“Bakı-2015” I Avropa Oyunlarının başlamasına 200 gün qalması münasibətilə şou təşkil edilib. Bu gün paytaxtda “Bakı-2015” I Avropa Oyunlarının başlamasına 200 gün qalması münasibətilə şou təşkil edilib. APA-nın xəbərinə görə, Qız qalasının üstündə lazer effektləri ilə “Bakı-2015”in loqosu, həmçinin rəsmi simvolları və video tanıtımı nümayiş etdirilib. “Bakı-2015” Əməliyyat Komitəsinin kommersiya şöbəsinin direktoru Çarli Viceratna deyib ki, tədbir “Bakı-2015” I Avropa Oyunlarının rəmzlərinin təqdimatına həsr olunub. O bildirib ki, oyunların açılış mərasiminin başlaması yaxınlaşdıqca belə tədbirlərin sayı çoxalacaq. Ç.Viceratna “Bakı-2015” Avropa Oyunlarına hazırlıq işlərinin sürətlə aparıldığını da qeyd edib. |