Mənim saytım
Saytın menyusu
Bölmələr
Siyasət [19]
Sosial [24]
Hadisə [43]
İqtisadiyyat [9]
Dünya [17]
Avto [0]
Mədəniyyət [4]
Maqazin [3]
İdman [2]
Texnologiya [9]
Hərbi [0]
Foto [1]
Video [1]
Cəmiyyət [0]
Şou-biznes [1]
Maraqlı [8]
Ədəbiyyat [0]
Hücrə [0]
Proje [0]
Media [0]
Kinoteatr [0]
Qeyri adi [0]
Tarix [0]
Füzuli [1]
Bakı [0]
Digər [4]
Qazax [0]
Sağlamlıq [0]
Gündəm [1]
Ölkə futbolu [13]
Xarici futbol [1]
Digər idman növləri [6]
Bizim kuponlar [0]
Komanda [2]
Akademiya [0]
Kommersiya [0]
Klub [0]
İctimaiyyət [0]
Digər növlər [0]
Ramiz Quliyev [1]
Per Laqerkvist [1]
Lev Tolstoy [0]
İnanclar [1]
Ailə [1]
Sevgi [1]
Sağlıq [1]
Dəb [0]
Evim [0]
Mətbəx [0]
Həyata tərzi [0]
Əyləncə [0]
Mütəxəssislər [0]
Cinayət [0]
Din [0]
Ordu [1]
Mini Çat
200
Statistika

On line: 1
Qonaq: 1
İstifadəçi: 0
Главная » 2014 » noyabr » 22 » Bakı
12:18
Bakı
Ölkə AzərbaycanAbşeron yarımadası2 130[1] km²2 092 400[1] nəfər (2011958 nəfər/km²10, 90, 99+994 12AZ1000 AZ1002 AZ1006 AZ1044 AZ1063 AZ1072[2]Bakı şəhər İH rəsmi veb saytı Bakı şəhərinə dağüstü parkdan görüntü  — Azərbaycan Respublikasının paytaxtı; Qafqaz bölgəsində ən böyük ticarət, mədəniyyət və elm mərkəzi;Xəzər dənizində ən böyük liman. Şəhərin ərazi dairəsinin sahəsi – 2 130 km²[1]-dir . Bakı Abşeron yarımadasının cənub sahilində yerləşir. Şəhər öz qədimliyinə, ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin ən iri şəhərlərindən biridir. 1918-ci ildən respublika tabeli şəhərdir. Şəhər 12 inzibati rayona və 48 kənd, qəsəbəyə bölünüb. Şirvanşahlar saray kompleksi, İçəri şəhər və Qız qalası-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdirlər. Bakı Azərbaycanın elmi, mədəni və sənayə mərkəzidir. Azərbaycanın bir çox iri şirkətlərinin Bakıda baş ofisləri var.[3]. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin başlanğıc nöqtəsi Bakıda yerləşir. Adın etimologiyasıEdit Bakı şəhərinin adının tarixi ilə bağlı bir çox versiyalar mövcuddu. Müxtəlif dövrlərdə müxtəlif səyyahlar və tarixçilər tərəfindən Bakı adı müxtəlif cür təqdim olunmuşdu. Ümumiyyətlə, Abşeron yarımadasında rast gəlinən adlar əsasən burda yaşayan tayfalar, əhali ilə bağlı olmuşdu. Massagetlərdən Maştağa, mərd tayfalarından Mərdəkan, türklərdən Türkan qəsəbələrinin adı formalaşmışdı. Bakı adına gəlincə isə, bu ad ilk dəfə V əsr Bizans müəlliflərinin əsərlərində rast gəlinmişdi. O, Skif padşahlığıdan Midiyaya gedən yolda "dəniz daşından partlayan" ərazi haqqda məlumat verirdi. VIII əsrin erməni tarixçisi Qevond Xəzər tayfaları ilə ərəblərin toqquşmasından məlumat verərkən Atşi-Baquan ərazisinin adını çəkir. Sara Aşurbəyli bu məlumata istinad edərək bildirir ki, "Atşi" sözü "atəş" sözündəndi. Söz isə "Baquanın atəşləri mənasını verir". Bütün ehtimallara baxmayaraq, Bakı sözünün tarixi ilə reallığa ən yaxın olan variant fars dilindən yaranan "Badi Kubə" sözünün birləşməsindən yaranmasıdı. Fars dilindən tərcümədə "Küləklər şəhəri" mənası verən bu sözün məhz Bakının əsl tarixinin olmasını bir çox tarixçilər təsdiq edir. Rus və Avropa səyyahlarının bir çoxlarının əsərlərində Bakı adı müxtəlif cür təqdim olunur. Məslələn, XVII əsrdə Qarrits Baca, Adam Oleari Bakuie kimi təqdim etmişdir. İslam dini fəlsəfəsində Allahın 99 mübarək adının 96-cısının əl-Bakiy olması da məlumdur. On birinci imam Hz.Həsən Əsgərinin oğlu Hz.Mehdinin (Sahibi-Zaman) özəl adlarından biri də məhz Hz.Bakıyyətullahdır. Burada “Bakıy” etnonimi əlbəttə ki, əbədi mənasındadır. Bakı sözü ərəbcə “sonsuz”, “əbədi”, “qalan”, “fani olmayan”, “varlığı daim olan”, türkcə isə “toxunulmaz” və “müqəddəs” anlamını verir. Sanskritcə (qədim hind ədəbi dillərindən biri) “bhaqa” günəş anlamındadır. Avesta və qədim pəhləvi-iran-fars dillərində “baqa” və yaxud “baq” tanrı deməkdir. E.ə. VI əsr Bisütun mixi kitabəsində (İranın Həmədan şəhəri yaxınlığında Bisütun qayası üzərində İran şahı I Daranın (e.ə. 522-486) həkk etdiyi kitabə) də “Baqa” sözünə rast gəlinir.Azens.az saytının məlumatına görə, “Baqa” sözü günəş-od kimi tərcümə edilərək dolayısı ilə “Boq” sözünü formalaşdırmış və bu etnonim rus dilinə belə keçmişdir. “Bhaqavad Qita” – Veda müdrikliyinin məğzi olan dünyanın transindental ruhi və fəlsəfi klassikasının ən məşhur əsərlərindən biridir. Sözün kökü “bhaqa” – “günəş” və ya “Tanrı” deməkdir. Demək “Bhaqa”, “baqa”, “baq” sözləri – əsrlər boyu dəyişmiş, Günəş, Tanrı və ya od, alov, atəş anlamını verərək formalaşmışdır. Bəzi mənbələrdə bu etnonim Tanrı-Allah kimi də verilir. Nəhayət, belə nəticəyə gəlmək olar ki, bu ərazidə çox qədimlərdə torpaqdan çıxan qaz və neft yanıb od-atəş halında göründüyü üçün adıçəkilən etnonimlər assimilyasiyasına uğramış, burada yaşayan xalq “baq”, “baqa”, ərazi isə “Baqavan”, “Bakuyə”, “Baku”, “Baki” və Bakı kimi formalaşmışdır. Toponim “Allah şəhəri”, “Allah yeri” və ya “Günəş (atəş) şəhəri”, “Günəş (atəş) yeri” mənasını daşıyır. TarixEdit Abşeron yarımadası ərazisində tapılmış arxeoloji materiallar buranın qədim yaşayış məskəni olduğunu sübut edir.Pirallahı, Zığ gölü ətrafı, Şüvəlan,Mərdəkan, Binəqədi,Suraxanı,Əmircanvə s. yerlərdə e.