Mənim saytım
Saytın menyusu
Bölmələr
Siyasət [19]
Sosial [24]
Hadisə [43]
İqtisadiyyat [9]
Dünya [17]
Avto [0]
Mədəniyyət [4]
Maqazin [3]
İdman [2]
Texnologiya [9]
Hərbi [0]
Foto [1]
Video [1]
Cəmiyyət [0]
Şou-biznes [1]
Maraqlı [8]
Ədəbiyyat [0]
Hücrə [0]
Proje [0]
Media [0]
Kinoteatr [0]
Qeyri adi [0]
Tarix [0]
Füzuli [1]
Bakı [0]
Digər [4]
Qazax [0]
Sağlamlıq [0]
Gündəm [1]
Ölkə futbolu [13]
Xarici futbol [1]
Digər idman növləri [6]
Bizim kuponlar [0]
Komanda [2]
Akademiya [0]
Kommersiya [0]
Klub [0]
İctimaiyyət [0]
Digər növlər [0]
Ramiz Quliyev [1]
Per Laqerkvist [1]
Lev Tolstoy [0]
İnanclar [1]
Ailə [1]
Sevgi [1]
Sağlıq [1]
Dəb [0]
Evim [0]
Mətbəx [0]
Həyata tərzi [0]
Əyləncə [0]
Mütəxəssislər [0]
Cinayət [0]
Din [0]
Ordu [1]
Mini Çat
200
Statistika

On line: 1
Qonaq: 1
İstifadəçi: 0
Главная » 2014 » dekabr » 5 » Qərblə Rusiyanın "Qarabağ savaşı" - Oyun qaydalarını İlham Əliyev müəyyənləşdirir (Bizim Şərh)
18:44
Qərblə Rusiyanın "Qarabağ savaşı" - Oyun qaydalarını İlham Əliyev müəyyənləşdirir (Bizim Şərh)
ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin Xarici İşlər naziri Didye Burxalter Azərbaycan və Ermənistanı “Böyük Sülh Sazişi”nə hazırlaşmağa çağırıb. İstər ATƏT, istə ATƏT-in Minsk qrupu son 20 ildə münaqişənin həllinə barmaqarası baxıb. Hər görüşdən sonra “irəliyə doğru daha bir müsbət addım” açıqlamaları ilə Dağlıq Qarabağ probleminin həlli naməlum vaxta təxirə salınıb.  Maraqlıdır ki, ATƏT son açıqlamasında əvvəlki hallardan fərqli olaraq, atəşkəsi uzatmağı yox, birdəfəlik sülhün imzalanmasını istəyib və tərəfləri hazır olmağa çağırıb. Özü də bu bəyanat Rusiyanın da  Qarabağ münaqişəsinin  həlli  ilə bağlı  proseslərə  daha ciddi şəkildə  qoşulduğu və məlumatlara görə, Putinin bu məsələylə bağlı  Sarkisyana  təzyiqlər etdiyi bir dönəmdə verilib. Bundan başqa, Ukraynanın şərqində separat müharibə, Şimali Qafqazda gərginlik, Moldovada qərbyönümlü partiyaların üstünlük qazanması fonunda Cənubi Qafqaz regionu Avropa və ABŞ üçün daha kəskin əhəmiyyət kəsb etməyə başlayıb. Açıqlamaya Azərbaycan tərəfinin cavabı gecikməyib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məsələ ilə bağlı deyib: “Xarici işlər naziri Elmar Məmmədyarov 4-5 dekabr tarixlərində Bazeldə keçirilən ATƏT-in 21-ci nazirlər şurasının iclasında çıxışı zamanı “Böyük sülh sazişi” üzərində işləmək üçün Azərbaycanın hazır olduğunu bir daha vurğulayıb. Nazir Elmar Məmmədyarov çıxışında bildirib ki, Ermənistan bu önəmli təşəbbüsü ciddi şəkildə nəzərdən keçirməlidir. Göründüyü kimi, Azərbaycanın mövqeyi bu məsələdə də tam şəkildə aydındır. İndi bu çağırışı adekvat şəkildə cavablandırmaq üçün bütün məsuliyyət Ermənistanın üzərinə düşür”. Rəsmi Bakının cavabına pozitiv, laqeyd yanaşma demək olar. Azərbaycanın mövqeyində dəyişilən bir şey yoxdur. Ərazi bütövlüyü çərçivəsində həlli nəzərdə tutulan istənilən sülh təşəbbüsü müsbət qarşılanacaq.  Amma hər kəs gözəl bilir ki, Ermənistanın qətiyyəti olmadan problemin həlli mümkün deyil. Elmar Məmmədyarov da başa salmağa çalışır ki, Azərbaycanın üzərinə hər hansı məsuliyyət qoymaq yersizdir. Sülh sazişi nəticəsində torpaqların itirilməsi imkanları müzakirə mövzusu belə ola bilməz. Torpaqlar Ermənistanın işğalında olsa da , söz sahibi Sarkisyan deyil. Sarkisyan kimi ondan əvvəlki erməni prezidentlər də . Danışan avtomat kuklaların açarı hər zaman Rusiyanın əlində olub. Vaxtilə Petrosyanın Dağlıq Qarabağ münaqişəsinin həllində özbaşına qərar vermək istəyi sonda onun hakimiyyətdən getməsi ilə nəticələndi.  