Siyasət [19]
Sosial [24]
Hadisə [43]
İqtisadiyyat [9]
Dünya [17]
Avto [0]
Mədəniyyət [4]
Maqazin [3]
İdman [2]
Texnologiya [9]
Hərbi [0]
Foto [1]
Video [1]
Cəmiyyət [0]
Şou-biznes [1]
Maraqlı [8]
Ədəbiyyat [0]
Hücrə [0]
Proje [0]
Media [0]
Kinoteatr [0]
Qeyri adi [0]
Tarix [0]
Füzuli [1]
Bakı [0]
Digər [4]
Qazax [0]
Sağlamlıq [0]
Gündəm [1]
Ölkə futbolu [13]
Xarici futbol [1]
Digər idman növləri [6]
Bizim kuponlar [0]
Komanda [2]
Akademiya [0]
Kommersiya [0]
Klub [0]
İctimaiyyət [0]
Digər növlər [0]
Ramiz Quliyev [1]
Per Laqerkvist [1]
Lev Tolstoy [0]
İnanclar [1]
Ailə [1]
Sevgi [1]
Sağlıq [1]
Dəb [0]
Evim [0]
Mətbəx [0]
Həyata tərzi [0]
Əyləncə [0]
Mütəxəssislər [0]
Cinayət [0]
Din [0]
Ordu [1]
Mini Çat
200
Statistika

On line: 1
Qonaq: 1
İstifadəçi: 0
Главная » 2014 » dekabr » 31

Xalq artisti Faiq Ağayev: “Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türk dilli xalqların Konfransı keçirilirdi. Konfrans da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının “Həmrəylik Günü” elan etdi”. 

Müğənni Nicat Cəfərzadə: “Çünki  dekabr 31 yeni il bayramı hər kəs ucun uşaqlıqdan qeyd edilən ən maraqlı bayramlardan biridir. Hər kəs məhz həmin gün bir-birilərini təbrik edir. Onun ucün elə fikirləşirəm ki, məhz dekabrın 31 hər kəs həmrəy olur. Buna görə də, biz azərbaycanlıların həmrəylik gününü elə həmin gün qeyd edirik”.    

 

 

... ardı »
Kateqoriya: Maqazin | Baxış: 394 | Əlavə etdi: mozalax | Tarix: 31.12.2014 | Şərhlər (0)

Son saatlarını yaşadığımız 2014-cü il bir çox idmançının həyatına son qoydu. Daha çox bədbəxt hadisələrlə yadda qalan “at ili”nin “qurbanları” yetərincə tanınmış simalar oldu. Eysebio – “At ili” yaxşı başlamadı. 2014-cü ilin ilk günlərində, daha dəqiq desək, yanvarın 5-də əfsanəvi futbolçu Eysebio dünyasını dəyişdi. DÇ-1966-nın bürünc mükafatçısı, 11 qat Portuqaliya çempionu və bir çox turnirlərin qalibinin ölümü sürpriz oldu. 72 yaşında gözlərini əbədi yuman Eysebio təkcə Portuqaliyanın deyil, dünya futbolunun tarixində həmişəlik qalacaq.  Vüqar Həşimov – Bu ilin yanvarın 11-i Azərbaycan idmanı üçün kədərli gün oldu. Belə ki, şahmatçı, qrossmeyster Vüqar Həşimov beyin xərçəngindən dünyasını dəyişdi. O, müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında gözlərini yumdu. Luis Araqones – 2014-cü ilin növbəti “qurbanı” AÇ-2008-də İspaniya yığmasını çempion etmiş Araqones oldu. Futbolçu kimi daha çox “Atletiko”dakı çıxışı ilə yadda qalan ispan məşqçi 76 yaşında dünyasını dəyişdi. Maykon Pereyra – “Şaxtyor”da tam məşhurlaşmağa imkan tapmayan braziliyalı futbolçunun ölümü daha çox təəssüf doğurdu. 26 yaşlı Pereyra avtoqəza nəticəsində dünyasını dəyişdi. Raisa Mixaylova – SSRİ-nin keçmiş qadın basketbolçusu ... ardı »

Kateqoriya: İdman | Baxış: 410 | Əlavə etdi: mozalax | Tarix: 31.12.2014 | Şərhlər (0)

Dekabrın 27-dən yanvarın 5-dək “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi muzey ekspozisiyalarına sərbəst giriş kampaniyası keçiriləcək.   APA-nın məlumatına görə, 10 gün müddətində paytaxt sakinləri və qonaqlar İçərişəhərdə yerləşən muzey ekspozisiyalarla ödənişsiz tanış olmaq imkanı əldə edəcəklər.   Muzeylərə sərbəst giriş kampaniyası “BP-Azərbaycan” şirkətinin maliyyə dəstəyi ilə həyata keçiriləcək.
Kateqoriya: Mədəniyyət | Baxış: 316 | Əlavə etdi: mozalax | Tarix: 31.12.2014 | Şərhlər (0)