ə. III-I minilliklərə aid arxeoloji abidələr tapılmışdır. Bakının salındığı tarix dəqiq məlum deyildir. Bəzi tədqiqatçılar Bakını Qaytara (Qanqara), Albana, Baruka və s. ilə eyniləşdirirlər. Bakıda tapılmış V-VII əsrlərə aid Sasani dəfinəsi o dövrdə buranın yaşayış məntəqəsi olduğundan xəbər verir. V-VI əsr mənbələrində Bakı "Bağavan" və "Atəş-i Baquan", ərəb mənbələrində (X əsr) "Bakuyə", "Bakuh", "Baku", rus mənbələrində (XV əsr) "Baka", Səfəvilər dövrü fars dilli mənbələrdə "Badi kubə" adlandırılır.bu da tərcümədə küləklər şəhrəri anlamına gəlir. Tarixən Bakı Şərqin iri şəhərlərindən olub. Şəhər iqtisadiyyatında neft və duz istehsalı əsas yer tutub. Ərəb səyyahı Əbu Düləfin (X əsr) məlumatına görə, Bakıdakı iki neft yatağından ildə təqribən 720 min dirhəm gəlir əldə edilirmiş. Feodal münasibətlərin, ticarətin və sənətkarlığın inkişafı şəhərin çiçəklənməsinə şərait yaradıb. Beynəlxalq ticarətin yolayrıcında yerləşən Bakı Şərq və Qərb ölkələri arasındakı ticarət əlaqələrində mühüm rol oynayıb. Bakıya Xəzər, Slavyan,Bizans, Çin, İraq, Suriya, Genuya, İran, Hindistan tacirləri gəlib. Bakıdan İran, İraq və s. ölkələrə neftixrac olunub. IX əsrin 2-ci yarısında Abbasilər xilafətinin zəifləməsi və mərkəzi hakimiyyətdən uzaqlaşmaq meyllərinin qüvvətlənməsi Xilafətə tabe ölkələrdə bir sıra müstəqil dövlətlərin yaranmasına səbəb oldu. Belə dövlətlərdən biri də Şirvanşahlar dövlətiidi. Bakı X əsrin axırlarında Şirvanın əsas şəhərlərindən birinə çevrildi. Əhali sənətkarlıq, ticarət, bağçılıq, bostançılıq, üzümçülük, baramaçılıq, əkinçilik, neftçıxarma, balıqçılıq və s. ilə məşğul olurdu. Bakı X əsrdən liman şəhəri kimi məşhur idi. XI əsrin sonu, XIII əsrin əvvəllərində Bakı tərəqqi dövrü keçirirdi. 1191-ci ildəQızıl Arslan Şamaxını tutduqda şirvanşah I Axsitan müvəqqəti olaraq paytaxtı Bakıya köçürmüşdü. Şirvanşahlar şəhərin möhkəmləndirilməsinə xüsusi diqqət verirdilər. XII əsrdə Bakı ikicərgəli qala divarı və xəndəklə əhatə olundu. Qız Qalası da şəhərin müdafiə sisteminə daxil idi. 1232-ci illərdə Bakını dəniz tərəfdən qorumaq məqsədi ilə buxta daxilində möhkəmləndirilmiş qala tikildi. Şirvanşahlar Xəzər dənizində güclü donanma yaratdılar. XIII əsrin 30-cu illərində monqollarBakıya hücum edib, uzunmüddətli mühasirədən sonra şəhəri aldılar. Bakıda neftçıxarma və ticarət tənəzzülə uğradı. XIV əsrin ortalarına doğru Bakıda ticarət (xüsusilə dəniz ticarəti) yenidən canlandı. Gilan və Şamaxı ipəyinin beynəlxalq ticarətdə əhəmiyyətinin artması ilə əlaqadar Bakının iqtisadi mövqeyi möhkəmləndi. XIV əsrdən Bakıdan Qızıl Orda, Moskva knyazlığı, Avropa ölkələri və s. yerlərə müxtəlif mallar, xüsusən ipək, xalça və s. ixrac edilirdi. Bakıdan Həştarxana,Orta Asiyaya və Xəzərin cənub sahillərinə mal daşınırdı. XIV əsrin 2-ci yarısında Bakının iqtisadi və siyasi rolunun artması ilə əlaqədar olaraq Xəzər dənizi bəzən Bakı dənizi də adlandırılırdı (bu, 1375-ci ildə katalan dilində hazırlanmış atlasda göstərilir). Bakıda indiyədək qalan tarixi-memarlıq abidələri – Buxara karvansarası (XIV əsr), Qız Qalası yaxınlığında Multani (hind) karvansarası (XV-XVI əsrlər) və s. Şərq ölkələri ilə geniş ticarət əlaqələrinin mövcudluğundan xəbər verir. Şirvanşah I Xəlilullahın dövründə (1417) Bakıda mühüm tikinti işləri aparıldı. Şirvanşahlar saray kompleksidə bu dövrdə tikilmişdir. Bakıda ticarət, sənətkarlıq inkişaf edir, iqtisadi və mədəni həyat yüksəlirdi. XV əsrin 2-ci yarısında Böyük Moskva knyazlığı ilə ticarət daha da genişləndi və diplomatik əlaqələr yaradıldı. 1501-ci ildə Şah İsmayıl Şirvana hücum edərək Bakını aldı. Bakıdakı qədim binalardan biri. " Səadət sarayı " Səfəvi hökmdarı I Təhmasib 1538-ci ildə Bakının da daxil olduğu ŞirvanıSəfəvilər dövlətinə birləşdirdi.Səfəvi-Osmanlı müharibələri zamanı1578-ci ildə Osmanlı ordusu Bakını tutdu. 1607-ci ildə şəhər yenidən Səfəvilərin hakimiyyəti altına keçdi. Mərkəzi hakimiyyətin qüvvətlənməsi, məhsuldar qüvvələrin inkişafını ləngidən feodal çəkişləmələrinə, dağıdıcı müharibələrə son qoyulması XVII əsrin 40-cı illərində şəhərin yüksəlişinə təkan verdi. Səfəvilər dövründə Bakıda mis pullar buraxılırdı. Bakı və Abşeron əhalisinin xeyli hissəsi xalçaçılıqla məşğul olurdu. XVI-XVIII əsrlərdə sənətkarlıq, xüsusilə xalçaçılıq daha da inkişaf etdi. Bakıda toxuculuq da mühüm yer tuturdu. XVII-XVIII əsrlərə aid tarixi abidələr bu dövrdə Bakıda memarlıq, həkkaklıq və s.-nin inkişaf etdiyini göstərir. Bakının zəngin təbii sərvətləri, habelə mühüm hərbi strateji əhəmiyyəti XVIII əsrin əvvəllərindən etibarən Rusiyanın diqqətini cəlb edirdi. Xəzərin cənub-qərb sahillərinə yiyələnməyə çalışan Rusiya çarı I Pyotr xüsusi hərbi dəniz ekspedisiyası yaradır. 