Mənim saytım
Saytın menyusu
Bölmələr
Siyasət [19]
Sosial [24]
Hadisə [43]
İqtisadiyyat [9]
Dünya [17]
Avto [0]
Mədəniyyət [4]
Maqazin [3]
İdman [2]
Texnologiya [9]
Hərbi [0]
Foto [1]
Video [1]
Cəmiyyət [0]
Şou-biznes [1]
Maraqlı [8]
Ədəbiyyat [0]
Hücrə [0]
Proje [0]
Media [0]
Kinoteatr [0]
Qeyri adi [0]
Tarix [0]
Füzuli [1]
Bakı [0]
Digər [4]
Qazax [0]
Sağlamlıq [0]
Gündəm [1]
Ölkə futbolu [13]
Xarici futbol [1]
Digər idman növləri [6]
Bizim kuponlar [0]
Komanda [2]
Akademiya [0]
Kommersiya [0]
Klub [0]
İctimaiyyət [0]
Digər növlər [0]
Ramiz Quliyev [1]
Per Laqerkvist [1]
Lev Tolstoy [0]
İnanclar [1]
Ailə [1]
Sevgi [1]
Sağlıq [1]
Dəb [0]
Evim [0]
Mətbəx [0]
Həyata tərzi [0]
Əyləncə [0]
Mütəxəssislər [0]
Cinayət [0]
Din [0]
Ordu [1]
Mini Çat
200
Statistika

On line: 1
Qonaq: 1
İstifadəçi: 0
Главная » 2014 » dekabr » 5 » Ukrayna Azərbaycanı ciddi tərəfdaş sayır
19:48
Ukrayna Azərbaycanı ciddi tərəfdaş sayır
a Anar Ağayev: “Rəsmi Bakının Krım məsələsindəki mövqeyi burada bizə qarşı olan xoş münasibəti daha da artırdı” Azərbaycan xalqı ilə Ukrayna xalqları arasında sıx münasibətlər mövcuddur. Bu münasibətlər tarixən mövcud olub və bu gün də davam edir. Azərbaycan xalqını Ukrayna Respublikasının Krım yarımadasında yaşayan türkdilli xalq-Krım tatarları ilə daha sıx tellər bağlayır. Krım türklərindən olan İsmayıl Qaspiralı, Mustafa Krımoğlu və s. Azərbaycanda hörmətlə yad edilir. Çar Rusiyası zamanı imperiya ərazisindəki bütün türkdilli xalqlar, o cümlədən azərbaycanlılar da rəsmi sənədlərdə Tatar adlandırılıb. Lənkəranda kazaklara abidə ucaldılıb. Ukraynalı ataman A.Qolovatı 1795-ci ildə Azərbaycanın cənub sərhədlərini qorumaq məqsədi ilə Azərbaycana gəlib və burada vəfat edib. 200 ildir Azərbaycan xalqı onun məzarını qoruyur. 1930-cu illərdə ukraynalılar da Azərbaycan xalqı kimi Stalin rejiminin repressiyalarına məruz qalıb. Ukraynada təxminən 500 min azərbaycanlı yaşayır. Bu ölkədə güclü Azərbaycan diasporu fəaliyyət göstərir. Onlar ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. Azərbaycanlılar rəhbər vəzifələrdə də təmsil olunublar. Post-sovet məkanında Azərbaycanın əsas strateji müttəfiqlərindən biri Ukraynadır. Azərbaycanla Ukrayna arasında nə dəniz, nə də quru sərhədlərin olmamasına baxmayaraq, iki ölkə arasındakı strateji müttəfiqlik münasibətləri durmadan möhkəmlənir və genişlənir. Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlər 31 yanvar 1992-ci ildə qurulub. Hər iki dövlət bir-birinin müstəqilliyini qısa müddətdə tanısa da, diplomatik nümayəndəliklərin açılması bir qədər sonraya təsadüf edir. Ukraynanın Azərbaycandakı səfirliyi 1996-cı il mayın 5-də fəaliyyətə başlayıb. Azərbaycanın Ukraynadakı səfirliyi isə 1997-ci il martın 17-də açılıb. Ölkələr arasındakı münasibətlər sürətlə inkişaf edib.  1995-ci il iyulun 26-da Ukrayna Respublikasının Prezidenti Leonid Kuçma rəsmi səfərlə Azərbaycana gəlib. Səfər zamanı Leonid Kuçma Azərbaycan Prezidenti Heydər Əliyevlə birlikdə qaçqın düşərgəsində olub, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbərliyi ilə görüşüb. Leonid Kuçma Heydər Əliyevlə birlikdə Azərbaycanın işgüzar dairələrinin nümayəndələri ilə görüşüb və Bakkondisioner İstehsalat Birliyi əməkdaşları ilə görüşdə çıxış edib.  