Mənim saytım
Saytın menyusu
Bölmələr
Siyasət [19]
Sosial [24]
Hadisə [43]
İqtisadiyyat [9]
Dünya [17]
Avto [0]
Mədəniyyət [4]
Maqazin [3]
İdman [2]
Texnologiya [9]
Hərbi [0]
Foto [1]
Video [1]
Cəmiyyət [0]
Şou-biznes [1]
Maraqlı [8]
Ədəbiyyat [0]
Hücrə [0]
Proje [0]
Media [0]
Kinoteatr [0]
Qeyri adi [0]
Tarix [0]
Füzuli [1]
Bakı [0]
Digər [4]
Qazax [0]
Sağlamlıq [0]
Gündəm [1]
Ölkə futbolu [13]
Xarici futbol [1]
Digər idman növləri [6]
Bizim kuponlar [0]
Komanda [2]
Akademiya [0]
Kommersiya [0]
Klub [0]
İctimaiyyət [0]
Digər növlər [0]
Ramiz Quliyev [1]
Per Laqerkvist [1]
Lev Tolstoy [0]
İnanclar [1]
Ailə [1]
Sevgi [1]
Sağlıq [1]
Dəb [0]
Evim [0]
Mətbəx [0]
Həyata tərzi [0]
Əyləncə [0]
Mütəxəssislər [0]
Cinayət [0]
Din [0]
Ordu [1]
Mini Çat
200
Statistika

On line: 1
Qonaq: 1
İstifadəçi: 0
Главная » 2014 » dekabr » 03
Qazaxlı Əməkdar artist Zaur Əmiraslanov yeni kilibi təqdim etdi. "Qazaxdadır" adlanan mahnının sözləri "Nəriman Həsənzadə"yə məxsusdur. Mahnıda sazı ifa edən isə "Aşıq Avdı"dır. Zaur Əmiraslanov yeni klibi haqqında facebook səhifəsində klibi haqqında belə deyib: "Indiyə qədər Qazax haqqında bir klip olmayıb. Amma əsl Qazaxlı Əməkdar artist Zaur Amiraslanov bunu etdi. Buyurun baxın əziz Qazaxlılar." Sizə maraqla gözlənilən "Qazaxdadır" klibini təqdim edirik:
Baxış: 389 | Əlavə etdi: mozalax | Tarix: 03.12.2014 | Şərhlər (0)

Paytaxt Bakıdan sonra bölgələrdə də müasir taksiləri görmək mümkün olacaq. Bir neçə gün əvvəl köhnə Sovet istehsalı olan və texniki göstəricilərə günün tələblərinə cavab verməyən taksiləri xətdən çıxaran Dövlət Avtomobil Xidmətinin Şəmkir Regional şöbəsinin rəhbərliyi onların yerini “Fiat” markalı avtomobillərlə əvəzləyir. Artıq belə taksilərdən bir neçəsi rayona gətirilib və əhaliyə xidmət göstərir. Dövlət Avtomobil Xidmətinin Şöbə rəisi Qafar Qarayevin sözlərinə görə, bu istiqamətdə tədbirlər davam etdirilir və ilin sonuna qədər belə taksilərin sayının 100-ə çatdırılması planlaşdırılır.  Qafar Qarayev- Dövlət Avtomobil Xidmətinin Şəmkir Regional Şöbəsinin rəisi: “Yeni avtomobillərin texniki göstəriciləri günün tələblərinə tam cavab verir. Biz ilkin olaraq 15 ədəd belə avtomobil gətirdik. Artıq onların liseziya kartı alınıb və əhalinin xidmətinədir”.
Baxış: 392 | Əlavə etdi: mozalax | Tarix: 03.12.2014 | Şərhlər (0)