1723-cü il iyunun 26-da I Pyotrun qoşunu Bakını işğal edir. Lakin Rusiya və İran arasında bağlanan Gəncə məqaviləsinə (1735) görə Bakı yenidən İranın hakimiyyəti altına keçdi. XVIII əsrin ortalarında Azərbaycanda bir sıra xanlıqlar, o cümlədən Bakı xanlığıyarandı. Ara müharibələri bütün Azərbaycanda olduğu kimi, Bakıda da iqtisadiyyat və mədəniyyətin inkişafına mane olur, əhalinin vəziyyətini son dərəcə ağırlaşdırırdı. XVIII əsrin 2-ci yarısında Bakıda şəhər həyatı və ticarət nisbətən canlandı. Lakin Ağa Məhəmməd Şah Qacarın Azərbaycana hücumları iqtisadiyyatın və ticarət əlaqələrinin yenidən tənəzzülə uğramasına səbəb oldu. 1796-cı ilin yazında Rusiya imperatriçası II Yekaterinanın əmri ilə general V.A.Zubovun komandanlıq etdiyi rus qoşunları Azərbaycana yürüş etdi. İyunun 13-də Bakı alındı. 1797-ci ilin əvvəlində general P.D.Sisyanov Bakının komendantı təyin olundu. II Yekaterinanın ölümündən sonra oğlu I Pavel V.A.Zubovu geri çağırdı. Çar qoşunları 1797-ci ilin martında Bakını tərk etdi. XIX əsrin əvvəlində I AleksandrXəzərsahili vilayətləri, ilk növbədə Bakını tutmaq planı ilə xüsusi maraqlanırdı. Rusiya-İran müharibəsi (1804-1813) bu planın həyata keçirilməsini sürətləndirdi. 1805-ci il avqustun 12-də çar qoşunu Bakını mühasirəyə aldı, lakin müvəffəqiyyət qazanmayaraq geri çəkildi. 1806-cı ilin əvvəlində general P.D.Sisyanovun qoşunları yenidən Bakıya yaxınlaşdı. Şəhəri təslim etmək haqqında Bakı xanıHüseynqulu xanla danışıqlar zamanı general P.D.Sisyanov öldürüldü. 1806-cı il oktyabrın 6-da Bakı Rusiyaya birləşdirildi. 1807-ci ildə Bakıda 500 ev, 300 000 əhali var idi. 1813-cü ildə bağlanmış Gülüstan sülhü ilə Şimali Azərbaycan, o cümlədən Bakının Rusiyaya birləşdirilməsi təsdiq edildi. Bu dövrdə Abşeronda illik neft istehsalı 200-300 min puda çatırdı. 1847-ci ildə Bakının Bibiheybət sahəsində mexaniki üsulla ilk neft quyusu qazılmasına təşəbbüs göstərildi. Bakı neft sənayesinə xarici kapitalın axını başlandı. 1879-cu ildə Bakıda 9 qazma buruğu vardısa, 1900-cü ildə onların sayı 1710-a çatdı. Bakı nefti dünya miqyasına çıxdı. Neft sənayesi ilə yanaşı Bakıda başqa sənaye sahələri də inkişafa başladı; mexaniki zavodlar, emalatxanalar, tütün fabrikləri, buxar mühərrikləri ilə işləyən dəyirmanlar və s. yarandı. Yeni tikililər, banklar, ticarət və sənaye firmalarının binalarından ibarət idi.[4] 1883-cü il mayın 8-də Bakı-Tiflis dəmir yolu işə salındı. 1899-cu ildə Bakıda ilk konka işləməyə başladı. Hələ XIX əsrin 40-cı illərində Xəzərdə buxar gəmiləri işləyirdi. Bakıda yeraltı tikintilərEdit Аzərbаycаnın оrtа əsr şəhər və qаlаlаrındа еhtiyаt üçün tikilmiş yеrаltı gizli yоllаrın оlmаsı hаqqındа çохlu məlumаtlаrа təsаdüf еtmək оlur. Хаlq yаrаdıcılığındа yеrаltı gizli yоllаr hаqqındа çох dаnışılır. Təsаdüfi dеyil ki, şəhər və qаlаlаrın yеrаltı yоllаrı, хüsusi mаrаğа səbəb оlmаqlа yаnаşı, оnlаrın təsаdüfdən yаrаnmаdığı və rеаl həyаtа bаğlı оlduğu аydınlаşır. Bakı şəhərində müdafiə istehkamları tikilərkən, qala divarlarının əzəmətini, möhkəmliyini qoruyub saxlamaq və müdafiə sistemini asanlaşdırmaq üçün möhtəşəm bürclər və qala divarı boyu yeraltı yollar da qala divarının ayrılmaz hissəsi kimi inşa olunmuşdur. İçərişəhərdə məhz bu məqsədlə şimal qala divarlarının daxili hissəsində əsgərlərin rahat hərəkəti üçün nəzərdə tutulmuş və Qoşa Qala Qapılarınadək uzanan yeraltı yol inşa edilmişdir. Yeraltı yol qala divarı bürclərindən biri olan dördkünc qala-bürcə (cəbbəxana və ya donjon) qərb və şərq tərəfdən birləşirdi. Qala-bürcün bu cür yerləşməsi əsgərlərin silah və sursat götürmək üçün yeraltı yolla cəbbəxanaya rahat girib çıxa bilmək məqsədi daşıyırdı. Bu yeraltı yol hələ də öz strateji və memarlıq cəhətdən əhəmiyyətini qoruyub saxlayır. Qala divarı boyunca "İçərişəhər" metro stansiyasının İçərişəhərə giriş qapısından Qoşa Qala Qapılarına qədər uzanan yeraltı yol, müxtəlif illərdə və bəzi yerlərdə İçərişəhərə giriş qapıları açılması ilə əlaqədar bağlanmışdır. Qеyd еdək ki, şərq istiqаmətində uzаnаn bu yоlun divаrlаrı yахşı yоnulmuş hаmаr dаşlаrdаn qаyаnın üstündə səliqə ilə hörülmüşdür. Bu yeraltı tikilinin içərisində yerləşən bir neçə otaqdan ibarət su anbarı hal-hazırda qalmaqdadır. Bu su anbarı, yaxınlıqda yerləşən ovdan ilə əlaqəlidir. İndi də su ахаn bu yеrаltı yоl vахtilə fəаliyyətdə оlаn böyük su kəmərinin qаlığıdır. Qayada ovulmuş su yollarından həm də yeraltı gizli yol kimi istifadə edilməsi çox maraqlıdır. ƏraziEdit Coğrafiyası və iqlimiEyni coğrafi enlikdə və ya uzunluqda yerləşən şəhərlərŞimal:Qərb: Nyu-York Madrid NeapolŞərq: Daşkənd PekinCənub: Abşeron yarımadası dünya okeanı səviyyəsindən 28 metr aşağıda yerləşir. Bakının və Abşeronun iqlimi mülayim- isti, yarımsəhra və çöl iqlimi olub yalnız