Heydər Əliyevin cavab xarakterli rəsmi səfəri isə 1997-ci il martın 24-25-də baş tutub. Səfər zamanı Azərbaycan Prezidenti Heydər Əliyevin Ukrayna Prezidenti Leonid Kuçma ilə təkbətək görüşü olub. Görüşdə Ukrayna-Azərbaycan münasibətlərinin perspektivi ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi də müzakirə olunub. Ukrayna Prezidenti Leonid Kuçma bir daha Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan edib. 1997-ci il oktyabrın 10-da Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova prezidentləri GUAM adlı birliyin yaradılması haqda bəyannamə imzalayıblar.  Azərbaycan-Ukrayna münasibətlərinin intensiv dinamikası İlham Əliyev prezident seçildikdən sonra da davam edib. Təsadüfi deyil ki, İlham Əliyevin prezident seçildikdən sonra keçirdiyi ilk görüşlərindən biri məhz Ukraynanın Baş naziri Viktor Yanukoviçlə olub. Görüş zamanı İlham Əliyevi prezident seçilməsi münasibətilə təbrik edən Viktor Yanukoviç Ukraynanın Azərbaycanla sıx tərəfdaşlıq münasibətlərini əvvəlki illərdə olduğu kimi saxlamaq istədiyini deyib. Öz növbəsində prezident İlham Əliyev də münasibətlərin artan xətlə inkişaf edəcəyini deyib. 2004-cü il iyunun 3-də Prezident İlham Əliyev Ukraynaya rəsmi səfər edib. Səfər zamanı o Ukrayna Prezidenti Leonid Kuçma ilə, Baş nazir Viktor Yanukoviçlə, Ukrayna Ali Radasının sədri Vladimir Litvinlə görüşüb. Prezident İlham Əliyevin Leonid Kuçma ilə keçirdiyi görüşdə ticarət-iqtisadi əməkdaşlıq, o cümlədən neft sahəsində və enerji daşıyıcılarının Avropaya nəqli sahəsində işbirliyi məsələləri ətraflı müzakirə edilib, beynəlxalq problemlər, GUAM çərçivəsində əməkdaşlıq məsələləri, Avropa Birliyi və NATO ilə qarşılıqlı əlaqələr, hər iki ölkədə siyasi, sosial-iqtisadi vəziyyət barədə fikir mübadiləsi aparılıb. Dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunublar.  2009-cu il aprelin 4-də Ukrayna Prezidenti Viktor Yuşşenko Azərbaycanda səfərdə olub. Səfər zamanı Azərbaycan və Ukrayna prezidentlərinin təkbətək görüşü, Azərbaycan və Ukrayna Prezidentləri Şurasının ilk iclası keçirilib. Səfər çərçivəsində Azərbaycan və Ukrayna arasında ikitərəfli sənədlərin imzalanma mərasimi olub. "2009-2010-cu illər üçün Azərbaycan-Ukrayna əməkdaşlığına dair tədbirlər planı"nı Azərbaycan Prezidenti İlham Əliyev və Ukraynanın Prezidenti Viktor Yuşşenko imzalayıblar. Beləliklə, "Bizim Yol"un bu günkü müsahibi Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) təşkilatının Odessa vilayət təşkilatının sədri Anar Ağayevdir. Onunla Azərbaycan-Ukrayna münasibətləri, qarşılıqlı əməkdaşlıq və digər məsələlərdən danışdıq. - Çox doğru buyurursunuz ki, Ukrayna ilə Azərbaycan arasında xalqların və dövlətlərarası münasibətlərin tarixi kökləri var. Buna misal olaraq Ukrayna torpaqlarında uzun dönəm Osmanlı hakimiyyətinin bərqərar olmasını da göstərmək olar. Bu səbəbdən bu gün dillərimizdə də xeyli ortaq sözlər var. Digər tərəfdən, təbii ki, ən önəmli faktor insan faktorudur. Xalqlar arasındakı oxşar xüsusiyyətlər, qonaqpərvərlik, istiqanlılıq və bundan başqa hər iki cəmiyyətin daha tolerant olması, millətçiliyin və din faktorunun radikal formada təzahür etməməsi ciddi önəm daşıyır. - Ukraynanın yeni rəhbərliyinin Azərbaycana münasibəti kifayət qədər müsbətdir. Çünki Ukraynada yaşayan azərbaycanlılar xalqı boğaza yığmış keçmiş iqtidarın inqilabi yolla devrilməsində çox aktivlik göstərdilər. Biz Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu təşkilatı olaraq bu prosesdə