Mənim saytım
Saytın menyusu
Bölmələr
Siyasət [19]
Sosial [24]
Hadisə [43]
İqtisadiyyat [9]
Dünya [17]
Avto [0]
Mədəniyyət [4]
Maqazin [3]
İdman [2]
Texnologiya [9]
Hərbi [0]
Foto [1]
Video [1]
Cəmiyyət [0]
Şou-biznes [1]
Maraqlı [8]
Ədəbiyyat [0]
Hücrə [0]
Proje [0]
Media [0]
Kinoteatr [0]
Qeyri adi [0]
Tarix [0]
Füzuli [1]
Bakı [0]
Digər [4]
Qazax [0]
Sağlamlıq [0]
Gündəm [1]
Ölkə futbolu [13]
Xarici futbol [1]
Digər idman növləri [6]
Bizim kuponlar [0]
Komanda [2]
Akademiya [0]
Kommersiya [0]
Klub [0]
İctimaiyyət [0]
Digər növlər [0]
Ramiz Quliyev [1]
Per Laqerkvist [1]
Lev Tolstoy [0]
İnanclar [1]
Ailə [1]
Sevgi [1]
Sağlıq [1]
Dəb [0]
Evim [0]
Mətbəx [0]
Həyata tərzi [0]
Əyləncə [0]
Mütəxəssislər [0]
Cinayət [0]
Din [0]
Ordu [1]
Mini Çat
200
Statistika

On line: 1
Qonaq: 1
İstifadəçi: 0
Главная » 2014 » noyabr » 3 » “Adamyeyənlər ölkəsi”nə necə getməli? -ARAŞDIRMA
14:21
“Adamyeyənlər ölkəsi”nə necə getməli? -ARAŞDIRMA
Lent.az-ın əməkdaşı ekzotik ölkələrə səyahət imkanlarını araşdırdı    Qvatemala, Ekvatorial Qvineya, Nepal... Qonşu Rusiya, Gürcüstan, Türkiyə, İran, müxtəlif Avropa ölkələrinə səfər o qədər də çətin deyil. Bəs Azərbaycan vətəndaşları ekzotik ölkələrə səfər etmək istəsə? Ümumiyyətlə, bu mümkündürmü? Qvatemalaya, Nepala və yaxud da Ekvatorial Qvineyaya getməyi ağlından keçirən sıravi azərbaycanlı nə etməlidir? Lent.az-ın əməkdaşı bir Azərbaycan vətəndaşının ölkəmizdən çox uzaqlarda yerləşən Qvatemala, Ekvatorial Qvineya və Nepala səfər imkanları ilə bağlı araşdırma aparıb. Həmin araşdırmanı təqdim edirik.   57 saatlıq yol   Qvatemala respublikası Mərkəzi Amerika regionunda yerləşir. Şimalda Meksika, şərqdə Beliz və Honduras, cənubda isə Salvadorla həmsərhəddir. Karib dənizinə, qərbdə Sakit Okeana çıxışı var. Paytaxtı Qvatemala şəhəridir. Qvatemalada 20-ci əsrin əvvəllərində hərbçilərin, o cümlədən də Amerika Birləşmiş Ştatlarının dəstəyi ilə çevrilişlər həyata keçirilib. Qvatemalada orduya qarşı çıxan partizanlarla hakim rejim arasında uzun müddətli mübarizə gedib. Müharibə nəhayət, 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatında öz həllini tapıb.   Qvatemala əhalisinin yarısından çoxu ladinolar və avropalılardan (ispanlar) ibarətdir. Yerdə qalan əhali isə Qvatemala hindularıdır. Xalqın böyük əksəriyyəti katolik məzhəbli xristianlardır. Rəsmi dövlət dili ispan dilidir.   Qvatemalanın ölkəmizdə nəinki səfirliyi, heç nümayəndəliyi də fəaliyyət göstərmir. Qvatemalaya səfər etmək istəyən Azərbaycan vətəndaşları yalnız  Qvatemalanın Rusiyadakı (Moskva) səfirliyi ilə əlaqə yarada bilərlər.   Bakıda internet üzərindən fəaliyyət göstərən turizm.az şirkəti əvvəllər Qvatemalaya turlar təşkil edib. Lakin şirkətin əməkdaşının sözlərinə görə. subay kişilərin Qvatemalaya səfəri o qədər də məsləhətli deyil: “Əgər subaysınızsa, Qvatemalaya getməyin. Oların sizə viza verməmə ehtimalı var. Çünki miqrant kimi ölkədə qalıb işləməyinizdən ehtiyat edəcəklər. Bu baryeri keçmək üçün isə gərək gömrük bəyannaməsində mal varlığınızı çox göstərəsiniz”.   Qvatemalada ictimai-siyasi vəziyyətin nə yerdə olduğunu bilmək üçün internetdə kiçik bir axtarış aparmaq bəs etdi. Ölkədə cibgirlik, oğurluq tüğyan edir. əgər siz turistsinizsə, istənilən vaxt yüklərinizi oğurlayıb qaça bilər. Bundan sonrasını isə düşünməyin özü belə dəhşətlidir.   