Mənim saytım
Saytın menyusu
Bölmələr
Siyasət [19]
Sosial [24]
Hadisə [43]
İqtisadiyyat [9]
Dünya [17]
Avto [0]
Mədəniyyət [4]
Maqazin [3]
İdman [2]
Texnologiya [9]
Hərbi [0]
Foto [1]
Video [1]
Cəmiyyət [0]
Şou-biznes [1]
Maraqlı [8]
Ədəbiyyat [0]
Hücrə [0]
Proje [0]
Media [0]
Kinoteatr [0]
Qeyri adi [0]
Tarix [0]
Füzuli [1]
Bakı [0]
Digər [4]
Qazax [0]
Sağlamlıq [0]
Gündəm [1]
Ölkə futbolu [13]
Xarici futbol [1]
Digər idman növləri [6]
Bizim kuponlar [0]
Komanda [2]
Akademiya [0]
Kommersiya [0]
Klub [0]
İctimaiyyət [0]
Digər növlər [0]
Ramiz Quliyev [1]
Per Laqerkvist [1]
Lev Tolstoy [0]
İnanclar [1]
Ailə [1]
Sevgi [1]
Sağlıq [1]
Dəb [0]
Evim [0]
Mətbəx [0]
Həyata tərzi [0]
Əyləncə [0]
Mütəxəssislər [0]
Cinayət [0]
Din [0]
Ordu [1]
Mini Çat
200
Statistika

On line: 1
Qonaq: 1
İstifadəçi: 0
Главная » 2015 » yanvar » 05

Ölənlərdən ikisi bir ailənin üzvləridir Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 6 nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, zəncirvari qəza yolun 105-ci kilometrliyində, Şamaxının Acıdərə adlanan ərazisində qeydə alınıb. Ağsu sakini, 1990-cı il təvəllüdlü Əliyev Elmin Elşad oğlunun idarə etdiyi “Mercedes” markalı minik maşını qarşı tərəfdən gələn Sabirabad sakini, 1957-ci il təvəllüdlü Ağayev Vaqif Xudamirzə oğlunun idarə etdiyi “HOVA” markalı yük maşını ilə toqquşub. Zərbənin təsiri nəticəsində yük maşını minik avtomobilinin üstünə aşıb. Həmin vaxt toqquşan avtomobillər qarşı tərəfdən gələn, Qəbələ sakini, 1977-ci il təvəllüdlü Allahverdiyev Ramil Fikrət oğluna məxsus “Mercedes” markalı minik maşınına çırpılıblar. Hadisə nəticəsində toqquşan yük və minik avtomobillərinin sürücüsü, eləcə də minik maşının sürücüsü Elmin Əliyevin bacısı, 1988-ci il təvəllüdlü Əliyeva Əntiqə Elşad qızı, sərnişinlər- Gədəbəy sakini, 2002-ci il təvəllüdlü Əliyev Fərid Nemət oğlu, Bakı sakini 1988-ci il təvəllüdlü Abbasov Azər Eyvaz oğlu, Bakı sakini, 1961-ci il təvəllüdlü Baxşəliyev Vaqif Paşa oğlu aldıqları ağır bədən xəsarətlərindən vəfat ediblər. Digər “Mercedes”in sürücüsü Ramil Allahverdiyev ağır bədən xəsarətləri ilə Şamaxı Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. O, sonradan müalicə üçün Bakıya aparılıb. Hadisə yerinə cəlb olunan Fövqəl ... ardı »

Kateqoriya: Hadisə | Baxış: 458 | Əlavə etdi: mozalax | Tarix: 05.01.2015 | Şərhlər (0)

İntihar edən qadının ruhi xəstə olduğu məlum olub Bir neçə gün əvvəl Bakı bulvarında özünü dənizə ataraq intihar edən qadının kimliyi məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, araşdırmalardan sonra özünü öldürən qadının paytaxt sakini, 1970-ci il təvəllüdlü Hüseynova Yeganə Fərhad qızı olması müəyyən edilib. Məlum olub ki, 45 yaşlı Y.Hüseynova ruhi xəstədir. Qeyd edək ki, meyitə ilkin baxış zamanı onun boyu 1 metr 62 sm olduğu məlum olub və əynində qara rəngli xəz, qara palıd rəngli kişi ayaqqabısı, qara uzunqol köynək və boğazından boyunbağıya taxılmış Quran aşkar edilib.  İntiharın səbəbi araşdırılır.

Kateqoriya: Hadisə | Baxış: 414 | Əlavə etdi: mozalax | Tarix: 05.01.2015 | Şərhlər (0)

Hadisəni törədən şəxs yaxalanıb Rusiyanın Nijni Novqorod şəhərində Azərbaycan diasporasının fəallarından olan Rasim Quliyevin həyat yoldaşı öldürülüb. Lent.az-ın vesti.az-a istinadən məlumatına görə, bu barədə "Azerros"un yerli şöbəsinin rəhbəri Vidadi Abbasov bildirib. Onun sözlərinə əsasən, hadisə yanvarın 3-də, Kanavin rayonunda baş verib: “Quliyevlərin yaşadığı binanın birinci mərtəbəsində qalan qonşusu yuxarıda yaşayanla uşaqların səs-küy etməsindən xoşu gəlməyib. Rasimin. hamilə olan həyat yoldaşı ilə mübahisə edən sərxoş və işsiz qonşu evindəki seyfdə saxladığı ov tüfəngini götürüb təkrar yuxarı qalxıb və Quliyevlərin yaşadığı mənzilin qapısına atəş açıb. Həmin vaxt qapının arxasında olan hamilə qadın aldığı güllə yarasından hadisə yerindəcə keçinib". V. Abbasov qadının hamiləliyinin sonuncu ayında olduğunu deyib. O, bu ay körpəsinin dünyaya gətirəcəkmiş.  Polis hazırda 49 yaşlı kişini saxlayıb. Hamilə qadını amansızlıqla qətlə yetirdiyinə görə, onu ömürlük həbs gözləyir. ... ardı »

