Goranboyda 5 avtomobilin toqquşması nəticəsində ölənlərin şəxsiyyətləri məlum olubGoranboy. Azər Məmmədli –APA. Bakı-Gəncə-Gürcüstan magistral yolunda baş verən qəzada 3 nəfər ölüb. Baş Dövlət Yol Polisi İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə hadisə dekabrın 4-də saat 21 radələrində magistral yolun 340-cı kilometrliyində, Goranboy rayonu ərazisində baş verib. Məlumata görə, Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü Vasif Məhərrəmov Gəncə istiqamətində hərəkətdə olarkən idarə etdiyi “VAZ21011” markalı avtomobili yanacağı qurtardığına görə yolda saxlayaraq benzin almağa gedib. Bu zaman yolla hərəkətdə olan, Cəlilabad rayonu Kürdəmir kənd sakini, 1977-ci il təvəllüdlü Rafiq Kərimov idarə etdiyi “Hyunday Santafe” markalı avtomobillə arxadan “VAZ21011”-ə çırpılıb. Qəza zamanı “VAZ21011”- də olan Gəncə şəhər sakini, 1951-ci il təvəllüdlü Sahib Məmmədov və 1987-ci il təvəllüdlü Ramin Şükürov hadisə yerində ölüblər. Ağır bədən xəsarəti alan, hələ ki, şəxsiyyəti tam məlum olmayan 20-22 yaşlarında olan Günel adlı qız Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına aparılaraq orada dünyasını dəyişib. Qəza baş verən zaman yolun kənarında saxlamaq istəyən 3 avtomobil, “Opel”, “Mersedes” və “VAZ2106” toqquşublar. Xəsarət alan olmasa da avtomobillər yararsız hala düşüb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. **** 21.13 Goranboy. Azər Məmmədli-APA. Bakı-Qazax magistral yolunun Goranboy rayonu Borsunlu kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, Gəncə istiqamətində hərəkətdə olan “Hyundai ix 35” markalı avtomobil eyni istiqamətdə hərəkət edən “VAZ 21011”-ə çırpılıb. İlkin məlumata görə, qəza nəticəsində “VAZ 21011”-də olan üç nəfər ölüb. Qəza baş verən an əks hərəkət zolağında daha 3 maşın - “Mercedes”, “Opel”, “VAZ-2106” markalı avtomobillər toqquşub. Ölən şəxslərin kimliyi müəyyənləşdirilir. Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsində araşdırma aparılır. Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsində araşdırma aparılır. |