Qazaxda yerləşən Ədəbiyyat Muzeyində respublika dərəcəli hakim, prezident təqaüdçüsü Qazax güləşinin banisi Kamal Əhmədovun 80 illik yubileyi keçirilib. Yubiley tədbirində çıxış edənlər onun keçdiyi şərəfli və çətin ömür yolundan söhbət açıb, idmançı ilə bağlı xatirələrini danışıblar. SSRİ idman ustası, respublikanın əməkdar məşqçisi, respublika dərəcəli hakim, qırmızı əmək bayrağı ordenli Kamal Əhmədov Qazaxın Yuxarı Salahlı kəndində anadan olub. Bildirilib ki, o, əmək fəaliyyətinin yarıdan çoxunu idmanın inkişafına və kütləviliyinin artırılmasına həsr edib. Qazaxda güləşin təməlini qoyan yubilyarın yetirmələri müxtəlif idman arenalarında bayrağımızı dəfələrlə yüksəklərə qaldırıblar.
Baxış: 303 | Əlavə etdi: mozalax | Tarix: 03.12.2014 | Şərhlər (0)

İki gün əvvəl Lənkərana yağan aramsız yağışın gətirdiyi sel suları ilə çayların, arxların və kollektorların məcrasından çıxması, evlərin, həyətlərin, yolların su altında qalmasına səbəb olmuşdu. Bunun nəticəsində vətəndaşlara xeyli ziyan dəyib. Artıq havanın yağmursuz keçməsindən istifadə edən aidiyyəti qurumlar bu fəsadların aradan qaldırılmasına başlayıb. Qazax.Moy.Su CTV-yə istinadən xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının müavini Möhübbət Babayev bildirib ki, leysan xarakterli intensiv yağışlar vətəndaşlara məxsus pay torpaqlarının, əkin sahələrinin və həyətyanı sahələrin su altında qalması ilə ümumilikdə 800-dən artıq sakinə ciddi ziyan vurb. 100-dən artıq zərərçəkmiş bununla bağlı rayon icra hakimiyyətinə müraciət edib. Ən böyük ziyan kənd sakinlərinə dəyib. Bundan başqa 4-ü piyadalara , 3-ü nəqliyyat vasitələrinə aid olan 7 körpü sel suları nəticəsində qəzalı vəziyyətə düşüb. Eyni zamanda dağlıq ərazilərdə, o cümlədən rayonun Bəliton və Moğnojoba kəndində torpaq sürşmələri olub.  Artıq ərazilərə cəlb olunan texnika vasitəsi ilə hərəkət bərpa edilib. Bundan başqa elektrik təsərrüfatı da ziyansız ötüşməyib. Belə ki, 1 transformator, 5-ə yaxın elektrik dirəyi və 100 metrdən artıq naqil sıradan çıxıb. Bu məqsədlə Biləsər kəndində 10-a yaxın elektrik dirəyi dəyişdirilib. Hazırda isə FHN-nin Lənkəran regional mərkəzinin əməkdaşları tərəfindən rayonun ərazisidə və kəndlərdə həyətyani sahələrə yığılmış suların çəkilməsi işləri aparılır. Dəymiş ziyanla ə ... ardı »
Baxış: 371 | Əlavə etdi: mozalax | Tarix: 03.12.2014 | Şərhlər (0)

Ötən axşam Balakəndə zəncirvari qəza olub.  Qazax.Moy.Su Kanal S-ə istinadən bildirir ki, Yüzbaşıyev Zahid Cahangir oğlunun idarə etdiyi "VAZ-21011" markalı 10 BC 643 dövlət nömrə nişanlı avtomobillə Qudaməmmədov İsmayıl Məmməd oğlunun idarə etdiyi "VAZ-21011" markalı 08 BC 694  dövlət nömrə nişanlı avtomobil, həmçinin Abbasov İsmayılın idarə etdiyi "Mercedes" markalı 08 BE 616 dövlət nömrə nişanlı avtomobil toqquşub.  Nəticədə hər iki "VAZ-21011" markalı avtomobildə olan sərnişinlər - Qazbinə kənd sakinləri  Saxrayeva Arzu  Nəcməddin qızı və Əhmədov Pərvin Cuma oğlu, Astara rayon sakini İsayeva Validə Ömər qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən RMX-ya çatdırılıblar. Xəsarət alan şəxslərə dərhal ilkin tibbi yardım göstərilib və müalicələri xəstəxanada davam etdirilir. Fakt araşdırılır.
Baxış: 333 | Əlavə etdi: mozalax | Tarix: 03.12.2014 | Şərhlər (0)

Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhəddi avtomobil yolu yenidən qurulub istifadəyə verilib. Qazax.Moy.Su Kəpəz TV-yə istinadən xəbər verir ki, ancaq avtomobil yolu yenidən qurulub istifadəyə verilsə də, yolun Ağstafa şəhərinin çıxışında, dəmir yolu xətti üzərində olan, təxminən 10 metr hündürlüyə malik körpü təhlükəli vəziyyətdədir. Bu cür vəziyyət ərazidə tez-tez yol qəzalarına səbəb olur ki, bunların da əksəriyyəti ölümlə nəticələnir. Körpüdən düşən avtomobillər yüksək gərginlikli elektrik xətlərinə toxunduğundan bədbəxt hadisələr qaçılmazdır. Körpü yolun döngəsində olduğundan dönmə əməliyyatı etmək də çətinləşir. Sürücülər yağışılı və qarlı havalarda körpünün daha təhlükəli olduğunu bildirirlər. Buradan istifadə edən 20-yə yaxın yaşayış məntəqəsinin sakinləri körpünün kənarlarına qoruyucu yan hasarların quraşdırılmasını istəyirlər.  Mövcud problemlə bağlı 26 saylı Ağstafa Yol İstismar İdarəsinə müraciət etdik. Bildirildi ki, körpü idarənin balansındadır. Amma görünür ki, körpünün qəzalı vəziyyətdə olması onları heç də narahat etmir. Baş verən qəzaları nəzərə alsaq, qabaqlayıcı tədbirlər haqqında düşünməyə dəyər. Axı nəticədə itirilən insan ömrüdür.  Qazax.Moy.Su Qutu.Moy.Su
Baxış: 356 | Əlavə etdi: mozalax | Tarix: 03.12.2014 | Şərhlər (0)

Sabah Azərbaycanın bəzi ərazilərində sulu qar, qar yağacaq, yağıntının ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 28-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 3-5, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında noyabrın 28-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə intensivləşəcəyi proqnozlaşdırılır. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Qazax.Moy.Su
Baxış: 355 | Əlavə etdi: mozalax | Tarix: 03.12.2014 | Şərhlər (0)

Труп девочки нашли в частном доме В Ленинградской области погибла годовалая девочка из Азербайджана. Как передает Vesti.Az со ссылкой на «Оперативное прикрытие», труп годовалой девочки нашли в городе Волхове, в частном доме на улице Лермонтова, без  внешних признаков насильственной смерти. Отмечается, что родители ребенка являются гражданами Азербайджана, переехавшие на ПМЖ в Ленобласть. Причину смерти ребенка устанавливают судебные медики.
Baxış: 306 | Əlavə etdi: mozalax | Tarix: 03.12.2014 | Şərhlər (0)

“Neftin ucuzlaşmasında yeganə mənfi hal budur ki, il ərzində görməyi planlaşdırdığımız işləri iki ilə görəcəyik”  “Neftin qiymətinin 60 dollar olacağı təqdirdə də, iqtisadiyyatımız sabit inkişaf edəcək”   “Dünyada neftin qiymətinin düşməsi, şübhəsiz, planlarımıza mənfi təsir göstərəcək. Lakin biz müxtəlif ssenarilər işləyib hazırlamışıq. Neftin qiymətinin 60 dollar olacağı təqdirdə də, iqtisadiyyatımız sabit inkişaf edəcək”.   APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev “Rossiya-24” informasiya telekanalına müsahibəsində deyib.   Bu il Azərbaycanda üç faizlik artım gözlənildiyini deyən dövlət başçısı buna baxmayaraq, ümumi daxili məhsul hesablanarkən, əsasən qeyri-neft sektoruna diqqət yetirildiyini və orada vəziyyət daha yaxşı olduğunu bildirib: “Biz bu il orada 6-7 faiz artım gözləyirik. Ötən il artım 10 faiz olub. Gələn il də iqtisadiyyatın qeyri-neft sektorunda 6 faizdən 10 faizədək artım gözləyirik. Bu, məhz şaxələndirmə siyasətinin, həm də əvvəlki illərdə Azərbaycanın iqtisadiyyatını şaxələndirmək üçün çoxlu investisiya yatırmağımızın və səylər göstərməyimizin nəticəsidir. Bu gün ümumi daxili məhsulda neft sektorunun payı təqribən 45 faiz, yəni, yarıdan az təşkil edir. Büdcədə neftin qiyməti 90 dollar nəzərdə tutulub. Ötən il 100 olub. Amma biz 90 dollar nəzərdə tutanda və büdcəni qəbul edəndə, qiymət 90 dollar olub. Yeganə mənfi hal budur ki, biz il ərzində görməyi planlaşdırdığımız işləri iki ilə görəcəyik. Sadəcə prioritet olmayan istiqamə ... ardı »
Baxış: 428 | Əlavə etdi: mozalax | Tarix: 03.12.2014 | Şərhlər (0)

