Mənim saytım
Saytın menyusu
Bölmələr
Siyasət [19]
Sosial [24]
Hadisə [43]
İqtisadiyyat [9]
Dünya [17]
Avto [0]
Mədəniyyət [4]
Maqazin [3]
İdman [2]
Texnologiya [9]
Hərbi [0]
Foto [1]
Video [1]
Cəmiyyət [0]
Şou-biznes [1]
Maraqlı [8]
Ədəbiyyat [0]
Hücrə [0]
Proje [0]
Media [0]
Kinoteatr [0]
Qeyri adi [0]
Tarix [0]
Füzuli [1]
Bakı [0]
Digər [4]
Qazax [0]
Sağlamlıq [0]
Gündəm [1]
Ölkə futbolu [13]
Xarici futbol [1]
Digər idman növləri [6]
Bizim kuponlar [0]
Komanda [2]
Akademiya [0]
Kommersiya [0]
Klub [0]
İctimaiyyət [0]
Digər növlər [0]
Ramiz Quliyev [1]
Per Laqerkvist [1]
Lev Tolstoy [0]
İnanclar [1]
Ailə [1]
Sevgi [1]
Sağlıq [1]
Dəb [0]
Evim [0]
Mətbəx [0]
Həyata tərzi [0]
Əyləncə [0]
Mütəxəssislər [0]
Cinayət [0]
Din [0]
Ordu [1]
Mini Çat
200
Statistika

On line: 1
Qonaq: 1
İstifadəçi: 0
Главная » 2014 » dekabr » 06
Mübariz Qurbanlı: "Azərbaycanı da “rəngli inqilablar” silsiləsinə calaq etmək planı uzun müddətdir ki, məlum fövqəlgüclərin aktuallığını itirməyən məqsədidir"  “Hazırkı proseslər göstərir ki, mövcud savaşlar və siyasi gərginliklər məhz planetin 200-ə yaxın dövlətinin məlum üç-dörd ölkənin və beş-altı meqaholdinqin iqtisadi-siyasi maraqları əsasında idarə olunması niyyətinin uğurla bitməsinə hesablanıb. Bu gün qloballaşan terror təhdidi də bu prosesin bir hissəsidir. Bu terror şəbəkələrinin hansı dövlətlərin, qüvvələrin təhriki ilə yaradılmasını və maddi yardımları, silahları ilə təmin edilməsini bilmək üçün elementar siyasi müşahidə qabiliyyətinə malik olmaq kifayətdir. Hörmətli akademikimizin son məqaləsində də bu mətləblərin alt qatı açıqlanır, qaranlıq məsələlər aydınlığa qovuşur. Görkəmli alimimizin dərin araşdırmalarının nəticəsi olaraq oxucu anlayır ki, bu gün yaxın-uzaq dövlətlərin düşdüyü acınacaqlı durum dünyanı təkbaşına idarə etmək istəyən qüvvələrin artıq onilliklərdir apardığı təfriqəçiliyin nəticəsidir”. Lent.az-ın xəbərinə görə, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Azərbaycan” qəzetində “Dövləti idarə etmək məharəti” adlı yazısında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin bu günlərdə yayımlanmış məqaləsindəki tezislərə münasibət bildirərkən qeyd edib.   Komitə sədri “İnqilab Azərbaycanda niyə dalana dirəndi?” sualına akademik Ramiz Mehdiyevin öz məqaləsində müfəssəl cavab verdiyini bildirib: “A ... ardı »
Baxış: 390 | Əlavə etdi: mozalax | Tarix: 06.12.2014 | Şərhlər (0)

Sürücü avtomobili yol polisinin üstünə sürüb  Gəncədə yol polisi əməkdaşı xidmət apararkən sürücü tərəfindən avtomobillə vurulub.   Gəncə şəhər Nizami rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi Əlahiddə yol-patrul xidməti bölüyünün yol patrul xidməti inspektoru, 1985-ci il təvəllüdlü Vüsal Bayramov raportla Nizami rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, xidməti avtomobili ilə Müseyib Bağırov və Vaqif küçələrinin kəsişməsində xidmətdə olarkən adı sonradan məlum olan şəhər sakini, 1990-cı il təvəllüdlü Turqut Xəlilovun “Mersedes E 200” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğunu görüb və avtomobili saxlamaq istəyib.   Sürücü T.Xəlilov ona tabe olmayaraq yol polisi əməkdaşını təhqir edib, qəsdən avtomobili onun üzərinə sürərək sağ və sol diz nahiyəsindən xəsarətlər yetirərək hadisə yerindən qaçıb.   Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.
Baxış: 272 | Əlavə etdi: mozalax | Tarix: 06.12.2014 | Şərhlər (0)

