Mənim saytım
Saytın menyusu
Bölmələr
Siyasət [19]
Sosial [24]
Hadisə [43]
İqtisadiyyat [9]
Dünya [17]
Avto [0]
Mədəniyyət [4]
Maqazin [3]
İdman [2]
Texnologiya [9]
Hərbi [0]
Foto [1]
Video [1]
Cəmiyyət [0]
Şou-biznes [1]
Maraqlı [8]
Ədəbiyyat [0]
Hücrə [0]
Proje [0]
Media [0]
Kinoteatr [0]
Qeyri adi [0]
Tarix [0]
Füzuli [1]
Bakı [0]
Digər [4]
Qazax [0]
Sağlamlıq [0]
Gündəm [1]
Ölkə futbolu [13]
Xarici futbol [1]
Digər idman növləri [6]
Bizim kuponlar [0]
Komanda [2]
Akademiya [0]
Kommersiya [0]
Klub [0]
İctimaiyyət [0]
Digər növlər [0]
Ramiz Quliyev [1]
Per Laqerkvist [1]
Lev Tolstoy [0]
İnanclar [1]
Ailə [1]
Sevgi [1]
Sağlıq [1]
Dəb [0]
Evim [0]
Mətbəx [0]
Həyata tərzi [0]
Əyləncə [0]
Mütəxəssislər [0]
Cinayət [0]
Din [0]
Ordu [1]
Mini Çat
200
Statistika

On line: 1
Qonaq: 1
İstifadəçi: 0
Главная » 2014 » dekabr » 05
a Diqqət: Ürəyi zəif olanlar fotolara baxmasınlar Dünyada hər il yeni xəstəliklər, viruslar aşkarlanır. Bunların əksəriyyəti müalicə oluna bilsə də, bir çox nadir xəstəliklər var ki, insanlar bu xəstəliklərlə bir ömür boyu yaşamalı olurlar. Oxuculara dünyada rast gəlinən ən nadir 14 xəstəliyin adlarını, onların xüsusiyyətlərini və fotolarını təqdim edirik: Sirenomelia - "Dəniz qızı" sindromu. Bu xəstəlikdən əziyyət çəkənlər doğulanda yapışıqlı ayaqlarla doğulurlar. Proteus sindromu - bədənin müəyyən yerləri böyüyür və bu böyümə dayanmır. Nəticədə bədənin quruluşu dəyişir. Progeriya - "80 yaşlı uşaq" sindromu. Bu xəstəlikdən əziyyət çəkən uşaqların bədəni yaşlı insan bədəninə oxşayır. Porfiriya - "Vampir" xəstəliyi də adlandırılan bu xəstəliyə düçar olanlar günəş şüalarına qarşı həssas olurlar. Günəş şüaları ilə ən cüzi təmas dəridə yanma və ağrılara səbəb olur. Mikropsi - bu xəstəliyin başqa adı "Alisa Möcüzələr Diyarında"dır. Mikropsi sindromlu insanlar əşyaları olduğundan çox daha kiçik görürlər. Esthesioneuroblastoma (ENB) - nadir rast gəlinən şiş xəstəliyidir. Fransada bu xəstəliyə düçar olan 53 yaşlı bir qadın ölkə başçısından eftananaziyasını istəmişdi. Lakin onun istəyi qəbul edilməmişdi. Elefantiyazis - "fil xəstəliyi" və ya "fil adam" da adlandırılan bu xəstəlik tropik bölgələrdə bəzi növ soxulcan sürfələrinin bədənə daxil olması ilə əmələ gəlir. Baloncuk - dəri üzərində yaranan şişlər getdikcə böyüyür və bütün bədənə yayılır. Dünyada yalnız bir ... ardı »
Baxış: 430 | Əlavə etdi: mozalax | Tarix: 05.12.2014 | Şərhlər (0)

Türkiyədə çox maraqlı hadisə baş verib. Yeni Lemurya Respublikası adından hazırladığı diplomatik pasportla tutulan Ahmet Çatalkaya adlı şəxs məhkəmədə olmayan ölkəsi adına Türkiyəyə nota verib. Vətəninfo.az xəbər verir ki, Çatalkaya 3 dpostu ilə birlikdə Songhrati Thaumaturgy Respublikası deyə xəyali bir ölkənin nümayəndəliyini açmaq üçün Xarici İşlər Nazirliyinə müraciət edib. Ahmet Çatalkaya Xarici İşlər Nazirliyinə müraciət edərək “Demokratik və Konstitusiyon Songhrati Thaumaturgy Respublikası” adlı bir dövlətin fəxri konsulları olduğunu söyləyərək Türkiyədə bu dövlətin nümayəndəliyini açmaq istədiyini bildirib.  O, müraciətndə qeyd edib ki, adalardan ibarət olan bu “dövlət” 2003-cü ildə Malaziyada müstəqilliyini elan edib. Özünü bu dövlətin İstanbuldakı fəxri konsulu kimi təqdim edən Çatalkaya dövlət adına ticarət, iqtisadiyyat və mədəniyyət ofisi açmaq istədiklərini bildirib.  Saxta diplomat qeyd edib ki, Songhrati Thaumaturgy Respublikasının prezidenti Keith Mackenzie Mcocsci də əslən Türk kökənlidi. Nümayəndəlik üçün rəsmi müraciət etdikdən sonra XİN-ə zəng edən “diplomat” Baş Qərargah, MİT, DİN və digər qurumalarla da görüşdüyünü və onlardan razılıq aldığını iddia edib.  Sənədləri araşdıran XİN əməkdaşları şoka düşüb. Məlum olub ki, yer üzündə ümumiyyətlə belə bir dövlət yoxdu və heç vaxt da olmayıb. Sənəddə göstərilən ünvanın İspaniyaya, faks və telefon nömrələrinin Almaniya və İngiltərəyə, nümayəndəlik üçün göstərilən ünvanın isə İstanbulda bir turizm şirkətin ... ardı »
Baxış: 323 | Əlavə etdi: mozalax | Tarix: 05.12.2014 | Şərhlər (0)

Hacıqabul Rayon Talış kənd tam orta məktəbinin müəllimləri həmin təhsil müəssisəsinin rəhbəri ilə bağlı redaksiyamıza müraciət ediblər. Müəllimlərin sözlərinə görə, məktəbin 71 yaşlı direktoru Mirsaleh Mirabbas oğlu Məmmədov dövlətə məxsus məktəbi öz mülkü hesab edərək vəzifəsindən sui-istifadə edir. Onun məktəbə məxsus maddi-texniki vasitələri mənimsədiyi, məktəbin texniki işçilərinin əksəriyyətinin maaş kartlarını alıb uzun müddət özündə saxladığı, ayda bir neçə dəfə işə çıxmaq və ya ümumiyyətlə, gəlməmək şərti ilə onlara cüzi miqdarda pul verdiyi bildirilir. İddia olunur ki, hətta bu fakt Hacıqabul Rayon Maliyyə İdarəsindən gələn yoxlama tərəfindən aşkarlanaraq, maaş kartları öz sahiblərinə qaytarılıb. Buna baxmayaraq, həmin xoşagəlməz əməl cəzasız qalıb. Qeyd olunur ki, direktor digər texniki vəzifələrə öz yaxın qohumlarının adlarını yazdırıb, müvafiq dövlət sənədlərini (tabel cədvəlini-red) saxtalaşdıraraq uzun müddətdir işə gəlmədikləri halda, onların adına olan maaşları mənimsəyir. Bir zamanlar hətta məktəbə aid elektrik enerjisindən evinə gizli xətt çəkdirib, uzun müddət qanunsuz olaraq istifadə edirdi. Gənc müəllimlərin narazılığı sayəsində bu xətt ləğv edilib. Həmçinin dərs bölgüsü zamanı dərslər müəyyən məbləğ müqabilində qeyri-ixtisas müəllimlərinə verilir (ixtisas müəllimi olduğu halda-red). “Digər hallarda biz ona problem olduğumuz, həmçinin hər ay yaşlı müəllimlər kimi pul vermədiyimiz üçün müxtəlif bəhanələrlə gənc müəllimlərin öz işini görməsinə maneçilik ... ardı »
Baxış: 413 | Əlavə etdi: mozalax | Tarix: 05.12.2014 | Şərhlər (0)

