Mənim saytım
Saytın menyusu
Bölmələr
Siyasət [19]
Sosial [24]
Hadisə [43]
İqtisadiyyat [9]
Dünya [17]
Avto [0]
Mədəniyyət [4]
Maqazin [3]
İdman [2]
Texnologiya [9]
Hərbi [0]
Foto [1]
Video [1]
Cəmiyyət [0]
Şou-biznes [1]
Maraqlı [8]
Ədəbiyyat [0]
Hücrə [0]
Proje [0]
Media [0]
Kinoteatr [0]
Qeyri adi [0]
Tarix [0]
Füzuli [1]
Bakı [0]
Digər [4]
Qazax [0]
Sağlamlıq [0]
Gündəm [1]
Ölkə futbolu [13]
Xarici futbol [1]
Digər idman növləri [6]
Bizim kuponlar [0]
Komanda [2]
Akademiya [0]
Kommersiya [0]
Klub [0]
İctimaiyyət [0]
Digər növlər [0]
Ramiz Quliyev [1]
Per Laqerkvist [1]
Lev Tolstoy [0]
İnanclar [1]
Ailə [1]
Sevgi [1]
Sağlıq [1]
Dəb [0]
Evim [0]
Mətbəx [0]
Həyata tərzi [0]
Əyləncə [0]
Mütəxəssislər [0]
Cinayət [0]
Din [0]
Ordu [1]
Mini Çat
200
Statistika

On line: 1
Qonaq: 1
İstifadəçi: 0
Главная » 2014 » dekabr » 5 » Bakıda avtobus sürücüsünün güdazına gedən prorektorun yasından REPORTAJ
13:24
Bakıda avtobus sürücüsünün güdazına gedən prorektorun yasından REPORTAJ

“Həkimlər deyirdi ki, yaşayacağına ümid var, amma...” “Saytlar atamın avtobusda yıxılması haqda xəbər hazırlayıb. Xəbərlərdə də quru-quru “72 yaşlı kişi”, “sərnişin” sözləri yazılıb. Axı mənim atam elə belə insan olmayıb. O, tarın Azərbaycana məxsus olduğunu sübut edib. Həmin xəbərləri oxuyanda çox pis oldum”. Bunu Azərbaycan Milli Konservatoriyasının elmi işləri üzrə prorektoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, mərhum professor Vaqif Əbdülqasımovun oğlu Elvin deyir.  “Neftçilər” metro stansiyasının yaxınlığında yerləşən evlərinin həyətində, atasının üç mərasimində... Noyabrın ilk günlərində müxtəlif saytlar Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən Bakıda sərnişin avtobusunda qəza baş verməsi haqda xəbər verib. Xəbərdə yazılıb ki, oktyabrın 29-da Yasamal rayonunun H.Cavid prospektində dövlət qeydiyyat nişanı müəyyən edilməmiş 193 saylı xətt avtobusunun naməlum sürücüsünün qəflətən əyləci basması nəticəsində sərnişin, Bakı şəhər sakini Vaqif Əbdülqasımov yıxılıb və o, xəstəxanaya yerləşdirilib. “Dövlət qeydiyyat nişanı müəyyən edilməmiş 193 saylı xətt avtobusunun naməlum sürücüsü” məsələsinə sonra toxunacağıq. Amma əvvəlcə medianın Vaqif Əbdülqasımovun yıxılma xəbərinə münasibəti barədə bir-iki kəlmə yerinə düşər. Təbii ki, yaşından asılı olmayaraq istənilən insanın, özü də ziyalı bir insanın yıxılması, nəticə də həyatdan köçməsi xəbəri üzücüdür. Ola bilsin ki, Vaqif Əbdülqasımov adı xəbər ovuna çıxan yoldaşlara heç nə deməyib, amma bir balaca tələsmədən “Google” axtarış sistemində dəyərli ziyalının ad və soyadını yazmaq kifayət edərdi ki, “Bakıda sərnişin marşrut avtobusunda yıxıldı” başlığından daha çox tiraj gətirə biləcək “Bakıda Konservatoriyanın prorektoru marşrut avtobusunda yıxıldı”  yazssınlar. Nə