fəallıq göstərdik. Lakin bununla yetinməyərək, hazırda müharibə şəraitində olan ölkədə qaçqınlara yardım, orduya dəstək, əsgər ailələrinə kömək aksiyalarında da imkanlarımız daxilində fəallıq göstəririk. Ukrayna Azərbaycanı həm GUAM daxilində, həm də çoxsaylı hökumətlərarası müqavilələr çərçivəsində ciddi tərəfdaş sayır. - Krım məsələsində Azərbaycan dövlətinin göstərdiyi qəti mövqe həm Kiyev hökuməti, həm də Ukrayna xalqı, sıravi ukraynalılar tərəfindən böyük məmnunluqla qarşılandı. Eyni zamanda bu hadisə Ukraynada bizə qarşı olan xoş münasibəti daha da artırdı. Bizə - azərbaycanlılara qarşı əvvəldən də çox müsbət münasibət olub və bu hadisədən sonra daha da gücləndi. - Əslində keçmiş sovet respublikalarının hamısında SSRİ-nin çöküşündən sonra keçdikləri dönəm baxımından xeyli bənzərliklər var. Çünki demək olar ki, bütün respublikalarda xalq hərəkatının romantizmindən doğan həvəs, gözləntilər vardı. Qısa müddət ərzində bir çox arzuların, istəklərin reallaşmaması bəzi ümidsizliklər yaratdı. Əslində Ukraynada indi yaşananlar Azərbaycanda 20 il öncə baş verənlərin demək olar ki, təkrarıdır. Amma Ukrayna Azərbaycanla müqayisədə sərvətlər baxımından zəif imkanlara malik olsa da, digər tərəfdən Avropanın coğrafi baxımdan mərkəzində yerləşmə üstünlüyünə malikdir. - Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsinin əsasını metallurgiya, ağac məmulatları, qənnadı və bir sıra yeyinti məhsulları təşkil edir. Azərbaycan son dönəmlərə qədər Ukraynaya əsasən meyvə-tərəvəz məhsullarının ixracı ilə məşğul idi. Lakin son dönəmlər Azərbaycan bayrağı altında SOCAR benzindoldurma stansiyalarının, EMBAWOOD şirkətlər qrupuna aid mağazaların artımını və eləcə də müxtəlif Azərbaycan içkilərinin satışını marketlərdə görmək sevindiricidir. - Azərbaycanlılar Ukraynanın ictimai-siyasi həyatında aktiv iştirak edirlər. Müxtəlif vilayətlərdə həm ali təhsil ocaqlarında, həm hüquq-mühafizə sistemində, həm özəl sektorda xeyli dəyərli həmvətənlərimiz fəaliyyət göstərirlər. Elə bir neçə ay öncə Ukraynanın ən strateji şəhərlərindən olan Odessaya Gündüz Məmmədovun baş prokuror təyin olunması bizi xeyli qürurlandırdı. Eləcə də digər vilayətlərdə həmvətənlərimiz həm şəhər, həm vilayət səviyyəsində müxtəlif önəmli postlar tuturlar. - Bu, Ukraynada inqilab baş verənə qədər çox normal təsir bağışlayırdı. Lakin indiki Ukrayna hakimiyyətinin birmənalı olaraq Qərbə yönəlik siyasi kurs götürməsi və Rusiyayla açıq münaqişəyə girməsi bir qədər narahatedici təsir bağışlayır. Çünki yarı soyuq, yarı qaynar müharibənin davamı mütləq olacaq. Yəni bu münaqişədən Qərb birmənalı şəkildə qalib çıxarsa, vəziyyət Azərbaycanın da xeyrinə, sözün bütün mənalarında müsbət dəyişəcək. Ancaq əksinə, Rusiya qalib çıxacaqsa, o zaman bu münaqişənin hüdudlarının genişlənməsi və sərhədlərin yenidən müəyyənləşdirilməsi ehtimalı qaçılmazdır. İstənilən halda sonda biz xalq və dövlət olaraq qalib gələcək və itirilmiş torpaqlarımızı, doğma Qarabağımızı geri qaytaracağıq.
Просмотров: 355 | Добавил: mozalax | Теги: Ukrayna Azərbaycanı ciddi tərəfdaş | Рейтинг: 0.0/0
Всего комментариев: 0
omForm">
avatar
Daxil ol
səbət
Ваша корзина пуста
Axtarış
Təqvim
«  dekabr 2014  »
b.eç.açc.ac.şb
1234567
891011121314
15161718192021
22232425262728
293031
Аrxiv
Dost Saytlar
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • musa.sb MyCorp © 2024