İstiqlal.az-a daxil olan məlumata görə hakim jurnalisti 2 ay azadlıqdan məhrum etmək barədə qərar çıxarıb. *** Prokuror 3 ay həbs istəyib. Bir azdan qərar açıqlanacaq. Bu haqda "Azadlıq" radiosuna vəkil Elton Quliyev məlumat verib. Vəkilin sözlərinə görə, məhkəmə heyəti müşavirəyə gedib. *** “Azadlıq” radiosu Baş Prokurorluğun jurnalist Xədicə İsmayılın həbs olunması üçün məhkəməyə təqdimat verdiyi haqda məlumat yayıb. Məlumatda deyilir ki, təqdimata Sabayel Rayon Məhkəməsində baxılacaq. Artıq Xədicə İsmayıl məhkəməyə aparılıb. Vəkil Elton Quliyev məhkəmənin jurnalistlə bağlı həbs qərarı çıxaracağını ehtimal edir. Xədicə İsmayıl ailə üzvlərindən dərmanlarını və paltarlarını gətirmələrini istəyib. Bu il fevralın 17-də Xədicə İsmayıl facebook şəbəkəsində Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olduğu ehtimal edilən material yayıb. Materialda MTN-in müxalifət partiyalarına casus yerləşdirməsindən bəhs olunur. Jurnalist materialı ona hazırda Fransada yaşayan sabiq MTN zabiti Ramin Nağıyevin 2011-ci ildə ötürdüyünü deyir. Sözügedən materialla əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb.
Baxış: 329 | Əlavə etdi: mozalax | Tarix: 05.12.2014 | Şərhlər (0)

"Zayka"-nın sındırılması telefonun yaddaşına çəkilir Qanuni oğru, “Zayka” ləqəbli Zaur Əliyevin işgəncə görüntülərini əldə etmişik. Qaynar.info Axar.az-a istinadən xəbər verir ki, Moskvada yerləşən “Matrosskaya Tişina” cəzaçəkmə müəssisəsində məhbuslar arasında kütləvi dava baş verib.  Azərbaycanda həbsdə olan məşhur qanuni oğru Loti Quli ləqəbli Nadir Səlifovun tərəfdarları rəqib komandadan hesab edilən başqa bir qanuni oğruya - Zaykaya inanılmaz işgəncələr veriblər. İşgəncələrdən sonra görüntüyə alınan Zayka Lotu Quli haqqında bir çox yerlərdə təhqiramiz ifadələr işlətdiyinə görə üzr istəyir: “Adım Əliyev Zaurdur. Ləqəbim “Zayka”dır. Bütün oğrulardan üzr istəyirəm. Bir səhvdir etmişəm. Qulidən üzr istəyirəm. Gəncəli Rəşad və Canpolad məni öyrədirdilər. Özləri də söyürdü və məni məcbur edirdilər ki, mən də söyüm”. Məlumata görə, Zayka Moskvada Lotu Qulinin kurasiyasında olan ticarət obyektlərini basır və ona buranın Quliyə aid olduğunu xatırlatdıqda, avtoritetin ünvanına kəskin ifadələr işlədirmiş. Hətta bir neçə dəfə məhz belə gərginlikdə Lotu Quli ilə telefon əlaqəsi də yaradılıb və Zayka Azərbaycanda türmədə olan Qulini telefonda söyməkdən belə çəkinməyib. Gecə barlarının birində qanunsuz daşıdığı silahla həbs olunan Zaykanın daha sonra “Matrosskaya Tişina”ya salınması isə vəziyyət daha da gərginləşib: Lotu Qulinin tərəfdarları oğru dünyası üçün qəbuledilməz əməllərinə görə Zaykaya dəhşətli işgəncə veriblər və onu “sındırıblar”. Bu videodan sonra Zaykanın oğru titu ... ardı »
Baxış: 454 | Əlavə etdi: mozalax | Tarix: 05.12.2014 | Şərhlər (0)

Binəqədi rayonu 6-cı mikrorayonda qaçqınların məskunlaşdığı binanın zirzəmisində yaşayan Leyla Səyyadova və onun həyat yoldaşı Tanrıverdi Səyyadov bu soyuq günlərdə 3 körpə uşaqla birlikdə xarabalıqda yaşayır. Musavat.com-un məlumatına görə, 7 il öncə ailə quran bu insanların həyatı ağrı-acılarla doludur.  Bərdə rayon sakini olan Leyla Səyyadova 1992-ci ildə Xocalı soyqırımı zamanı anası ilə birgə ermənilərə əsir düşüb və 1 il 7 ay əsirlikdə qalıb. O, vaxtilə mərhum prezident Heydər Əliyevin təşəbbüsü ilə əsirlikdən xilas edilib.  Onun həyat yoldaşı 54 yaşlı Tanrıverdi Səyyadov Qarabağ müharibəsi dövründə həbsdə olub, döyüşdə vuruşması üçün azad edilib və 4 il Qarabağ uğrunda vuruşub. Onlar 2007-ci ildə ailə qurublar və 3 övladları var. Böyük övladının 6, digərinin 4, ən kiçiyinin isə 2 yaşı var. Ancaq bu uşaqları rahat böyütmək üçün Səyyadovlar ailəsinin nəinki evi, hətta gündəlik çörək pulu belə, yoxdur.   Əsirlikdə sağlamlığını itirən  Leyla əlildir. Ermənilər avtomatın qundağı ilə onun başını zədələyib, indi başının bir hissəsi silikondur. Gözünün biri görmür, digərinin isə görmə faizi 60- faizə düşüb.  Tanrıverdi Səyyadov deyir ki, Qobustan rayonunda evi olsa da, bacısı həmin evi onun əlindən alıb, evə sahib çıxıb. Ailə 17 gün Dram teatrının qarşısındakı parkda gecələyib.  Uşaqlarına nə geyim, nə ərzaq ala bilməyən ailə başçısı isə xəstə olduğundan işləyə bilmir. İndi ailənin həyatı xeyirxah insanlardan asılıdır.   Ailənin həm maddi, həm də tibbi yardıma ehtiy ... ardı »
Baxış: 432 | Əlavə etdi: mozalax | Tarix: 05.12.2014 | Şərhlər (0)