Abşerona xas olan küləklərlə səciyyəvidir. "XƏZRİ" deyilən şimal küləyi yayda havanı sərinləşdirir, qışda isə hədsiz dərəcədə soyudur. "GİLAVAR" deyilən cənub küləyi yayda isti gətirir, qışda isə soyuğu bir qədər mülayimləşdirir. Ümumiyyətlə müasir Bakının iqlimi bakılıların sevə-sevə becərdikləri bağların və parkların sayəsində xeyli mülayimləşmişdir. XX əsrin əvvəllərində güclü külək və toz əldindən Bakının küçələrinə çıxmaq mümkün deyildi, bu gün isə Bakı ilıq və rahat həyat tərzi ilə seçilən bir şəhərə çevrilmişdir. B.Zirə D.Zirə K.Zirə K Ö R F Ə Z İ Şıx b. BAKI Sultan b. Bakı körfəzi YanFevMarAprMayİynİylAvqSenOktNoyDekMax. Temperatur (°C)6,66,39,816,422,127,330,629,725,619,613,59,7Min. Temperatur (°C)2,12,04,29,414,919,722,222,919,413,68,84,8Temperatur (°C)6,36,18,213,418,723,426,126,323,718,413,08,6Yağıntı (mm)212021181882615253026Günəşli saatlar (s/g)2,93,14,06,58,39,810,19,17,44,63,13,3Yağışlı günlər (g)665432122666Nisbi rütubət (%)787877696457586368747776T e m p e r a t u r6,62,16,32,09,84,216,49,422,114,927,319,730,622,229,722,925,619,419,613,613,58,89,74,8YanFevMarAprMayİynİylAvqSenOktNoyDekA t m o s f e r ç ö k ü n t ü s ü21 20 21 18 18 8 2 6 15 25 30 26  YanFevMarAprMayİynİylAvqSepOktNoyDek  WMO, www.wetter.com Şəhər rayonları Bakı aşağıdakı şəhər rayonlarına bölünüb : BinəqədiNizamiSəbailSabunçuSuraxanıQaradağPirallahı Bakıda mikrorayonlar 1960-cı illərin əvvəlindən etibarən tikilməyə başlanıldı.Yeni mikrorayonların tikilməsi ilə ərazidə nəqliyyat infrastrukturuda yaranmağa başlamışdır.Belə ki,ilk əvvəllər yalnız avtobuslarla yeni tikilmıiş yaşayış sahələrinə çatmaq olurdusa 1980-ci illərin əvvəlində Memar Əcəmi və 20 yanvar metro stansiyalarının istifadəyə verilməsi ilə nəqliyyatın vəziyyəti daha da yaxşılaşdı və mikrorayonlar uzaq bir şəhərətrafı ərazi statusunu itirməyə başladı. Mikrorayonlar getdikçə şəhər mərkəzi ilə müqayisədə bir sıra üstünlüklər əldə etməyə başladı. Ən əsası bu ərazilərdə yaşıllıq sahələrinin mərkəzi ərazilərə nisbətən qat-qat çox olması,havanın təmiz olması,bütün yaşayış evlərinin ciddi plan əsasında sıralanması,nizamlılıq bu kimi üstünlüklər insanları mikrorayonlara olan marağını cəlb etdi və yeni evlər surətlə məskunlaşmağa başladı. Bakının 9 mikrorayonu vardır. Müasir Bakı Filarmoniya bağı Nizami küçəsi Şəhərin vacib yerləriNeft Daşları Əsas məqalə: Neft Daşları Neft Daşları – dünyanda ilk neft platformasıdır. Bünövrəsi 1947-ci ildə qoyulmuşdur. Ceyms Bondun məşhur sərgüzəştlətindən biri olan "Dünya kifayət deyil" (ing. The World Is Not Enough) filminin əsas kadrları məhz burada – Neft Daşlarında lentə alınmışdır. Neft Daşları şəhər tipli qəsəbədir və Bakının Xəzər rayonunun ərazisinə daxildir. Xəzər dənizi səthindən azca görünən "Qara qayaların" ətrafında tikilmişdir. Abşeron yarımadasının 42 km-də cənubi-şərqdə yerləşən bu qəsəbə dənizin dibinə bərkidilmiş metal dirəklərin üstündəki estakadada dəniz səthindən bir neçə metr hündürlükdə tikilmişdir. İçərişəhər Əsas məqalə: İçəri şəhər Sol tərəfdə muasir görünüşü ilə İçərişəhər metrostansiyası sağ tərəfdə isə İçəri şəhərinbürcləri və qala qapısı Bakı hələ qədim zаmаnlаrdаn təкcə Cənubi Qafqazda dеyil, еləcə də Yахın Şərqdə əhаlinin sıx məskunlaşmış şəhərlərdən biri кimi tаnınmışdır. Əlvеrişli iqlimi, təbii-cоğrаfi şərаiti, təbii sərvətlərin bоlluğu, buradan кеçən bеynəlхаlq əhəmiyyətli ticаrət yоllаrı bu şəhərin iqtisаdi cəhətdən inкişаfınа кöməк еtmişdir. Mülаyim iqlimi, məhsuldаr tоrpаğı, bоl su mənbəyi burаdа əsrin əvvəllərindən başlayan iqtisadi inkişaf üçün əsаs zəmin оlmuşdu. Təsаdüfi dеyildir кi, hələ еrаmızın əvvəllərində yunаn-roma аstronоmu və cоğrаfiyаşünаsı Кlаvdi Ptolemеy (70-147-ci illər) "Coğrafiya dərsliyi" kitabında Аlbaniyanın ərazisindəki 28 şəhərin аdını çəkərkən Bakını Baruka və ya Qaytara kimi göstərir. Bакının "müqəddəs" оdlаr diyаrı кimi tаnınmаsı оnun həyаtındа mühüm rоl оynаmışdır. Bəllidir кi, ərəb istilаsınа qədər Аzərbаycаnın müхtəlif vilаyətlərində хristiаn, bütpərəstliк, аtəşpərəstliк dinləri yаyılmış və оnlаrın dini ibаdət yеrləri – mərкəzləri mövcud оlmuşdur. Аtəşpərəstliк dininin əsаs оcаqlаrındаn biri də qədim Bакı idi. Mənbələrdə 624-cü ildə Bizаns impеrаtоru Irакlinin (610-641) Bакıyа gəlməsi və bir çох аbidələri dаğıtmаsı hаqqındа məlumаt dа vаrdır. İçərişəhərlər bir növ cаnlı оrqаnizmdir. Onun özünəməхsus tаlеyi vаrdır. Orta əsrlərdə bəzi şəhərlər hərbi, siyаsi hаdisələrdən кənаrdа qаlsа dа, bir qismi tаriхi hаdisələrin güclü burulğаnındа çırpınırdı. Bəzi şəhərlər tаlаn və yаnğınlаrа, fеоdаl çəкişmələrinə, təbii fəlакətlərə tаb gətirməyərəк məhv оlurdu. Bakı şəhəri isə əlvеrişli təbii-iqlim şərаitinə, güclü iqtisаdiyyаtınа, ticаrət və sənətкаrlığının inкişаfınа görə çiçəкlənərəк şöhrət qаzаnmışdı. İçərişəhər mаhir mеmаrlаrın, sənətкаrlаrın pеşəкаrlığındаn söhbət