47 yaşlı qadın hadisə yerindəcə keçinib Yanvarın 27-də Bakıda ağır yol qəzası baş verib. Lent.az-ın Bakı şəhər Baş Polis İdarəsinə istinadən məlumatına görə, saat 18:25 radələrində, Şağan qəsəbəsi Mərdəkan-Buzovna yolunda Bakı şəhər sakinləri - 1975-ci il təvəllüdlü Şahin Mustafayev idarə etdiyi “Hyundai-Sonata” markalı avtomobillə 1968-ci il təvəllüdlü Samirə Həsənovanı vurub. S.Həsənova aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı Xəzər RPİ 1-ci PB-də araşdırma aparılır.