Xüsusən ağıllı telefonların batereyalarının sürətlə azalması insanlar üçün gündəlik həyatda probləmlər yaradır. Bu məsələni nəzərə alan "StoreDot" firması yeni texnalogiya təqdim edir. Bizimyol.info xəbər verir ki, telefonlarınızı 30 saniyəyə şarj edəcək bu texnalogiyanın 2015-2016-cı illərdə insanların istifadəsinə veriləcəyi nəzərdə tutulub. Bu prototip, Microsoftun Tel Avivdə keçirilən "Think Next" konfransındakı təqdimatda firmanın ağıllı telefonu qısa bir müddətdə şarj edərək, müvəffəqiyyətli olduğunu göstərdi.
Baxış: 436 | Əlavə etdi: mozalax | Tarix: 05.12.2014 | Şərhlər (0)

a Anar Ağayev: “Rəsmi Bakının Krım məsələsindəki mövqeyi burada bizə qarşı olan xoş münasibəti daha da artırdı” Azərbaycan xalqı ilə Ukrayna xalqları arasında sıx münasibətlər mövcuddur. Bu münasibətlər tarixən mövcud olub və bu gün də davam edir. Azərbaycan xalqını Ukrayna Respublikasının Krım yarımadasında yaşayan türkdilli xalq-Krım tatarları ilə daha sıx tellər bağlayır. Krım türklərindən olan İsmayıl Qaspiralı, Mustafa Krımoğlu və s. Azərbaycanda hörmətlə yad edilir. Çar Rusiyası zamanı imperiya ərazisindəki bütün türkdilli xalqlar, o cümlədən azərbaycanlılar da rəsmi sənədlərdə Tatar adlandırılıb. Lənkəranda kazaklara abidə ucaldılıb. Ukraynalı ataman A.Qolovatı 1795-ci ildə Azərbaycanın cənub sərhədlərini qorumaq məqsədi ilə Azərbaycana gəlib və burada vəfat edib. 200 ildir Azərbaycan xalqı onun məzarını qoruyur. 1930-cu illərdə ukraynalılar da Azərbaycan xalqı kimi Stalin rejiminin repressiyalarına məruz qalıb. Ukraynada təxminən 500 min azərbaycanlı yaşayır. Bu ölkədə güclü Azərbaycan diasporu fəaliyyət göstərir. Onlar ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. Azərbaycanlılar rəhbər vəzifələrdə də təmsil olunublar. Post-sovet məkanında Azərbaycanın əsas strateji müttəfiqlərindən biri Ukraynadır. Azərbaycanla Ukrayna arasında nə dəniz, nə də quru sərhədlərin olmamasına baxmayaraq, iki ölkə arasındakı strateji müttəfiqlik münasibətləri durmadan möhkəmlənir və genişlənir. Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlər 31 yanvar 1992-ci ildə qurulub. ... ardı »
Baxış: 354 | Əlavə etdi: mozalax | Tarix: 05.12.2014 | Şərhlər (0)

Azərbaycanda bələdiyyə seçkiləri günü – 23 dekabr qeyri-iş günü elan edilib, bunu Respublikanın Mərkəzi Seçki Komisiyasında bildiriblər. Seçkilərin nəticələrinə görə, 118 seçki dairəsinin 1607 bələdiyyəsinə  15 min 35  əməkdaş seçiləcək. MSK məlumatına müvafiq olaraq, seçki komisiyaları səsverməyə hazırdır. Azərbaycan MSK bələdiyyə seçkilərinə 36 min 770 namizəd qeydiyyatdan keçib. Bələdiyyə seçkiləri üçün 4 milyon 976 min 302 seçki bülleteni çap ediləcək.(oxu.az)
Baxış: 436 | Əlavə etdi: mozalax | Tarix: 05.12.2014 | Şərhlər (0)

Рустам Гасымов  - В первую очередь я благодарен государству, что оно создает все условия для творческих и не творческих людей воплощать в жизнь свои идеи. Если у нас проводят выставки, конкурсы, презентации, премьеры – это говорит о стабильности, царящей в нашем государстве. Если сравнивать Азербайджан с другими бывшими странами СССР, то мы опережаем их на два-три шага, а наших соседей мы обогнали как минимум на 50-60 лет. Об этом я знаю не понаслышке.    Я не являюсь супер профи, поэтому судить об изменениях в культурной жизни, по моему мнению, было бы неправильным. Лучше это доверить настоящим корифеям, например, Таиру Салахову, Сакиту Мамедову, Хайяму Мирзазаде и многим другим мэтрам в сфере искусства. Они имеют на это полное право. Я считаю себя механизмом, который постоянно изменяется, иногда в лучшую, иногда в худшую сторону. Иногда бывают впечатлительные победы, иногда, к сожалению, обидные поражения. Порой выступление достаточно хорошее и сильное, иногда слабое. Я это признаю. Я всегда в процессе. Для меня цель – ничто, движение – всё. Нет предела совершенству и работы над собой.       - Во-первых, мы должны быть благодарны, что прожили 70 лет при СССР. Идеи и задумки, которые мы не смогли притворить в жизнь в царское время, мы реализовали в советскую эпоху. Мне сложно судить, что стало, если бы нам удалось сохранить АДР образца 1918 года. Никто не знает, как развились бы события и во что превратился бы Азербайджан. Могло стать лучше, а возможно, из нас сделал ... ardı »
Baxış: 383 | Əlavə etdi: mozalax | Tarix: 05.12.2014 | Şərhlər (0)

Бывший начальник Бакинского Метрополитена Таги Ахмедов назначен на новую должность. Как передает Oxu.Az, об этом сообщила супруга Таги Ахмедова Салатын Ахмедова. Она подтвердила распространенную информацию и заявила, что Т.Ахмедов назначен руководителем аппарата Ясамальской районной организации Партии «Ени Азербайджан» (ПЕА). «Да, это верная информация. Он уже приступил к работе», - отметила С.Ахмедова. Отметим, что ранее экс-начальник Метрополитена, занимал должность заместителя председателя Ясамальской районной организации ПЕА.
Baxış: 366 | Əlavə etdi: mozalax | Tarix: 05.12.2014 | Şərhlər (0)

Zöhrə Abdullayevadan təəccüb doğurucu məsləhət gəldi. Gecce.az xəbər verir ki, sənətçi ailə qurmaq istəyən gənc xanımlara məsləhət görüb. O deyir ki, ən gözəl ər elə müğənnilərin arasından çıxır. “Ərə gedib neynirsiz? Gedib qapazaltı olmaqdansa, hirslənməkdənsə subayçılıq yaxşıdır.   Əgər deyirsənsə, yox ərə gedəcəm. Onda həyat yoldaşınızı müğənnilərdən seçin. Müğənnilər çox yaxşı arvad saxlayırlar. Amma gedin qardaşınıza müğənni alın deyə bilmərəm. Elnarə xanımın o fikri ilə tam razıyam.”
Baxış: 387 | Əlavə etdi: mozalax | Tarix: 05.12.2014 | Şərhlər (0)

Yol polisini əzib keçən "Porsche"nin sürücüsünün kimliyi bəlli olub.Moderator.az milli.az-a istinadən xəbər verir ki, ötən gün İstiqlaliyyət küçəsində yol polisinə qarşı təhqiramiz rəftarı ilə xəbərlərin gündəminə çıxan şəxs tanınmış şair, dramaturq və tərcüməçi Əliağa Kürçaylının nəvəsidir. Onun da adı babasının adı kimi Əliağa Kürçaylıdır.  Nəvə Əliağa Kürçaylı idarə etdiyi "90 KF 155" dövlət nömrə nişanlı avtomobilinin fotolarını özünün sosial şəbəkədəki profilində də yerləşdirib.  Xatırladaq ki, ötən gün Bakının mərkəzində "Porsche" sürücüsünün yol polisinə qarşı etdiyi hərəkət hər kəsi şoka salıb.  Yol polisi İstiqlaliyyət küçəsində yolu bağlayan zaman 90 KF 155 dövlət nömrə nişanlı "Porsche Cayenne" markalı avtomobilin sürücüsü onun əmrinə tabe olmayıb. Yol polisi serjantı maşının qarşısında dayansa da, sürücü maşını arxaya verərək polisin üzərinə sürüb. Sonradan bu hərəkətini təkrarlayaraq polisi vurub kənara tullayıb və avtomobilini sürüb gedib. Hadisə zamanı yol polisi serjantı ayağından xəsarət alıb. Şair, dramaturq və tərcüməçi Əliağa Kürçaylı məşhur rus şairi Sergey Yeseninin əsərlərini Azərbaycan dilinə tərcümə edib. O, bir çox şeirlər və pyeslərin müəllifidr.
Baxış: 329 | Əlavə etdi: mozalax | Tarix: 05.12.2014 | Şərhlər (0)