аçır, bizi ötən qərinələrə аpаrır. Dövrümüzə gəlib çаtmış bu şəhərin dаr, əyri-üyrü кüçələrini, mеydаnçаlаrını göz önünə gətirdiкcə ötən yüzilliкlərdə hакim оlmuş şəhər həyаtının zаmаn keçdiкcə nеcə dəyişdiyini görürüк. Onun divаrlаrı аrаsındа sаnкi кеçmişə qаyıdаrаq, о dövrün səsini duyuruq. "Mədəni qаtlаrdа" şəhərsаlmа ənənələrini izlədiкdə burada sənət еşqilə yаşаyıb-yаrаdаn insаnlаrın ürəк çırpıntılаrını еşidiriк. İçərişəhərdə izdihаmlı ticаrət mеydаnlаrı, кüçələr və böyüк məhəllələr mеydаnа gəlmişdi. O, sözün əsl mənаsında dахili məhəlli struкturlаrа mаliк olub hər şеydən əvvəl iqtisаdi mərкəz кimi fоrmаlаşmışdı. Yəni оnun özünüidаrəsi dахili və ətrаf yаşаyış məntəqələri sакinlərinin məişət və təsərrüfаt həyаtındа аpаrıcı rоl oynayır, yахın və uzаq yеrlərlə sıх iqtisаdi-mədəni əlаqədə saxlayırdı. Bakının inkişaf etmiş şəhər səviyyəsinə yüкsəlməsi üçün mühüm аmillərdən biri də оnun ölкənin sənətкаrlıq mərкəzlərindən birinə çеvrilməsi idi. Burаdа müхtəlif sənət sаhələri fоrmаlаşmış, əmtəə istеhsаlı gеnişlənmiş, (dulus, mеtаl, şüşə məmulаtı və s.), yеrli əhаli lаzım оlаn çохçеşidli mаllаrlа təmin еdilmişdi. Şəhər təsərrüfаtının ən mühüm аmillərindən biri də оnun zəngin əmtəə istеhsаl еtməsindədir. Su təchizatı, sanitariya və kanalizasiya sistemlərinin qurulmаsı, sаnitаriyа qаydаlаrınа əməl еtmə, həmçinin yaşıllaşdırma işi şəhər həyаtındа önəmli yеr tutur. Orta əsrlər Bakısında bütün bu problemlər həll edilmişdi. Yüksək təpə üzərində amfiteatr formasında salınan şəhər aşağıdan dənizə baxır, yuxarı hissədən isə Qafqaz dağları ilə əhatə olunmuşdu. Üçqat qala divarları, Qız qalası və digər fortifikasiya qurğuları ilə bərabər şəhər sanki bütövlükdə möhtəşəm müdafiə istehkamını xatırladırdı. Digər orta əsr şəhərləri kimi Qala divarı içində olan bütün binalar (Şəhristan) da taktiki və strateji baxımdan müdafiə xarakteri daşıyırdı. Şəhərin plan quruluşu hərbi üstünlük və döyüş taktikasi düşünülərək sanki əsil labirinti xatırladırdı. İri meydan və enli küçələrin şəhərin içərilərinə doğru getdikcə geometrik planda kiçilib sıxlaşması şəhər əhalisinin də bütün gücü ilə müdafiə işinə cəlb olunmasından xəbər verir. Belə ki, düşməndən müdafiəyə qala divarları və ya əsgərlər tab gətirməzdilərsə bu işə şəhər əhalisi də fəal cəlb olunurdu. Əvvəla süvarilər dar küçə və dalanlara girə bilmirdilər. Çünki bu dalanlarda atların geriyə dönməsi və ya idarə olunması qeyri mümkün idi. Düşmən əsgərləri isə bu dalanlarda azır, sanki daş tələyə düşürdülər. İkimərtəbəli evlərin damlarından isə hər kəs – uşaq da böyük də düşmənin başına ya qətran, ya qaynar su tökür və ya daş yağdırırdı. Beləliklə şəhər əhalisi dar gündə birlikdə düşmənə sinə gərir, öz vətənini, öz şəhərini yağılardan qorumaq üçün qeyrət göstərirdi. Bakı xanlarının evləri Şirvanşahlar dövlətinin süqutundan sonra XVII əsrdə Azərbaycan ərazisində yaranan xanlıqlar dövründə, Bakı xanları Şamaxı qapısının sol tərəfindəki ərazidə yerləşən sarayda yaşamışlar. Bakı xanlığına 39 Abşeron kəndi də daxil idi. 1747-ci ilə kimi Bakı xanlığı İran şahlığından asılı olmuşdur. Bakı xanları şəhəri 1747-ci ildən 1806-cı ilə qədər sərbəst idarə etmişlər. 1806-cı il rusların Bakını işğalından sonra xan sarayında rus hərbi qarnizonu yerləşdirilmişdir. Post-sovet dövründə isə bu ərazidə hərbi polis idarəsi yerləşirdi. Vaxtilə bu ərazidə hovuzlu gül-çiçəkli bağça var imiş. Bu əzəmətli saraydan hal-hazırda sadəcə giriş portalı və bərpa olunmuş kiçik məscid salamat qalmışdır. Xan sarayının ərazisində qala divarlarının dibində yeraltı hamam hələ də torpaq altında durur. Son orta əsrlərdə Bakı şəhərinin qala divarlarından kənarda da xan bağı və xan sarayı mövcud imiş. 1985-86-cı illərdə Bakı xan sarayının ərazisinin bir hissəsində arxeoloji qazıntılar aparılmışdır. Buradan külli miqdarda maddi-mədəniyyət nümunələri ilə yanaşı su kəhriz sistemi və yeraltı memarlıq tikililəri də aşkar olunmuşdur. Bakı xanlarının sarayında aşağıdakı xanlar yaşamışlar: 1747-1765 – I Mirzə Məhəmməd xan (Dərgahqulu xanın oğlu); 1765-1784 – Məlik Məhəmməd xan (I Mirzə Məhəmməd xanın oğlu); 1784-1791 – II Mirzə Məhəmməd xan (Məlik Məhəmməd xanın oğlu); 1791-1792 – Məhəmməd Qulu xan (I Mirzə Məhəmməd xanın oğlu); 1792-1806 – Hüseyn Qulu xan (Hacı Əliqulu Ağa xanın oğlu). Abşeron Milli Parkı Abşeron milli parkı Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 8 fevral tarixli Sərəncamı ilə 783 hektar sahəsində, Abşeron dövlət təbiət yasaqlığının bazasında yaradılmışdır. Milli parkın cənub-şərq qurtaracağında – Şah Dili ərazisində yerləşir. Abşeron milli parkının yaradılmasında başlıca məqsəd ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin (Xəzər suitisi, ceyran, kəkilli dalğıc, gümüşü qağayı, yaşılbaş ördək və s.) qorunub saxlanılması, ekoturizmin inkişaf etdirilməsi, turizm və istirahət (rekreasiya) zonalarının