isə... Vaqif Əbdülqasımovun müəllifi olduğu “Azərbaycan tarı” kitabı Azərbaycan dilindən başqa rus, ingilis, fars və müxtəlif dillərə tərcümə olunub. “Azərbaycan tarı” kitabı YUNESKO-ya qədər gedib çıxıb. Apardığı tədqiqatla Vaqif Əbdülqasımov tarın Azərbaycana məxsus olduğunu sübut edib. Mərhum sənətkar 2012-ci ildə “Kaspi” qəzetinə verdiyi açıqlamasında bu barədə ətraflı danışıb: “İranda çalınan beşsimli tarın özü də Azərbaycan - Şiraz tarıdır. Tar bizim alətimiz ola-ola, biz niyə əl-ayağa düşməliyik? Mənim “Azərbaycan tarı” kitabım İranda çap olunanda onların etirazı olsaydı, bu barədə mənə yazardılar. Tarımızın min ildən artıq tarixi var. Bu tarixi saxtalaşdırmaq olmaz. 1984-cü ildə Moskvada Attestasiya Komissiyasında tarın Azərbaycan aləti olmasını öz dissertasiyamla sübut etmişəm. Komissiyanın elmi katibi erməni idi. O, dedi ki, tarı Orta Asiya, İran da çalır, bu, Azərbaycan aləti deyil. Mən sənədlərlə Amerika, fransız, rus və İran alimlərinin yazdıqlarını ortaya qoydum. Dedim ki, bu ölkələrin alimləri tarın Azərbaycan aləti olmasını bildirirlər. Komissiyanın sədri məni təbrik etdi”. Elvin Əbdülqasımov atasının 80-ci illərdə yazdığı kitabının bu gün də aktual olduğunu deyir: - ABŞ-da, Nyu-yorkda yeddi mərtəbəli bina var. Həmin binanın üstündə “Duduk”, yəni “Balaban” sözü yazılıb. Tar yeganə musiqi alətidir ki, ermənilər ona iddia edə bilmir. Pedaqoqlar bu gün də təsdiq edir ki, atamın yazdığı “Azərbaycan tarı” kitabı aktuallığını itirməyib. Bütün bunlar öz yerində, oktyabrın 29-na, hadisənin baş verdiyi günə qayıdırıq. Elvinin sözlərinə görə, hər gün olduğu kimi atası yenə işə, Azərbaycan Milli Konservatoriyasına tələsirmiş. Vaqif Əbdülqasımov oktyabrın 29-u səhər saatlarında “Neftçilər”də metroya düşüb, təxminən 09.00 radələrində “Elmlər Akademiyası” stansiyasının qarşısında “Binə” ticarət mərkəzi və “20 Yanvar” metro stansiyası arasında hərəkət edən 193 saylı marşrut avtobusuna minib. Avtobusun “naməlum sürücüsü” “Space” televiziyasının yaxınlığında qəfil əyləcə basıb və Vaqif Əbdülqasımov yıxılıb: - Tərslikdən də avtobus boş olub. Heç olmasa adam çox olsa kiməsə dəyib yıxılmazdı. Huşu özündə idi. Mən işə gedirdim. Telefonuma zəng etdi ki, bəs, sən hardasan? Mən Konservatoriyanın qabağındayam, avtobusda yıxılmışam. Məni taksiyə otuzdurublar. Gəl götür məni. Sonra da dedi ki, bəlkə elə birbaşa getdim evə. Dedim, gəl “28 May”a. Atamı gətirən cavan oğlan idi, taksi deyilmiş, yoldan keçirmiş. Sağ olsun ki, kömək edib. Mən gələndə üst-başı batmışdı. Ayağını tərpədəndə qışqırırdı. Bir təhər uşaqlarla köməkləşib evə apardıq. Xəstəxanaya getmirdi. Həmin gün xəstəxanaya aparmadıq. Xəstəxanaya aparmağa qoymurdu. Yaxınlar, qohum-qardaş yalvar-yaxır etdi. Deyirdi ki, xəstəxanaya getmək istəmir. Hadisənin