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin Xarici İşlər naziri Didye Burxalter Azərbaycan və Ermənistanı “Böyük Sülh Sazişi”nə hazırlaşmağa çağırıb. İstər ATƏT, istə ATƏT-in Minsk qrupu son 20 ildə münaqişənin həllinə barmaqarası baxıb. Hər görüşdən sonra “irəliyə doğru daha bir müsbət addım” açıqlamaları ilə Dağlıq Qarabağ probleminin həlli naməlum vaxta təxirə salınıb.  Maraqlıdır ki, ATƏT son açıqlamasında əvvəlki hallardan fərqli olaraq, atəşkəsi uzatmağı yox, birdəfəlik sülhün imzalanmasını istəyib və tərəfləri hazır olmağa çağırıb. Özü də bu bəyanat Rusiyanın da  Qarabağ münaqişəsinin  həlli  ilə bağlı  proseslərə  daha ciddi şəkildə  qoşulduğu və məlumatlara görə, Putinin bu məsələylə bağlı  Sarkisyana  təzyiqlər etdiyi bir dönəmdə verilib. Bundan başqa, Ukraynanın şərqində separat müharibə, Şimali Qafqazda gərginlik, Moldovada qərbyönümlü partiyaların üstünlük qazanması fonunda Cənubi Qafqaz regionu Avropa və ABŞ üçün daha kəskin əhəmiyyət kəsb etməyə başlayıb. Açıqlamaya Azərbaycan tərəfinin cavabı gecikməyib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məsələ ilə bağlı deyib: “Xarici işlər naziri Elmar Məmmədyarov 4-5 dekabr tarixlərində Bazeldə keçirilən ATƏT-in 21-ci nazirlər şurasının iclasında çıxışı zamanı “Böyük sülh sazişi” üzərində işləmək üçün Azərbaycanın hazır olduğunu bir daha vurğulayıb. Nazir Elmar Məmmədyarov çıxışında bildirib ki, Ermənistan bu önəmli təşəbbüsü ciddi şəkildə nəzərdən keçirməlidir. Göründüyü ... ardı »
Baxış: 332 | Əlavə etdi: mozalax | Tarix: 05.12.2014 | Şərhlər (0)

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin Xarici İşlər naziri Didye Burxalter Azərbaycan və Ermənistanı “Böyük Sülh Sazişi”nə hazırlaşmağa çağırıb. İstər ATƏT, istə ATƏT-in Minsk qrupu son 20 ildə münaqişənin həllinə barmaqarası baxıb. Hər görüşdən sonra “irəliyə doğru daha bir müsbət addım” açıqlamaları ilə Dağlıq Qarabağ probleminin həlli naməlum vaxta təxirə salınıb.  Maraqlıdır ki, ATƏT son açıqlamasında əvvəlki hallardan fərqli olaraq, atəşkəsi uzatmağı yox, birdəfəlik sülhün imzalanmasını istəyib və tərəfləri hazır olmağa çağırıb. Özü də bu bəyanat Rusiyanın da  Qarabağ münaqişəsinin  həlli  ilə bağlı  proseslərə  daha ciddi şəkildə  qoşulduğu və məlumatlara görə, Putinin bu məsələylə bağlı  Sarkisyana  təzyiqlər etdiyi bir dönəmdə verilib. Bundan başqa, Ukraynanın şərqində separat müharibə, Şimali Qafqazda gərginlik, Moldovada qərbyönümlü partiyaların üstünlük qazanması fonunda Cənubi Qafqaz regionu Avropa və ABŞ üçün daha kəskin əhəmiyyət kəsb etməyə başlayıb. Açıqlamaya Azərbaycan tərəfinin cavabı gecikməyib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məsələ ilə bağlı deyib: “Xarici işlər naziri Elmar Məmmədyarov 4-5 dekabr tarixlərində Bazeldə keçirilən ATƏT-in 21-ci nazirlər şurasının iclasında çıxışı zamanı “Böyük sülh sazişi” üzərində işləmək üçün Azərbaycanın hazır olduğunu bir daha vurğulayıb. Nazir Elmar Məmmədyarov çıxışında bildirib ki, Ermənistan bu önəmli təşəbbüsü ciddi şəkildə nəzərdən keçirməlidir. Göründüyü ... ardı »
Baxış: 390 | Əlavə etdi: mozalax | Tarix: 05.12.2014 | Şərhlər (0)

Son vaxtlar Azərbaycanda maşınlarla ehtiraslı şəkillər çəkdirən qızlar peyda olub.  Qaynar.info-nun avtosfer.az sosial şəbəkələrdən əldə etdiyi fotolardan da aydın olur ki, bir qrup gənc xanım ayrı-ayrı bahalı avtomobillərlə ehtiraslı fotosessiyalar etdirirlər. Bu fotolar isə sonradan həmin xanımlar deyil, avtomobil sahibləri tərəfindən sosial şəbəkələrdə yayılır. Həmin avtomobillərdən bir neçəsinin fotolarını məhz sosial şəbəkələrdən əldə etmişik. Bir müddət əvvəl 90 MP 090 dövlət nömrə nişanlı avtomobilin, daha doğrusu, həmin nömrənin olduğu bir neçə avtomobilin müxtəlif qızlarla ehtiraslı fotoları yayılmışdı. Həmin materiallara sosial şəbəkələrdə yazılan şərhlərdən belə məlum oldu ki, bu qızların əksəriyyəti bu peşə ilə məşğul olurlar. İmkanlı şəxslər həmin qızlarla maşında ehtiraslı fotosessiya müqabilində 500 manatdan 5 min manata qədər pul xərcləməli olurlar.  Məsələn, 10 – 100, 90 GG 666, 10 XP 111, 90 – 090, 90 BB 555, 90 XF 970, 90 BU 100 dövlət nömrə nişanlı avtomobillərin müxtəlif xanımlarla fotoları yayılıb. Eyni zamanda, ayrı-ayrı vaxtlarda başqa avtomobillərin də xanımlarla maraqlı fotoları var. Bəzi avtomobillərin nömrələri ilə yanaşı, xanımların da üzü gizlədilib. Bu da başadüşüləndir. Amma əksəriyyəti bu işi açıq-aşkar görür. Əslində, burada qeyri-adi nəsə yoxdur. Sadəcə, maraqlıdır deyə, onların siyahısını təqdim edirik: 15 BK 777, 90 MP 090, 10 —700, 90 AS 82-, 10 TS 050, 90 HH 014, 90 HF 907, 10 UU 203, 90 CE 044, 90 MS 079, 1 ... ardı »
Baxış: 437 | Əlavə etdi: mozalax | Tarix: 05.12.2014 | Şərhlər (0)

İki tələbə Whatsappın zəif tərəfini tapıb. 17 yaşlı hindli İndrajeet Bhuyan və Saurav Karın istifadəçilərə göndərdikləri mesajlar Whatsappı kilidləyib.    Bizimyol.info-nun məlumatına görə, məlum olub ki, 2000 işarəlik bir mesaj bu sistemi çökdürməyə qadirdir. Sözügedən mesajı açmaq istəyərkən Whatsapp kilidlənir. Üstəlik bu adamla olan söhbət keçmişi mesajın gəlişindən etibarən geri gətirilmir. Whatsappın kilidlənməməsi üçün tanınmayan şəxslərdən gələn mesajları açmamaq məsləhətdir.  Problemin tezliklə aradan qaldırılması gözlənilir.  Mənbə: milliyet.com.tr
Baxış: 373 | Əlavə etdi: mozalax | Tarix: 05.12.2014 | Şərhlər (0)

