Главная » 2014 » noyabr » 3 » İstanbul boğazında gəmi batıb, çoxlu sayda insan boğularaq ölüb - FOTO- VİDEO
14:11
İstanbul boğazında gəmi batıb, çoxlu sayda insan boğularaq ölüb - FOTO- VİDEO
Bakı – APA. Bu gün səhər Türkiyədə - İstanbul boğazında gəmi qəzası baş verib.
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata gərə, Avropaya getmək istəyən qeyri-leqal miqrantları daşıyan kiçik gəmi sahildən 4 km aralıda batıb. Təxminən 40 nəfər sərnişinin əksəriyyətinin boğularaq öldüyü, 6 nəfərin xilas edildiyi bildirilir. Azı 10 nəfərin cəsədi dənizdən çıxarılıb.