səhəri günü rentgen olundu. Artıq günorta rentgenin nəticələri açıqlandı. Məlum oldu ki, atamın ombası sınıb. Birinci Mərkəzi Neftçilər Xəstəxanasına apardıq. Öskürməyə başladı, öskürəndə qan gəlirdi. Həm stressdən, həm də zərbənin təsirindən mədəsində xora yaranmışdı. Noyabrın biri axşam Mərkəzi Klinik Xəstəxanasına apardıq. Ta dekabrın biri səhər, keçinənə qədər orda qaldı. İki dəfə ağır əməliyyat olunmuşdu. Həkimlər deyirdi ki, yaşayacağına ümid var. Amma... Vaqif Əbdülqasımov Buzovnada dəfn olunub. Mərhumun üç mərasimində tələbələri, sənət dostları, iş yoldaşları, bir sözlə musiqi cameəsi iştirak edirdi. Məşhur tarzənlərin əksəriyyəti demək olar ki, Vaqif müəllimin “şnelindən” çıxıb. Azərbaycan Milli Konservatoriyasının rektoru, professor, Xalq artisti Siyavuş Kərimi Vaqif Əbdülqasımovun ölümünü çox böyük itki adlandırdı:   - Vaqif müəllimin ölümü Azərbaycan mədəniyyəti üçün çox böyük itkidir. O, həm müəllim, həm gözəl alim, həm də çox nəcib insan idi. Onun haqqında keçmiş zamanda danışmaq çox çətindir. Çünki ona çox bağlı idik. Ümid edirik ki, çox gözəl bir məkanda, behiştdədir. Allah ona rəhmət eləsin! Bakıdakı “Avtobus terroru”nun badına gedən Vaqif Əbdülqasımov hələ sağ ikən avtobus sürücüsündən şikayətçi olmayıb. Elvin atasının yıxılması haqda polisə məlumatın Mərkəzi Neftçilər Xəstəxanasından verildiyini söylədi: - Bizim, heç atamın da avtobus sürücüsündən şikayəti yox idi. Polisə xəstəxanadan xəbər vermişdilər. Yasamal Rayon Polis İdarəsindən Vüsal adlı müstəntiq gəlmişdi. Atamın səhhəti babat olanda gəlib danışdırıb izahatını aldı. Ekspertizadan da rəy alınıb. Amma indi avtobus tapılmır. Necə tapılmır?! Şəxsi maşın deyil ki, deyəsən qaçıb gedib harasa. Müstəntiq də deyir ki, “QAİ”-yə demişik, tapmalıdırlar. Yolda quraşdırılan kameraya da baxıblar. Sürücü necə “tormoz” verir, atam necə yıxılır, hamısını kamera çəkib. Ümidvarıq ki, Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsi işlə ciddi məşğul olacaq. Bəlkə də həqiqətən çalışırlar. Sadəcə, başımız yasa qarışdığı üçün maraqlana bilmirik. Yasamal Rayon Polis İdarəsinin müstəntiqi Vüsal Nəsibov isə Lent.az-a açıqlamasında faktla bağlı Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) cinayət işi açıldığını bildirib. Eyni zamanda hadisəni törətməkdə şübhəli bilinən avtobusun sürücüsünün şəxsiyyətinin artıq müəyyən olunduğunu və saxlanıldığını da qeyd edib.

Просмотров: 387 | Добавил: mozalax | Теги: Bakıda avtobus sürücüsünün güdazına | Рейтинг: 0.0/0
Всего комментариев: 0
omForm">
avatar
Daxil ol
səbət
Ваша корзина пуста
Axtarış
Təqvim
«  dekabr 2014  »
b.eç.açc.ac.şb
1234567
891011121314
15161718192021
22232425262728
293031
Аrxiv
Dost Saytlar
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • musa.sb MyCorp © 2024