Dekabrın 6-da  hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-qərb küləyi 15-20 m/s olacaq, gecə və səhər arabir 23-28 m/s-dək güclənəcək, axşam 9-14 m/s-dək mülayimləşəcək. Temperaturun gecə 1-3° isti, gündüz 4-6° isti, Bakıda gecə 1-3° isti, gündüz 4-6° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək. Tibbi-meteoroloji proqnoza görə, dekabrın 6-7-də Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin tərəddüdü, güclü şimal-qərb küləyinin güclü cənub-qərb küləyi ilə əvəz olunması meteohəssas insanlar üçün əlverişsizdir. Naxçıvan Muxtar Respublikasında axşam bəzi yerlərdə yağıntı olacağı ehtimalı var. Qərb küləyi 5-10 m/s olacaq, arabir 18-23 m/s-dək güclənəcək. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, bəzi yerlərdə 10°-dək şaxta, gündüz 3-7° isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Axşam yağıntılı olacağı ehtimalı var. Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s olacaq, gecə və səhər ayrı-ayrı yerlərdə 23-28 m/s-dək güclənəcək. Temperaturun gecə 5-10° şaxta, bəzi yerlərdə 15° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı ... ardı »
Baxış: 417 | Əlavə etdi: mozalax | Tarix: 05.12.2014 | Şərhlər (0)

Dişlərə düzgün qulluq edilməsi onların sağlamlığı və gözəl görünüşü üçün əsas şərtdir.Dişləri hər gün səhər və axşam yeməyindən sonra, yatmazdan əvvəl düzgün təmizləmək lazımdır.Dişlərin təmizlənməsi 3 dəqiqə ərzində aparılır. Əvvəlcə dişlərin xarici, sonra daxili, daha sonra çeynəmə səthləri təmizlənir. Dilin üzərində ağ ərp olduqda onu müvafiq yeri olan xüsusi diş fırçası ilə təmizləmək lazımdır.Axşam dişləri təmizlədikdən sonra barmaqlarla diş ətini masaj etmək tövsiyə olunur. Diş ətini masaj etmək üçün təmiz barmaqları onun üzərinə qoyaraq, dişlərə tərəf olmaqla dairəvi hərəkətlər etmək lazımdır. Masaj 5-7 dəqiqə ərzində aparılır. Prosedurdan qabaq diş ətinə diş pastası da sürtmək olar. Ağız boşluğu və diş ətinin iltihabları zamanı masaj etmək olmaz.Hal hazırda stomatoloqlar dişlərin ağardılması üçün müxtəlif metodikalardan istifadə edirlər.Lakin ev şəraitində də bəzi xalq təbabəti üsuların köməyi ilə dişləri ağartmaq mümkündür. Bu vasitələrin arasında: 1. Ağcaqayın ağacının quru oduncağı ocaqda yandırılır və dişlər onun külü ilə təmizlənir. Dişlərin bəyazlığı üçün həmin vasitələrlə yanaşı qida seçimində də diqqətli olmaq lazımdır (tünd çay, qəhvənin qəbulundan imtina edin). 2. Diş məcununa limonun efir yağından 1 damcı əlavə edin və dişləri təmizləyin. Bu, dişlərin bəyazlığı ilə yanaşı ağızdan gözəl qoxu gəlməsinə səbəb olur. 3. "Stomanginol"dan istifadə etməzdən əvvəl ağız boşluğu və boğaz ilıq su ilə yaxalanaraq qida qalıqlarından təmizlənməlidir. Bundan sonra gigiy ... ardı »
Baxış: 430 | Əlavə etdi: mozalax | Tarix: 05.12.2014 | Şərhlər (0)

Baş redaktor: “Bunun qəsdən edilməsi əsla düşünülməsin”  Türkiyənin «Sabah» qəzetinin internet saytı ötən gün yayımlanan yazıda ermənilərin işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ayrıca dövlət kimi göstərilməsinə aydınlıq gətirib.   Məsələ ilə bağlı APA-nın sorğusunu cavablandıran «sabah.com.tr» saytının baş redaktoru İsa Tatlıcan bunun yanlışlıq olduğunu və aradan qaldırıldığını bildirib:   «Səhvən hazırlanmış agentlik xəbərində işğal altındakı Dağlıq Qarabağ bölgəsi müstəqil  dövlət olaraq göstərilib. Telefonla edilən xəbərdarlıqdan sonra bu, redaktorlarımız tərəfindən anındaca yayından çıxarılıb. Qardaş ölkə Azərbaycan üçün həssas olan məsələlər bizim də həssaslığımızdır. Bunun qəsdən edilməsi əsla düşünülməsin. Zatən xəbərin mövzusunun da Azərbaycanla bir əlaqəsi yoxdur. Tamamilə agentlik qaynaqlı bir xəta səbəbi ilə baş verən bu kiçik yanlış anlaşılmaya görə üzr istəyirik», - deyə İ. Tatlıcan qeyd edib.   “Sabah” qəzetinin redaksiyasından isə APA-ya bildirilib ki, yanlışlığa yalnız qəzetin “sabah.com.tr” ünvanlı saytında yol verilib, məqalə çap versiyasında yer almayıb.   Qeyd edək ki, “Sabah” qəzetinin internet saytında “3 Başkenti, 11 resmi dili ve 5 dilde ulusal marşı var!” başlığı altında getmiş məqalədə “İşte dünyadaki ülkelerin isimleri listesi” adlı bölmədə 37-ci sırada Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ Muxtar Vilayəti müstəqil dövlət kimi göstərilib. Az sonra həmin yanlışlıq aradan qaldırılıb.
Baxış: 394 | Əlavə etdi: mozalax | Tarix: 05.12.2014 | Şərhlər (0)

Müsahibimiz “My name is İntiqam” filmində homoseksual Syoma rolunun ifaçısı, “Bu da bu” televiziya layihəsinin aparıcı aktyorlarından biri İlkin Misgərlidir. - Syoma rolu təklif ediləndə neçə qarşıladınız, kompleksiniz oldumu? - Oldu. Müşfiq bu rolu təklif edəndə tərəddüd elədim. Dedim, köməkləşək, başqasını tapaq, o, oynasın. Dedilər ki, yox, sən oynayacaqsan. Bir az düşünəndən sonra qərar verdim. - Syoma roluna kastinq elədiniz? - Mənim rolum üçün yox. Rolun öhdəsindən gələ biləcəyimdən əmin idilər. Üç ay Lənkəranda çəkilişlər oldu, o qədər Syoma kimi hərəkət elədim ki, oynaqlarım da ağrıyırdı. - Sizin homoseksual obrazını oynamağınız hər halda cəsarətli idi... - Ona görə də rol təkliflərinin ardının gəlməsini istəyirəm ki, tamaşaçıların yadında bu obrazla qalmayım. Syoma obrazı sadəcə, yaradıcılığımda bir səhifə olsun. Rəngarənglik istəyirəm. “Bu da bu” da oynadığım Qulam tamamilə fərqli xarakterdir, məsələn. Yaxud Salyanlı həkim obrazı. Müxtəlif rollar oynamışam. “My name is İntiqam”da da bunu sınadım. Yenə Syomaya qayıdıram. Bu xarakter mənə yaddır, canımda yoxdur, Syoma ilə aramda böyük fərq var. - Rol üzərində işləyəndə hansı çətinlikləriniz oldu? - Bir az şəhərdə olan çəkilişlərdə sıxılırdım, utanırdım. Bir dəfə Şüvəlanda polislər maşını saxlayıb cərimə meydançasına apardılar. Polislər gələndə tez saqqalımı qopardım. Sonra da qulağımdakı sırğanı çıxardım. Lənkəran çəkilişlə ... ardı »