Baş Prokurorluq jurnalist Xədicə İsmayılın həbsi ilə bağlı məlumat yayıb. Lent.az-ın prokurorluğun mətbuat xidmətinə istinadən verdiyi məlumatda bildirilir:““Azadlıq Radiosu” və “Meydan-TV” teleradio şirkətində müxbir vəzifəsində işləmiş Mustafayev Tural Bulud oğlunun 20 oktyabr 2014-cü il tarixdə Dənizkənarı Milli Parkda insan orqanizmi üçün zərərli olan “Sink oksid” dərmanı qəbul edərək özünü öldürməyə cəhd etməsi faktına görə Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.  T.Mustafayev Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edərək qeyd edilən KİV-lərdə işlədiyi müddətdə “Azadlıq Radiosu”nun Bakı ofisində jurnalist işləyən və onunla uzun müddət yaxın münasibətlərdə olmuş İsmayılova Xədicə Rövşən qızı tərəfindən ona qarşı təzyiq və təqiblər edilməsi, mütəmadi olaraq şərəf və ləyaqətinin alçaldıldığına görə özünü öldürmə həddinə çatdırılması ilə əlaqədar barəsində müvafiq tədbirlərin görülməsini xahiş etdib. İstintaqla müəyyən edilib ki, T.Mustafayev 2013-cü ilin fevral ayında “Azadlıq Radiosu”na bölgə müxbiri vəzifəsinə işə qəbul olunaraq həmin redaksiyada jurnalist işləyən X.İsmayılova ilə tanış olmaqla aralarında yaxın münasibətlər yaranmış və mütəmadi olaraq onun mənzilində yaşayıb. X.İsmayılova öz şəxsi əlaqələrindən istifadə edib ona himayədarlıq etməklə sonuncunun iş fəaliyyətində, məişət şəraitinin qurulmasında və maddi durumunun yaxşılaşmasında bilavasitə köməklik göstərməklə öz ... ardı »
Baxış: 402 | Əlavə etdi: mozalax | Tarix: 06.12.2014 | Şərhlər (0)

Basqınçılar icma rəhbərinin bacısını bıçaqlayıb  Bu gün Quba rayonunda dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbə yəhudi dini icmasının rəhbərinin evinə basqın olub.   Dini icmanın rəhbəri Boris Simanduyev APA-nın yerli bürosuna bildirib ki, hadisə bu gün səhər saatlarında baş verib: “Evə üç nəfər soxulub. Məni döyüblər, bacım Liza Simanduyevaya isə bıçaq xəsarətləri yetiriblər”.   B.Simanduyev bacısının əməliyyat olduğunu və vəziyyətinin yaxşı olduğunu deyib. Onun sözlərinə görə, evdən özünə və sinaqoqa məxsus 120-130 min manat pul, eləcə də qızıl-zinət əşyaları oğurlanıb.   Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Baxış: 365 | Əlavə etdi: mozalax | Tarix: 06.12.2014 | Şərhlər (0)

Hadisə Bakı-Qazax magistralında baş verib  Ucarda baş verən dəhşətli qəzada yanaraq ölən şəxslərin kimliyi müəyyənləşib. Lent.az-ın əldə etdiyi məlumata görə, “BMW“ markalı avtomobilin Əlikənd kəndində aşaraq yanması nəticəsində ölən şəxslər Qazıqumlaq kənd sakinləri, 1981-ci il təvəllüdlü Qədirov Çingiz Şəmil oğlu, 1984-cü il təvəllüdlü Qədirov Tapdıq Qədir oğlu və 1987-ci təvəllüdlü Kərimov Vasif Sahib oğludur. “BMW” markalı avtomobil Çingiz Qədirova məxsus olsa da, hadisə baş verərkən onun kim tərəfindən idarə edilməsi məlum deyil. Faktla cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.   *****   05:36   Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ucar rayonu, Əlikənd kəndində (rayon mərkəzindən 18 km aralı) "BMW" markalı minik avtomobili idarəetməni itirərək dərəyə yuvarlanıb və yanıb.   Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə və xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğının kəşfiyyatı zamanı avtomobildə sürücünün və şəxsiyyətləri məlum olmayan 2 nəfər (kişi) sərnişinin yanmış meyitləri aşkar olunub. Yanğınsöndürən-xilasedicilər sıxılmış vəziyyətdə qalmış 3 nəfərin  meyitini xüsusi kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarıb və aidiyyatı üzrə təhvil vermişlər. Əməliyyat saat 00:50-də başa çatıb.
Baxış: 416 | Əlavə etdi: mozalax | Tarix: 06.12.2014 | Şərhlər (0)

Daxil ol
səbət
Ваша корзина пуста
Axtarış
Təqvim
«  dekabr 2014  »
b.eç.açc.ac.şb
1234567
891011121314
15161718192021
22232425262728
293031
Аrxiv
Dost Saytlar
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • musa.sb MyCorp © 2024