Mənim saytım
Saytın menyusu
Bölmələr
Siyasət [19]
Sosial [24]
Hadisə [43]
İqtisadiyyat [9]
Dünya [17]
Avto [0]
Mədəniyyət [4]
Maqazin [3]
İdman [2]
Texnologiya [9]
Hərbi [0]
Foto [1]
Video [1]
Cəmiyyət [0]
Şou-biznes [1]
Maraqlı [8]
Ədəbiyyat [0]
Hücrə [0]
Proje [0]
Media [0]
Kinoteatr [0]
Qeyri adi [0]
Tarix [0]
Füzuli [1]
Bakı [0]
Digər [4]
Qazax [0]
Sağlamlıq [0]
Gündəm [1]
Ölkə futbolu [13]
Xarici futbol [1]
Digər idman növləri [6]
Bizim kuponlar [0]
Komanda [2]
Akademiya [0]
Kommersiya [0]
Klub [0]
İctimaiyyət [0]
Digər növlər [0]
Ramiz Quliyev [1]
Per Laqerkvist [1]
Lev Tolstoy [0]
İnanclar [1]
Ailə [1]
Sevgi [1]
Sağlıq [1]
Dəb [0]
Evim [0]
Mətbəx [0]
Həyata tərzi [0]
Əyləncə [0]
Mütəxəssislər [0]
Cinayət [0]
Din [0]
Ordu [1]
Mini Çat
200
Statistika

On line: 1
Qonaq: 1
İstifadəçi: 0
Главная » 2014 » dekabr » 16 » Qalmaqallı məhkəmə prosesi başa çatdı: Vüsal Şilderi öldürənlərə hökm oxundu
18:00
Qalmaqallı məhkəmə prosesi başa çatdı: Vüsal Şilderi öldürənlərə hökm oxundu

Təqsirləndirilən şəxslərə ümumilikdə 17 il həbs cəzası verilib Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Almaniya Federativ Respublikasının vətəndaşı Vüsal Şilderi öldürməkdə təqsirli bilinən Elman İsgəndərov və Seymur Talıbov barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kolegiyasının qərarı ilə E. İsgəndərova 15 il, Seymur Talıbov isə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Qeyd edək ki, istintaqın gəldiyi nəticəyə görə, Elman İsgəndərov qohumu Seymur Talıbov, Xəyal Əlizadə və qeyriləri ilə qabaqcadan əlbir olaraq sonuncunun yaxın qohumuna münasibəti dəyişmək niyyəti ilə Vüsal Şilderə xəsarət yetirmək qərarına gəlib. Bu məqsədlə o, bir müddət V.Şilderi güdüb. 2 may 2013-cü ildə günorta saatlarında Bakı şəhəri, Ə.Rəcəbli küçəsi 3 B saylı evin qarşısında V.Şilderə yaxınlaşaraq ona boyun və ürək nahiyəsindən zərbələr endirib. Aldığı xəsarətlər nəticəsində V.Şilder dünyasını dəyişib. İki gün sonra E.İsgəndərov şübhəli şəxs qismində tutulub və ona Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs-qətimkan tədbiri seçilib.Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Seymur Talıbov hadisədən 2 ay sonra tutularaq istintaqa təhvil verilib. Sözügüdən cinayəti iştirakçısı Xəyal Əlizadə isə istintaqdan qaçıb gizləndiyinə görə barəsində axtarış elan olunub.Təqsirləndirilən şəxs qismində ilkin istintaq zamanı dindirilən Elman İsgəndərov ona elan olunan ittihamla özünü təqsirli bilib. O, ifadəsində Şabran rayonunda yaşadığını, ötən ilin aprel ayında xalası oğlu Seymurun ona zəng vurub Bakıya çağırdığını deyib: “Söhbət zamanı Seymur dedi ki, imkanlı bir dostumun bacısına sataşıblar. Həmin qız mənim də bacım hesab olunur. Buna görə də qıza sataşan oğlanın sifətinə şram atmaq, boşluqlarına bıçaq vurmaq və oğlanın mobil telefonunda qızın şəkilləri olduğuna görə onun telefonunu da sındırmaq lazımdır. Bu işə görə necə lazımdır hörmət olunacaq, bu adam yüksək vəzifədə işləyir, səni bəy kimi dolandıracaq. Maddi sıxıntı içərisində olduğumdan razılaşdım. Fikirləşirdim ki, bu işə görə yəqin mənə 10 min manata yaxın pul verərlər”.Aprelin 26-da Seymur zəng vurub işi sifariş verən adamın yanında olduğunu, mənimlə görüşmək istədiyini dedi. Görüşmək üçün onların dedikləri yerə gəldim. Seymur məni sonradan adının Xəyal olduğunu bildiyim həmin oğlanla tanış etdi. Xəyal mənə “heç nədən narahat olma, tutulmayacaqsan, hər şey yaxşı olacaq, tutulsan da səni oradan çıxardacam” dedi.Bu söhbətdən sonra vuracağım oğlan mənə göstərildi. Onu hər gün universitetdən evlərinə qədər izləyirdim. Hadisədən bir gün əvvəl Vüsalı vurmaq üçün “Nərimanov” metro stansiyasının yaxınlığına gəldim, arxasınca düşərək yaşadığı evin həyətinə girdim, amma adam çox olduğu üçün vura bilmədim. Ertəsi gün yenə də güdməyə başladım. Gözümə gün eynəyi taxıb onun arxasınca həyətlərinə girdim. İti addımlarla ona yaxınlaşıb bıçaqla boğazının sol hissəsinə və ürəyinə zərbələr endirdim. Qışqırıb köməyə adam çağırdığını görüncə qaçıb oradan uzaqlaşdım. Onun başından axan qan köynəyimə bulaşmışdı. Taksiyə oturub hadisə yerindən uzaqlaşdım. Seymura zəng vurub işləri həll etdiyimi dedim. Həmin gün axşam Seymur və Xəyalla görüşdük. Hadisəni olduğu kimi onlara danışdım. Mənə min manat verib Şabrana qayıtmağı tapşırdılar. Üç gündən sonra pulun yerdə qalanını verəcəklərini dedilər. Xəyal mənə dedi ki, əgər tutulsan həmin oğlanla təsadüfən mübahisə etdiyini deyərsən, onsuz da sən olmasaydın başqa bir adam tapıb vurduracaqdıq. Öldürdüyüm şəxsin ad və soyadını, nə işlə məşğul olduğunu bilmirəm, onu tanımıram”.E.İsgəndərov sonradan ifadəsində bu işə görə heç kimədən pul almadığını, Xəyalın dediyi oğlanı onun bacısına sataşmaması üçün yalnız namus üstündə vurduğunu göstərib.Yazar:Musa Səmədov

Просмотров: 431 | Добавил: mozalax | Рейтинг: 0.0/0
Всего комментариев: 0
omForm">
avatar
Daxil ol
səbət
Ваша корзина пуста
Axtarış
Təqvim
«  dekabr 2014  »
b.eç.açc.ac.şb
1234567
891011121314
15161718192021
22232425262728
293031
Аrxiv
Dost Saytlar
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • musa.sb MyCorp © 2024