Baxış: 474 | Əlavə etdi: mozalax | Tarix: 05.12.2014 | Şərhlər (0)

“Alt Qat” - LAYİHƏ   İnsanlar niyə intihara meylli olur? İntiharların artmasının səbəbi nədir? Onları buna təhrik edən səbəblər hansılardır? Kulis.Azın “Alt Qat” layihəsində bu suallara şair Murad Köhnəqala və psixoloq Elnur Rüstəmov cavab verir.      Murad Köhnəqala: “Fikrimcə, insanın intihar qərarı müvəqqəti psixoloji haldı. Bu mənada, intihar hadisələrini araşdıran mütəxəssislər xüsusi qeyd edirlər ki, öz ömürlərinə son qoyanların əksəriyyəti son anda peşman olur. Məsələn, özünü asan şəxslərin boğazında çox zaman cırmaq izlərinə rast gəlinir. Yəni, insan son anda intihar etdiyi üçün peşman olur, ölümə müqavimət göstərir. Demək, intihar qərarı ağılın deyil, emosionallığın, çılğınlığın nəticəsidi. İntihar fikrinə düşən adamı bu düşüncədən daşındırmaq mümkündü. İntihar barədə düşünənin ciddi problemləri var. Problemini həll etməklə onu həyatda saxlamaq mümkündü. Hətta həmin anda insanı ümidverici bir nitqlə fikrindən döndərmək olar. Yaşadıqlarıma və gördüklərimə əsaslanaraq onu xüsusi qeyd edim ki, özünə qəsd etmək ideyası əksər hallarda güclü depressiyadan törəyir. Qəti deyirəm, ağır depressiya keçirməyən insan intihar edə bilməz. Söhbət əqli problemləri olmayan adamdan gedir! Depressiya yaradan səbəblər isə insanın həyat tərzindən asılı olaraq müxtəlif ola bilir. Burada ağır, yüngül, hətta bizə gülməli görünə bilən səbəblər də mövcuddur. Yəni birini, başqalarına gülünc görünən prob ... ardı »

Baxış: 470 | Əlavə etdi: mozalax | Tarix: 05.12.2014 | Şərhlər (0)

Gözəl günlər idi, çocuqlar! Səhərdən axşamacan, axşamacan da yox e, gecəyəcən yorulmadan işləyirdik. Pulsuz-parasız, cibində siçan oynayan dostlar dirəşək qəzet çıxarırdılar. Tələbə olsam da işləyirdim, tələbə üçün normal maaş alırdım və çox yorulurdum. Buna baxmayaraq, bazar günləri də kasıb dostlara qəzet çıxarmaqda kömək edirdim. Ağzımıza, ağlımıza gələni yazır, ciddi iş gördüyümüzü düşünürdük. İddiamız yerə-göyə sığmırdı, mətbuat, insanlar üçün faydalı nəsə etdiyimizi fikirləşirdik. Gündüz “pryannik”, dönər, axşamlar kolbasa-çörək yeyirdik. Yazılar plyonkaya çıxarılıb, mətbəəyə göndəriləndə sevincimizin həddi-hüdudu olmurdu. Hərdən işlərimizi o qədər gec yekunlaşdırırdıq ki, mətbəəyə kollektiv şəkildə gedirdik. Kollektiv şəkildə deyəndə bir az yekə çıxır, çünki kollektiv uzağı 3-4 nəfərdən ibarət olurdu. Və qəzetin çap mərhələsi... Bu, mənim üçün ən maraqlı mərhələ idi. Dayanmadan işləyən böyük çap aparatı, keyfiyyətsiz, yararsız çıxan ilk qəzetlər, balaca stol, balaca stullar, yorğun işçilərin gecənin bir aləmi domino oynaması... Mətbəə mənə həmişə sirli təsir bağışlayıb.   Çapdan sonra evə dağılışmağa imkan olmurdu. Stulları birləşdirib yatmağı o günlərdə öyrənmişdim, sonralar əsgərlikdə işimə çox yaradı. Qapının ağzı “vozvrat”la dolanda xeyli kədərlənirdik... Hə, bütün bunlar gəncliyin şirin xatirəsi kimi yaddaşımdadır. Bunun nəyi gözəl və şirinmiş? Tapana bir yağlı “beş”... O ... ardı »

Baxış: 365 | Əlavə etdi: mozalax | Tarix: 05.12.2014 | Şərhlər (0)

Azərbaycan peşəkar teatrı ayrı-ayrı sənətkarların fədakarlığı sayəsində təşəkkül tapıb. Hüseyn Ərəblinski bu sənətkarların ən parlağı idi. Milli teatrın formalaşmasında müstəsna xidmətləri olan Ərəblinski 1919-cu ildə, 38 yaşında müəmmalı şəkildə qətlə yetirildi və qatili da tapılmadı. Bu günədək onun qətlinin sifarişçisi və ya səbəbləri aydın deyil: ilk versiya onu dayısı oğlu Əbdülxalıqın öldürdüyü olsa da, Sovet ittifaqı zamanında onun qətli müsavatçılarla hallandırılmağa çalışdı. Qısqanclıq və xəyanət zəminində qətlin sifarişçisinin milyonçuHacı Zeynalabdin Tağıyev olduğu da ciddi versiyalardan biridir. Ərəblinskinin sənətə gəlişi dövründə ayrı-ayrı həvəskar qrupların, teatr dərnəklərinin simasında qərarlaşan Azərbaycan teatrı, sözün əsl mənasında, çətin günlərini yaşayırdı. Mühafizəkar, mürtəce cəmiyyət tərəfindən təqib olunan teatr truppalarının əsas problemlərindən biri də səhnə idi. Tamaşa göstərmək üçün bina icarəyə götürmək külli miqdarda vəsait tələb edirdi. Çox zaman pul tapmayan aktyorlar nəyi isə girov qoymağa məcbur olurdular. Hüseyn Ərəblinskinin də tez-tez girov qoyduğu bir üzüyü var idi. Həmkarlarının "sehrli üzük" adlandırdığı bu üzük illərlə girov qalırdı.  Əsrlərlə tarixi olan teatr sənətinin bir Şərq şəhərində təşəkkül tapıb yaşaması üçün o üzük həqiqətən də sehrli xassəsi olub. Bəs bu “Sehrli üzük” hardadır?  Kulis.Az bu sehrli üzüyün izini axtarır.  Ərəblinskinin ölümündən sonra üzük kimə verilib? ... ardı »

Baxış: 441 | Əlavə etdi: mozalax | Tarix: 05.12.2014 | Şərhlər (0)

“Rusiya öz soydaşlarını müdafiə etməyə qadir olduğunu sübüt edib” “Rusiya öz soydaşlarını müdafiə etməyə qadir olduğunu sübüt edib”.  APA-nın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Federal Şura üzvlərinə illik ənənəvi müraciətində deyib. Krımın Rusiya üçün xüsusi bəşəri əhəmiyyətə malik olduğunu deyən V. Putin qeyd edib ki, ölkəsi həmişə qardaş Ukrayna xalqına və onun suverenliyinə hörmətlə yanaşacaq. “Lakin hakimiyyətin güc yolu ilə ələ keçirilməsini, Odessadakı qətlləri dəstəkləmək olmazdı. Hazırda Ukraynanın şərqində baş verənlər Rusiyanın fevral hadisələrini dövlət çevrilişi kimi dəyərləndirməsinin doğru olmasını bir daha sübut edir. Vaxtilə Rusiyanı Yuqoslaviya ssenarisi üzrə parçalamaq istəyirdilər. Xaricdən separatçılığa dəstək mövcud idi. ABŞ hər zaman bizimlə qonşularımız arasındakı münasibətlərə birbaşa və ya dolayı yolla təsir edir”, - deyə o vurğulayıb. Qroznıdakı hadisələrə gəlincə Rusiya prezidenti Çeçenistanın yenidən kənardan gəlmiş “üsyançılar”la üz-üzə qaldığını bildirib. Bununla belə o, yerli hüquq-mühafizə orqanlarının onlara qalib gələcəyinə ümidvar olduğunu deyib.  V. Putin beynəlxalq arenada yaşananlara baxmayaraq ölkəsinin Avropa və ABŞ-la münasibətləri dayandırmaq niyyətində olmadığını vurğulayıb. Onun sözlərinə görə, Rusiya eyni zamanda Afrika və Yaxın Şərq ölkələri ilə əməkdaşlığı davam etdirəcək: “Biz inteqrasiya proseslərinin ... ardı »