MDB məkanında separat respublikalar yaratmaqla bu ölkələrin daxili və xarici siyasətinə müdaxilə etmək Yeltsin dövründən qalma ənənədir. Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova neçə illərdir bu yolla Rusiyanın siyasi orbitində saxlanılır. Fakt odur ki, ortada status-kvo var, separatizm üzərinə qurulmuş siyasətin faydalılıq əmsalı yoxdur. Yeltsin ənənəsini Ukraynada Putin davam etdirir. Sülh Azərbaycan və Ermənistana lazımdırsa, Avropa nə istəyir? Fakt odur ki, Avropa Cənubi Qafqazı itirir. Avrasiya İttifaqına üzv olan Ermənistanın simasında yox, yad dövlətlərdən sərmayə dilənən  Gürcüstanı da deyil, enerji ehtiyatlarının istehsalçısı və tranzit ölkəsi sayılan Azərbaycanı itirir. Neft-qaz ehtiyatlarından əlavə Azərbaycanın ticarət  potensialı da nəzərə alınmalıdır. Azərbaycan Cənubi Qafqazın yeganə ölkəsidir ki, iqtisadi istiqaməti qeyri-müəyyəndir. Rusiya Gürcüstanla bütün körpüləri hələ 2008-ci il müharibəsi zamanı yandırıb. Osetiyadan Ermənistana gedəcək yolu bərpa etməkdə Rusiya elə də istəkli görünmür.  Azərbaycan isə Rusiya və Qərbin maraqları arasında qalıb. Daha doğrusu , öz müstəqil mövqeyində qalır. Ancaq iqtisadi məkanlardan hər hansı birinə gələcək inteqrasiya imkanlarını da inkar etmir. Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar, Rusiyanın Avropa mallarına embarqo qoyması Azərbaycanın mövqeyini daha da güclənib. Putin azərbaycanlılara xroniki nifrət bəsləyən Jirinovskini Azərbaycana yollayırsa və o hay-küyçü adam İlham Əliyevin qarşısında quzuya çevrilirsə, əlavə ediləcək bir şey yoxdur. Digər ciddi məsələ Rusiyanın Avropa maraqlarına ard-arda endirdiyi zərbələrdir. Ukraynanın simasında Avropa maraqlarına endirilən top və tank zərbələrinə qarşılıq Qərb zəif təsiri olan iqtisadi sanksiyalarla cavab verir.  Hərbi zərbələri sanksiyalarla haradasa kompensasiya etmək olardı. Amma 1 dekabrda elə bir hadisə baş verdi ki, Qərbin planlarının ortasına bomba kimi düşdü. Putinin Türkiyəyə səfəri zamanı Ərdoğanla “100 milyard dollarlıq müqavilə” imzalandı. İki ölkə arasındakı ticarət dövriyyəsinin 2020-ci ilədək 100 milyard dollara çatması gözlənilir. Bundan əlavə 2014-cü ilin sonunadək Rusiyanın Türkiyəyə satacağı qaz 30 milyard kubmetr olacaq və bu rəqəm hər il artacaq. Bonus olaraq, Putin qaz qiymətlərində   6% güzəştə gedib.  Partlayan bombanın kontuziyaedici  təsiri  o qədər böyükdür ki, “iqtisadi müharibə”də Avropa Birliyi, İran, ABŞ oyundan kənar vəziyyətə düşüblər. AB əsl şoku Putinin “Cənub axını” qaz kəmərini ləğv etməsini bəyan etdikdən sonra yaşadı.  Balkan ölkələri və Mərkəzi Avropanı qazla təmin edəcək “Cənub axını” ildə maksimum 50 milyard kubmetr qaz daşımaq  gücünə malikdirsə, Rusiya nə üçün il-ildən xərci artan kəmərin inşasına pul qoysun? Hazır “Mavi axın” kəməri ilə Türkiyəyə qaz satmaq imkanı varkən. Türkiyənin ildən-ilə böyüyən, iqtisadiyyatı qarşıdakı illərdə daha da çox qaz tələb edəcək. Əvvəllər təsəvvür vardı ki, Rusiya ilə Avropa bir-birinə lazımdır. Avropa qaz almasa Rusiya acından ölər, Rusiya qaz satmasa Avropa soyuqdan. Türkiyə ilə müqavilə göstərdi ki, Avropa Rusiyaya lazım deyil. “Cənub axını” qaz kəmərinin tikintisinin gecikdirilməsi Rusiyaya