Главная » 2014 » noyabr » 6 » Gəncədə müəllimənin evindən 108 min manatlıqOĞURLUQ
15:22
Gəncədə müəllimənin evindən 108 min manatlıqOĞURLUQ
Oğrular evə pəncərədən daxil olublar
Gəncə şəhərində oğurluq hadisəsi baş verib.
Kəpəz rayon Polis İdarəsindən APA-nın qərb bürosunun verilən məlumata görə, şəhərin “Avtozavod” qəsəbəsində yaşayan, Gəncə Musiqi Kollecinin müəlliməsi, 1978-ci il təvəllüdlü Raminə İsmayılova Kəpəz rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, noyabrın 4-də, günorta saatlarında evdə olmadığı müddətdə naməlum şəxs və ya şəxslər evinin pəncərəsini sındıraraq içəriyə daxil olublar. Oğrular evdən 8 min manat dəyərində qızıl-zinət əşyaları və 100 min manata kimi pulu oğurlayıblar.
Cinayəti törədən şəxslərin tapılması istiqamətində Gəncə şəhər Baş Polis İdarəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.