Baxış: 409 | Əlavə etdi: mozalax | Tarix: 05.12.2014 | Şərhlər (0)

Millət vəkili: “Elə şair və yazıçılar var ki, yalnız yaradıcılıqla məşğul olurlar, bir yerdə işləmədiklərindən pensiya ala bilmirlər” “"Yaradıcı şəxslər və yaradıcılıq birlikləri haqqında" qanun hazırda ciddi müzakirə obyektidir”. Bunu Lent.az-a açıqlamasında Milli Məclisin mədəniyyət komitəsinin sədri, millət vəkili Nizami Cəfərov bildirib.  Onun sözlərinə görə,  həmin qanunda Azərbaycanda yaradıcı şəxslərə (şair, yazıçı, rəssam və bəstəkarlar) müəyyən səlahiyyətlərin verilməsi nəzərdə tutulur: “Həmin şəxslər Azərbaycan xalqının mədəniyyətini yaradırlar. Onlar QHT üzləri deyillər”.Komitə sədri onu da bildirib ki, bədii yaradıcılıqla məşğul olan şəxslərin vergidən azad olunma ehtimalı var: “Onların kitabı dövlət hesabına çap oluna, ədəbi orqanların, jurnalların, qonorarları artırıla bilər”. N. Cəfərovun sözlərinə görə, elə şair və yazıçılar var ki, yalnız yaradıcılıqla məşğul olurlar: “Başqa işdə çalışmadıqları üçün pensiya yaşına çatanda  pensiya ala bilmirlər. Amma bir zamanlar fərdi yaradıcılıqla məşğul olanlar, yaradıcılıq təşkilatının üzvləri heç bir yerdə işləmədən pensiya ala bilərdilər”. Millət vəkili vurğulayıb ki, hər hansı yazıçı, şair yazdığı şeirə görə aldığı qonorardan Dövlət Sosial Müdafiə Fonduna pul ödəyəcək və həmin vəsaitə uyğun da pensiya alacaq: “Yaradıcı insanlar bəzən o qədər də cəsarətli olmurlar. İş tapmağa can atmırlar. Çünki yaradıcılıql ... ardı »

Baxış: 473 | Əlavə etdi: mozalax | Tarix: 05.12.2014 | Şərhlər (0)

“Həkimlər deyirdi ki, yaşayacağına ümid var, amma...” “Saytlar atamın avtobusda yıxılması haqda xəbər hazırlayıb. Xəbərlərdə də quru-quru “72 yaşlı kişi”, “sərnişin” sözləri yazılıb. Axı mənim atam elə belə insan olmayıb. O, tarın Azərbaycana məxsus olduğunu sübut edib. Həmin xəbərləri oxuyanda çox pis oldum”. Bunu Azərbaycan Milli Konservatoriyasının elmi işləri üzrə prorektoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, mərhum professor Vaqif Əbdülqasımovun oğlu Elvin deyir.  “Neftçilər” metro stansiyasının yaxınlığında yerləşən evlərinin həyətində, atasının üç mərasimində... Noyabrın ilk günlərində müxtəlif saytlar Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən Bakıda sərnişin avtobusunda qəza baş verməsi haqda xəbər verib. Xəbərdə yazılıb ki, oktyabrın 29-da Yasamal rayonunun H.Cavid prospektində dövlət qeydiyyat nişanı müəyyən edilməmiş 193 saylı xətt avtobusunun naməlum sürücüsünün qəflətən əyləci basması nəticəsində sərnişin, Bakı şəhər sakini Vaqif Əbdülqasımov yıxılıb və o, xəstəxanaya yerləşdirilib. “Dövlət qeydiyyat nişanı müəyyən edilməmiş 193 saylı xətt avtobusunun naməlum sürücüsü” məsələsinə sonra toxunacağıq. Amma əvvəlcə medianın Vaqif Əbdülqasımovun yıxılma xəbərinə münasibəti barədə bir-iki kəlmə yerinə düşər. Təbii ki, yaşından asılı olmayaraq istənilən insanın, özü də ziyalı bir insanın yıxılması, nəticə də həyatdan köçməsi xəbəri üzücüdür. Ola bil ... ardı »

Baxış: 386 | Əlavə etdi: mozalax | Tarix: 05.12.2014 | Şərhlər (0)

Hadisə magistralın Goranboydan keçən hissəsində baş verib Bakı-Gəncə-Gürcüstan magistral yolunda baş verən  qəzada 3 nəfər ölüb. Baş Dövlət Yol Polisi İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə hadisə dekabrın 4-də saat 21 radələrində magistral yolun 340-cı kilometrliyində, Goranboy rayonu ərazisində baş verib. Məlumata görə, Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü Vasif Məhərrəmov Gəncə istiqamətində hərəkətdə olarkən idarə etdiyi “VAZ21011” markalı avtomobili yanacağı qurtardığına görə yolda saxlayaraq benzin almağa gedib. Bu zaman yolla hərəkətdə olan, Cəlilabad rayonu Kürdəmir kənd sakini, 1977-ci il təvəllüdlü Rafiq Kərimov idarə etdiyi “Hyunday Santafe” markalı avtomobillə arxadan “VAZ21011”-ə çırpılıb. Qəza zamanı “VAZ21011”- də olan Gəncə şəhər sakini, 1951-ci il təvəllüdlü Sahib Məmmədov və 1987-ci il təvəllüdlü Ramin Şükürov hadisə yerində ölüblər. Ağır bədən xəsarəti alan, hələ ki, şəxsiyyəti tam məlum olmayan 20-22 yaşlarında olan Günel adlı qız Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına aparılaraq orada dünyasını dəyişib. Qəza baş verən zaman yolun kənarında saxlamaq istəyən 3 avtomobil, “Opel”, “Mersedes” və “VAZ2106” toqquşublar. Xəsarət alan olmasa da avtomobillər yararsız hala düşüb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.  **** 21.24 Bakı-Qazax magistral yolunun Goranboy rayonu Borsunlu kən ... ardı »

Baxış: 304 | Əlavə etdi: mozalax | Tarix: 05.12.2014 | Şərhlər (0)

Toğrul Nərimanbəyovun “Böyük qoç” (1982) adlı rəsm əsəri Böyük Britaniyanın “Sotheby's” hərrac evində satışa çıxarılıb Məşhur Azərbaycan rəssamı Toğrul Nərimanbəyovun “Böyük qoç” (1982) adlı rəsm əsəri Böyük Britaniyanın “Sotheby's” hərrac evində 68,500 funt-sterlinqə (107, 400 dollar) satılıb. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, hərrac evində Rusiya, Qafqaz və Mərkəzi Asiya üzrə kurator Suad Qarayevadır və onun bu layihənin gerçəkləşməsində böyük rolu olub. T. Nərimanbəyov 1930-cu ildə Bakıda anadan olub. 1950-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, 1955-ci ildə isə Litvada Vilnüs Rəssamlıq İnstitutunu bitirib. Portret, mənzərə, məişət və natürmort janrlarında çəkdiyi əsərlər dünya sərgi salonlarında, rəsm qalereyalarında, incəsənət muzeylərində nümayiş etdirilir, müxtəlif dövlətlərin muzeylərində və ayrı-ayrı şəxslərin kolleksiyalarında saxlanılır. T. Nərimanbəyov 2013-cü il iyunun 2-də Parisdə vəfat edib. 

