Mənim saytım
Saytın menyusu
Bölmələr
Siyasət [19]
Sosial [24]
Hadisə [43]
İqtisadiyyat [9]
Dünya [17]
Avto [0]
Mədəniyyət [4]
Maqazin [3]
İdman [2]
Texnologiya [9]
Hərbi [0]
Foto [1]
Video [1]
Cəmiyyət [0]
Şou-biznes [1]
Maraqlı [8]
Ədəbiyyat [0]
Hücrə [0]
Proje [0]
Media [0]
Kinoteatr [0]
Qeyri adi [0]
Tarix [0]
Füzuli [1]
Bakı [0]
Digər [4]
Qazax [0]
Sağlamlıq [0]
Gündəm [1]
Ölkə futbolu [13]
Xarici futbol [1]
Digər idman növləri [6]
Bizim kuponlar [0]
Komanda [2]
Akademiya [0]
Kommersiya [0]
Klub [0]
İctimaiyyət [0]
Digər növlər [0]
Ramiz Quliyev [1]
Per Laqerkvist [1]
Lev Tolstoy [0]
İnanclar [1]
Ailə [1]
Sevgi [1]
Sağlıq [1]
Dəb [0]
Evim [0]
Mətbəx [0]
Həyata tərzi [0]
Əyləncə [0]
Mütəxəssislər [0]
Cinayət [0]
Din [0]
Ordu [1]
Mini Çat
200
Statistika

On line: 1
Qonaq: 1
İstifadəçi: 0
Главная » 2014 » noyabr » 22 » Əkiz bacılar yeni evlərinin bazarlığına çıxdılar -REPORTAJ AAA
21:07
Əkiz bacılar yeni evlərinin bazarlığına çıxdılar -REPORTAJ AAA
“Bazarlıq”  Onları hər gün efirdə, qəzet və jurnal səhifələrində, saytlarda görürsünüz. Müxtəlif açıqlamalar verirlər, qalmaqal yaradırlar, bir sözlə gündəmdə qalmağa çalışırlar. Maraqlananlar, pərəstişkarları onların ən adi hobbilərindən tutmuş, qarderoblarında belə nələrin olduğunu deyə bilərlər. Hətta nə vaxt yuxudan durub, nə vaxt yatdıqlarını, nə yeyib, nə içdiklərini belə mediadan gizlətmirlər.   Amma onların da asudə vaxtları, qayğıları olur. Onlar da hamı kimi dükan-bazara gedir, ərzaq alır, yemək bişirir, qonaq çağırır… Deyəsən, çox uzatdıq; qısası, Lent.az-ın bu həftə “Bazarlıq”ında müğənniliklə yanaşı aparıcılıq edən, şou-biznesin yeganə əkiz bacıları, Sevinc Sevildir.      Görüşümüz onların daimi alış-veriş etdikləri supermarketin qarşısında oldu. Tək gəlməmişdilər. Özlərinin dediklərinə görə, prodüserləri Mehri Əliquliyevasız heç bir yerə getmirlər. Hal-əhval tutub, alış verişə başlamaq istəyirik. İlk həmsöhbətimiz əkizlərin, necə deyərlər böyüqü, Sevildən 2 dəqiqə böyük Sevinc olur.   - Hə, Yalçın, əvvəlcə onu deyim ki, layihənizi çox bəyənirəm. Maraqlı və rahat bir proyektdir. Amma bizim verilişimizə çata bilməz (gülür). Bu gün bir çox şey alacam. Çünki yeni mənzilə köçmüşük, evimizin ilk bazarlığına çıxmışıq. Heç olmasa de ki, “xeyirli olsun” də... (gülür) Zarafat bir yana, mənim alış-verişdən başım o qədər də çıxmır. Bu gün ən çox iş Sevilin üzərinə düşəcək. Nə almaq lazımdırsa, o, bilir.     Sevil də söhbətə qoşulur.   - Düz deyir, ay Yalçın, onun alış-verişdən anlayışı yoxdur. Evdə nə var, nə yox, onu ancaq mən bilirəm.(gülür)   - Yaxşı, onda de görək, alış-verişə hardan başlayaq?   - Elə parfümeriyadan başlasaq yaxşı olar. Alınası bəzi şeylər var.   Yuyucu toz, saç lakı, hamam kisəsi götürür.   - Hər zaman bazarlığa 3 nəfər gedirsiz?   - Yox, Sevinc getmir. Elə prodüserimiz Mehri ilə mən gedirəm.   - Hansınız gözəl yemək hazırlayırsınız?   Sevinc:   - Nə yalan deyim? Yemək bişirə bilmirəm. Yumurta bişirə bilirəm. (gülür) Başqa heç nə. Sağ olsun Sevil. O hazırlayır mən yeyirəm.   -Sevil, deyəsən evdə bütün yük sənin üzərinə düşüb?   - Hə, mən gözəl yeməklər hazırlayıram, Sevinc də yeyir. Mən bişirməsəm, ac qalar.   - Yaxşı, özünü çox təriflədin. De görək əlindən nə gəlir? Hansı yeməyi gözəl bişirirsən?   Bir az düşünür.   - Qəşəng dovğa hazırlayıram, gəl görəsən. Bəh-bəh...   - Elə tək dovğa?   - Yox, kotlet, kartof qızartması, dolma, bir sözlə əksər yeməkləri hazırlayıram, özü də çox dadlı. Deyilənə görə, əlimin duzu var.   - Hansı yeməyi hazırlaya bilmirsiniz?   Sevil:   - Mən bütün yeməkləri bişirirəm. Amma Sevinc yox. (gülür)     Söhbət edə-edə tərəvəz məhsulları satılan şöbəyə keçirik.  Sevil almanın dadına baxmaq istəyir.   - Bax, biz daha çox meyvə yeyənik. İndi bu qırmızı almanın dadına baxacam. Sevinci də çağırım, o da baxsın.   Dediyi kimi də edir. Əkizlər almanın dadına baxırlar.   - Hə, Yalçın, bax bu alma lap biz istədiyimizdir. Ona görə də alma götürəcəyik. Amma armud, üzüm, banan da almalıyıq. Üzümün də dadına baxaq. Sonra alaq.   2 kiloqram alma, hərəsindən 1 kilo olmaqla banan, armud, üzüm də götürürlər.   - Pəhriz saxlayırsınız?   Sevinc:   - Yox, pəhriz saxlamırıq. Əlimizə nə düşdü yeyirik. İndi kökəlmişik. Çəkimizi idmanla artırmışıq. Bəlkə də idman eləməsək çox kökələrik. Daim hərəkətdəyik. Boş vaxtımız olmur. Həftənin 5 günü səhər saat 10-dan canlı efirdə oluruq. Olanda da studiyaya gedib mahnı yazdırırıq. Bəlkə də passiv həyat tərzi keçirsək, özümüzə diqqət etməsək kökələrik. Amma bizim boş vaxtımız olmur.   Şirniyyat alırıq.   Sevil:   -  Çay olan yerdə şirniyyat olmasa, günah olar. İndi də alacam. Elə bax, bu şirniyyatdan 2 kiloqram çəksin, sonra gedək ət məhsulları satılan yerə. Yadımdan çıxmamış toyuq əti alım.     2 kiloqram şirniyyat alır. Ət məhsulları satılan şöbədəyik.   - Sevil, yeməyi sən bişirirsənsə, elə bu sualı sənə verim. Daha çox hansı ət məhsullarına üstünlük verirsiniz?   - Yox, biz ət çox yemirik. Yalnız toyuq əti. Qoyun əti ümumiyyətlə yemirik. Amma toyuq ətindən arada yeməklər hazırlayıram.   1 kiloqram toyuq əti götürürlər.    - Elə yemək olurmu ki, sən xoşlayasan, Sevinc bəyənməyə?   - Elə bir şey olmayıb. Mən hansı yeməyi sevirəmsə, Sevinc də onu bəyənir.   - Daha çox nə üstündə mübahisələriniz düşür? Sevinc:   - Bu suala mən cavab verəcəm. Hə, olur. Özü də mübahisələri mən yaradıram. Məsələn, gecə acıram, Sevilə deyirəm ki, yemək istəyirəm. Sevil də gec durub hazırlayanda mübahisələrimiz olur.   - Dalaşıb, küsülü olduğunuz anlar olub?   Sevinc:   - Yox, dalaşmağımız əksər insanlar kimi lap kiçik yaşlarımızda olub. Amma küsülü olmamışıq. Mübahisələrimiz olur, bu da normaldır.     Söhbət edə-edə ağartı məhsulları satılan şöbəyə tərəf gedirik.   Sevil:   - Deyirəm maşallah yeni evimizin ilk bazarlığına xeyli məhsul aldıq. Amma xama, mayonez, qatıq da almalıyıq.  Gedək götürək.   Dediyi kimi edir: xama, mayonez, qatıq alır.   - Məncə bazarlığımızı yekunlaşdırsaq yaxşı olar.   - Lazım olan məhsulları aldınız?   - Dayan, bir də fikirləşim. Deyəsən nəsə yadımdan çıxıb?! Hə, xiyar, pomidor turşusu da almalıyam.    Geri qayıdıb, xiyar pomidor turşusu da alıb, alış-verişlərini yekunlaşdırmaq qərarına gəlirlər.   Sevil: - Almağına aldıq. Amma bunları evə aparmaq var. Ağırdır (gülür).   - Səncə neçə manatlıq bazarlıq etmisiniz?   - Məncə 100 manata yaxın olacaq. Görək kassir xanım nə deyəcək?   Kassaya yaxınlaşırıq.   Kassir xanım malları bir-bir hesabladıqca bacılar pul kisələrinin  ağzını açırlar.   ***   Beləliklə sonuncu məhsulun qiyməti də monitorda görünür və ödəniləcək toplam məbləğ bəlli olur: 94 manat, 30 qəpik...
Просмотров: 440 | Добавил: mozalax | Рейтинг: 0.0/0
Всего комментариев: 0
omForm">
avatar
Daxil ol
səbət
Ваша корзина пуста
Axtarış
Təqvim
«  noyabr 2014  »
b.eç.açc.ac.şb
     12
3456789
10111213141516
17181920212223
24252627282930
Аrxiv
Dost Saytlar
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • musa.sb MyCorp © 2024