təzyiq ola bilməz. Rusiya və Türkiyənin timsalında şimaldan və cənubdan hərəkət edən iki nəhəng aysberq toqquşub. Və bu aysberq Avropanın Asiyaya ticarət yollarının qarşısını kəsib. Cənubi Qafqazda siyasi mövqelərini uduzmuş Avropa Birliyi regiona yönəlmiş gələcək iqtisadi planlarının üstündən xətt çəkməklə üz-üzədir. Əlbəttə düşünmək olar ki, Qərb Türkiyəni öz yanına çəkmək imkanlarını hələ də öz əlində saxlayır. Gələcək perspektivdə Türkiyə-Gürcüstan xətti ilə Azərbaycanın iqtisadi cəhətdən inteqrasiya edə bilər. Amma Ukrayna təcrübəsi göstərdi ki, hərbi-siyasi təhlükəsizlik təmin edilmədən böyük iqtisadi planlar iflasa məhkumdur. Hələ-hələ bu planlar Rusiya maraqlarına ziddirsə. Rusiyanın iqtisadi maraqları təmin edilmədən Azərbaycanın Avropaya inteqrasiyası hər an regionda yeni müharibənin başlamasına rəvac verə bilər. Yaxud Dağlıq Qarabağın Azərbaycan üçün birdəfəlik itirilməsi ilə. Rusiyanın Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıması şəklində. İlham Əliyev bunu gözəl başa düşür.  Və  Qərblə  Rusiyanın savaşından Azərbaycanın mənafeyləri üçün istifadə etməkdə qərarlıdır. Bunu  bəzən diplomatik, bəzən də açıq və nümayişkəranə şəkildə edir də... Prezident  Qərbə də anlatmağa çalışır ki, “dovşana qaç, tazıya tut” siyasəti uzun davam edə bilməz. Azərbaycanı qazanmaq istəyən Ermənistanı yola gətirməlidir. Azərbaycandan hansısa güzəşt tələb etmək yersizdir. Qərbin cibinin dolması üçün Azərbaycan öz torpaqlarını qurban verməyəcək. Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edən tərəf iqtisadi inteqrasiya imkanını da əldə edəcək. Eyni tələb Rusiyaya da aiddir. Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü üçün tək şərt Ermənistanın Qarabağın işğalından əl çəkməsidir.         Rusiyanın Cənubi Qafqazda hərbi mövcudluğu varkən Avropa Birliyi nə edə bilər? Rusiya ilə müqayisədə daha az. Amma unutmaq lazım deyil ki, Rusiya da çətin vəziyyətdədir. Ukraynada apardığı ağır müharibə hərbi qeyri-müəyyənliklə birgə iqtisadi itkilər də gətirir. Üstəlik dekabrın 4-də “Qafqaz Əmirliyi” təşkilatının Qroznıya hücumu Rusiyaya qarşı yeni cəbhənin açılması siqnalları verir. Ermənistanın Avrasiya İttifaqına daxil olması əleyhinə demək olar hər həftə Yerevanda mitinq keçirilir. Son nəticədə bu iqtisadi müharibələr üçbucağında İlham Əliyev çox rahatdır. Azərbaycanın qeyri-müəyyən iqtisadi inteqrasiya vəziyyəti onun əlində kozırdır. Bu kozırın vura biləcəyi tək ciddi kart isə Dağlıq Qarabağ problemidir. ATƏT sülhməramlı çıxışlarına davam edə bilər. Amma Ermənistanı yerinə oturdacaq qəti addımlar atmasa, “Böyük Sülh Sazişi” heç nə ifadə etməyəcək. Qərbin Cənubi Qafqazı uduzmasında Azərbaycan günahkar olmayacaq. Dağlıq Qarabağı Azərbaycan Respublikasına qaytarmaq iradəsini özündə tapan Azərbaycanın razılığını da alar. Bir sözlə hər şey İlham Əliyevin və rəhbərlik etdiyi Azərbaycanın xeyrinə inkişaf edir. Qərb və Rusiya isə savaşdadır. Elə Azərbaycan uğrunda da ... AVROPA.İNFO  ANALİTİK  QRUPU
Просмотров: 333 | Добавил: mozalax | Теги: Qərblə Rusiyanın Qarabağ savaşı - O | Рейтинг: 0.0/0
Всего комментариев: 0
omForm">
avatar
Daxil ol
səbət
Ваша корзина пуста
Axtarış
Təqvim
«  dekabr 2014  »
b.eç.açc.ac.şb
1234567
891011121314
15161718192021
22232425262728
293031
Аrxiv
Dost Saytlar
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • musa.sb MyCorp © 2024