Baxış: 461 | Əlavə etdi: mozalax | Tarix: 05.12.2014 | Şərhlər (0)

Gülağa Lətifov 2 nəfəri güllələyərək qətlə yetirib, daha 2 nəfər isə yaralanıb Bu gün Ağır Cinayətlər Məhkəməsində iki nəfəri öldürməkdə təqsirli bilinən 1959 cu il təvəllüdlü Gülağa Lətifovun cinayət işi məhkəmə prosesi davam etdirilib.Lent.az-ın məlumatına görə, hakim Rahim Salmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Prokuror Gülağa Lətifovun ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini istəyib. Proses dekabr 15-də davam etdiriləcək Qeyd edək ki, əvvəllər məhkumluq həyatı yaşamış Gülağa Lətifov bu il fevralın 23-də saat 20:00 radələrində Sabunçu qəsəbəsindəki 68 saylı orta məktəbin yaxınlığında ağır cinayət törədib. O, münaqişə zəminində qonşuluqda yaşayan Fərid Qədirova, Akif Nəzərova, Yusif Alpaşayevə və Asif Nəzərova odlu silahdan atəş açaraq hadisə yerindən qaçıb. Nəticədə F.Qədirov və Y.Alpaşeyev dünyasını dəyişib. Suraxanı rayon Polis İdarəsi rəisinin müavini, polis polkovnik-leytenantı Akif Nəzərov, eləcə də, onun oğlu, polis leytenantı Asif Nəzərov isə yaralanıb.İstintaq araşdırması zamanı Gülağa Lətifov müvafiq dövlət orqanlarının icazəsi olmadan və yerli icra nümayəndəliyi tərəfindən edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq həmin məktəblə üzbəüz yerləşən açıq idman meydançasında xeyir-şər evinin tikilməsi adı altında tikinti işləri aparmağa başlayıb. Həmin torpaq sahəsinə özbaşına xeyli miqdarda mişar daşları və qum tökdürüb.Onun bu hərəkətləri növbəti dəfə ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub. Tikinti işl ... ardı »

Baxış: 380 | Əlavə etdi: mozalax | Tarix: 05.12.2014 | Şərhlər (0)

“Krımdakı vəziyyət Türkiyə tərəfindən qəbul edilmir”Bazel. Rüfət Əhmədzadə - APA. ATƏT “dondurulmuş” münaqişələrin nizamlanması üçün səylərini artırmalıdır. APA-nın İsveçrəyə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bazeldə ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında deyib. O qeyd edib ki, “dondurulmuş” münaqişələr milli və regional maraqlara zərbə vurur: “Gələcək nəsillərin bizdən gözləntiləri məlumdur. Onlar sülh və inkişaf şəraiti yaratmaq üçün var gücümüzlə çalışmağımızı gözləyirlər”. M. Çavuşoğlu Krımdakı vəziyyətin Türkiyə tərəfindən qəbul edilmədiyini bildirib. Diplomat qeyd edib ki, Ukrayna böhranı ATƏT-in əhəmiyyətini bir daha ön plana çıxarıb. “ATƏT sabitlik və sülhə töhfə verməyə çalışır. Bu böhrandan çıxmaq və digər böhranların qarşısını almaq üçün siyasi iradə ortaya qoymalıyıq”, - deyə o vurğulayıb. 

Baxış: 345 | Əlavə etdi: mozalax | Tarix: 05.12.2014 | Şərhlər (0)

Bazel. Rüfət Əhmədzadə - APA. ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Didier Burkhalter Azərbaycan və Ermənistanı Böyük Sülh Sazişinə hazırlaşmağa çağırıb.APA-nın Bazelə ezam olunan müxbirinin verdiyi məlumata  görə, D. Burkhalter ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Bazeldə keçirilən 21-ci iclasının birinci iş gününün sonunda çıxışı zamanı Ukrayna böhranının və digər münaqişələrin mövcudluğu Avro-Atlantik və Avrasiya məkanı üçün ciddi təhlükə olduğunu qeyd edib. O, Krımın Rusiya tərəfindən ilhaq olunması və Ukraynanın şərqində separatçıların dəstəklənməsinin yolverilməz olduğunu və bu məsələdə Avropanın birmənalı mövqe göstərdiyini vurğulayıb. İsveçrənin XİN başçısı D. Burkhalter Moldovanın Dnestryanına yüksək muxtariyyət vermək barədə öhdəliyini dəstəklədiyini qeyd etsə də, Gürcüstanın Abxaziya və Cənubi Osetiya problemi ilə bağlı müzakirələrdə ortaq məxrəcə gəlməyin mümkün olmadığını deyib. Dağlıq Qarabağ məsələsi ilə bağlı olaraq, D. Burkhalter həmsədr ölkələrin bəyanatını dəstəklədiyini bildirib: “Mən bu bəyanatı bölüşürəm və tərəfləri Böyük Sülh Sazişi üzərində işə başlamaq üçün danışıqlara səsləyirəm”. 

Baxış: 365 | Əlavə etdi: mozalax | Tarix: 05.12.2014 | Şərhlər (0)

Goranboyda 5 avtomobilin toqquşması nəticəsində ölənlərin şəxsiyyətləri məlum olubGoranboy. Azər Məmmədli –APA. Bakı-Gəncə-Gürcüstan magistral yolunda baş verən  qəzada 3 nəfər ölüb. Baş Dövlət Yol Polisi İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə hadisə dekabrın 4-də saat 21 radələrində magistral yolun 340-cı kilometrliyində, Goranboy rayonu ərazisində baş verib. Məlumata görə, Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü Vasif Məhərrəmov Gəncə istiqamətində hərəkətdə olarkən idarə etdiyi “VAZ21011” markalı avtomobili yanacağı qurtardığına görə yolda saxlayaraq benzin almağa gedib. Bu zaman yolla hərəkətdə olan, Cəlilabad rayonu Kürdəmir kənd sakini, 1977-ci il təvəllüdlü Rafiq Kərimov idarə etdiyi “Hyunday Santafe” markalı avtomobillə arxadan “VAZ21011”-ə çırpılıb. Qəza zamanı “VAZ21011”- də olan Gəncə şəhər sakini, 1951-ci il təvəllüdlü Sahib Məmmədov və 1987-ci il təvəllüdlü Ramin Şükürov hadisə yerində ölüblər. Ağır bədən xəsarəti alan, hələ ki, şəxsiyyəti tam məlum olmayan 20-22 yaşlarında olan Günel adlı qız Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına aparılaraq orada dünyasını dəyişib. Qəza baş verən zaman yolun kənarında saxlamaq istəyən 3 avtomobil, “Opel”, “Mersedes” və “VAZ2106” toqquşublar. Xəsarət alan olmasa da avtomobillər yararsız hala düşüb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.   **** 21 ... ardı »

Baxış: 299 | Əlavə etdi: mozalax | Tarix: 05.12.2014 | Şərhlər (0)

Daxil ol
səbət
Ваша корзина пуста
Axtarış
Təqvim
«  dekabr 2014  »
b.eç.açc.ac.şb
1234567
891011121314
15161718192021
22232425262728
293031
Аrxiv
Dost Saytlar
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • musa.sb MyCorp © 2024