ABŞ-ın Aydaho ştatında fəaliyyət göstərən Walmart super marketində   2 yaşlı oğlan uşağı təsadüfən anasına atəş açaraq qətlə yetirib. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, 29 yaşlı qadın aldığı ağır güllə yarasından hadisə yerində keçinib. İnsident Heyden şəhərində qeydə alınıb.     Məlumata görə, qadın 4 övladı ilə birlikdə dükanda alış-veriş edərkən, 2 yaşlı oğlu onun əl çantasından xəlvətcə tapançanı çıxarıb və təsadüfən anasına atəş açıb. Aldığı ağır güllə yarasından qadın hadisə yerində keçinib.   İnsident səbəbindən dükan müvəqqəti bağlanıb,  hadisə yerinə polis cəlb olunub.
Kateqoriya: Dünya | Baxış: 428 | Əlavə etdi: mozalax | Tarix: 31.12.2014 | Şərhlər (0)

Bu gün səhər saatlarında paytaxtın bir sıra hissələrində tıxac yaranıb  Nəqliyyat Nazirliyi sürücülərə müraciət edib. Lent.az-ın Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə istinadən məlumatına görə, bayram günləri ilə əlaqədar olaraq bölgələrə səfər edənlərin çox olması səbəbindən axşam saatlarında Bakı-Sumqayıt şosesində yarana biləcək sıxlığı nəzərə alaraq səfərlərin daha erkən saatlara planlaşdırılması tövsiyə olunur.     Qeyd edək ki, bu gün səhər saatlarından etibarən Sumqayıt-Bakı yolunun Avtovağzaldan mərkəzədək olan hissəsində, Binəqədidən mərkəzə gələn yolda və Heydər Əliyev prospektinin mərkəzə doğru gələn hissəsində tıxac yaranıb. Axşam saatlarında paytaxtın əksər hissələrində tıxacların yaranacağı gözlənilir.
Kateqoriya: Hadisə | Baxış: 340 | Əlavə etdi: mozalax | Tarix: 31.12.2014 | Şərhlər (0)

Elçin Xəlilov ev dustaqlığına buraxıldı  Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi Elçin Xəlilovun cinayət işi üzrə məhkəmə prosesinə start verilib.Lent.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən şəxs və vəkilləri ittiham olunan şəxsin barəsində seçilmiş həbs-qətimkan tədbiriin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsadət ilə çıxış ediblər.   Bundan sonra hakimlər kolegiyası müşavirəyə gedib. Müşavirədən geri qayıdan hakimlər vəsadəti təmin ediblər. Elçin Xəlilov məhkəmə baxışı dövründə ev dustaqlığında qalması qərara alınıb. Məhkəməyə baxışı yanvarın 8-ə təyin olunub.                    Qeyd edək ki, bu il aprelin 26-da Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi Elçin Xəlilov həbs edilib. Bakı Hərbi Məhkəməsindən APA-ya verilən məlumata görə, E. Xəlilov Cinayət Məcəlləsinin 308.2. və 179.3.2. maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, Respublika Hərbi Prokurorluğu tərəfindən aparılan yoxlama nəticəsində Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi Elçin Xəlilovun işlədiyi müddətdə ciddi qanun pozuntularına yo ... ardı »
Kateqoriya: Hadisə | Baxış: 360 | Əlavə etdi: mozalax | Tarix: 31.12.2014 | Şərhlər (0)

Mərhumun böyük qardaşı da 1 il 6 ay əvvəl Rusiyada öldürülüb      Zərdab sakini başı kəsilmiş vəziyyətdə tapılıb.   Rayon Polis şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, Zərdab rayonunun Dəliquşçu kənd sakini, 1989-cu il təvəllüdlü Zeynalov Rəşad İnşallah oğlunun meyiti başı kəsilmiş halda bu gün səhər saatlarında rayonun Xanməmmədli kəndi ərazisində aşkarlanıb.   Məlumata görə, R. Zeynalov dünən axşam saatlarında yoxa çıxıb.   Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi və motivi hələlik bəlli deyil.   Faktla bağlı Zərdab Rayon Prokurorluğunda araşdırma aparılır.   Qeyd edək ki, R. Zeynalovun böyük qardaşı təxminən 1 il 6 ay əvvəl Rusiyada öldürülüb.
Kateqoriya: Hadisə | Baxış: 350 | Əlavə etdi: mozalax | Tarix: 31.12.2014 | Şərhlər (0)