Turizm.az şirkəti turlar təşkil etdiyi ölkələrin ictimai-siyasi vəziyyəti ilə insanları məlumatlandırmır. İnsanlara yalnız gedəcəkləri ölkənin iqlimi haqda xəbər verilir: “Biz yalnız insanların səfər edəcəkləri ölkələrin iqlimi barədə onları məlumatlandırırıq. Suriyada bu gün müharibə gedir. Tutaq ki, bir insan ora getmək istəyirsə, biz ona müharibə ilə bağlı xəbərdarlıq etmirik. Əgər o, Suriyaya getmək istəyirsə biz ona necə mane ola bilərik?!”.   Bakıdan Qvatemala istiqamətində uçuşları “Britiş airlines” təşkil edir. Bakı-London-Dallas-Qvatemala reysi ilə Mərkəzi Amerika ölkəsinə 57 saat yarıma çatmaq mümkündür. Bir biletin getmək-qayıtmaq qiyməti 1099.32 manatdır.   Əgər siz turizm.az şirkəti vasitəsilə 4 gecə, 5 günlük Qvatemalaya gedəsi olsanız, bu sizə 2500 manata başa gələcək. Bura aviabilet, viza və hotel xərcləri daxildir. Səfər müddətində üç ulduzlu “Holiday İnn Guatemala” hotelində məskunlaşacaqsınız.   “Victory Tour” turizm şirkəti Qvatemalaya turu Bakı-Nyu York-Qvatemala reysi ilə təşkil edir. Bir nəfərlik biletin qiyməti 1200 manatdır. 6 gecə, 7 gün üç ulduzlu “Best Western Stofella” hotelində qalası olsanız,  xərciniz 500 manat olacaq. Qiymətə sığorta, səhər yeməyi, viza dəstəyi daxildir.   “Miracle” turizm şirkəti isə uzaq ölkələrdən yalnız Cənubi Afrika Respublikasına və Kubaya səfərlər təşkil edib.     Olmaz, amma...     Ekvatorial Qvineya respublikası Afrika qitəsində Atlantik okeanı sahilində yerləşir. Afrikanın ən kiçik ölkələrindən biridir. Ölkə şimalda Kamerun, cənub və şərqdə Qabonla həmsərhəddir. Qərbdən Atlantik okeanına çıxışı var. Ölkədən kənardakı Annobon və Bioko adaları da Ekvatorial Qvineyaya məxsusdur. Ekvatorial Qvineyanın paytaxtı Malabo şəhəridir.   Adalarda daha çox yağışlı, quru ərazidə isə quru hava şəraiti hakimdir. Meşələrdə qorilla, şimpanze, leopard və fillər çoxluq təşkil edir. Bu ölkədə hannibalizmin izlərinə hələ də rast gəlmək mümkündür. Yani ehtiyat igidin yaraşığıdır məntiqi.   Ekvatorial Qvineya vaxtilə Portuqaliya və İspaniyanın müstəmləkəsi olub. Əhalinin 87 faizi katolik məzhəbli xristianlardır. Səhra Demokratik Ərəb respublikası ilə birlikdə Afrika qitəsində rəsmi dövlət dili ispan dili olan iki ölkədən biridir. Ekvatorial Qvineyada parlamentli respublika olduğuna baxmayaraq, ölkədə diktaturadır.   Çox sərt şəkildə polis nəzarəti var. Ekvatorial Qvineya səyahət etmək üçün o qədər də əlverişli deyil. Ölkə yollarının böyük əksəriyyəti bərbad haldadır. Digər tərəfdən yollar ciddi nəzarətdədir.  Yerli sakin və yaxud turist fərqi yoxdur, ölkədə foto çəkmək o qədər də yaxşı qəbul olunmur. Binokldan isə yalnız hərbçilər istifadə edə bilər. Bu ölkənin də ölkəmizdə nə səfirliyi, nə də nümayəndəliyi fəaliyyət göstərir. Bu maraqlı və qəribə Afrika ölkəsində olmaq istəyən azərbaycanlılar Ekvatorial Qvineyanın Rusiyadakı (Moskva) səfirliyinə müraciət edə bilər.   Bakıdan Ekvatorial Qvineya istiqamətində uçuşları “Efiopiya airlines” və “Lutfhansa” şirkətləri həyata keçirir. “Efiopiya airlines” Bakı-Frankfurt-Əddis Əbəbə-Malabo reysi ilə Afrika ölkəsinə 35 saata yetişmək olar. Bir biletin getmək-qayıtmaq qiyməti 1367.14 manatdır. “Lutfhansa” Bakı-Frankfurt Malabo reysinin qiyməti isə 1839.09 manat təşkil edir ki, bu səfərlə siz 21 saat Ekvatorial Qvineyada ola bilərsiniz.   