Onun 6 köməkçisi olacaq      Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, assosiasiyanın inzibati binasında baş tutan tədbirin əsas mövzusu millilərin baş məşqçilərinin təsdiqlənməsi olub.   İcraiyyə Komitəsi Robert Prosineçkini baş məşqçi postuna təsdiqləyib.  45 yaşlı xorvatiyalı mütəxəssis bu postda almaniyalı Berti Foqtsu əvəzləyib. Artıq İcraiyyə Komitəsinin iclasına qatılan Prosineçki 3 il millimizdə çalışacaq.   Yeni baş məşqçinin 6 köməkçisi olacaq ki, onlardan üçü xorvatiyalı, üçü isə azərbaycanlı olacaq. Yığma məşqçilərinin ümumilikdə illik maaşı 1,2 milyon avro oıacaq.   Komitə 21 yaşadək futbolçulardan ibarət yığma ilə bağlı yekun qərar verə bilməyib. Baş məşqçi postuna əcnəbi gətirəcək qurum 10 namizəd arasında seçim etməlidir.   Məşqçilər Komitəsinin yaradılmasının,  Əsasnaməsinin və üzvlərinin təsdiqləndiyi yığıncaqda yeni yaranan quruma rəhbər də seçilib. Bu vəzifəyə millinin sabiq baş məşqçisi Vaqif Sadıqov təyin olunub.   Klublar Komitəsinin yaradılması və Əsasnaməsi də bugünkü iclasda təsdiqlənib. Bundan başqa isə Lisenziyalaşdırma qrupunun  məlumatı dinlənilib.
Baxış: 310 | Əlavə etdi: mozalax | Tarix: 03.12.2014 | Şərhlər (0)

Faktla bağlı cinayət işi başlanıb  Baş Prokurorluq Bərdədə polisə qarşı törədilmiş hadisə ilə bağlı məlumat yayıb. Lent.az-a daxil olan məlumatda bildirilir ki, polis əməkdaşına müqavimət göstərməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb: “Dekabrın 2-də saat 19:30 radələrində Bərdə şəhər sakini Cəfərov Elçin Ələsgər oğlu sərxoş vəziyyətdə idarə etdiyi “VAZ 2106” markalı avtomobillə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yol hərəkət qaydasını pozaraq işıqforun qadağanedici qırmızı işığında nəqliyyat vasitəsini idarə etdiyinə görə Bərdə rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin Yol Patrul Xidməti inspektoru Aqil Quliyev tərəfindən saxlanılarkən avtomobili orada qoyub uzaqlaşıb. E.Cəfərov təxminən 10 dəqiqədən sonra həmin yerə qayıdaraq ondan sənədlərini təqdim etməsini və sərxoşluq müayinəsindən keçməsini tələb edən A.Quliyevin üstünə özü ilə plastmas qabda gətirdiyi benzin yanacağını töküb alışqanla yandıraraq sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək müqavimət göstərib.   Faktla bağlı E.Cəfərovun barəsində rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb iş üzrə müvafiq ekspertizalar təyin edilib. Hadisə zamanı sağ əlindən yanıq xəsarəti alan A.Quliyevə rayon xəstəxanasında ilkin tibbi yardım göstərilərək evə buraxılıb.   E.Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə i ... ardı »
Baxış: 403 | Əlavə etdi: mozalax | Tarix: 03.12.2014 | Şərhlər (0)