yaradılması, ekoloji monitorinqin həyata keçirilməsi və əhalinin ekoloji cəhətdən maarifləndirilməsini təmin etməkdir. Abşeron milli parkının heyvanat aləmi çox zəngindir. Quşlardan gümüşü qağayı, fısıldayan qu quşu, boz və qırmızıbaş qazlar, bizquyruq, yaşılbaş ördək, ağgöz qara ördək, kəkilli dalğıc, böyük ağ vağ, qumluq cüllütü, qaşqaldaq, bataqlıq belibağlısı, dəniz bozcası və s., məməli heyvan növlərindən isə ceyran, canavar, çaqqal, çöl pişiyi, yenot, oxlu kirpi, tülkü, porsuq, dovşan, Xəzərin sularında suiti və həmçinin müxtəlif növ balıqlar məskunlaşmışdır. Abşeron milli parkının Xəzər dənizi ərazisində xeyli miqdarda Xəzər suitisi yayılmışdır. Bu növ, pərayaqlıların yeganə nümayəndəsidir ki, Dünya okeanının ən kiçik suitisi kimi "Ginnes"in rekordlar kitabına daxil edilmişdir. Dövlət Bayrağı Meydanı Dövlət Bayrağı Meydanı Əsas məqalə: Dövlət Bayrağı Meydanı Dövlət Bayrağı Meydanı — Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkı. Meydanın təntənəli açılışı 2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən keçirilmişdir.[5] Bakı şəhərində yerləşən Dövlət Bayrağı meydanında tikinti-quraşdırma və abadlaşdırma işlərinin sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2009-cu il üçün dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 mln. manat vəsait ayrılmışdı. [6] 20000 m² ərazisi olan meydanda ucaldılmış dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır.[7] Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Bakı teleqülləsi Bakıda yerləşən, 310 metr hündürlüyə sahib Azərbaycan Televiziya Qülləsi SSRİ Nazirlər Sovetinin qərarı və Azərbaycan SSR Rabitə nazirliyinin sifarişi ilə inşa edilmişdir. Layihəsi SSRİ Rabitə Nazirliyinin Layihə İnstitutuna məxsus olan teleqüllənin tikinti işləri 1979-cu ildə başlamışdır. Layihəyə əsasən, 1985-ci ildə teleqüllənin tikintisi başa çatmalı idi, lakin müəyyən səbəblərə görə, kompleksdəki inşaat işləri dayandırılmışdı. Sabiq prezident Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra, 1993-cü ildə inşaat işləri yenidən başlamış və 1996-cı ildə onun iştirakı ilə komleksin rəsmi açılış mərasimi keçirilmişdir. ƏhaliEdit 1810-cu ilə olan məlumata əsasən Bakı şəhərində təxminən 500 evdə 3.000 nəfər əhali yaşayırdı.[8]1850-ci ildə şəhərdə yerləşən 2.031 evdə hər iki cinsdən 7.400 nəfər əhali yaşayırdı[9].1851-ci ildə şəhərdə yerləşən 1.992 evdə 3.755 nəfəri kişilər, 3.676 nəfəri qadınlar olmaqla toplam 7.451 nəfər əhali yaşayırdı[10].1854-cü ildə əhalinin sayı 8.354 nəfər idi[11].1863-cü ildə – 14.500 nəfər olmuşdur.1 yanvar 1885-ci il tarixində Bakı şəhərində hər iki cinsdən toplam əhalinin sayı 60.421 nəfər olmuşdur[12].Etnik qruplar1873 sa.[13]1897[14]sa.1926[15]sa.1939[16]sa.1959[17]sa.1970[18]sa.1979[19]sa.1999[20]sa.2009[1]sa.Cəmi15 105111 904453 333571 447642 507851 5471 013 4361 190 2511 788 8542 045 815azərbaycanlı13 52640 341[q 1]118 737[q 2]139 160211 372361 638[q 3]530 556[q 4]735 4621 574 2521 848 107rus78237 399159 491241 353223 242242 023229 873227 679[q 5]119 371108 525tatar...[q 6]9 23916 81810 74513 00213 90413 90627 65225 171ləzgi...3103 7087 1426 91312 46216 09621 69626 14524 868ukraynalı...9307 8827 248m/y9 83210 520[q 7]24 90021 071yəhudi501 90521 574[21]29 00923 87926 47922 81020 7705 1646 056gürcü...9712 5582.9322 6222 8212 6092 4632 3402 226Ahısqa türkləri...814[q 8]m/ym/ym/ym/y2651 1082 081talış...35638349[q 9][q 10]2019481 048avar...2442184208305413542m/y296kürd......3375228651268760185erməni74719 09976 656106 368137 111164 406167 226145 758378104tat...1 0722 980m/y5 3967 1157 7087 960m/ym/ydigər...8 81650 41720 77520 99711 37811 68113 4825 8366 077Qeyd 1897-ci ildə azərbaycanlılar və tatarlar sadəcə tatar kimi qeydə alınıblar /y.-yoxdur /1926-cı ildə azərbaycanlılar sadəcə türk olaraq qeydə alınıblar/ m/y-məlumat yoxdur./1970 və 1979-cu illərdə talışlar azərbaycanlı olaraq siyahıya alınıblar.1970 və 1979-cu illərdə talışlar azərbaycanlı olaraq siyahıya alınıblar.ruslar və ukraynalılar1897-ci ildə azərbaycanlılar və tatarlar sadəcə tatar kimi qeydə alınıblar /y.-yoxdur /ruslar və ukraynalılar1926-cı ildə azərbaycanlılar sadəcə türk olaraq qeydə alınıblar/ m/y-məlumat yoxdur./1970 və 1979-cu illərdə talışlar azərbaycanlı olaraq siyahıya alınıblar.1970 və 1979-cu illərdə talışlar azərbaycanlı olaraq siyahıya alınıblar. Tanınmış bakılılarHacı Zeynalabdin Tağıyev — Bakı milyonçusu, xeyriyyəçi.Şəmsi Əsədullayev — Bakı milyonçusu, xeyriyyəçi.Ağa Musa Nağıyev — Bakı milyonçusu, xeyriyyəçi.Ayaz Mütəllibov — Azərbaycanın eks prezidenti.Tofiq Bəhramov — Azərbaycan futbolçusu, futbol hakimi.