Kateqoriya: Hadisə | Baxış: 374 | Əlavə etdi: mozalax | Tarix: 05.01.2015 | Şərhlər (0)

Evdən külli miqdarda pul və qızıl aparılıb Göygöl rayonunda maskalı şəxslər evə hücum edib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Üç bulaq adlanan otlaq sahəsində yerləşən evdə baş verib. 3 nəfər maskalı şəxs 43 yaşlı Alışanov İsa Sovet oğluna məxsus evə daxil olaraq ev sahibini, onun anası Əsli Alışanovanı və bacıları Matat, Könül və Gülnisənı döyərək bədən xəsarətləri yetirdikdən sonra evdə olan 60 min manata kimi nağd pulu və 15 min manat dəyərində olan qızıl-zinət əşyalarını aparıblar. Yaralılar Göygöl Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan İsa Alışanovun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı Göygöl rayon Polis İdarəsində araşdırma aparılır.

Kateqoriya: Hadisə | Baxış: 356 | Əlavə etdi: mozalax | Tarix: 05.01.2015 | Şərhlər (0)

Profilaktik tədbirlər görülməlidir “Hava şəraiti (fəsil dəyişiklikləri) ilə əlaqədar əksər ölkələrdə, o cümlədən Azərbaycanda, eləcə də Bakıda oktyabr-noyabr, mart-aprel aylarında infarkt, insult kimi xəstəliklər iyul-avqust, dekabr-yanvar aylarına nisbətən çox olur". Bunu Lent.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin tibbi profilaktika kafedrasının müdiri, professor Aydın Məmmədov bildirib. Kafedra müdirinin sözlərinə görə, hər kəs yanvarda havanın soyuq, iyulda isə isti olmasını bilir. “Yəni orqanizm fəsillərə uyğun özünü tənzimləyə bilir. Lakin oktyabr-noyabr, mart-aprel aylarında hava şəraiti tez-tez dəyişir. Ona görə də qeyd etdiyim aylarda infarkt xəstəliklərinə daha çox rast gəlinir”. Professor bildirib ki, buna görə profilaktik tədbirlər görülməlidir: “Meteohəssas insanlar, yaşlı şəxslər, xroniki xəstəlikləri olanlar adi hava dəyişkənliyinə dözə bilmirlər. Yəni hava dəyişmələri bu cür insanlarda xəstəliklərin artmasına səbəb olur. Həmin şəxslər hava dəyişkənliyi dövründə dərman qəbul etməli, açıq hava şəraitinə çox çıxmamalı və riskli işlər görməməlidir”. A.Məmmədov vurğulayıb ki, bu ilin mart-aprel, oktyabr-noyabr aylarında Azərbaycanda infarkt, insult xəstəliklərinin sayında artım olması istisna edilmir.

Kateqoriya: Sosial | Baxış: 367 | Əlavə etdi: mozalax | Tarix: 05.01.2015 | Şərhlər (0)

Azərbaycan Televiziyasının Gürcüstandakı müxbiri Şahismayıl Şəmmədoğlunun oğlu intihar edib Azərbaycan Dövlət Televiziyasının Gürcüstan üzrə xüsusi müxbiri Şahismayıl Şəmmədoğlunun oğlu Azər Məmmədov intihar edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, 19 yaşlı Azər Şahismayıl oğlu Məmmədov yanvarın 3-də özünü güllələyib. Yanvarın əvvəlində İstanbuldan qayıdan Azər dostları ilə Dmanisinin Dunus kəndində yeyib-içdikdən sonra Qardabaniyə gəlib. Tələbə dostlarını Bakıya yola saldıqdan sonra Azər evə qayıdıb və otağa girib qapıları bağlayaraq özünü öldürüb. Mərhumun atası Şahismayıl Məmmədov APA-ya açıqlamasında bildirib ki, oğlu 12 səhifəlik məktub yazaraq bildirib ki, bu dünyada yaşamaq istəmir: "O, belə bir cəmiyyətdə və zəmanədə yaşamaq istəmədiyini və narazılığını bildirib". Ş.Şəmmədoğlu deyib ki, oğlu Azər Məmmədov İstanbul Universitetinin sənaye idarəetməsi fakültəsində oxuyurdu. Ş.Şəmmədoğlunun bir oğlu və iki qızı var. Bu gün Azər Məmmədov Qardabaninin Kosalı kəndində torpağa tapşırılıb.  ***** 12:18 Azərbaycan Televiziyasının Gürcüstandakı müxbiri Şahismayıl Şəmmədoğlunun oğlu intihar edib. APA-nın Gürcüstan müxbiri Nizami Məmmədzadənin Lent.az-a verdiyi məlumata görə, hadisə yanvarın 4-də Qardabanidə baş verib. Mərhum bu gün saat 12-də dəfn edilib. Hadisə ilə bağlı araşdırma aparılır.Hadisənin nə səbəbdən, hansı şəraitdə baş verdiyi hələlik məlum deyil. Qeyd edək ki, hadisə ilə bağ ... ardı »

Kateqoriya: Hadisə | Baxış: 368 | Əlavə etdi: mozalax | Tarix: 05.01.2015 | Şərhlər (0)

Daxil ol
səbət
Ваша корзина пуста
Axtarış
Təqvim
«  yanvar 2015  »
b.eç.açc.ac.şb
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Аrxiv
Dost Saytlar
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • musa.sb MyCorp © 2024