“ABŞ səfirliyinin nümayəndələrinə Azərbaycanla bağlı məsələlərdə amerikalıların yeni, daha yaxşı eynəkdən istifadə etməsini məsləhət gördüm”  Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ABŞ dövlət Departamentinin sözçüsü Cen Psakinin son açıqlamasına münasibət bildirib.   Ə. Hüseynli APA-ya açıqlamasında deyib ki, C. Psakinin son açıqlaması heç də təəccüb doğurmur: “Ümumiyyətlə, Dövlət Departamentinin son dövrlər Azərbaycanın işğal olunmuş ərazisində ermənilər tərəfindən həyata keçirilən provokasiyalarla bağlı tutduqları mövqe onların əsl simasını üzə çıxarır. Azərbaycanlı əsirlər Dilqəm Əsgərov və Şahbaz Quliyevə verilən işgəncələr, qondarma məhkəmə prosesi, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisində hərbi təlimlər və provokasiyalar etməsinə münasibət bildirmək əvəzinə, Azərbaycan hökumətinə qarşı əsassız ittihamlar söyləyir. Əslində, ABŞ Dövlət Departamenti Azərbaycan hökumətindən yox, biz ABŞ hökumətinin insan haqlarına dair beynəlxalq öhdəlik və vəzifələrinə əməl etməməsindən narahatıq.   Amerika Birləşmiş Ştatları öz xalqına qarşı polis zorakılığına son qoymalı, irqi və milli dözümsüzlük hallarına qarşı tədbirlər görməlidir. Beynəlxalq aləmdə isə ABŞ son dövrlər terrorizmə qarşı mübarizə aparan ölkədən terrorizmi dəstəkləyən ölkəyə çevrilməkdədir”.   Ə. Hüseynli həmçinin bildirib ki, bu günlərdə səfirliyin müraciəti əsasında MM-in Hüquq komitəsinin sədri kimi ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili ... ardı »
Baxış: 386 | Əlavə etdi: mozalax | Tarix: 03.12.2014 | Şərhlər (0)

Мехмет ПеринчекОб этом в беседе с корреспондентом Vesti.Az заявил авторитетный турецкий писатель и историк, автор исследования о преступлениях армян против мирного мусульманского населения в начале XX века Мехмет Перинчек, комментируя информацию о внесенным на днях в парламент Турции законопроекте о признании «геноцида армян». «Турецкие политики знают, что марионеточное государство «Курдистан» преследует цель увеличить свою территорию за счет турецких земель. И в этом деле огромную роль играет ПКК, которую Запад умело использует. И поскольку турецкие политики готовятся к предотвращению попыток давления на страну, инициируемая извне проблема «геноцида армян» имеет цель заранее ослабить контр-меры Турции. «Геноцид армян» не является для Турции просто «армянским вопросом». Оставшиеся в далеком прошлом события 1915 года были вновь актуализированы в качестве фундамента под попытки раскола Турции и ослабить Анкару в глазах мирового сообщества. За последние годы в принятых антитурецких решениях война за независимость Турции преподносится в качестве преступления против человечества, оккупация Анадолу западными силами отодвигается на задний план, а верхом «международной правовой справедливости» считается Севрский договор. В 31-м пункте второй статьи проекта резолюции США говорится: «Виновные в осуществлении геноцида армян не были осуждены местным или международным судом, из-за этого подобные геноциды могут повториться». Эта мысль доказывает мои слова по поводу цели принятых  антитур ... ardı »
Baxış: 408 | Əlavə etdi: mozalax | Tarix: 03.12.2014 | Şərhlər (0)

Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı qərar prokurorluğu narazı salıb  Bu gün Bakı Apelyasiya Məhkəməsində zorlamada təqsirli bilinən Məcid Məcidovun barəsində çıxarılmış bəraət hökmündən apelyasiya protestinə baxılıb. Lent.az-ın məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə şikayət üzrə məhkəmənin ilkin baxış iclası olub. Prosesdə prokurorluğun şikayəti dəqiqləşdirilib və məhkəmə baxışı dekabrın 16-na təyin edilib.   Qeyd edək ki, Rusiya Federasiyasının vətəndaşı olan 23 yaşlı N.İ (şərti) 11 may 2013-cü il tarixdə gecə saat 5 radələrində Səbail rayonunda müvəqqəti yaşadığı mənzildə Bakı şəhər sakini Məcid Məcidov tərəfindən zorlanması barədə müraciəti Səbail Rayon Prokurorluğunda araşdırılıb. Müəyyən edilib ki, Bakı şəhərində fəaliyyət göstərən “Grand House” daşınmaz əmlak firmasının rəhbəri M. Məcidov mayın 10-da N.İ-nin müraciəti əsasında Bakı şəhəri, Ü. Hacıbəyov küçəsi, 27 saylı ünvanda yerləşən mənzili 10 gün müddətinə kirayəyə verib. M. Məcidov mənzilin açarlarının birini ona təqdim edib, ertəsi gün isə gecə saat 5 radələrində özündə olan ikinci açarla qanunsuz olaraq həmin mənzilə daxil olaraq zor tətbiq etməklə zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə edib onunla cinsi əlaqədə olaraq zorlayıb. İstintaq orqanı Məcid Məcidovu Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) və 157.3-cü (mənzil toxunulmazlığını pozma) maddələri ilə təqsirləndirib.   Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən pro ... ardı »
Baxış: 369 | Əlavə etdi: mozalax | Tarix: 03.12.2014 | Şərhlər (0)

Hafiz Səfixanov: “Son bir ildə Suriya, Myanma dövlətlərində və separatçı Dağlıq Qarabağda minaların istifadə olunması faktı qeydə alınıb” Bakı. Rəşad Süleymanov - APA. Ötən il APA-nın ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində əlavə minalar basdırması barədə yaydığı xəbər Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniyanın xətti ilə dəqiqləşdirilib və beynəlxalq hesabata salınıb.   APA-nın məlumatına görə, bu barədə bu gün keçirdiyi mətbuat konfransında «Minalar Əleyhinə Azərbaycan Kampaniyası» İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib.   H. Səfixanovun sözlərinə görə, APA-da yayımlanan xəbərlə bağlı onlar Beynəlxalq Kampaniyanın xətti ilə araşdırma aparıblar. Erməni tərəfinə suallar ünvanlanıb. Qarşı tərəfin verdiyi cavabda fakt təsdiqlənib. Ermənilər bu addımlarını Azərbaycan Ordusunun «diversiya qruplarının qarşısını almaq üçün etdiklərini» bildiriblər.   «Bütün hallarda, hansı məqsəd daşımasından asılı olmayaraq, yeni minaların basdırıldığı faktdır. Bu, ermənilərin qanunsuz hərəkətlərini beynəlxalq hesabata daxil etməyimizə və pislənməsinə imkan verdi», - deyə H. Səfixanov vurğulayıb.   H. Səfixanov qeyd edib ki, bu gün – dekabrın 3-də Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya və Kasetli Silahlara qarşı Koalisiya təşkilatı Bakı da daxil olmaqla, dünyanın 20 şəhərində «Landmine Monitor Report 2014» hesabatını təqdim edir. Bu hesabat 1 sentyabr 2013 - 30 oktyabr 2014 tarixlərində dünyada mi ... ardı »
Baxış: 237 | Əlavə etdi: mozalax | Tarix: 03.12.2014 | Şərhlər (0)

Daxil ol
səbət
Ваша корзина пуста
Axtarış
Təqvim
«  dekabr 2014  »
b.eç.açc.ac.şb
1234567
891011121314
15161718192021
22232425262728
293031
Аrxiv
Dost Saytlar
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • musa.sb MyCorp © 2024