Gəncə şəhər prokuroru vəzifəsinə Fazil Həsənəliyev təyinat alıb  Azərbaycan prokurorluq orqanlarında yeni təyinatlar olub.   APA-nın məlumatına görə, baş prokuror Zakir Qaralovun imzaladığı əmrlərlə Bakı şəhər prokurorunun müavini Fazil Həsənəliyev tutduğu vəzifədən azad edilərək Gəncə şəhər, Suraxanı rayon prokuroru Sərdar İmanov isə tutduğu vəzifədən azad edilərək Sumqayıt şəhər prokuroru vəzifələrinə təyin ediliblər.   Qeyd edək ki, bir müddət əvvəl Gəncə şəhər prokuroru Adil Vəliyev və Sumqayıt şəhər prokuroru Dağlar Zeynalov tutduqları vəzifədən azad olunublar.
Kateqoriya: Hadisə | Baxış: 398 | Əlavə etdi: mozalax | Tarix: 31.12.2014 | Şərhlər (0)

Görəsən, bu bayram həqiqətən də xristianların bayramıdırmı? Yoxsa, sadəcə təqvimin dəyişməsidir?    İlin yenilənməsi dünyanın əksər ölkələrində qeyd edilir. Bayramın əsas atributları ağ, uzun saqqallı baba və küknar ağacıdır. Ölkəmizdə Şaxta baba kimi tanıdığımız mifik obrazın müxtəlif dillərdə 38 adı var. Məsələn, ABŞ-da və Kanadada Santa Klaus, İspaniyada Papa Noel, Macarıstanda Mikulas adlanır. İranda və Əfqanıstan isə yeni il babasını Baba Noel və Baba Çakalo kimi tanıyırlar.     Yeni ilin qeyd olunması İsa Məsihin doğumu ilə adlandırılsa da, ölkəmizdə əksəriyyət təqvimin dəyişməsi kimi qeyd edir. Hətta peyğəmbərin dekabr ayında dünyaya gəlməsi də mübahisəlidir. Bəzi araşdırmaçılar İncilə və Qurani Kərimə ayələrinə əsaslanaraq, Məryəm oğlu İsanın dekabrda deyil, oktyabrda dünyaya gəldiyini iddia edir.       Uzun əsrlər tarixi olan Yeni illə bağlı müxtəlif maraqlı ənənələr var. İsveçrədə insanlar bir-birinə şam hədiyyə edirlər ki, bu da dostluğun və sevincin rəmzidir. Bayram axşamı isə ata zibil atmaq bəhanəsi ilə evdən çıxır və Yultomten - Şaxta baba obrazında geri qayıdır, uşaqlara hədiyyələr paylayır.       İtaliyada uşaqların Şaxta babaları yox, Bexan adlı Şaxta nənələri var. Əgər Yeni il bayramı ərəfəsində təsadüfən Roma küçələrindən keçsəniz, ehtiyatlı olun. Çünki pəncərələrdən atılan köhnə ev əşyalarına hədəf ola bilərsiniz. İtalyanlar hesab edirlər ki, yeni ilin astanasında bütün pis fikirlərdən və köhnə əşyalardan xilas olmaq lazımdır.     Finlandi ... ardı »
Kateqoriya: Sosial | Baxış: 329 | Əlavə etdi: mozalax | Tarix: 31.12.2014 | Şərhlər (0)

Paytaxtın əsas küçə və prospektlərində nəqliyyatın hərəkəti çətinləşib      Bakı şəhərinin əksər küçə və prospektlərində tıxac yaranıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, bayramlar ərəfəsində paytaxtın əsas küçə və prospektlərində tıxac müşahidə olunur. Tıxac əsasən Nobel prospektində, Tbilisi prospektindən 20 yanvar dairəsi istiqamətində və Bülbül prospektində yaranıb.   Bundan əlavə, paytaxtın Yusif Səfərov, Zərifə Əliyeva küçələrindən şəhər istiqamətində, Mikayıl Useynov küçəsindən Azneft dairəsi istiqamətində, Əziz Əliyev küçəsində, Üzeyir Hacıbəyov küçəsində, 28 may küçəsində, Ağa Nemətulla küçəsində hər iki istiqamətdə, Abbasqulu ağa Bakıxanov küçəsində, Abbasqulu ağa Bakıxanov küçəsindən Statistika Komitəsinin qarşısındakı dairə istiqamətində, Binəqədi şosesinin hər iki istiqamətində, Bakı-Sumqayıt şosesinin Sumqayıt istiqamətində analoji hal müşahidə  olunur.
Kateqoriya: Hadisə | Baxış: 387 | Əlavə etdi: mozalax | Tarix: 31.12.2014 | Şərhlər (0)

Ölkə prezidenti Füzuli rayon Israelbaşçısını təltif etdi.
Kateqoriya: Siyasət | Baxış: 409 | Əlavə etdi: mozalax | Tarix: 31.12.2014 | Şərhlər (0)

Daxil ol
səbət
Ваша корзина пуста
Axtarış
Təqvim
«  dekabr 2014  »
b.eç.açc.ac.şb
1234567
891011121314
15161718192021
22232425262728
293031
Аrxiv
Dost Saytlar
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • musa.sb MyCorp © 2024