Ermənistanın paytaxtı İrəvanda bu gün saat 18:00-da Azadlıq meydanından prezident administrasiyasının binasına doğru yürüş baş tutacaq.
SalamNews-un yerli mətbuata istinadla verdiyi xəbərə görə, yürüşün əsas məqsədi Ermənistan hökumətinin Gümrüdə Avetisyanlar ailəsinin qətli ilə əlaqədar matəm elan etməyinə və cinayətin araşdırılmağının Ermənistanda aparılmağına nail olmaqdır.
Daha sonra yürüş iştirakçıları yenidən Azadlıq meydanına qayıdacaqlar. Saat 19:00-da burada sözügedən cinayət qurbanlarının xatirəsinə şamyandırma mərasimi baş tutacaq.
“Biz hökumətdən dəfnin başa çatmağınadək matəm elan etməyi tələb edirik. Tələbimizin yerinə yetirilməyəcəyi halda, meydanda matəm günləri elan edəcəyik.", - “Biz Avetisyanlarıq” təşəbbüsünün üzvləri bildiriblər.
- See more at: http://salamnews.org/az/news/read/159004#sthash.6ppNubEB.dpuf |