Mənim saytım
Saytın menyusu
Bölmələr
Siyasət [19]
Sosial [24]
Hadisə [43]
İqtisadiyyat [9]
Dünya [17]
Avto [0]
Mədəniyyət [4]
Maqazin [3]
İdman [2]
Texnologiya [9]
Hərbi [0]
Foto [1]
Video [1]
Cəmiyyət [0]
Şou-biznes [1]
Maraqlı [8]
Ədəbiyyat [0]
Hücrə [0]
Proje [0]
Media [0]
Kinoteatr [0]
Qeyri adi [0]
Tarix [0]
Füzuli [1]
Bakı [0]
Digər [4]
Qazax [0]
Sağlamlıq [0]
Gündəm [1]
Ölkə futbolu [13]
Xarici futbol [1]
Digər idman növləri [6]
Bizim kuponlar [0]
Komanda [2]
Akademiya [0]
Kommersiya [0]
Klub [0]
İctimaiyyət [0]
Digər növlər [0]
Ramiz Quliyev [1]
Per Laqerkvist [1]
Lev Tolstoy [0]
İnanclar [1]
Ailə [1]
Sevgi [1]
Sağlıq [1]
Dəb [0]
Evim [0]
Mətbəx [0]
Həyata tərzi [0]
Əyləncə [0]
Mütəxəssislər [0]
Cinayət [0]
Din [0]
Ordu [1]
Mini Çat
200
Statistika

On line: 1
Qonaq: 1
İstifadəçi: 0
Главная » 2014 » dekabr » 6 » Komitə sədri: "Bu suala ən müfəssəl cavabı akademik Ramiz Mehdiyev verib"
17:59
Komitə sədri: "Bu suala ən müfəssəl cavabı akademik Ramiz Mehdiyev verib"
Mübariz Qurbanlı: "Azərbaycanı da “rəngli inqilablar” silsiləsinə calaq etmək planı uzun müddətdir ki, məlum fövqəlgüclərin aktuallığını itirməyən məqsədidir"  “Hazırkı proseslər göstərir ki, mövcud savaşlar və siyasi gərginliklər məhz planetin 200-ə yaxın dövlətinin məlum üç-dörd ölkənin və beş-altı meqaholdinqin iqtisadi-siyasi maraqları əsasında idarə olunması niyyətinin uğurla bitməsinə hesablanıb. Bu gün qloballaşan terror təhdidi də bu prosesin bir hissəsidir. Bu terror şəbəkələrinin hansı dövlətlərin, qüvvələrin təhriki ilə yaradılmasını və maddi yardımları, silahları ilə təmin edilməsini bilmək üçün elementar siyasi müşahidə qabiliyyətinə malik olmaq kifayətdir. Hörmətli akademikimizin son məqaləsində də bu mətləblərin alt qatı açıqlanır, qaranlıq məsələlər aydınlığa qovuşur. Görkəmli alimimizin dərin araşdırmalarının nəticəsi olaraq oxucu anlayır ki, bu gün yaxın-uzaq dövlətlərin düşdüyü acınacaqlı durum dünyanı təkbaşına idarə etmək istəyən qüvvələrin artıq onilliklərdir apardığı təfriqəçiliyin nəticəsidir”. Lent.az-ın xəbərinə görə, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Azərbaycan” qəzetində “Dövləti idarə etmək məharəti” adlı yazısında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin bu günlərdə yayımlanmış məqaləsindəki tezislərə münasibət bildirərkən qeyd edib.   Komitə sədri “İnqilab Azərbaycanda niyə dalana dirəndi?” sualına akademik Ramiz Mehdiyevin öz məqaləsində müfəssəl cavab verdiyini bildirib: “Azərbaycanı da “rəngli inqilablar” silsiləsinə calaq etmək planı artıq uzun müddətdir ki məlum fövqəlgüclərin aktuallığını itirməyən məqsədidir. Amma dalana dirəniblər: inqilab baş tutmur ki, tutmur və hər ötən gün onun baş tutacağına olan ümidləri daha da öldürür. Bunun konkret səbəbləri var.   Əvvəla, Azərbaycanda inqilab 1993-cü ildə baş verib. Və bu inqilab nə narıncı, nə məxməri idi, nə bahar idi, nə də külək. Sırf xalq inqilabı! Bu inqilab heç də postsovet və ərəb ölkələrində olduğu kimi fövqəldövlətlərin iqtisadi ekspansiya niyyətləri və siyasi avantüraları əsasında baş tutmayıb, tam əksinə, məhz bu güclərin Azərbaycanı vassala çevirmək planına qarşı olub. Bu inqilabı xalq hazırlayıb, xalq həyata keçirib, bəhrəsini də xalq görüb, görür və daim də görəcək.   