Yeniyetmə qız gecəyarısı evdən çıxıb Astara rayonunun Pensər kənd sakini, 2001-ci il təvəllüdlü Dilşad İntiqam qızı Quliyeva itkin düşüb. Bu barədə APA-nın cənub bürosuna Astara Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Məlumata görə, Dilşad Quliyeva 2014-cü il dekabrın 17-də gecə saat təxminən 03.30 radələrində yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. Onun boyunun təxminən 140-145 sm, saçlarının şabalıdı, dolu bədənli olduğu bildirilir. Dilşad Quliyevanı görən şəxslərdən (02522) 5-40-99 və (050) 3344454, (070) 6365303 (mobil) telefon nömrələrinə zəng vurmaları xahiş olunur.
|