Apardığımız sorğudan məlum oldu ki, Azərbaycanda heç bir turizm şirkəti Ekvatorial Qvineya istiqamətdə turlar təşkil etməyib və yaxın gələcəkdə baş tutan deyil. Ən maraqlısı isə o idi ki, müraciət etdiyimiz turizm şirkətləri Ekvatorial Qvineyanın Afrika ölkəsi olduğunu bilə-bilə “Ebola” virusu haqda bir kəlmə olsun danışmadılar.   Amma sonucda öyrənə bildik ki, “World travel” şirkəti Ekvatorial Qvineyaya individual tur təşkil edir. Ekvatorial Qvineyaya beş gecəlik, altı günlük turun xərcləri aşağıdakı kimidir:   Aviabilet, viza dəstəyi, Malabodakı “İbis” oteli - 1700 manat;   “Royal penguin boutique” oteli - 2700 manat;   “Shangri la hotel” - 2850 manat;   “Victory Tour” turizm şirkətindən isə yalnız Qvineyaya səfərə kömək edə biləcəklərini bildirdilər.     Olar, amma...     Yəqin ki, yanılmıram. Orta məktəbdə pis, yaxşı və yaxud da əla oxuyan şagirdlərin demək olar ki, hamısı Nepalda yerləşən dünyanın ən yüksək zirvəsi Everestin adını, hətta hündürlüyünü belə əzbər bilirdi. Bu yaxınlarda Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlunun qardaşı Murad Aşurlu Himalay dağlarında faciəvi şəkildə həlak oldu. Bütün bunlar Nepalın azərbaycanlıların üçün nə qədər maraqlı olduğunu göstərir.   Nepal respublikası Cənubi Asiyada yerləşir. Şimalda Çin, cənubda Hindistanla həmsərhəddir. Nepalın paytaxtı Katmandu şəhəridir. Dənizə çıxışı yoxdur. Əhalisinin sayı təxminən 29 milyon nəfərdir. Nepal sakinlərinin 80 faizi hindudur. İnsanlar daha çox əkinçiliklə məşğul olur. Ölkədə çox sayda müxtəlif və kiçik etnik qruplar yaşayır. 3 rəsmi dövlət dili var - nepali, sanskrit və moğol. Nepal, eyni zamanda dünyanın ən kasıb ölkələrindən biridir. Uzun müddət davam edən vətəndaş müharibəsi nəticəsində, 2008-ci ildə Nepalda krallıq ləğv olunub, ölkə respublika üsul-idarəsinə keçib.   Nepal turizm şirkətlərinin maraq dairəsində olsa da, maoçu terror təşkilatının mövcudluğu ciddi şəkildə ölkədə turizm sahəsinə ziyan vurur.   Nepalın da Qvatemala və Ekvatorial Qvineya kimi ölkəmizdə səfirliyi fəaliyyət göstərmir. Nepala səfər etmək istəyən Azərbaycan vətəndaşları da  ölkənin Rusiyadakı (Moskva) səfirliyinə getməlidir.   Bakıdan Nepal istiqamətində uçuşları həyata keçirən “Qatar airways” Bakı-Doha-Katmandu reysi ilə Asiya ölkəsinə 19 saata çata bilər. Bir biletin getmək-qayıtmaq qiyməti 581.46 manatdır. Bakı-Doha-Dehli-Katmandu reysinin qiyməti isə 745.39. manat təşkil edir.   “Victory tour” şirkəti Nepala turu Bakı-Doha-Katmandu reysi ilə təşkil edir. Bir nəfərlik biletin qiyməti 675 manatdır. Dörd gecə, beş gün üç ulduzlu “Kathmandu Guest House” hoteldə qalmaq 300 manat, “Northfield Hotel”də qalmaq isə 275 manat təşkil edir.   Bax, beləcə...
Просмотров: 327 | Добавил: mozalax | Рейтинг: 0.0/0
Всего комментариев: 0
omForm">
avatar
Daxil ol
səbət
Ваша корзина пуста
Axtarış
Təqvim
«  noyabr 2014  »
b.eç.açc.ac.şb
     12
3456789
10111213141516
17181920212223
24252627282930
Аrxiv
Dost Saytlar
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • musa.sb MyCorp © 2024