Главная » 2014 » dekabr » 3 » Azərbaycanda 3 maşın toqquşdu, yaralılar var -VİDEO
23:43
Azərbaycanda 3 maşın toqquşdu, yaralılar var -VİDEO
Ötən axşam Balakəndə zəncirvari qəza olub.
Qazax.Moy.Su Kanal S-ə istinadən bildirir ki, Yüzbaşıyev Zahid Cahangir oğlunun idarə etdiyi "VAZ-21011" markalı 10 BC 643 dövlət nömrə nişanlı avtomobillə Qudaməmmədov İsmayıl Məmməd oğlunun idarə etdiyi "VAZ-21011" markalı 08 BC 694 dövlət nömrə nişanlı avtomobil, həmçinin Abbasov İsmayılın idarə etdiyi "Mercedes" markalı 08 BE 616 dövlət nömrə nişanlı avtomobil toqquşub.
Nəticədə hər iki "VAZ-21011" markalı avtomobildə olan sərnişinlər - Qazbinə kənd sakinləri Saxrayeva Arzu Nəcməddin qızı və Əhmədov Pərvin Cuma oğlu, Astara rayon sakini İsayeva Validə Ömər qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən RMX-ya çatdırılıblar. Xəsarət alan şəxslərə dərhal ilkin tibbi yardım göstərilib və müalicələri xəstəxanada davam etdirilir. Fakt araşdırılır.