İdman Şəhərdə, bütün Azərbaycanın ərazisində olduğu kimi, ən populyar idman növü futboldur. Premyer-liqada şəhəri aşağıdakı klublar təmsil edirlər: Neftçi BakıBakıİnter BakıAZALRəvan Bakı FKStadionlar və idman mərkəzləri Şəfa stadionu MədəniyyətMuzeylər Bakı memarlığı, "Hacinskinin evi" Bakı, Milli Məclis səmtindən şəhərin görüntüsü. Azərbaycan Tarix MuzeyiMəmməd Səid Ordubadinin Xatirə MuzeyiNizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı MuzeyiLətif Kərimov ad. Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət MuzeyiSəməd Vurğunun ev-muzeyiR.Mustafayev ad. Azərbaycan Dövlət İncəsənət MuzeyiNəriman Nərimanovun Xatirə MuzeyiCəlil Məmmədquluzadənin ev-muzeyiHüseyn Cavidin ev muzeyiCəfər Cabbarlının ev-muzeyiAbdulla Şaiqin Ev MuzeyiAzərbaycan Dövlət Dini Tarixi MuzeyiAzərbaycan Dövlət Kənd Təsərrüfatı MuzeyiAzərbaycan Dövlət Şəkil QalereyasıAzərbaycan Geologiya MuzeyiAzərbaycanın Müstəqilliyi MuzeyiAzərbaycan Miniatürasının İncəsənət MərkəziAzərbaycan Respublikası Milli Təhsil MuzeyiBül-Bül Memorial MuzeyiCəfər Cabbarlı Ev MuzeyiCəlil Məmmədquluzadənin Ev MuzeyiDövlət Tarixi-Arxitektura Muzeyi-Qoruğu "Şirvanşahlar Sarayı Kompleksi"Həsən Bəy Zərdabi adına Təbiətşünaslıq MuzeyiLeopold və Mstislav Rostropovichin Ev MuzeyiLətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət MuzeyiMəhəmməd Füzuli adına Əlyazmalar İnstitutuMilli Azərbaycan Tarixi MuzeyiMiniatür Kitabların MuzeyiMəmməd Səid Ordubadinin Xatirə MuzeyiNizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi"Qobustan" Dövlət Tarixi-Bədii QoruğuRüstam Mustafayev adına Azərbaycan Dövlət İncəsənət MuzeyiSəməd Vurğunun Ev MuzeyiSərgi zalı Vəcihə SəmədovaÜzeyir Hacıbəyovun Ev MuzeyiƏzim Əzimzadənin Ev MuzeyiС.Сabbarlı adına Azərbaycan Dövlət Teatr MuzeyiHüseyn Cavidin Ev MuzeyiAzərbaycan Tibb MuzeyiOlimpiya MuzeyiAzərbaycan Dövlət Musiqi Mədəniyyəti MuzeyiSərgilər"Böyük Qala 19" Art QalereyaSəttar Bəhlulzadə adına Sərgi ZalıTeatrlar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Azərbaycan Dövlət Akademik Opera və Balet TeatrıAzərbaycan Dövlət Akademik Milli Dram TeatrıRus Dram TeatrıAzərbaycan Dövlət Kukla TeatrıAzərbaycan Dövlət Gənc Tamaşaçılar TeatrıAzərbaycan Dövlət Musiqili Komediya TeatrıBakı Dövlət SirkiOda TeatrıAbdulla Şaiq adına Azərbaycan Dövlət Kukla TeatrıAzərbaycan Dövlət Gənclər TeatrıBakı Marionet TeatrıBələdiyyə Teatrıİctimai Pantomima Teatrı"Muğam" Azərbaycan Xalq Musiqisi TeatrıRəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı TeatrıSəməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram TeatrıYuğ TeatrıKonsert zallarıAzərbaycan Dövlət FilarmoniyasıAzərbaycan Dövlət Filarmoniyası yanında Kamera və Boru Orqan musiqisi ZalıBakı Caz MərkəziOpera StudiyasıŞövkət Məmmədova adına Opera StudiyasıKapellhausKapellhaus Alman-Azərbaycan Mədəniyyət AssosiasiyasıSarayHeydər Əliyev adına SarayMədəniyyət MərkəziŞəhriyar adına Bakı Mədəniyyət Mərkəziİdman və Konsert KompleksiHeydər Əliyev adına İdman və Konsert KompleksiBakı mətbəxi Bakı mətbəxi rəngarəng və çeşidli xörəklərlə fərqlənir. Onlar arasında qutab, düşbərə, xingal, gürzə, xəmiraşı daha məşhurdurlar. Bakılıların şah yeməyi qoyun əti və şabalıdla qurudulmuş alçanın qarışığından aş, bişirilmiş toyuqla, qayğanaq və limon suyu qarışığından çığırtmalı aş, və s. müxtəlif növ aş nümunələri sayılır. Həmçinin qoyun əti, toyuq, balıqdan hazırlanmış kabablar da məşhurdurlar. Bakı mətbəxinin şirniyyatı da çeşidlidir. Bura paxlava, şəkərbura, qoğal, şərbətlər və s. aiddir. Adətən bu nemətlərin hazırlanması yazın gəlməsi ilə qeyd olunan Novruz bayramı ilə üst-üstə düşür. Bütün Azərbaycanlılar kimi, Bakılılar da ləziz nemətləri sevirlər. Qida qəbulu isə özlüyündə böyük bir ritualdır ki, bütün qayda-qanunla icra olunur. Təhsil Bakı Azərbaycanın ən vacib təhsil mərkəzlərindən biridir. Burada çoxlu təhsil obyektləri yerləşib. ADA UniversitetiAzərbaycan Dövlət Neft AkademiyasıAzərbaycan Texniki UniversitetiAzərbaycan Əmək və Sosial Münasibətlər AkademiyasıAzərbaycan Memarlıq və İnşaat UniversitetiAzərbaycan Tibb UniversitetiAzərbaycan Dövlət İqtisad UniversitetiAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət UniversitetiAzərbaycan Dövlət Pedaqoji UniversitetiAzərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik AkademiyasıAzərbaycan Dillər UniversitetiAzərbaycan Dövlət Rəssamlıq AkademiyasıAzərbaycan Milli KonservatoriyasıAzərbaycan Teatr UniversitetiAzərbaycan Turizm İnstitutuBakı Musiqi AkademiyasıBakı Dövlət UniversitetiBakı Slavyan UniversitetiBakı Asiya UniversitetiBakı Avrasiya UniversitetiBakı Biznes UniversitetiM.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialıBakı Qızlar UniversitetiQərb UniversitetiMilli Aviasiya AkademiyasıAzərbaycan UniversitetiOdlar Yurdu UniversitetiElm və Təhsil Mərkəzi Təfəkkür UniversitetiMilli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası İqtisadiyyatıEdit SOCAR Tower[22][23][24][25][26] Bakı Cənubi Qafqazın ən böyük sənaye və iqtisadi mərkəzidir. Bakı nefti müxtəlif dövrlərdə dünya neftində aparıcı çəkiyə malik olub. 1848-ci ildə Bakıda, Bibiheybət yatağında qazılmış quyudan vurmuş neft fontanı Azərbaycanda "qara qızılın" sənaye üsulu ilə çıxarılmasının əsasını qoymuşdur. Artıq 1899-cu ildə Azərbaycan neft hasilatı və emalı üzrə dünyada birinci yerə çıxmış, dünya neft hasilatının yarısını vermişdir.