İkincisi, inqilabın baş verməsi üçün nə sosial, nə siyasi, nə də başqa bir zəmin var. Xalqın güzəranı yüksəlir, dünya ölkələri maliyyə böhranı məngənəsində olduğu vaxt Azərbaycanın inkişaf göstəriciləri daha da artır. Bu gün iqtidara alternativ olacaq heç bir siyasi qüvvə yoxdur, xalqın mütləq əksəriyyətinin mövcud hakimiyyətə birmənalı inamı və etimadı var. Cəmiyyətdə demokratikləşmə və hüquqi dövlət quruculuğu uğurla gedir, ictimai ab-hava sabitdir, kəskin narazılıqlar, ziddiyyətlər yoxdur (baş verən siyasi qarşıdurmalar, konfrantasiyalar yalnız elə müxalifətdaxili proseslərdir). Xalqın ictimai şüur səviyyəsi, vətəndaşlıq duyğusu çox yüksəlib, o, dövlətinə və müstəqilliyinə tam sahib çıxmağı, onu qorumağı uğurla bacarır.   Üçüncüsü, artıq qlobal məkanın nüfuzlu aktorlarından biri olan Azərbaycan bölgənin iqtisadi və siyasi istinad nöqtəsi kimi formalaşdığına, qitələri biri-birinə bağlayan mühüm layihələrin əsas "vintlərindən" olduğuna görə, bir sözlə, tədricən yeni güc mərkəzinə çevrildiyindən burada hansısa "inqilab" etmək o qədər də asan başa gələ bilməz.   Bu baxımdan, Azərbaycandakı "beşinci kolona" Qərbdən, daha çox isə ABŞ-dan ayrılan milyonlarla vəsait əslində, çölə tullanır. Eyni zamanda, bu proses siyasi korrupsiyanın göstəricisidir. Ölkədə heç bir elektoral gücə, siyasi təsir vasitəsinə, ictimai nüfuza malik olmayan radikal müxalif elementlərindən və QHT təmsilçilərindən təşkil olunan "beşinci kolon" birmənalı olaraq, antiazərbaycançı şəbəkənin inhisarındadır, onların sifarişlərini yerinə yetirir, fəaliyyətində dövlətin və xalqın maraqlarını qurban verməkdən çəkinmir.   Bu sahədə olan hüquqazidd fəaliyyəti dayandırmaq məqsədilə hakimiyyətin atdığı addımlar cəmiyyətdə təqdirlə qarşılanıb. Vətəndaş cəmiyyəti sektorunda durumu şəffaflaşdırmaq və onların inkişafına nail olmaq üçün həyata keçirilən tədbirlərin effektiv nəticələr verəcəyi şübhəsizdir. Artıq qanunvericilikdə müvafiq dəyişikliklər edilib, ən əsası isə "Qrantlar haqqında" Qanun qüvvəyə minib. QHT-lər üçün qrantlar ayrılmasının və onlardan hansı məqsədlər üçün istifadə olunmasının şəffaflığını təmin edəcək yeni prosedurlar həmçinin birbaşa milli təhlükəsizliyimizin təmini ilə bağlı olan məsələlərdəndir.    Bu məsələyə niyə əlahiddə yanaşılması barədə suala ən müfəssəl cavabı öz araşdırmasında məhz akademik Ramiz Mehdiyev verib. Ramiz müəllim faktlara əsaslanaraq göstərir ki, xarici donorlar tərəfindən yaradılmış təşkilatlar demokratiyanın və vətəndaş cəmiyyətinin inkişafı naminə işləmir, onlar hökumətə təzyiq üçün əsas mexanizmlərdir və qrant verənlərin siyasi məqsədlərinin, iqtisadi maraqlarının reallaşdırılmasına xidmət edirlər. Həqiqətən də danılmazdır ki, xaricdən maliyyələşdirilən yerli QHT-lərin böyük əksəriyyəti demokratik ibarələrdən istifadə etməklə "beşinci kolon"lar rolunu yerinə yetirir, onların məqsədi ölkədə qeyri-sabitlik və ya kənardan idarə edilən hərc-mərclik yaratmaqdır”.
Просмотров: 391 | Добавил: mozalax | Теги: Komitə sədri: Bu suala ən müfəssəl | Рейтинг: 0.0/0
Всего комментариев: 0
omForm">
avatar
Daxil ol
səbət
Ваша корзина пуста
Axtarış
Təqvim
«  dekabr 2014  »
b.eç.açc.ac.şb
1234567
891011121314
15161718192021
22232425262728
293031
Аrxiv
Dost Saytlar
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • musa.sb MyCorp © 2024