Главная » 2014 » noyabr » 16 » Bakıda iki qardaş dəhşətli qəzaya düşdü: ölən və yaralanan var
11:53
Bakıda iki qardaş dəhşətli qəzaya düşdü: ölən və yaralanan var
19 yaşlı oğlan xəstəxanada vəfat edib
Noyabrın 14-də saat 19:00 radələrində Sabunçu rayonunda ağır yol qəzası baş verib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, Sabunçu qəsəbəsi, B.Bünyadzadə küçəsində Bakı şəhər sakinləri 1974-cü il təvəllüdlü Mansur Surxayevin idarə etdiyi “Mercedes” markalı avtomobillə 1993-cü il təvəllüdlü Meysən Əlizadənin idarə etdiyi “Zontes” markalı motosikl toqquşub. Nəticədə M.Əlizadə və sərnişini - qardaşı 1995-ci təvəllüdlü Ülvi Əlizadə xəsarətlə xəstəxanaya daxil olub. Motosikletin sürücüsü M.Əlizadə isə xəstəxanada vəfat edib.