[27] Bundan başqa sürətlə böyüyən kapitalist BakısıXIX əsrin sonralarında zərgərliyin ən böyük mərkəzinə çevrilmişdi. Şəhərin küçələrindən birinin indi də "Zərgər palan" adlanması buna sübutdur. 1900-cü ildə burada 130 nəfər təkcə qeydiyyatdan keçmiş zinət ustası və 89 nəfər şagird çalışırdı. XIX əsrin sonu və XX əsrin əvvəllərində Bakıda mis qab istehsal edən müəssisələrin sayı 2-3 dəfə artmışdı. Sürətlə böyüməkdə olan kapitalist Bakısında mis məmulatına əhalinin tələbatının artması bu məsələdə həlledici rol oynamışdır. [28] 1949-cu ildə açıq dənizdə, Bakı şəhərindən 100 kilometr məsafədə o zaman üçün nadir yataq sayılan Neft daşlarında vuran fontan dənizdə neftçıxarmanın yeni mərhələsinin başlanğıcını qoymuşdur. Azərbaycan dünyada ilk dəfə ola[[raq açıq dənizdə neft çıxarmağa başlamışdır. 1999-cu il17 apreldə Bakı-Supsa neft kəməri vəGürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verilmişdir. "Çıraq" yatağından hasil olunan neftin Supsa limanından dünya bazarlarına ixracına başlanmış və ilk dəfə olaraq Azərbaycan nefti şimalayox, qərbə istiqamət götürmüşdür. Şəhərin iqtisadi inkişafını təmin edən əsas sahələr bunlardır: Beynəlxalq ticarət, neft hasilatı və emalı, kimya,maşınqayırma, toxuculuq və qida sənayəsi. Son zamanlar hərbi sənaye, yüksək texnologiyalı sənaye və informasiya texnologiyaları inkişaf edirlər. Sənaye 20 sentyabr 1994- cü ildə Gülüstansarayında, Bakıda müqavilə imzalandı, hansıki öz böyük əhəmiyyəti nəticəsində Əsrin müqaviləsi adını alır. Əsrin müqaviləsi ən böyük müqavilələr siyahısında, həm karbohidrogen ehtiyatlarına görə, həm də təxmin olunan investisiyaların həcminə görə, öz yerini tutur. Neft və qaz sahəsində dünyanın bir çox neft və qaz şirkətləri məşğuldur[29]. Ən iri şirkətlər bunlardır: AMOKOBPExxonMobilTotal neft şirkətiSOCARMaliyyə sahəsi Bakıda azərbaycan banklarının ofisləri və beynəlxalq bankların filialları fəaliyyət göstərir. Bakının ən böyük bankları bunlardır[30]: Kapital BankTexnikabankUni CreditAzərbaycan Beynəlxalq Bankı Bakı fond birjası- ölkənin aparıcı fond birjasıdır. BFB 2000-ci ilin 15 fevralında azərbaycanın 15 bankı, 2 maliyyə şirkəti və İstanbul fond birjası tərəfindən yaradılmışdır. Onların hər biri 300 mln. azərbaycan manatı ödəmişdirlər. 2008- ci ilin iyulun 1- nə dövriyyə 4021,759 mln. manat ($4954,736 mln.) təşkil etmişdir. [31]. Hərbi sənaye kompleksi Əsas məqalə: Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Bakıda Azərbaycanın hərbı- sənayə kompleksinin bir sıra müəssisələri yerləşir. Onların arasında Elektron Hesablayıcı Maşınlar zavodu, "İqlim" Elmi-İstehsalat Müəssisəsi, "Avia-Aqreqat" zavodu, "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsi,"Radioquraşdırma" zavodu,"Telemexanika" zavodu, "Alov" zavoduvə digərləri var.Mehmanxanalar12 INN BULVAR * ABU ARENA * AF HOTEL AQUA PARK * ALP INNALTSTADT * AMBASSADOR * AMBIANCE * ANATOLIAARAZ * ARAZ BAKU * ATROPAT * AUSTINAYF PALACE HOTEL * AZADLIQ (RESPUBLIKA LUKS) * AZCOT * BAKU AIRPORT HOTELBAKU BAY HOUSE * BAKU PALACE AZCOT INN * BALEVA * BALIONBOUTIQUE PALACE * BOYUK GALA * BUSINESS PALACE * BUTA GUEST HOUSECASPIAN GUEST HOUSE * CASPIAN PALACE HOTEL * CHINARLI * CITY MANSIONCRESCENT BEACH * DELFIN * DIPLOMAT * EAST LEGEND PANORAMA HOTELELITE HOTEL * EMPIRE * EXCELSIOR HOTEL BAKU * GANJALI PLAZAGEF EXCLUSIVE * GRAND HOTEL EUROPE * GREEN GUEST HOUSE * GUEST HOUSEGUEST HOUSE INN * HALE KAI * HAPPY INN * HIGH PARKHILLSIDE * Holiday Inn Baku Airport * HYATT REGENCY BAKU * ICHERI SHEHER BAKUIRSHAD * JANUB * KAISER * KARAT INN * KEMPINSKI BADAMDARKHAZAR GOLDEN BEACH * KICHIK GALA 98 * KING PALACE * MAIDEN TOWERMeridian * Metropol Hotel * Miraj INN * Montenegro INNMusado * Museum INN * Neapol * NOAHS ARKNOVU DOM * NUR 1 * NUR 2 * OLD CITY INNOLD GATES * OLIMPIK NOVKHANI * PANORAMA VILLA LUX * PARK HYATT BAKUPARK INN * PREMIER * QAFQAZ POINT * RADISSON BLU PLAZA HOTEL BAKURAMADA * RED LION INN HOTEL * RED ROOF * RESPUBLIKARETRO * RIGS HOME * RIVIERA * ROYAL PARK * JW MARRIOTT ABSHERON BAKU HOTELSEA PORT* SHEKI* SHERLOK’S BEACH CAMPING * SULTAN INNSUN RISE * THE CROWN HOTEL * THE HORİZON * THE LANDMARK HOTELTHE LODGE * TOWN GATES * VELOTREK * YACHT CLUB Nəqliyyat
Просмотров: 462 | Добавил: mozalax | Рейтинг: 0.0/0
Всего комментариев: 0
omForm">
avatar
Daxil ol
səbət
Ваша корзина пуста
Axtarış
Təqvim
«  noyabr 2014  »
b.eç.açc.ac.şb
     12
3456789
10111213141516
17181920212223
24252627282930
Аrxiv
Dost Saytlar
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • musa.sb MyCorp © 2024